Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1902/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-19/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzr ə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum3 xx xxxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum2 xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Bəraət almış şəxs Məhkum4 xx xxx 1976-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Beyləqan rayonu, Mil qəsəbəsi, “Üzümçülük sovxozu”nda qeydiyyatda olmaqla, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 14 sentyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 170.3, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri, Məhkum4, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 05 oktyabr 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1, Məhkum4, Məhkum2 və Məhkum3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmişlər və cinayət işi məhkə mə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum1 yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs – ata kimi xx xxxxxxx 2004-cü il tarixdə anadan olmaqla cinayət törədilən vaxt yetkinlik yaşına çatmayan oğlu Məhkum3 narkotik satışından əldə ediləcək gəlirdən ona da pay verməsi barədə vədlər vermək vasitəsilə ağır cinayətlərin törədilməsinə cəlb etməklə yetkinlik yaşına çatmayan Məhkum3 və Məhkum2 ilə öz aralarında və barəsində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı digər şəxslə qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqd arda güclü təsir edən maddənin (bundan sonra-güclü təsir edən maddə) satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə 2021-ci ilin noyabr ayında qabaqcadan razılaşaraq, eləcə də Məhkum1 və Məhkum3 İran İslam Respublikası vətəndaşı olan başqa şəxsə sonuncunun İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni gizlədiləcək yerdən götürəcəklərinə, gizlədəcəklərinə və həmin kütləyə sərəncam verəcəklərinə dair qabaqcadan vəd verdikdən sonra, İran İslam Respublikasının Aslandüz rayonu, Hacılı kənd sakini X1 ilə aralarında əldə olunmuş razılığa və ümumi cinayət kar niyətə uyğun olaraq sonuncu külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni istintaqa məlum olmayan tarixdə, vaxtda və yerdən satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirərək Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun kənarında, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfində gizlətmiş, bu barədə 24 noyabr 2021-ci il tarixdə səhər saatlarında Məhkum1 qrupun digər üzvü - yetkinlik yaşına çatmayan Məhkum3 istifadəsində olan “Redmi” markalı mobil telefonda +**********45 s aylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiqinə həmin telefonda “Əsgər Emi” adı ilə adlar siyahısına əlavə edilmiş İran İslam Respublikasının operatoruna məxsus olan +**********44 saylı mobil nömrə vasitəsilə zəng edərək məlumat verdikdən sonra Məhkum1 cinayətdən xəbərsiz Məhkum4 Beyləqan rayonu Mil qəsəbəsində yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası İnşallah Allahverdiyevin vəfatı ilə bağlı təşkil edilmiş “cümə axşamı” mərasimində iştirak etmək bəhanəsi ilə Məhkum4 ilə birlikdə, eləcə də qrupun digər üzvləri Məhkum2 və yetkinlik yaşına çatmayan Məhkum3 ilə birlikdə özünün etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 24 noyabr 2021-ci il tarixdə günorta saatlarında Beyləqan rayonu Mil qəsəbəsinə gedib m ərhum İnşallah Allahverdiyevin vəfatı ilə bağlı təşkil edilmiş məclisdə iştirak etdikdən sonra gəldiyi şəxslərlə birlikdə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüş, həmin gün saat 23 radələrində Beyləqan rayonunda tanışı ilə görüşmək bəhanəsi ilə Bakı şəhəri Qaradağ rayonu ərazisindən yenidən geri qayıtmış və digər şəxs tərəfindən göndərilmiş Azərbaycan Respublikasının ərazisinə keçirilərək Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun yuxarıda qeyd edilən hissəsində gizlədilmiş içərisində qeyd edilən kütlələr olan kisənin olduğu yer barədə qrupun digər üzvü yetkinlik yaşına çatmayan Məhkum3 istifadəsində olan “WhatsApp” tətbiqi vasitəsi ilə göndərilmiş koordinatlara və şəkillərə uyğun olaraq 25 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisinə gəl dikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvləri Məhkum2 və yetkinlik yaşına çatmayan Məhkum3 həmin kisəni götürüb gətirmək üçün getmiş, Məhkum1 cinayətdən xəbərsiz Məhkum4 ilə özünün idarə etdiyi avtomobildə qalaraq Məhkum2 və yetkinlik yaşına çatmayan Məhkum3 həmin kisəni götürüb gətirmələrini gözləmiş, Məhkum2 və yetkinlik yaşına çatmayan Məhkum3 yuxarıda qeyd edilmiş ərazidə gizlədilmiş içərisində qeyd edilən kütlələr olan narıncı rəngli bir ədəd kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək Məhkum1 və cinayətdən xəbərsiz Məhkum4 yanına daşıyarkən həmin gün saat 02:20-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq həmin kisə onlardan götürülmüş, Məh kum1 Məhkum2 və yetkinlik yaşına çatmayan Məhkum3 yaxalandıqlarını görüb idarə etdiyi “VAZ-21063” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə sürüb həmin ərazidən uzaqlaşarkən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən izlənilərək Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində saxlanılmış, həmin vaxt Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində magistral yolun kənarında «Pusqu» sərhəd naryadına rəhbərlik edən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Əməliyyat-axtarış şöbəsinin rəisi polkovnik Zərərçəkmiş şəxs avtomobildən düşüb özünü onlara təqdim edərək “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Məhkum1 təslim olmasını və əlindəki bıçağı ona verməsini tələb etmiş, lakin o, hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs qanuni tələblərini icra etməyə borclu olduğu halda, bunu etməyərək təslim olmaqdan və bıçağı ona verməkdən imtina edərək əlində saxladığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı ilə xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsi olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs zərbə vurmağa cəhd edib zor tətbiq etməklə müqavimət göstərmiş, sonuncu bıçağı zorla əlindən alaraq onu zərərsizləşdirdikdən və digər hərbi qulluqçu Şahid4 cinayətdən xəbərsiz olan Mə hkum4 saxladıqdan sonra DSX-nin hərbi hissəsinə aparılmış, daha sonra qrupun digər üzvləri Məhkum2 və yetkinlik yaşına çatmayan Məhkum3 götürülmüş narıncı rəngli bir ədəd kisəyə baxış keçirilərkən kisənin içərisində 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 243 qram və 248 qram, ümumi təmiz çəkisi 491 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 243,1 qram və 232,5 qram, ümumi təmiz çəkisi 475,6 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 50,5 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə tiryək, üzərində “Namadol 225 qr Tablet (tramadol hydrochloride)” markalanma göstəricisi olan, üzərində qeyd olunmuş göstəricilərinə ə sasən bir həbdə 0,225 qram olmaqla, tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 447,75 qram təşkil edən 199 ədəd konvalyutda ümumilikdə 1990 ədəd külli miqdarda üzərilərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı güclü təsir edən həblər, 07 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 999,6 qram, 1060,3 qram, 517,4 qram, 289,6 qram, 531,5 qram, 295,7 qram, 1080,9 qram, ümumi təmiz çəkisi 4775,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-40/2023 nömrəli, 17 mart 2023-cü il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315- ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib, Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CMnin 315-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 noyabr 2021-ci il tarixdən hesablanması; Məhkum3 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsa sən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müəssisəsinin əvvəlinin 25 noyabr 2021-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məh rum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə inayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müəssisəsinin əvvəlinin 25 noyabr 2021-ci il tarixdən hesablanması; Məhkum4 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün Məhkum1 aid hissədə ittiham olunduğu hər bir maddə və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəzanın həddinə münasibətdə daha ağır həddə cəza təyin edilməklə dəyişdirilməsi, Məhkum4 və Məhkum2 aid hissədə ləğv edilməsi, Məhkum4 ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri, Məhkum2 ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin hər biri ilə təqsirli bilinərək barələrində həmin maddələrin sanksiyaları həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Təqsirləndirilən şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayə ti verib, hökmün Məhkum3 münasibətədə ləğv edilməsi və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir.
8. Təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-19/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və Məhkum1 apellyasiya şikayəti təmin edilməmiş, Məhkum3 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-40/2023 nömrəli, 17 mart 2023-cü il tarixli hökmünün həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Məhkum3 Azərbaycan Respublikası CM-nin 32. 5,206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CMnin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmış, hökm apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya pr otestində qeyd edilmişdir ki, məhkəmələr Məhkum1 və Məhkum2 hər birinə həm təqsirləndirildikləri ayrı-ayrı maddələr üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası, həm də qəti olaraq hər bir məhkuma aşağı həddə cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, qabaqcadan əlbir olan şəxs tərəfindən törədilən əməllərin daha ciddi cəzalara səbəb olmasını, qrup üzvlərinin yetkinlik yaşına çatmayanından başqa hamısının əvvəllər dəfələrlə məhkum olunmalarını, əməllərində cinayətin residivi olmasını nəzərə almamış, nəticə etibarı ilə əsassız olaraq iki şəxs barəsində cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişlər. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qərar qəbul edən z aman Məhkum3 təyin edilmiş cəzanı 6 il müddətə qədər azaltmaqla onun cəzadan kənarda qalmasına şərait yaratmışdır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Məhkum4 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə, Məhkum2 isə ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxslərin mənafeyini ifadə etmiş, onların dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olunmuş sübutları şahid ifadələri, üzləşdirmə, baxış, götürmə protokolları, e kspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almamışdır. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-19/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırı lmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxla manın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə, Məhkum2 isə Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə əsassız bəraət verildiyini, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 təyin edilmiş cəzaların yüngül olduğunu iddia edərək, x ahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-19/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə Məhkum4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə, Məhkum2 isə Azərbaycan Respublikası CM-nin 206. 3.2-ci maddəsi ilə əsassız bəraət verildiyinə dair kassasiya protestinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdı rılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və h əmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
23. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
24. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifay ət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
25. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
26. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksin ə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
27. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
28. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
29. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya protestində Məhkum4 və Məhkum2 əsassız bəraət verilməsinə dair göstərilən dəlillərə bütövlükdə məhkəmə aktlarında geniş təfsir edilməklə hərtərəfli, dolğun və əsaslı cavablandırma verilmişdir. Kassasiya protestinin müəllifi həmin məhkəmə aktlarında mü əyyən edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
30. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsind ə sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.
31. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən həmin dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Məhkəmə kollegiyası kassasiya protestinin məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 təyin edilmiş cəzanın yüngül olmasına dair dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.
33. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakteri nə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
35. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlə dən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
36. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin o lunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
37. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
38. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
39. Azərbaycan Respublikas ı CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
40. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
41. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.
42. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhk əmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya ins tansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
43. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları arada n qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
44. Kassasiya müraciətində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir
45. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum3 isə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş edilmişdir.
46. Həmin cəzaları təyin edərkən, birinci instansiya məhkəməsi məhkumların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini, onların şəxsiyyətini səciyyələndirən halları, Məhkum1 əməlində cəzasını yüngülləşdirən halların olmamasını, əməlində cinayətin residivinin cəzasını ağırlaşdıran hal olmasını, Məhkum2 himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal ol araq, Məhkum3 cinayəti törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə almışdır.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum3 cəza təyin edərkən cəzasını yüngülləşdirən halların tam araşdırmadığını, nəticədə yetkinlik yaşına çatmayan məhkuma şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğun olmayan ağır cəza təyin etdiyini hesab edib, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, hazırki cinayət əməlini törədən zaman 16 yaşında olmaqla atası Məhkum1 ona olan təsirini, əməlindən peşman olmasını, bir ailədən iki nəfərin, yəni atası Məhkum1 da uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, ailənin yeganə oğlan övladı olmasını onun cəzasını yüngülləşdirən hallar k imi qiymətlədirərək, ona birinci instansiya məhkəməsinin hökmü ilə qəti olaraq təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasını 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirmişdir.
48. Məhkəmə kollegiyası Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin edilməsinə aid məhkəmələrin mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir, onlar barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir.
49. Beləliklə, hazırki k assasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı üzrə gəldiyi nəticəni əsaslı hesab edir.
50. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışı dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 1(106)-19/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-19/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.