Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1903/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Zərərçəkmiş şəxs6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 26 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Hafiz Kamranov) 1(005)24/2023 nömrəli 06 yanvar 2023-cü il tarixli hökmü ilə, 18 yanvar 1988-ci ildə xxxx rayonunun xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, xxxx rayonunun xxxx kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən X4 təqsirli bilinmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar olaraq dələduzluq cinayətini törətmişdir. Belə ki, o, X4 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 yanvar 2021-ci il tarixdə vergi uçotuna alınmayan "xxxx" MMC-nin qanuni təmsilçisi kimi özünü təqdim edib Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şakir Kamilov ünvanında yerləşən mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə g ötürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 02 yanvar 2021-ci ildə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində 15.000 manat, 17 yanvar 2021-ci ildə yenə həmin ofisdə 13.000 manat, 23 mart 2021-ci ildə yenə həmin ofisdə 7.000 manat pul alıb kassa mədaxil orderinin qəbzlərini vergi uçotuna alınmayan hüquqi şəxsin adından deyil fiziki şəxs kimi öz adından zərərçəkmiş şəxsə təqdim edib, sonuncu dəfə isə 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 126 saylı binanın həyətində qəbz təqdim etmədən 500 manat cəmi 35.500 manat pulu alaraq, vədinə əməl etməyib mənzildə 10.778 manat dəyərində təmir işləri görüb, təmir işlərini dayandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə 24.722 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda cəmi 24.722 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən X4 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs6 tikinti və təmir işi ilə məşğul olduğunu, onun ünvan 4 ünvanında olan mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 13 may 2021ci il tarixdə ünvan 5 ünvanında yerləşən ofisdə 9.000 manat, 06 iyun 2021-ci ildə yenə həmin ünvanda 5.200 manat, 15 iyun 2021ci ildə yenə həmin ünvanda 9.000 manat, sonuncu dəfə 18 iyun 2021-ci ildə yenə ünvan 3 ünvanında yerləşən ofisdə 2.800 manat cəmi 26.000 manat pulu alıb kassa mədaxil orderinin qəbzlərini hüquqi şəxsin adından deyil fiziki şəxs kimi öz adından zərərçəkmiş şəxsə təqdim edib, verdiyi vədinə əməl etməyərək aldadıb, mənzildə 2.590 manat dəyərində təmir işləri görüb, təmir işlərini dayandıraraq vədinə əməl etməyib, vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs6 xeyli miqdarda cəmi 23.410 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən X4 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs4 tikinti və təmir işi ilə məşğul olduğunu, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Zığ Yaşayış Kompleks i 7 nömrəli evin 36 nömrəli mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 03 fevral 2021ci il tarixdə ünvan 5 ünvanında yerləşən ofisdə 4.000 manat, 27 iyul 2021-ci ildə yenə ünvan 3 ünvanında yerləşən ofisdə 8.000 manat cəmi 12.000 manat pulu alıb kassa mədaxil orderinin qəbzlərini hüquqi şəxsin adından deyil fiziki şəxs kimi öz adından zərərçəkmiş şəxsə təqdim edib verdiyi vədinə əməl etməyərək aldadıb, mənzildə 1.885 manat dəyərində təmir işləri görüb, təmir işlərini dayandıraraq vədinə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs4 xeyli miqdarda cəmi 10.115 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən X4 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs2 tikinti və təmir işi ilə məşğul olduğunu, onun ünvan 6 ünvanındakı 133 kv metr olan mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 28 aprel 2021-ci ildə ünvan 3 ünvanında yerləşən ofisdə 38.000 manat, 20 avqust 2021-ci il tarixdə isə yenə ünvan 5 ünvanında yerləşən ofisdə 2.000 manat cəmi 40.000 manat pulu alıb kassa mədaxil orderinin qəbzlərini hüquqi şəxsin adından deyil fiziki şəxs kimi öz adından zərərçəkmiş şəxsə təqdim edib, verdiyi vədinə əməl etməyərək aldadıb, mənz ildə 10.984 manat dəyərində təmir işləri görüb, vədinə əməl etməyib, təmir işlərini dayandıraraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs2 xeyli miqdarda cəmi 29.016 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən X4 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs1 tikinti və təmir işi ilə məşğul olduğunu, onun Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Qrand Həyat” yaşayış kompleksində 7-ci binanın 19 mərtəbəsində 121 saylı 3 otaqdan ibarət olan mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəli k müqaviləsi bağlamaqla 2021-ci ilin iyun ayında ünvan 3 ünvanında yerləşən ofisdə 10.200 manat, 2021-ci ilin avqust ayının əvvəllərində yenə ünvan 5 ünvanında yerləşən ofisdə 600 manat, 2021-ci ilin avqust ayının ortalarında yenə ünvan 5 ünvanında yerləşən ofisdə 10.800 manat, 2021-ci ilin avqust ayının 27-də yenə ünvan 5 ünvanında yerləşən ofisdə 2.000 manat cəmi 23.600 manat pulu alıb verdiyi vədinə əməl etməyərək aldadıb, mənzildə 7.192 manat dəyərində təmir işləri görüb vədinə əməl etməyib təmir işlərini dayandıraraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 xeyli miqdarda cəmi 16.408 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən X4 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyin dən istifadə etməklə etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs5 tikinti və təmir işi ilə məşğul olduğunu, onun Bakı şəhəri, Nəsimi rayonu, “Kristal Abşeron” yaşayış kompleksində olan 3 otaqlı mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 2021-ci ilin iyun ayının 17-də ünvan 5 ünvanında yerləşən ofisdə 7.600 manat, 2021-ci ilin iyun ayının 21-də yenə ünvan 5 ünvanında yerləşən ofisdə 7.400 manat, sonuncu dəfə 04 sentyabr 2021-ci ildə yenə ünvan 3 ünvanında yerləşən ofisdə 4.000 manat cəmi 19.000 manat pulu alıb kassa mədaxil orderinin qəbzlərini hüquqi şəxsin adından deyil fiziki şəxs kimi öz adından zərərçəkmiş şəxsə təqdim edib verdiyi vədinə əməl et məyərək aldadıb, mənzildə 3.409 manat dəyərində təmir işləri görüb, təmir işlərini dayandıraraq vədinə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs5 xeyli miqdarda cəmi 15.591 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 1(103)-662/2023 nömrəli 26 aprel 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 106 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 26 aprel 2023-ci il tarixli, 1(103)-662/2023 nömrəli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 26 aprel 2023-cü il tarixli, 1(103)-662/2023 saylı qərarı ləğv olunmasını, təqsirləndirilən şəxs İlyas Namazov barəsində ittiham hökmü çıxarılması üçün iş yenidən araşdırılmaq üzrə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını və eyni zamanda mülki iddia ilə bağlı məsələyə hüquqi qiymət verilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestinin dəlillərini onunl a əsaslandırmışdır ki, hər iki instansiya məhkəməsinin hökm və qərarı əsassız və qanunsuzdur. Məhkəmələr nəticəyə gəlmişlər ki, tərəflər arasında adi mülki dövriyyədə zərərçəkmiş şəxslərlə “Pro Təmir" MMC-nin rəhbəri X4 arasında müqavilə bağlanaraq, İ.İ.Namazovun üzərinə götürdüyü öhdəlikləri icra edilməsi, zərərçəkmiş şəxslərin mənzillərində müəyyən həcmdə təmir-tikinti işləri görülməsi ilə bağlı işgüzar münasibətlər mövcud olmuş, zərərçəkmiş şəxslərin iddia etdikləri kimi İlyas Namazovun zərərçəkmiş şəxsləri sırf müqavilə bağlamazdan əvvəl aldadıb, onların pulunu dələduzluq yolu ilə ələ keçirmək olması iş üzrə hər hansı bir sübutlarla müəyyən olunmamışdır. Əksinə o, aldığı pulun müəyyən dəyərində təmir işləri görmüşdür. Yəni, X2 hər hansı cinayətkar niyyəti olması müəyyən edilməmişdir. İş materiallarında olan ifadələrdən görünür ki, İlyas Namazov təmir üçün tələb etdiyi pulları tam məbləğdə almasına baxmayaraq o, işləri yarımçıq saxlamasının səbəbini pandemiya ilə əlaqədar tikinti materiallarının qiymətinin bahalaşdığı və ustaların səhlənkarlığı ilə əlaqələndirməyə çalışmışdır. Bununla bağlı İlyas Namazovun niyyətinin müəyyən edilməsi, onun ustaların səhlənkarlığı və pandemiya ilə əlaqədar qiymətlərin bahalaşması səbəbindən Zərərçəkmiş şəxs3 mənzilini 2021-ci ilin may ayınadək təmir etmədiyi halda, həmin ustalar barədə heç bir tədbir görmədiyi, qiymət artımı ilə bağlı heç bir qabaqlayıcı tədbir görmədən digər zərərçəkmiş şəxslərdən qeyd olunan məbləğdə pulu almaqda həmin əmlakı dələduzluq niyyəti ilə ələ kecirib-keçirməməsini aydınlaşdırmaq məqsədi ilə dövlət ittihamçıs ı apellyasiya protestinə qismən məhkəmə istintaqı ilə baxılmaqla təqsirləndirilən şəxsin dindirilməsinə dair vəsatətlə müraciət etsə də, apellyasiya instansiyası məhkəmə kollegiyası heç bir əsaslı səbəb göstərmədən, yəni həmin xüsusatlara birinci instansiya məhkəməsində qiymət verildiyini bildirərək təmin etməmişdir. Halbuki, ittiham tərəfi olaraq birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassız olduğu üçün mübahisələndirilmisdir. Vəsatətlə bağlı təqsirləndirilən şəxs münasibət bildirərkən Zərərçəkmiş şəxs3 və digər zərərçəkmiş şəxsin mənzillərini təmir edib çatdıra bilmədiyini, ona görə də digər şəxslərlə müqavilə bağlayıb oradan əldə olunmuş pulla əvvəlki zərərçəkmiş şəxslərin mənzillərini təmir etməyə çalışdığını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs özü də zərərç əkmiş şəxslərlə bağladığı müqavilənin formal olduğunu, məqsədi onların mənzilini deyil, onlardan aldığı pulla əvvəlki zərərçəkmiş şəxslərin mənzillərini təmir etməyə çalışdığını, bununla da həmin pulları özünün əvvəlki zərərçəkmiş şəxslərə olan borclarını ödəməyə çalışdığını etiraf etmişdir. Qeyd edilənlər təqsirləndirilən şəxsin əmlakı ələ keçirərkən həmin əmlakla bağlı artıq əvvəlcədən niyyətinin yarandığını təsdiq etməklə bərabər, əmlakı ələ keçirənədək hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığını təcəssüm etdirir. Bu hal özlüyündə təqsirləndirilən şəxsin əmlakı dələduzluq yolu ilə əldə edib-etməməsini bilavasitə təsdiq edən xüsusat olsa da, apellyasiya instansiyası məhkəmə kollegiyası isə bu xüsusata diqqət etmək istəməmiş və hər vəhclə birinci instansiya məhkəməsinin hökmü nü qanuni və əsaslı hesab edərək oradakı hallara istinad etməklə yekun nəticəyə gəlmişdir. Hesab edir ki, həmin hal kassasiya instansiyası məhkəməsinin diqqətini cəlb edən xüsusat kimi çıxış edəcəkdir. Apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları və cinayət işində olan digər sənədləri düzgün tədqiq etməyərək əsassız nəticəyə gəlmiş, ittihamın sübutlarının rədd edilməsinin motivlərinə dair birinci instansiya məhkəməsinin hökmünü qanuni və əsaslı hesab etsə də, bu nəticə işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə kollegiyası "xxxx" MMC-nin rəhbəri X4 ilə zərərçəkmiş şəxslər arasında mənzillərin təmir-tikintisi ilə bağlı aralarında öhdəlik müqavilələrinin bağlanılmasına, həmin müqavilələrə əsasən İlyas Namazovun mənzilləri 3-5 ay ərzində t əmir edərək sifarişçilərə tam təhvil verməsi barədə üzərinə öhdəlik götürməsinə, tərəflərin üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmək istiqamətində hərəkətlər etməsinə, yəni zərərçəkmiş şəxslərin müəyyən ödənişlər etməsi, İlyas Namazovun isə müvafiq olaraq müəyyən işlər görməsinə istinad edərək sonuncu ilə iş üzrə zərərçəkmiş şəxslər arasında mülki hüquq münasibətlərinin mövcud olması və onlar arasında mübahisənin məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmasına və buna görə də İlyas Namazovun əməllərində dələduzluq cinayətinin olmaması qənaətinə gəlməklə yanlışlığa yol vermişdir. Halbuki, iş materiallarından göründüyü kimi, İlyas Namazov iş üzrə 6 nəfər zərərçəkmiş şəxsin hər biri ilə işlərin, yəni onların mənzillərini 3-5 ay ərzində guya təmir e dib təhvil verəcəyi barədə 2021-ci ildə ayrı-ayrı vaxtlarda müqavilələr bağlasa da, o, iş görməsi barədə görüntü yaratmaq üçün müqavilələrdə nəzərdə tutulmuş işlərin yalnız bir hissəsi, yəni Zərərçəkmiş şəxs3 münasibətdə ondan aldığı pulun təxminən 30 faizi, Zərərçəkmiş şəxs6 münasibətdə ondan aldığı pulun təxminən 10 faizi, Zərərçəkmiş şəxs4 münasibətdə ondan aldığı pulun təxminən 16 faizi, Zərərçəkmiş şəxs2 münasibətdə ondan aldığı pulun təxminən 27 faizi, Zərərçəkmiş şəxs1 münasibətdə ondan aldığı pulun təxminən 30 faizi, Zərərçəkmiş şəxs5 münasibətdə isə ondan aldığı pulun təxminən 18 faizi dəyərində təmir işləri görərək müqavilə əsasında evlərini qısa müddətdə tam təmir edib təhvil verəcəyi barədə öhdəlik götürdüyü halda, bir zərərçəkmiş şəxsin evinin təmirini tamamlamadan, yenidən mü qavilə bağlayaraq digər şəxsin evini guya qısa müddət ərzində təmir etdirəcəyi barədə öhdəlik götürsə də, eyni qaydada icra etməməsi, onun cinayətkar niyyətinin olmasından, yəni formal olaraq müqavilələr bağlamaqla zərərçəkmiş şəxslərin etibarını qazanıb, əslində isə qabaqcadan niyyətinin özgənin əmlakını (pulunu) ələ keçirmək məqsədinin olmasına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı hesab etdiyi, orada göstərilən xüsusatlar üzrə yekun nəticəyə gəldiyi birinci instansiya məhkəməsinin bəraət hökmündə X5 Ələkbərova, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tam şəkildə ödəməsi, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 isə qismən ödənişlər etməsinə istinad etməsinə diqqət yetirməmiş, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın yüngülləşdirilməs inə aid olan xüsusatların bəraət hökmündə göstərilməklə səhvə yol verildiyini diqqətdən kənarda saxlamış, bununla da təqsirləndirilən şəxs məhkəmə məsuliyyətindən çəkinərək və ya gələcəkdə daha ağır cəzaya məruz qalmasından ehtiyatlanaraq birinci instansiya məhkəməsində məhkəmə istintaqı gedişində vurduğu maddi ziyanı qismən ödəsə də, yekun qərar qəbul olunduqdan sonra onun cəzasız qalacağına dair əminlik yaranmış və apellyasiya instansiyası məhkəməsində işə baxıldığı müddət ərzində iş üzrə zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın qalanını ödəməməsi, Orxan Fətullayevə isə vurduğu maddi ziyandan ümumiyyətlə heç bir ödəniş etməyən İlyas Namazovun dələduzluq cinayəti törətməməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi məhkəmə mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarı lmasından ibarət nəticəyə gəlməli olduğu halda iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxs X4 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 yanvar 2021-ci il tarixdə vergi uçotuna alınmayan “PROTƏMİR İNŞAAT" MMC-nin qanuni təmsilçisi kimi özünü təqdim edib onların etibarından sui-istifadə edib aldadaraq onlara məxsus mənzilləri təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı h alda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla onlara məxsus əmlakları ələ keçirmişdir. Təqsirləndirilən şəxs İlyas Namazov bütün bu cinayət əməllərini uydurma bir PROTƏMİR İNŞAAT MMC-nin adı ilə şablon müqavilə bağlayaraq edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə İnternet Vergi İdarəsinin elektron ünvanında "PROTƏMİR İNŞAAT” MMC adlı bir şirkətin ümumiyyətlə mövcud olmadığını görmək mümkündür, lakin Nərimanov Rayon Məhkəməsi işin bu xüsusatları nəzərə almadan ədalətsiz bir qərar verərək cinayətkar şəxsi azadlıqda saxlamış və onun törətdiyi cinayət əməllərini görməzdən gələrək şəxsin barəsində bəraət hökmü çıxarmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası isə bütün bu qanunsuzluqlara göz yumaraq Nəriman ov Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Şəxsin "xxxx" MMC adlı hüquqi şəxsin adını istifadə etməsi onun sırf əvvəlcədən planlaşdırılmış şəkildə cinayət əməli törətdiyini tam təsdiq edir. Qeyd edilən hallarla bağlı apellyasiya şikayətində dəlillər göstərməyimə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin həmin hissəsinə qiymət verməyi zəruri bilməmişdir. Lakin qeyd edilən hal bilavasitə İlyas Namazovun yalançı bir hüquqi şəxsin adından istifadə edərək dələduzluq cinayətini törətməsini əyani sübut edir. Hesab edirlər ki, işə Bakı Apellyasıya Məhkəməsində baxılan zaman məhkəmə cinayət prosesi tərəfi olaraq mənim və digər zərər çəkmiş şəxslərin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutla rın tədqiqindən əsassız imtina etmiş, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlar tədqiq edilməmiş, bəraət almış şəxsin təqsİrsizliyi barədə məhkəmə hökmünün və həmin hökmü qüvvədə saxlayan qərarın əsasını yolverilməz sübutlar təşkil etmiş, buna görə də məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət qanunu ilə nəzərdə tutulmadığını əsas göstərib, səhv bəraət hökmünü qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri qismən təmin olunmalıdır. Hüqu qi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin və kassasiya şikayətlərinin başlıca dəlili X2 cinayəti törətməsinə dair kifayət qədər sübutların olmasına baxmayaraq onun barəsində bəraət hökmü çıxarılmasının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin və kass asiya şikayətlərinin dəlillərinə münasibət bildirərək ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən olunmasını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.3-cü maddəsinə əsasən, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakım ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Et ibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallar da da baş verir. Göründüyü kimi şəxslər arasında hər hansı işin görülməsi və ya xidmətin göstərilməsi barədə müqavilənin olması öz-özlüyündə həmin müqaviləyə əsasən qabaqcadan götürülmüş pulların ələ keçirilməsi əməlinin dələduzluq kimi qiymətləndirilməsini istisna etmir. Pul öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar deyil, əvəzsiz olaraq ələ keçirilməsi məqsədi ilə alındığı halda şəxsin əməli dələduzluq kimi qiymətləndirilə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 06 yanvar 2023-cü il tarixli hökmündə, habelə həmin hökmün dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarında X2 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verməsi il ə əlaqədar gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, X4 təmir-tikinti işləri ilə məşğul olan "xxxx" MMC-nin rəhbəridir, onunla iş üzrə zərərçəkmiş şəxslərin arasında mənzillərin təmir-tikintisi ilə bağlı razılaşma olmuş və bunun əsasında tərəflər arasında müqavilə bağlanılmışdır. Göstərilən razılaşma əsasında tərəflər üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmək istiqamətində hərəkətlər etmiş, yəni zərərçəkmiş şəxslər müəyyən edilən ödənişlər etmişlər, X4 isə müvafiq olaraq təmir işlərinə başlayaraq müəyyən işlər görmüşdür. Bununla əlaqədar məhkəmələr nəticəyə gəlmişlər ki, İlyas Namazovun əməlində dələduzluğun mütləq əlamətləri olan aldatma və ya etibardan sui-istifadə etməsi, yəni zərərçəkmiş şəxslərlə podrat müqavilələri bağlanana və həmin müqavilələr üzrə pul məbləğləri zə rərçəkmiş şəxslərdən götürüləndək təqsirləndirilən şəxsin həmin əmlakı ələ keçirmək niyyətinin olmaması müəyyən edilməmiş, onların arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə öhdəliyin icrasını tənzimləyən mülki qanunvericiliyin normalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cinayət işinin İ.N.Namazova bəraət verilməsi üçün əsas kimi çıxış edən yuxarıda göstərilən hallarını onun özünün və zərərçəkmiş şəxslərin ifadələrinə, İ.İ.Namazovla zərərçəkmiş şəxslərin a rasında bağlanmış müqavilələrə və Müstəqil Məhkəmə Ekspertizasının mütəxəssis rəylərinə əsasən müəyyən etmişdir. Həmin sübutlar əsasında müəyyən edilmiş cinayət işi üzrə mübahisəsiz hallar ondan ibarətdir ki, X4 özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edərək Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 ilə onların mənzillərinin təmir edilməsi barədə müqavilələr bağlamış, həmin müqavilələrə əsasən Zərərçəkmiş şəxs3 35.500 manat, Zərərçəkmiş şəxs6 26.000 manat, Zərərçəkmiş şəxs4 12.000 manat, Zərərçəkmiş şəxs2 40.000 manat, Zərərçəkmiş şəxs1 23.600 manat, Zərərçəkmiş şəxs5 19.000 manat məbləğlərində pul almış, həmin mənzillərdə təmir işləri başlanmış, lakin Zərərçəkmiş şəxs3 mənzilində 10.778 manat dəyə rində, Zərərçəkmiş şəxs6 mənzilində 2.590 manat dəyərində, Zərərçəkmiş şəxs4 mənzilində 1.885 manat dəyərində, Zərərçəkmiş şəxs2 mənzilində 10.984 manat dəyərində, Zərərçəkmiş şəxs1 mənzilində 7.192 manat dəyərində, Zərərçəkmiş şəxs5 mənzilində 3.409 manat dəyərində təmir işləri görəndən sonra təmiri dayandırıb üzərinə götürülmüş öhdəlikləri yerinə yetirməmişdir. İ.N.Namazov təqsirləndirilən şəxs qismində ifadə verərək göstərmişdir ki, o, "xxxx" MMC-nin rəhbəridir, onunla iş üzrə zərərçəkmiş şəxslərin arasında mənzillərin təmirtikintisi ilə bağlı razılaşma olmuş və bunun əsasında tərəflər arasında müqavilələr bağlanılmışdır. Zərərçəkmiş şəxslər müqavilələrin şərtlərinə uyğun olaraq ona pul vermiş, lakin o, tikinti materialların qiymətlərinin qalxması, pandemiya və ustaların məsuliyyətsizli yindən zərərçəkmiş şəxslərin mənzillərini təmir edə bilməmişdir. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən halları və İ.İ.Namazovun ifadəsində göstərilən xüsusatları əsas götürərək nəticəyə gəlmişdir ki, onun əməlində Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi yoxdur. Belə ki, birinci instansiya məhkəməsi İ.İ.Namazovun barəsində bəraət hökmünün çıxarılmasını əsaslanaraq qeyd etmişdir ki, “məhkəmə araşdırılmış sübutlara cinayətprosessual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs X4 ilə zərərçəkmiş şəxslər arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yara nmışdır. Məhkəmə iclasında dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin X2 hərəkətlərində olmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Əksinə, araşdırılmış sübutlar onunla zərərçəkmiş şəxslər arasında məhz mülki münasibətlərin mövcud olmasını birbaşa təsdiq edir.” Beləliklə birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, İ.İ.Namazovun əməlində Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi yoxdur və onun barəsində CPM-in 39.1.2 və 40.1.2-ci maddələrinə uyğun olaraq bəraət verilməlidir. Lakin buna zidd olaraq hökmün nəticəvi hissəsində İ.İ.Namazova Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 17 8.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə onun cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə apellyasiya protestinə və zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinə əsasən baxıb birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini və işin hallarını müzakirə edərək nəticəyə gəlir ki, məhkəmələr qanunun yuxarıda qeyd edilən normaları ilə üzərinə qoyulmuş cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq və həqiqəti müəyyən etmək vəzifəsinin yerinə yetirilməsi üçün lazımi tədbirləri görməmişdir. Belə ki, həm p rotestdə, həm də şikayətlərdə göstərilir ki, təqsirləndirilən şəxs İlyas Namazovun niyyətinin müqavilə bağlayarkən vergi uçotuna alınmayan "xxxx" MMC adlı ilə hüquqi şəxsin adından çıxış edib, zərərçəkmiş şəxsləri sırf müqavilə bağlamazdan əvvəl aldadıb, onun müqavilə əsasında evlərini qısa müddətdə tam təmir edib təhvil verəcəyi barədə öhdəlik götürdüyü halda, bir zərərçəkmiş şəxsin evinin təmirini tamamlamadan, yenidən müqavilə bağlayaraq digər şəxsin evini guya qısa müddət ərzində təmir etdirəcəyi barədə öhdəlik götürsə də, eyni qaydada icra etməməsi, onun cinayətkar niyyətinin olmasına, yəni formal olaraq müqavilələr bağlamaqla zərərçəkmiş şəxslərin etibarını qazanıb, əslində isə qabaqcadan niyyətinin özgənin əmlakını (pulunu) ələ keçirmək məqsədinin olmasına dəlalət edir. Tərəflər a rasında mövcud olmuş münasibətlərin mahiyyətinə və xarakterinə gəlincə isə, ittihamda göstərilən halları və X2 əməllərini CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin dispozisiyası ilə müqayisə etdikdə onun əməlində dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması aydın görünür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İ.İ.Namazov özünü "xxxx" MMC-nin direktoru və təmsilçisi kimi təqdim etmiş, lakin həmin MMC vergi uçotuna alınmadığı üçün faktiki olaraq fəaliyyət göstərməmişdir. Göründüyü kimi İ.İ.Namazov zərərçəkmiş şəxslərin etibarını qazanmaq üçün həqiqətə uyğun olmayan məlumatları onlara verib müvafiq müqavilələrin bağlanmasına nail olmuşdur. Bundan başqa, “Müstəqil Məhkəmə Ekspertizası”nın mütəxəssis rəylərindən aydın görünür ki, X4 zərərçəkmiş şəxslərə məxsus mənzillərin təmirinə xərclənmiş pul məbləğləri onlardan alınmış pul məbləğlərinin çox az hissəsini təşkil edir. Bundan əlavə X4 ifadəsində mənzillərdə görüləcək işlərin sonadək görə bilməyəcəyini tikinti materiallarının bahalaşması ilə əlaqələndirmişdir. Lakin bahalaşmanın onun tərəfindən öhdəliyin icra ediib-edilməməsinə nə dərəcədə təsir etməsi məhkəmələr tərəfindən araşdırılmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, “Müstəqil Məhkəmə Ekspertizası”nın rəyləri mütəxəssis tərəfindən tədqiqatlar aparıldığı dövrdə olan qiymətlər əsasında tərtib edilmişdir. Ona görə də İ.İ.Namazov tərəfindən təmir işlərini tikinti materialların qiymətlərinin qalxması səbəbindən qurtarmaq mümkün olmadığı barədə özünə bəraət qazandırmaq üçün irəli sürülmüş dəlili də əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilən hallar məhkəmələrin İ.İ.Namazovun əməlində dələduzluq cinayəti tərkibinin olmamasına dair gəldikləri nəticənin əsaslılığını şübhə altına alır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr İ.İ.Namazovun zərərçəkmiş şəxslərdən alınmış pul müqabilində təmir işlərini görməməsinin səbəblərini araşdırmamış, yalnız İ.İ.Namazovun zərərçəkmiş şəxslərlə xidmət göstərilməsi barədə müqavilələrin olmasına görə onların aralarında münasibətlərin mülki xarakter daşıması barədə qənaətə gəlmişlər. Məhkəmə kollegiyasının qənaəti belədir ki, işə baxan məhkəmələr tərəfindən işin hallarını tam, hərtərəfli və obyektiv araşdırılmaq üçün CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutların rədd edilm əsinin motivləri göstərilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhk əmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Hazırki işə istər Ali Məhkəmənin tövsiyələri, istərsə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının fövqündə yanaşdıqda mübahisələndirilən qərarın əsaslı olması nəticəsinə gəlmək mümkün deyil. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsində istinad etdikləri dəlillərlə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlillər i əsaslı olduğundan təmin edilməli, X2 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə ləğv olunmalı və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutları CPM-in 143-146cı maddələrinə uyğun olaraq hərtərəfli və obyektiv surətdə tədqiq etməli, sübutları onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməli, nəticəsindən asılı olaraq X2 əməlinə düzgün hüquqi qiymət verməli, Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə qanuni və əsaslı nəticəyə gəlməlidir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işini n materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq X2 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə razılaşır və belə nəticəyə gəlir ki, protest və kassasiya şikayətlərinin təmin edilməsi, göstərilən qərarın onlara münasibətdə ləğv edilməklə işin yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARAALDİ: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilsin. Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı kassasiya protesti və kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1903/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1903/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver