Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1903/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Əliyev Hikmət Vilayət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1845/2021 nömrəli, 30 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Hikmət Vilayət oğl u tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 10 saylı yataqxanada qeydiyyatda olmaqla yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-420/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cə zasına, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi ilə təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmiş, digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Əliyev Hikmət Vilayət oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1845/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-420/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qərardan Məhkum kassasiya şikayəti verib, buraxılmış kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1845/2021 nömrəli, 30 aprel 2024-cü il tarixli qərarı ilə Məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Əliyev Hikmət Vilayət oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin səbəbi kimi məhkumun səhhəti ilə bağlı intensiv müalicə aldığı üçün məhkəmədə iştirak edə bilməməsi əsas göstərilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1845/2021 nömrəli, 30 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
9. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcbu ri tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.
11. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və y a kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.
12. Cinayət işinin materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1845/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı proses iştirakçılarının, o cümlədən Məhkum və onun müdafiəçilərinin iştirakı ilə 21 dekabr 2021-ci il tarixdə elan edilmiş, qərarı surəti 22 dekabr 2021-ci il tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərilmiş, Məhkum 17 fevral 2022-ci il tarixdə müvafiq qəbzə imza etməklə onu qəbul etmişdir. Qərardan məhkumun müdafiəçisi Əliyev Hikmət Vilayət oğlu tərəfindən 10 yanvar 2023-cü il tarixdə kassasiya şikayəti verilsə də, işə kassasiya instansiyası məhkəməsində baxılanadək o və müdafiəçisi ərizə ilə müraciət edib, verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-859/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə ərizələr təmin edilərək, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
13. Bununla belə, Məhkum yenidən 11 mart 2024-cü il tarixdə, yəni kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 12 ay müddət keçdikdən sonra kassasiya şikayəti vermiş, eyni zamanda kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, həmin prosessual müddətin ötürülməsinə əsas olaraq səhhətində problemlər olduğunu göstərmişdir. Məhkum edilmiş şəxs tərəfindən m əhkəməyə 08 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixədək “Xroniki heoatoxolesistitin kəskinləşməsi” diaqnozu ilə Tibbi sanitar hissəsində stasionar müalicədə olması barədə tibbi arayış təqdim edilsə də, həmin vaxtdan sonra da kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 12 ay müddət bitmədən kassasiya şikayəti verməmişdir. Qeyd edilən 15 oktyabr 2023-cü il tarixdən sonrakı dövrdə şikayət verməməsinin, müddətin buraxılmasının üzrlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müddətin buraxılması ilə bağlı üzrlü səbəblər göstərə bilmədiyindən, qanunla müəyyən edilmiş 12 ay müddəti üzrsüz səbəbdən ötürdüyündən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun kassasiya şikayətinin verilməsi müddətin in bərpasına dair vəsatətini təmin etməmişdir. Baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.
15. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir.
16. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınmas ı daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbu l etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
17. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları aşkar edilməmişdir.
18. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəç isi Əliyev Hikmət Vilayət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1845/2021 nömrəli, 30 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.