Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1904/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Mütəllimov Coşqun Akif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyaı məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 240.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.N.Hacıyev, hakimlər F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət tərkibdə) xx xxxxx 1987-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, «AB» massivi, ev 80, mənzil 81-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polis in nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilərək, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyularaq onun davranışı üzəri ndə nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Suraxanı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.C.Cəfərov, hakimlər M.Ə.Rzayev və R.O.Əsgərovadan ibarət tərkibdə) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından barəsində bəraət verici əsaslarla cinayət işinə xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Məhkəmə hökmünə əsasən, Təqsirləndirilən şəxs faktiki sahibliyində olan və işlətdiyi, arvadı Bəşirova Günay Əli qızının mülkiyyətində olmaqla Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən aptekin satıcısı Şərifov Əzim Musa oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının 18 mart 2016cı il tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarı”nın siyahısının 79-cu bəndin ə daxil olan külli miqdarda təsir edici maddəsinin ümumi miqdarı 57,775 qram təşkil edən «Tramadol Hydrochloride» güclü təsir edən maddəsini - cəmi 71 ədəd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 3,55 qram təşkil edən «Tramadol Hydrochloride 50 mq» və cəmi 241 ədəd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 54,225 qram təşkil edən «Tramadol Hydrochloride 225 mq» dərman preparatlarını əldə edib daşıyaraq işlətdiyi aptekə gətirməklə orada saxlamış, onun təlimatı əsasında Əzim Şərifov 31 iyul 2019-cu il tarixdə, saat 11 radələrində qeyd olunan güclü təsir edən maddələrdən hər konvalyutda 10 ədəd olmaqla 2 ədəd konvalyutda cəmi 20 ədəd həbdən ibarət təsir edici maddəsinin ümumi miqdarı 1,0 qram təşkil edən «Tramadol Hydrochloride 50 mq» və 1 ədəd konvalyutda cəmi 1 0 ədəd həbdən ibarət təsir edici maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edən «Tramadol Hydrochloride 225 mq» güclü təsir edən dərman preparatlarını aptekdə müvafiq resept olmadan 42 manata Məmmədov Elşən Ramis oğluna qanunsuz olaraq satmış, Elşən Məmmədov aptekdən çıxdıqdan sonra Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran şəhəri, Heydər Əliyev prospektində saxlanılmış və Polis Şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncudan Əzim Şərifov tərəfindən satılmış 20 ədəd həbdən ibarət təsir edici maddəsinin ümumi miqdarı 1,0 qram təşkil edən «Tramadol Hydrochloride 50 mq» və 10 ədəd həbdən ibarət təsir edici maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edən «Tramadol Hydrochloride 225 mq» güclü təsir edən dərman preparatları aşkar olunub götürülmüşdür. Bundan sonra, Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 iyul 2019-cu il tarixdə, saat 12.00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şabran şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən həmin aptekə baxış keçirilərkən Şərifov Əzim Musa oğlu satış üçün nəzərdə tutulan dərman preparatlarının saxlanıldığı rəfdən Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarı”nın siyahısının 79-cu bəndinə daxil olan Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxladığı külli miqdarda - təsir edici maddəsinin ümumi miqdarı 54,525 qram təşkil edən «Tramadol Hyd rochloride» güclü təsir edən maddəsini - cəmi 51 ədəd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 2,55 qram təşkil edən «Tramadol Hydrochloride 50 mq» və cəmi 231 ədəd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 51,975 qram təşkil edən «Tramadol Hydrochloride 225 mq» güclü təsir edən dərman preparatlarını polis əməkdaşlarına təqdim etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Şikayətdə bildirir ki, «Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07.10.2020-ci il tarixli, 1(105)-283/2020 nömrəli qərarı əsassızdır. Bu səbəbdən sözügedən qərar ləğv edilməli, məhkum olunmuş şəxs kimi mənə münasibətdə bəraət hökmü çıxarılmalıdır. Belə ki, keçirilmiş məhkəmə prosesləri zamanı mən və digər məhkum olunmuş şəxs, Şərifov Əzim Musa oğlu məhkəməyə verdiyimiz ifadələrdə sözügedən cinayət işi üzrə xüsusi əhəmiyyət daşıyan hallar aşkar edilmiş, mənim təqsirsiz olmasına dəlalət edən hallar müəyyən edilmişdir. Şərifov Əzim Musa oğlu sözügedən cinayət işi üzrə Şabran RPŞ-də verdiyi ilkin ifadəsinin polis əməkdaşlarının hədə və təzyiqi altında, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində verdiyi sonrakı ifadəsinin də, əvvəlcədən Şabran RPŞ-nin əməkdaşlarının şifahi təzyiqləri altında verdiyini bildirmişdir. Həmçinin, Şabran RPŞ əməkdaşlarının Ə.M.Şərifova təzyiqlərinin əsas məqsədinin aldatma və hədə-qorxu ilə mənim təqsirliliyinin müəyyən edilməsi istiqamətində xüsusatların onun izahat və ifadəsində qeyd edilməsinin tələb edilməsi olmasını qeyd etmişdir. Bundan əlavə, mənə qarşı ittihamın saxta əsaslar üzərində, qərəzli şəkildə qurulmasını, təqsirsiz olmağımı, Ə.M.Şərifovun ifadəsinin qərəzli şəkildə, aldadılmaqla mənə qarşı alındığını bildirmişəm. Həmçinin, məhkəmə prosesində iştirak etmiş şahidlər və hal şahidləri ziddiyətli ifadələr vermiş, hal şahidlərinin əvvəllər dəfələrlə hal şahidi qismində Şabran RPŞ-də müvafiq istintaq hərəkətlərin hal şahidi kimi iştirak etməsinə dair əsaslı hallar, nəticə etibarilə cinayət işi üzrə müvafiq axtarış istintaq hərəkətinin etibarsız olmasına ciddi əsaslar olsa da, bu hallara məhkəmə tərəfindən araşdırılmamışdır. Nəticə etibarilə, cinayət işi üzrə obyektiv həqiqətin aşkar edilməsi məqsədilə göstərilən xüsusilə əhəmiyyətli hallara apelyasiya instansiya məhkəməsi tərəfindən diqqət yetirilməmiş, apelyasiya şikayəti əsassız olaraq təmin edilməməklə 1-ci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmı şdır. Qeyd olunan əhəmiyyətli xüsusatların araşdırılması həm 1-ci instansiya məhkəməsində vəsatətlə, həm də apelyasiya instansiyası məhkəməsində apelyasiya şikayəti ilə araşdırılması tələb olunsa da, müvafiq vəsatətlər və apelyasiya şikayəti məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07.10.2020-ci il tarixli, 1(105)-283/2020 nömrəli qərarının ləğv edilməsini və mən, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş edirəm.» HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması na dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı isə ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələblərinə riayət etməklə apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin də dəlillərini nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işdə olan sübutları, işin digər materiallarını və faktiki hallarını bir daha təhli l edərək belə nəticəyə gəlir ki, məhkəmələr istintaq orqanının təqdim etdiyi sübutları yoxlayıb qiymətləndirərkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə tam riayət etməmiş, işin düzgün həlli üçün, o cümlədən əməlin tövsifi ilə bağlı nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, gəldikləri nəticəni faktiki olaraq əsaslandırmamışlar. Kassasiya şikayətində qeyd olunur ki, keçirilmiş məhkəmə prosesləri zamanı Təqsirləndirilən şəxs və məhkum olunmuş digər şəxs Ə.M.Şərifov məhkəməyə verdiyi ifadələrində cinayət işi üzrə xüsusi əhəmiyyət daşıyan hallar aşkar edilmiş, Təqsirləndirilən şəxs təqsirsiz olmasına dəlalət edən hallar müəyyən edilmişdir. Belə ki, Şərifov Əzim Musa oğlu qeyd edilən cinayət işi üzrə Şabran RPŞ-də verdiyi ifadəsinin polis əməkdaşla rının hədə və təzyiqi altında, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində verdiyi sonrakı ifadəsinin də, əvvəlcədən Şabran RPŞ-nin əməkdaşlarının şifahi təzyiqləri altında verdiyini bildirmişdir. Şabran RPŞ əməkdaşlarının Ə.M.Şərifova təzyiqlərinin əsas məqsədinin aldatma və hədə-qorxu ilə Təqsirləndirilən şəxs təqsirliliyinin müəyyən edilməsi istiqamətində xüsusatların onun izahat və ifadəsində qeyd edilməsinin tələb edilməsi olmasını qeyd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona qarşı ittihamın saxta əsaslar üzərində, qərəzli şəkildə qurulmasını, təqsirsiz olmasını, Ə.M.Şərifovun ifadəsinin qərəzli şəkildə, aldadılmaqla ona qarşı alındığını bildirmişdir. Həmçinin, məhkəmə prosesində iştirak etmiş şahidlər və hal şahidləri ziddiyyətli ifadələr vermiş, hal şahidlərinin dəfələrlə h al şahidi qismində Şabran RPŞ-də müvafiq istintaq hərəkətlərin hal şahidi kimi iştirak etməsinə dair əsaslı hallar, nəticə etibarilə cinayət işi üzrə müvafiq axtarış istintaq hərəkətinin etibarsız olmasına ciddi əsaslar olsa da, bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələri müdafiə tərəfinin irəli sürdüyü bu dəlillərini faktiki olaraq heç cür araşdırmamış, Ə.M.Şərifova qarşı təzyiqlərin kim tərəfindən və hansı formada edildiyini aydınlaşdırmamış, iş üzrə dindirilmiş polis əməkdaşlarına bu barədə müvafiq suallar verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu halların dəqiq müəyyən edilməsi iş üçün ona görə mühüm əhəmiyyət kəsb edir ki, Ə.M.Şərifovun dedikləri onun ifadəsindən başqa hər hansı bir sübutla təsdiq edilmir. Birinci instans iya məhkəməsi isə bu halların araşdırılması, müdafiə tərəfinin həmin dəlillərinin yoxlanılması, işdə olan sübutlara həmin dəlillər baxımından da qiymət verilməsi məsələsinə səthi yanaşmış, müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillərə əhəmiyyət verməmiş, onlara hökmdə münasibət də bildirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona qarşı ittihamın saxta əsaslar üzərində, qərəzli şəkildə qurulmasını, təqsirsiz olmasını, Ə.M.Şərifovun ifadəsinin qərəzli şəkildə, aldadılmaqla ona qarşı alındığını bildirmişdir. Qeyd olunan dəlillər həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində irəli sürülmüşdür. Lakin qeyd olunan məhkəmələr müdafiə tərəfinin bu dəlillərini də ətraflı araşdırmayaraq, bu dəlilləri cavabsız qoymuşlar. Həmçinin birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, iş üzrə dindirilmiş hal şahidlərinin dəfələrlə hal şahidi qismində Şabran RPŞ-də müvafiq istintaq hərəkətlərində hal şahidi kimi iştirak etməsinə baxmayaraq, məhkəmələr bu hala müvafiq qiymət verməmişlər. Bundan başqa, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli hesab etməyərək ifadə verməmiş, iş üzrə ondan yalnız şahid qismində izahatı alınmışdır. Həmin izahatdan da göründüyü kimi, o heç bir dərman preparatlarını aptek üçün almamışdır. Həmçinin "xxxx" MMC-dən daxil olmuş məktubda bildirilir ki, Təqsirləndirilən şəxs narkotik tərkibli dərmanlar bu firma tərəfindən satılmamışdır. İş materiallarından göründüyü kimi, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi bu hal a aydınlıq gətirilməsi üçün firmanın nümayəndəsi dindirməmiş, qeyd olunan dərman preparatlarının haradan gətirilməsi və kim tərəfindən alınması araşdırılmamışdır. Həmçinin Əzim Şərifov da ifadəsində qeyd edir ki, Təqsirləndirilən şəxs ona reseptsiz dərman satmamasını, tanıdığı xəstələrə isə reseptlərinin olduğu bildikdə dərman satmasını bildirmiş, həmin dərman preparatlarını özü şəxsən satmışdır. Ə.Şərifov həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-nin bir müəssisəsi olan "xxxx" MMC ilə əmək müqaviləsi bağlamış, həmin müəssisənin rəsmi işçisi olaraq satıcı kimi fəaliyyətə başlamışdır. Həmin aptekin yerləşdiyi yer Raufun həyat yoldaşına aiddir və onun yoldaşının adından "xxxx" MMC ilə icarə müqaviləsi bağlanılmışdır. Apellyasiya məhkəməsinin qərarında ittihamın sübuta yetirilib-yetirilmədiyi məs ələsi, bu məsələdə birinci instansiya məhkəməsinin mövqeyinin düzgünlüyü barədə yalnız aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sübutları ətraflı araşdırıb tədqiq etmiş, işin faktiki halları barədə düzgün nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs İttiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilməmişdir. Bununla belə onun əməli özünün mahiyyəti etibarı ilə etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyi və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uy ğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayır. Kollegiya birinci instansiya məhkəməsində dindirilmiş cinayət işi üzrə digər təqsirləndirilən şəxs Şərifov Əzim Musa oğlunun, şahidlər Abdullayev Şahin Yalçın oğlu, Məmmədov Elşən Ramis oğlu, Məhərrəmov Rəşad Rizvan oğlu, Tağıyev Zaur 'Vəliyəddin oğlu, Abbasov Coşğun Elbrus oğlu, Quliyev Əlmurad Nəsbulla oğlu və Əliyev Havasət Kəlbəli oğlunun ifadələrinin doğruluğunda heç bir şübhəli məqam görmür və birinci instansiya məhkəməsi tərəfindən sübut növü kimi qəbul edilməsini qanunun tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlillərini nəzərdən keçirən kollegiya qeyd edir ki, həmin dəlillər əsassız olmaqla işin faktiki hallarına uyğun deyil....”. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən b ir sıra ziddiyyətli, işin hallarına uyğun olmayan fikirlər və məlumatlar əks etdirən və bir biri ilə kəskin ziddiyyət təşkil edən sübutlar (yuxarıda şərh olunmuşdur) təhlil olunmamış, həmin ziddiyyətlərə münasibət bildirilməmiş, bu məlumatlarla əlaqədar yaranmış şübhələrə əhəmiyyət verilməmiş, onların və ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü və, ümumiyyətlə, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, nəticəsindən asılı olaraq onlara qiymət verilməmiş, apellyasiya şikayətinin yuxarıda göstərilən məsələlərlə (ziddiyyətlərin və şübhələrin mövcudluğu ilə) bağlı dəlilləri qanunla nəzərdə tutulmuş qaydada cavablandırılmamış, qeyd olunanlarla bağlı nəticə bu baxımdan faktiki olaraq əsaslandırılmamışdır. Mübahisəsizdir ki, bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 33.2, 145.3, 146.1 və 392.3-cü maddələrinin tələblərini və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respu blikası CPM-nin 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “ formalaşmış ədalət mühakiməsin in lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetirməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsasla ndırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 01 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa, qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanla ra uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərb aycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası CM-nin 204.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması üçün təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1904/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1904/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver