Məhkəmə qərarları › İş №1(102)-1904/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1904/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1904/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2021-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətər Məhkəməsinin 23 iyul 2 020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.T.Əliyev, hakimlər D.H.İmanov və M.Ə.Bağırovdan ibarət məhkəmə tərkibi) Məhkum2 (xx xx xx 1995-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 16 iyun 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3, 181.2.1 və 181.2.2-ci maddələri il ə təqsirli bilinib məhkum edilmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.A.Muxtarov, hakimlər Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum1 və onun müdafiəçisi X3, Məhkum2 və onun müdafiəçiləri X4 və X8, habelə məhkum X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətər Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarından Məhkum2 kassasiya şikayət vermişdir.. İşin halları: Hökmə əsasən, Məhkum2 tanışları Məhkum1 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xx xx 2018-ci il tarixdə saat 16 radələrində ünvan3n ın arxa tərəfində yerləşən tələbə yataqxanasının qarşı tərəfində Məhkum1 təklifi əsasında Gəncə şəhər sakini X5 əmlakını ələ keçirmək məqsədi ilə X46 ilə birlikdə X45nın bədəninin müxtəlif nahiyələrinə əl, ayaq və baş zərbələri ilə vuraraq sağ almacıq və burun nahiyələrinin yumşaq toxumalarının əzilməsi, yaraları, üst dodağının selikli qişasına qansızma ilə müşayiət edilən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olan zoraklıqla bağlı basqın edib sonuncunun şalvarının cibində olan 170 manat pulunu və 100 manat dəyərində olan “Samsung Galaxy J-1 Mini” markalı mobil telefonunu, həmin telefonun içərisində olmuş 10 manat dəyərində “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəni, 6 ma nat dəyərində “Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəni və bir ədəd 5 manat dəyərində 2 giqabayt həcmində yaddaş kartını, ümumilikdə 291 manat məbləğində əmlakını ələ keçirərək quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən subay olması, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, vərəm xəstəliyinə tutulmuş valideynlərinin onun himayəsində olması, qardaşının hərbi xidmət keçməsi nəzərə alınmamış, nəticədə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın və yaxud şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olmasına baxmayaraq, ona azadlıqdan məhrum etmə növündə - həddindən artıq ağır və ədalətsiz cəza tə yin edilmiş, bu cəza apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Məhkum2 kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2021-ci il tarixli qərarının ləğv edilməsini, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən barəsində şərti məhkum etmənin tətbiq edilməsinə və yaxud ona daha yüngül cəzanın təyin edilməsinə dair yeni qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum2 kassasiya şikayətində biri nci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldıqlarını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi və yaxud CM-in 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum2 kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 4 19-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum2 münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum2 ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni qabaqcadan əlbir olduğu cinayətin digər iştirakçıları ilə birgə zərərçəkmiş X48ya əmlakını ələ keçirmək məqsədi ilə sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə (sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə) basqın edib, ümumilikdə 291 manat məbləğdə özgə əmlakını ələ keçirməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum2 kassasiya şikayətində cinayətin faktiki hallarının müəyyən edilməsi, əməlinin hüquqi tövsifi, təqsirlilik kimi məsələlər üzrə dəlillər gətirməsə də, o, habelə onun müdafiəçisi belə dəlillərlə (Məhkum2 məqsədinin özgə əmlakını ələ keçirmək olmaması, əməlində müstəsna olaraq CM-in 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin tərkibinin olması barədə iddialarla) apellyasiya instansiyası məhkəməsi qarşısında çıxış etmişlər. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülmüş, faktiki olaraq Məhkum2 quldurluqda təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlillər apellyas iya məhkəməsində işə baxılarkən ətraflı yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin apellyasiya şikayətlərində irəli sürdüyü iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən heç bir dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 cinayətkar hərəkətlərinin faktiki məzmunu, hüquqi tövsifi, onun həmin hə rəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Kassasiya şikayətində irəli sürülmüş (müstəsna olaraq cəzanın mübahisələndirilməsinə həsr olunmuş) dəlillərə gəldikdə, məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmaq üçün əsas görmür. Çünki, kassasiya şikayətində irəli sürülmüş Məhkum2 məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmadan cəzanın təyin edilməsinə dair iddianın əksinə olaraq, birinci instansiya məhkəməsi Məhkum2 təqsirli bilindiyi quldurluq əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinin sanksiyasında alternativsiz nəzərdə tutulmuş 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində (8 il müddətə) cəza təyin etməklə Məhkum2 şəxsiyyətinə aid məlumatları, o cümlədən subay olmasını, əvvəlki - CM-in 127.2.3-cü maddəsi ilə olan məhkumluğunun ödənilməsini; cəzasını yüngülləşdirən hallar qismində zərərçəkmiş şəxslə barışmasını (CM, maddə 59.1.12), cinayət nəticəsində vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM, maddə 59.1.13), zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum2 ədalətli cəza təyin etmişdir. Məhkum2 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar cinayət işinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkumun cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamışdır. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan halları Məhkum2 cəzasının yüngülləşdirilməsini və yaxud onun barəsində şərti məhkum etmənin (CM-in 70-ci maddəsinin) tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 60.1, 61-ci maddələrinin v ə cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının pozuntularına yol verməmişlər. Kassasiya şikayətində istinad olunan, lakin məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilməyən hallara gəldikdə, kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu səbəbdən kassasiya kollegiyası mübahisələndirilən məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayarkə n məhkumun kassasiya şikayətində gətirdiyi, lakin birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etmədikləri hallardan çıxış edə bilməz. Yuxarıda qeyd olunanlar Məhkum2 kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum2 kassasiya şikayəti təmin edilməməli, bu kassasiya şikayətinə münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2, Məhkum1 və X6 b arəsində olan 24 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2, Məhkum1 və X6 barəsində olan 24 may 2021-ci il tarixli qərarı Məhkum2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar