Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1905/2023 19.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və sonuncunun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Rəfiyev Şahin Hamlet oğlunun, Məhkum və onun m üdafiəçiləri Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128, 178.2.2, 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(103)-73/2023 nömrəli hökmündən Məhkum müdafiəçiləri Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə, Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1 976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, SəlimOba kəndində passport qeydiyyatında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları massivi, bağ evi 529 ünvanda yaşamışdır.
2. İbtidai istintaq orqanı tərəfindən müəyyən olunmuşdur ki, Məhkum 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən, dövlət mülkiyyətində olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmamış, eləcə də, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 0,06 ha torpaq s ahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır.
3. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə X4 etibarından sui istifadə edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə dair çıxarış alınması üçün sənədlərin düzəldilməsi adı ilə 2019-cu ilin dekabr ayının əvvəllərində Binəqədi rayonu 6-cı mkr. ərazisində 7.000 manat, daha sonra həmin torpaq sahəsində tikintinin davam etdirilməsinə aidiyyəti dövlət orqanlarından icazə alınması üçün 14 dekabr 2020-ci il tarixdə Goradil bağlar massivində 15.000 ABŞ dollar nisbətində 25.500 manat, həmin torpaq sahələrində tikinti işlərinin aparılması üçün 14.000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun ümumilikdə 46.500 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində “Abşeron Marina” istirahət mərkəzinin yanında yerləşən 0,12 ha torpaq sahəsinin özünə məxsus olmasını bildirməklə, Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək həmin torpaq sahəsini sonuncuya satmaq və gələcəkdə həmin torpaq sahəsinə çıxarış əldə ediləcəyinə dair vəd verib 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerələşən «Moskva» Univermağı yaxınlığında Zərərçəkmiş şəxs1 24.000 manat, həmin torpaq sahəsində tikinti işləri aparmaq adı ilə 20.000 manat olmaqla Zərərçəkmiş şəxs1 vahid qəsdlə ümumilikdə 44.000 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.
5. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 0,03 ha torpaq sahəsinin özünə məxsus olmasını bildirməklə, 05 aprel 2020-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək aldatmaqla, həmin torpaq sahəsini satmaq və gələcəkdə çıxarış əldə ediləcəyinə dair vəd verib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi, 529 nömrəli bağ evində Zərərçəkmiş şəxs2 12.000 manat pu lunu ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.
6. Bundan başqa o, 05 may 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi, 529 nömrəli bağ evində olarkən, aralarında torpaq sənədi ilə əlaqədar narazılığa aydınlıq gətirilməsi üçün onun yaşadığı ünvana gəlmiş Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həyətində saxladığı «alabay» itini Zərərçəkmiş şəxs2 və sonuncu ilə birlikdə gəlmiş Zərərçəkmiş şəxs7 üzərinə qəsdən yönəltməsi nəticəsində həmin it, eyni zamanda həyətdə olan digər it Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif yerlərindən dişləmiş, nəticədə Zərərçəkmiş şəxs7 – alın, gicgah nahiyələrinin, hər iki saidin, sağ qulaq seyvanının, sağ dir sək oynağının, sol mil-bilək oynağının, sol əlin, hər iki baldırın, budun deşilmiş-cırılmış yaraları ilə müşayiət olunan, ümumi təhlükəli üsulla şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir.
7. Bundan başqa o, 12 sentyabr 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs4 ona zəng edərək, əri Şahid7 spirtli içkiyə sövq etməsini bildirib onun anasının ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən, Zərərçəkmiş şəxs4 yaşıdığı Binəqədi rayonu, Goradil bağlar massivi, nömrəsiz bağ evinə gələrək, sonuncu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zə rərçəkmiş şəxs4 sol göz nahiyəsindən qəsdən yumruqla bir dəfə vuraraq ona, sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(101)-118/2022 nömrəli hökmü ilə (sədrlik edən A.İ.Paşayev, hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128, 178.2.2, 178.2.4 və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzas ı, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 17 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək tutulduğu və “ev dustaqlığında” olduğu 13 (on üç) gün və 28 yanvar 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək tutulduğu və “ev dustaqlığında” olduğu 31 (otuz bir) gün, ümumilikdə 01 (bir) ay 14 (on dörd) günün ona təyin edilmiş 05 (beş) il azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbsə alınması, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 29 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsinin qismən təmin edilməsi, mülki cavabdeh Məhkum vurulmuş maddi ziyanla bağlı 90.500 manat məbləğində pulun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs7 iddia ərizəsinin baxılmamış saxlanılması, gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iş üzrə Zərərçəkmiş şəxs2 Məhkum tərəfindən vurulmuş ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmişdir.
9. Həmin hökmdən Zərərçəkmiş şəxs1, onun nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən birgə, Zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il t arixli, 1(103)-73/2023 nömrəli hökmü ilə (sədrlik edən H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət tərkibdə) zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, onun nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən birgə verilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, təqsirləndirilən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(101)-118/2022 nömrəli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət M əcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 17 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək tutulduğu və “ev dustaqlığında” olduğu 13 (on üç) gün və 28 yanvar 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək tutulduğu və “ev dustaqlığında” olduğu 31 (otuz bir) gün, ümumilikdə 01 (bir) ay 14 (on dörd) gün ona təyin edilmiş 04 (dörd) il azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət verilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 29 iyul 2022-ci il tarixdən hesablanması, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsinin qismən təmin edilməsi, mülki cavabdeh Məhkum vurulmuş maddi ziyanla bağlı 90.500 manat məbləğində pulun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi, iş üzrə mülki iddiaçı Zərərçəkmi ş şəxs7 iddia ərizəsinin baxılmamış saxlanılması və gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(103)-73/2023 nömrəli hökmündən Məhkum müdafiəçiləri Müdafiəçi2 tərəfindən kassasiya şikayəti, Müdafiəçi3 tərəfindən kassasiya şikayətinə əlavə, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
12. Məhkum müdafiəçiləri kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə elan edilmiş dələduzluq ittihamı üzrə a pellyasiya instansiya məhkəməsinin Məhkum niyyətinin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ibarət olmamasını, tərəflərin iradə ifadəsini əks etdirən və hal-hazıradək qüvvədə olan notarial qaydada təsdiqlənmiş müqavilələrin olmasını, ibtidai istintaq orqanının mülki hüquqi münasibətlərlə dələduzluq cinayəti əməlinin sərhədini müəyyən edə bilməməsini, əslində isə Məhkum zərərçəkmiş şəxs qismində tanınmış şəxs qarşısında hal-hazırda yalnız mülki öhdəlik daşıya biləcəyini nəzərə almaması olmuşdur. Həmçinin, Məhkum elan edilmiş digər ittihamlar üzrə də təqsiri sübuta yetirilmədiyinə baxmayaraq qərəzli münasibət nəticəsində mövcud sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
13. Məhkum müdafiəçiləri tərəflərindən verilmiş kassasiya şikayətinə və kas sasiya şikayətinə əlavəyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(103)-73/2023 nömrəli hökmünün qismən, yəni Məhkum təqsirli bilinməsinə dair hissədə ləğv edilməsini, cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Həmçinin, apellyasiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs7 kassasiya şikayəti verərək, hökmün ona yetirilmiş xəsarətin dərəcəsi və buna dair olan tövsif hissəsi ilə razı olmadığını bildirib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(103)-73/2023 nömrəli hökmünü ləğv edib əlavə araşdırmanın aparılması məqsədi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Həmçinin, apellyasiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, şikayətlərinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza hissəsində düzgün araşdırma aparılmaması qeyd edilərək, şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(103)-73/2023 nömrəli hökmünün ləğv edilməsini və məhkum barəsində daha ağır cəza təyin edilməsini xahiş etmişlər.
16. Kassasiya şikayətlərinə və kassa siya şikayətinə əlavəya qarşı etiraz daxil olmamış, hökmdən dövlət ittihamçısı kassasiya protesti verməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən Məhkum və müdafiəçiləri zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, həmçinin müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında hər biri ayrı-ayrılıqda çıxış edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və sonuncunun nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu müdafiə tərəfindən v erilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərinə etiraz edərək, tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.
19. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X6 həm müdafiə tərəfindən, həm də ittiham tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
20. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
21. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcə lləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
22. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
23. Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 kassasiya şikayətində və kassasiya ş ikayətinə əlavədə məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 127.2.3, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
24. Zərərçəkmiş şəxs7 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticə də Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməsində yanlışlığa yol verildiyini, onun əməlinin AR CM-in 126-cı maddəsi ilə tövsif edilməli olmasını iddia edərək, mübahisələndirilən hömün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
25. Digər zərərçəkmiş şəxslər kassasiya şikayətlərində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və ona ağır cəza təyin edilməsi barədə tələblərini mə hkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər.
26. Odur ki, kollegiya məhkumun müdafiəçilərinin kassasiya şikayətini və kassasiya şikayətinə əlavəsini, həmçinin zərərçəkmiş şəxslərin kassasiya şikayətlərini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(103)-73/2023 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
27. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu M əcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
28. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
29. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alın maqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
31. Məhkum müdafiəçiləri tərəfindən kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş məhkumun təqsirli bilindiyi maddələr üzrə cinayət işinin yenidən araşdırlılması üçün yeni apellyasiya baxışına qaytarılmasına dair tələbinə münasibətdə, məhkəmə kollegiyası bu iddia və tələblə razılaşmaq üçün əsas görmür.
32. Belə ki, Məhkum apellyasiya instansiya məhkəməsinin hökmü ilə istinad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməllərində Cinayət Məcəlləsinin 127.2.3, 128, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi apellyasiya instansiyası məhkəməsində qismən məhkəmə istintaqı keşirilməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası Məhkum müdafiəçilərinin kass asiya şikayətinin və kassasiya şikayətinə əlavəsinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını ətraflı yoxlamaq məqsədi ilə qismən məhkəmə istintaqı keçirməklə müvafiq araşdırmalar aparmış, bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128, 178.2.2, 178.2.4-cü maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddələr ilə onun təqsirli b ilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayətprosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
34. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun müdafiəçilərinin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavəsinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.
35. Kollegiya həmçinin, Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qeyd edir ki, verilmiş kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 126-cı maddəsinə tövsif edilməli olduğu iddia edilir.
36. Kollegiya qeyd edir ki, təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə yəni, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ilə bağlı nəticəyə gəlmək ü çün hər iki məhkəmə istintaqı zamanı hər hansı bir sübut aşkar edilməmişdir.
37. Cinayət işi matertiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 iyun 2020-ci il tarixli, 877 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədənində aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin, sağ qulaq seyvanının, sağ gicgah nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, hər iki said nahiyəsinin, sol milbilək oynağı nahiyəsinin, sol əlin, hər iki bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin və hər iki baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı Kliniki Tibbi Mərkəzinə müraciət etdiyi xx.xx.2020-ci il saat 02.10-dan bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs7 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər it dişləməsi nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs7 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi qeyri-mümkündür.
38. Həmçinin, təkrar məhkəmə-tibbi ekspertizasının 26 oktyabr 2020-ci il tarixli, T 278/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 almış olduğu xəsarətlər - alın, gicgah nahiyələrinin, hər iki saidin, sağ qulaq seyvanının, sağ dirsək oynağının, sol milbilək oynağının, sol əlin, hər iki baldırın, budun deşilmiş-cırılmış yaraları, küt yaranma mexanizm inə malik olmaqla öz xüsusiyyətlərinə görə it dişləməsi nəticəsində qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2020-ci ildə törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.
39. Qeyd olunanlara əsasən, Zərərçəkmiş şəxs7 kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs7 sağlamlığına ümumi təhlükəli üsulla qəsdən az ağır zərər vurması apellyasiya məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-biri ilə uzlaşan kifayət qədər sübutların məcmusu ilə tam təsdiq olunur.
40. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs7 kassasiya şikayətinin məhkumun əməlinin Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 126-cı maddəsinə tövsif edilməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.
41. Kassasiya kollegiyası, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində mübahisələndirilən məhkum barəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddən artıq yüngül olması barədə dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
42. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakte rinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
43. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
44. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunm asına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
45. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
46. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
47. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
48. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli t ədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
49. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlunun kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum qarşı həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir.
50. Apellyasiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, cümlədən cəz anı yüngülləşdirən halları (himyəsində iki uşağının olması) və ağırlaşdıran halların olmamasını, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə almışdır, təqsirləndirilən Məhkum törətmiş olduğu cinayət əməlinə əsasən məhkəmə hökmü ilə təyin edilən normanın saksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cinayət qanunvericiliyinin və cinayət məsuliyyətinin prinsiplərinə tam uyğundur, zərərçəkmiş şəxslərin kassasiya şikayətinin dəlillərində və kassasiya icraatında qeyd etdikləri məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması nəticəsinə gəlməyə əsas vermir.
51. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının ağırlaşdırılmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
52. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd oluna n nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
53. Qeyd olunanlar Məhkum müdafiəçiləri Müdafiəçi2 kassasiya şikayətinə, Müdafiəçi3 kassasiya şikayətinə əlavəsinə, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxılması nəticəsində müdafiə tərəfinin şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində, həmçinin ittiham tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlunun şikayətlərində ehtiva olunan 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
54. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçiləri Müdafiəçi2 kassasiya şikayəti, Müdafiəçi3 kassasiya şikayətinə əlavəsi, həmçinin zərərçəkmiş şəxslər Zər ərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(103)-73/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128, 178.2.2, 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(103)-73/2023 nömrəli hökmü Məhkum müdafiəçiləri Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə, Müdafiəçi3 tərə findən verilmiş kassasiya şikayətinə əlavəyə, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçiləri Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti, Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin.