Məhkəmə qərarları › İş №1(102)-1905/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1905/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1905/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hacıyeva Günay Hacıgül qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 1(101)-643/2023 nömrəli (hakimlər: Məmmədzadə Səbinə Adil qızı (sədrliyi ilə), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məş ğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, onun 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmənin əvvəlinin 10 sentyabr 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, onun profilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, hökmlə, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən təqsirlə ndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli 1(103)-1827/2023 nömrəli (hakimlər: Əyyubov Fərid İlham oğlu (sədrliyi və məruzəsilə), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli b ilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 10 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda özünü «Məmməd» adı ilə İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən satış məqsədi ilə qanunsuz olaraq üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda, yazı əlavəli, qəhvəyi rəngli, dairəvi formalı, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 4 qram olan 100 ədəd həbi 400 manat pul müqabilində alaraq əldə edib bir hissəsini üzərində, qalan hissəsini idarə etdiyi «Opel Vita» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə saat 19:20-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yol 1 ünvanında yerləşən «Maşın bazarı»nın yaxınlığında idarə etdiyi «Opel Vita» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Yasamal RPİ-nin 28-ci PB-nə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən, üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda, yazı əlavəli, qəhvəyi rəngli, dairəvi formalı, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan 20 ədəd həb aşkar edilərək götürülmüş, bundan başqa, əməliyyat-axtarış tədbir inin davamı olaraq 10 sentyabr 2022-ci il tarixdə saat 21:30-da idarə etdiyi «Opel Vita» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış və götürmə istintaq hərəkəti keçirilən zaman qabaq sağ oturacağın üstündən, üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda, yazı əlavəli, qəhvəyi rəngli, dairəvi formalı, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 3,2 qram olan 80 ədəd həb aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyasında məhkəmə baxışı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflərin bərabərliyi və çəkişməsi təmin edilməmiş, həmçinin onun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. İbtidai araşdırma zamanı bir çox maddi və prossesual pozunulara yol verilmişdir. Lakin istər birinci instansiya, istərsə də apellyasiya instansiya məhkəmələri bu pozuntulara hüquqi qiymət vermədən şəxs barəsində nəticəyə gəlmişdirlər. Belə ki, “Şübhəli şəxsin tutulması haqqında” 10 sentyabr 2022-ci tarixli protokoldan müəyyən olur ki, protokol saat 20:51-dən 21:20-dək olan müddət ərzində tərtib edilmiş, kompyuter vasitəsilə tərtib olunsa da şəxsi axtarışın başlanma və qurtarma saatları əlyazma ilə yazılmış və sonradan düzəlişə məruz qalmışdır. Həmçinin, cinayət işinin materiallarından müəyyən olur ki, şəxsi axtarış dər hal deyil, onlar faktiki olaraq saxlandıqdan 1 saat 20 dəqiqə sonra keçirilmişdir. Bundan başqa, avtomobilə baxış və götürmə istintaq hərəkəti cinayət işi başlamadan keçirilmiş və bununla da cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İstər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində Məhkum hansı avtomobildə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə gətirilməsi, onun idarə etdiyi “Opel Vita” markalı avtomobilini kim tərəfindən bölməyə gətirilməsi araşdırılmamış və bu hala heç bir hüquqi qiymət verilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı ittihamı təsdiq edən hər hansı mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən sübutlar müəyyən edilməmiş, əksinə, araşdırılmış sübutlarla verilmiş ittih amın qanunsuz olması, şəxsin isə təqsirsiz olması birmənalı olaraq öz təsdiqini tapmışdır. Məhkum təqsirsizliyi ilə bağlı gətirilən dəlillər daha ətraflı, məntiqli və ardıcıl olmaqla, bir-biri ilə uzlaşaraq öz təsdiqini tapmışdır. Apellyasiya instansiya məhkəməsi də bu faktları araşdırmadan birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2023cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, narkotik vasitənin satışı ilə məşğul olmadığını, sadəcə istifadəçisi olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhk əməsində müdafiəçi Hacıyeva Günay Hacıgül qızı çıxış edərək, məhkumun narkotik vasitədən asılılığı olduğunu, tərgitmək istədiyini, sadəcə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419. 1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının q anuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəx sin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehti va edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən fak tiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandır sın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayə t etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olu nan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçisinin isə kassasiya şikayətinin təmin olunması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya mə hkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələb lərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərd ə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 10 sentyabr 2022-ci il tarixli protokol və şəxsi axtarışın keçirilməsini özündə əks etdirən CD disk, «avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 10 sentyabr 2022-ci il tarixli protokol və həmin istintaq hərəkətini özündə əks etdirən CD disk, «diskə baxış keçirilməsi haqqında» 11 noyabr 2022-ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2022-ci il tarixli 6/5 070 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli 5954 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə rəyi, "xxxx" MMC-dən daxil olmuş CD disk, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Məhkum üzərinə Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında DİN-in BNMİ-nin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman onun əynində olan şalvarın sağ yan cibindən üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda, yazı əlavəli, qəhvəyi rəngli, dairəvi formalı 20 ədəd metadon həbi aşkar edilərək götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçı tərəfindən verilmiş müvafiq suala cavab olaraq Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəni Yasamal rayonunda gizlədilən yerdən İran İslam Respublikasının vətəndaşı «Məmməd» adlı şəxsin vasitəsi ilə istifadə etmək üçün əldə etdiyini, narkotik vasitəni əldə etmək üçün həmin şəxsin kartına 400 manat məbləğində pul köçürdüyünü bildirmişdir. Protokolda qeyd olunan hallar və istintaq hərəkəti keçirilərkən prosessual pozuntulara yol verilməməsi, həmin istintaq hərəkətini özündə əks etdirən diskə baxış keçirilməsi və bu zaman tərtib edilmiş 11 noyabr 2022-ci il tarix li protokol ilə də öz təsdiqini tapır. Həmçinin iş materiallarında olan “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Yasamal RPİnin 28-ci PB-nin inzibati binasının həyətində Məhkum idarə etdiyi özünə məxsus «Opel Vita» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə DİN-in BNMİ-nin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla baxış və götürmə istintaq hərəkəti keçirilən zaman ön sağ oturacağın üstündən üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda, yazı əlavəli, qəhvəyi rəngli, dairəvi formalı 80 ədəd metadon həbi aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələrində elan edilib araşdırılmı ş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilərkən Məhkum istifadəsində olmuş 070- ***-**-** saylı mobil nömrəsinə ***-***-**-** nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 04:54:53-də «Oyagsiz Lemandı 40 verewm kecen defedende 10 qalb obsi 50 veecem»; xx.xx.2022-ci il tarixdə saat 10:38:11-də həmin telefon nömrəsindən «Bsetkada sizi gozduyrem gelirsiz»; həmin gün saat 10:48:47-də «Gelirsiz burdayame beyagdan»; həmin gün saat 10:55:11-də «Ay x emi sizin blokda formada serjant yawyirki formada kim se 4 cu blokun qapsnda durub bax pencereden gizlice»; həmin gün saat 11:01:28-də «Kimse cixdi dandi onla kiwiwdi kimse neynim gedim men gozluyum»; həmin gün saat 11:10:40-da «Vuqar emi gelursiz getdi qapdaki adamda» məzmununda, daha sonra ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.202 2-ci tarixdə saat 01:42:15-dən etibarən «adam kişi olarda deyirem agriyiram», «senin bu hereketıvı yadda saxla», «sen deseydin mene ozum gelerdim», «seni agrıda saxlasalar xowum geler??», «mawın gondermişem», «tel acda» «kıwılıyın olsun», «sen ozuvı fıkırlewen adamsan», «sen adamı pisix edersen» məzmununda smslər daxil olduğu müəyyən edilmişdir. Həmin CD diskdəki digər faylda qeyd olunmuş zənglərin detallaşdırılmasına dair məlumatlardan görünür ki, Məhkum istifadəsində olmuş mobil telefon nömrəsi ilə sms mətnləri yazılmış mobil telefon nömrələri arasında müxtəlif vaxtlarda, dəfələrlə və çoxsaylı telefon danışıqları olmuşdur. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi daşıyır. Məhkəmə kollegiyaları haqlı olaraq şahidlər Şahid1 və Şahid2 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsinə dair məqsəd güddüyü barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv ed ilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq m əhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar