Məhkəmə qərarları › İş №1(102)-1905/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1905/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1905/2025 03.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünv an 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-25/2025 nömrəli 10 yanvar 2025-ci il tarixli qərarından məhkumun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər C.A.Hüseynovun sədrliyi, hakimlər E.H.İsmayılov və S.S.Hüseynovdan ibarət tərkibdə) 1(101)-157/2024 nömrəli 12 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib onun 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhru m etmə cəzasına məhkum edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 19 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-25/2025 nömrəli 10 yanvar 2025-ci il nömrəli qərarı ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olara q külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti naməlum olan «İlqar» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya əsasən sonuncunun WhatsApp mesaj mübadiləsi sistemi vasitəsi ilə ərazinin dəqiq koordinatını və şəkilini göndərməsi üzrə 19 sentyabr 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu adlanan yerə gedərək yol kənarında yerləşdirilən tullantı qablarının arxa hissəsində gizlədilmiş qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3005,6 qram olan narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, Binəqəd i Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 06:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, ünvan 2 ünvanda yerləşən polis idarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən sol əlində daşıdığı 1 ədəd göy rəngli sellofan torbanın içərisindəki səffaf rəngli sellofana bükülmüş halda ayrı ayrılıqda təmiz çəkiləri 504,4 qr, 501,0 qr, 495,0 qr, 496,5 qr, 503,1 qr və 505,6 qr olan 6 ədəd səffaf rəngli sellofan bükümlərdə ümumilikdə 3005,6 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2025-ci il tarix li qərarının ləğv edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi materialları və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Məhkum 2022-ci il 18 sentyabrdan 19 sentyabra keçən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılıb qollarına dəmir qandal vurulmaqla, heç bir qərar olmadan faktiki olaraq azadlıqdan məhrum edilərək Binəqədi RPİ-yə gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, onun hüquqi statusu müəyyən edilməmiş və bu Məcəllənin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, onun hüquq və vəzifələri, habelə məsuliyyəti dər hal izah olunmamış, əməliyyat tədbirin həyata keçirilməsinə dair əsaslandırılmış qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə ümumiyyətlə göndərilməmişdir. Həmçinin cinayət işi materiallarından görünür ki, şəxsi axtarış, fiziki şəxsdə olan əşyaların yoxlanılması və baxış keçirilməsi və götürülməyə dair istintaq hərəkətləri Azərbaycan Respublikası CPMnin 236-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkəti olduğu və cinayət işi başlandıqdan sonra müstəntiq tərəfindən keçirilməli olduğu halda, cinayət işi başlanmadan və bu barədə hər hansı bir qərar qəbul edilmədən təhqiqatçı tərəfindən keçirilmişdir. Bununla da Azərbaycan Respublikası CPM-nin 207.4-cü maddəsinin tələbi də pozulmuşdur. Həmin Məcəllənin 207.4-cü maddəsinə əsasən, törədilmiş və ya hazır lanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istis na olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Nəzərə almaq lazımdır ki, cinayət işinin materiallarında qeyd edilir ki, müdafiəçi şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətindən əvvəl bir sıra istintaq hərəkətlərində iştirak etmiş, təhqiqatçı tərəfindən şübhəli şəxsə təqdim edilmişdir. Lakin nədənsə cəmi 10-15 dəqiqə sonra aparılan İstintaq hərəkətində iştirak etməmişdir. Həmin iştirak etməməsi barədə səbəbi, müdafiə etdiyi şəxsin istəyi ilə deyil, əvvəlcə özünün təkidi olmuş, sonradan şübhəli şəxsdən bu barədə ərizə alınmışdır. Belə ki, protokol cild 1 səhifə 35-də, guya Məhkum tərəfindən yazıldığı iddia edilən ərizə isə cild 1 səhifə 36-dadır. Və ərizənin məzmunundan göründüyü kimi, ərizənin məzmunu “müdafiəçimin iştirakı olmadan üzərimə şəxsi axtarış keçirilməsinə etiraz etmirəm” olmuşdur. Məhkum barəsində “Şəxsi axtarış və götürmə barədə” istintaq hərəkəti nəticəsində onun üzərində aşkar olunduğu iddia olunan əşyalar qanunvericiliyə uyğun olaraq protokolda əks olunmamışdır. 19 sentyabr 2022-ci il tarixli Məhkum barəsində “Şəxsi axtarış və götürmə barədə” protokolunda onun üzərindən guya göy rəngli selofan bükülünün içərisindən tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar olunduğu qeyd olunsa da onun çəkisi protokolda qeyd olunanmışdır. Hesab edirlər ki, hazırkı cinayət işi üzrə guya aşkar olunan narkotik vasitənin çəkisi birbaşa olaraq cinayət məsuliyyəti yaradan hal olduğundan, müvafiq protokolda aşkar olunan narkotik vasitənin çəkisi mütləq şəkildə qeyd olunmalı idi. Məhkum faktiki olaraq 2022-ci il tarixində 18 s entyabrdan 19 sentyabra keçən gecə saxlanılaraq Binəqədi RPİ-ə gətirilmiş, saxlandığı andan müdafiəçi ilə təmin olunmamışdı. Həmçinin saxlanılması barədə onun qohumlarına məlumat verilməmişdir. Məhkum faktiki olaraq tutulduqdan, barəsində tutulma protokolu tərtib olunandan sonra ona müdafiəçi təyin olunmuşdur. Bu məhkəmə istintaqı zamanı bir daha öz sübutunu tapmışdır. İş materialların təhlili göstərir ki, Məhkum barəsində cinayət təqibini aparan Binəqədi Rayon Polis İdarəsinin təhqiqat və istintaq şöbələri tərəfindən ibtidai araşdırma zamanı ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılması hallarını müəyyən edən CPM-nin 216.3-cü maddəsinin tələblərinə də əməl edilməmişdir. Həm təqsirləndirilən şəxs, həm Şahid4, həm də müdafiə tərəfindən təqdim edilmiş sms mətnlər və səs yazıları ndan görünür ki, Məhkum 2022-ci ilin iyun ayında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, təqsirləndirilən şəxsin dostu Səftər adlı polis əməkdaşı onun məsələsini həll etmək üçün müvafiq hərəkətlər etmiş, sonda Məhkum polis əməkdaşlarına 1000 manat pul verməməsi səbəbindən polis əməkdaşları ona qarşı qərəzli mövqe göstərmişlər. Müdafiəçisi olduğu şəxsə guya narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı ittiham verilsə də, ibtidai istintaq zamanı ümumiyyətlə onun narkotik vasitəni kimə satmaq istəməsi və ya satması ilə bağlı heç ümumiyyətlə fərziyyə belə irəli sürülməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin e dilməsi barədə məhkumun müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual q anunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəx s tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə” əməlinə görə cinayət məsuliyyəti; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayə t əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmi ş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349. 3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırm a səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqi bini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkumnin əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protoko llarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları haz ırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında olan məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında eyni tarixli protokoldan görünür ki, diskə baxış nəticəsində tərtib olunan protokolun məzmunu “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2022-ci il tarixli protokolun məzmunu ilə üstüstə düşür, ziddiyyətlər və qanun pozuntuları müəyyən olunmur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 6/5324 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycanb Respublikası DİN “ Zərflər üçün N 172 dairəvi möhür əksi olan “Şübhəli şəxs Məhkum üzərindən aşkar edilmiş....” sözlər soyadlar və imzalar olan üzəri yapışqanlı lentlə bağlanmış bir ədəd göy rəngli sellofan bağlamanın içərisində 06 ədəd bağlamada ayrı ayrılıqda təmiz çəkiləri 504,4 qr., 501,0 qr., 495,0 qr., 496,5 qr., 503,1 qr., 505,6 qr. olmaqla ümumi təmiz çəkisi 3005,6 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 13 noyabr 2022-ci il tarixli 6/5629 nömrəli rəyindən görünür ki, tədqiqata “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkmə Ekspertizası Mərkəzi № 65 dairəvi möhür əksləri olan “6/5324....19 sentyabr 2022-ci il” sözləri olan bir ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış, üzərində “Şübhəli şəxs Məhkum” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada 06 ədəd bağlamada ayrı ayrılıqda təmiz çəkiləri 504,35 qr., 500,95 qr., 494,95 qr., 496,45 qr., 503,05 qr. və 505,55 qr. ümumi təmiz çəkisi 3005,3 qram heroin bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. Cinayət işinə aşağı instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum üzərinə keçirilmiş şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd «İphone 5S» markalı mobil telefona baxış keçirilməsi haqqında protokolun tədqiqi ilə aşağıdakılar müəyyən edilmişdir: mobil telefonun «WhatsApp» sosial sms mübadiləsi proqramında +**********96 saylı mobil nömrədən səsli və yazılı smslər çoxl u sayda müxtəlif tarix və saatlarda daxil olmuşdur. Səsli smslər qadın və kişi tərəfindən göndərilmişdir. Sms-lərdə Məhkum qarşı tərəfdən narkotik vasitənin yerinin harada olmasını, ona müştəri tapacağını, özünündə maddi vəziyyətinin pis olduğunu deyir, qarşı tərəf isə ona işləməli olduqlarını, müştəri taparsa ona aşağı qiymətdən hesablayacağı vədini verir, eyni zamanda narkotik vasitənin yerlərini ona bildirir. Məhkum satmaq üçün əldə etdiyi narkotik vasitənin pulunugöndərdiyi çeklərin səkilləri də smslərdə əks olunuşdur. Həmin səsli və yazılı smslər video halında Məhkum üzərində aşkar edilmiş «İphone 5S» markalı mobil telefondan çəkilərək işə əlavə edilməsi üçün diskə köçürüldü. Mobil telefonun qalereyasında Məhkum narkotik vasitənin yerini müəyyən etməsi üçün çəkilmiş foto aşkar edildi, belə ki fotoda narkotik vasitənin olduğu göy rəngli sellofan torbanın olduğu yer yaşıl rəngli oxla işarə edilmişdir. Mobil telefonun Whatsapp sosial sms mübadiləsi proqramında ***-***-**-** saylı mobil nömrədən yazılı smslər daxil olmuş sms-lərdə qeyd edilmişdir: - kola istəyirəm 10 manatlıq var? - Salam su var yarım lazımdır və s., Cavab olaraq Səid bildirmişdir ki, “Həri var” Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid3, Şahid1, Şahid2, Şahid5 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddə lərə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cina yətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop madd ə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya eh tiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkumnin əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsasl ı olaraq Məhkumnin əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsas lıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxar ıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdu r. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kol legiyası məhkuma təyin edilmiş cəzaya münasibətdədə qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, ape llyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıd a şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)25/2025 nömrəli 10 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar