Məhkəmə qərarları › İş №1(102)-1906/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1906/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1906/2022 15.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-198/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarından Məhkum3 və onun müdafiəç isi Müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum3 xx xxxxxx 1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olmaqla, Ağdaş rayonunun Yuxarı Ləki kəndində yaşayır. 2. 25 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,188.3 və 259.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 24 avqust 2020-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X2 cinayət təqibi orqanı tərəfi ndən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X2 və Ağdaş rayon Yenicə kənd sakinləri - xx.xx.1986-cı il təvəllüdlü Məhkum2 və xx.xx.1965-ci il təvəllüdlü Məhkum1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək Ağdaş rayon Yenicə kəndinin Ucar rayonu Ramal kəndi ilə həmsərhəd hissəsində yerləşən Yenicə kənd bələdiyyəsinə məxsus 3 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkin üçün yararlı vəziyyətə gətirmək üçün becərməklə özbaşına tutmağa cəhd etmiş, bu məqsədlə meşə fonduna daxil olmayan həmin ərazidəki ağac və kollardan vahid niyyətlə 2021-ci ilin a prel ayının əvvəllərində və 27 aprel 2021-ci il tarixdə günorta radələrində 5600 manat dəyərində cəmi 70 ədəd yulğun kolunu və 1890 manat dəyərində 3 ədəd hər biri 100 manat dəyərində 8 sm diametrli, 7 ədəd hər biri 120 manat dəyərində 10 sm diametrli, 3 ədəd hər biri 150 manat dəyərində 14 sm diametrli, 2 ədəd hər biri 150 manat dəyərində 16 sm diametrli cəmi 15 ədəd iydə ağacını traktordan istifadə etməklə qəsdən qanunsuz olaraq kökündən çıxarmaqla götürmüş və təbiətə ümumilikdə 7490 manat-külli miqdarda ziyan vurmuşdur. Bununla da qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutmağa cəhd etmiş, lakin Ucar rayonu Ramal kənd sakini Şahid3 istifadəsində olan mobil telefondan 102 xidmətinə məlumat verdiyindən və h adisə yerinə Ekologiya Nazirliyi və polis şöbəsinin əməkdaşları gəldiyindən cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamış, həmçinin külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağac və kolları qanunsuz olaraq kökündən çıxarmaqla götürmüşdür.

5. Ağdaş Rayon Məhkəməsinin 1(014)-10/2022 nömrəli, 16 mart 2022-ci il tarixli hökmü ilə Məhkum3 Azərbaycan Respublikası CM-nin 29, 188.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum3 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzalarının qismən toplamaq yolu ilə qəti olaraq 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Məhkum1 və Məhkum2 da təqsirli bilinərək məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum3 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək şikayətini onunla əsaslandırılmışdır ki, o həmin əməlləri törətməmişdir. O məcburi köçkündür. Ailəsi aztəminatlıdır. Yaşayış yerindən müsbət xarakterizə olunur. İki yetkinlik yaşına çatmayan övladı vardır. Ailəsinin yeganə qazanc gətirən şəxsidir. Məhkəmə cəza təyin edərkən cəzanın onun ailə şəraitinə ağır təsirini nəzərə almamışdır. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(014)-10/2022 nömrəli hökmünün l əğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-198/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 1(014)-10/2022 nömrəli, 16 mart 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum3 və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

10. Kassasiya şikayətinin dəlilləri Məhkum3 apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırdığı şikayətin dəlilləri ilə eynidir, kassatorlar onları təkrarlamaqla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayətin törədilməsinə aidiyyəti olmaması əsası ilə Məhkum3 münasibətdə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yen i sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildir ir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum3 və onun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində Məhkum3 cinayətin törədilməsinə aidiyyəti olmamasını iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişlər.

17. Odur ki, məhkəmə kollegiya sı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-198/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Məhkum3 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi faktı birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

19. Məhkumun törətdiyi əməlin mübahisələndirilməsinə dair dəli llərinə onun verdiyi şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu və onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması barədə nəticəyə gəlmişdir. Həmin nəticəyə görə, Məhkum3 Azərbaycan Respublikası CM-nin 29,188.3 və 259.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsində özünü təqsirli bilməsə də, onun bu əməli törətməsi halı digər məhkumların verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, məhkəmədə dindirilmiş və məhkəmə iclasında tədqiq edilərək ifadəsi elan olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam sübuta yetirilmişdir.

20. Belə q ənaətə gələrkən, apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmündə əksini tapmış hüquqi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum3 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 29,188.3 və 259.3-cü maddələri dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində həmin Məcəllənin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum3 törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 29,188.3 və 259.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutl ar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

22. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM- nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum3 və onun müdafiəçisi Müdafiəçi5 birgə verdikləri kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 1(107)-198/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum3 və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-198/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı Məhkum3 və onun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar