Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1906/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əskərov Zöhrab İmaməli oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər M əhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əskərov Zöhrab İmaməli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 1(099)422/2023 nömrəli (hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu (sədrliyi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxxx 1977-ci ildə X rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, "xxxx" Əməliyyat Şirkətinin Qarabağlı sahəsinin 2 saylı neft-qaz sexində usta işləmiş, əvvəllər məhkum olunmamış, x rayonunun x qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 149.3.3-cü maddəsi ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 150.3.3-cü maddəsi ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 yanvar 2023-cü il tarixdən hesabla nması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Nağıyev Faiq Yavər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli 1(106)-185/2024 nömrəli (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tari xli qərarından Məhkum müdafiəçisi Əskərov Zöhrab İmaməli oğlu tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş və təkrarən cinsi əlaqədə olmaqla onu zorlamışdır. Belə ki, o, 2021-2022-ci illər ərzində X rayonu, X qəsəbəsində idarə etdiyi, qara rəngli «Hyundai Tucson» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbə ərazisində yoldan götürüb oxuduğu X rayonu, Çadırlı kənd ümumi orta məktəbinə, mağazaya və istəyi ilə digər yerlərə apa rarkən yaxından tanış olduğu həmin qəsəbənin Çadırlı kəndində yaşayan - «X Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxsdə «Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində» diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu ildə doğulmuş, azyaşlı Zərərçəkmiş şəxs ilə söhbət zamanı zahiri görünüşü, qeyd olunan orta məktəbin 4-cü sinfində oxuması və yaşı haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını etibarlı şəkildə bilib dərk edərək, sonuncunun danışıqlarından əvvəllər “başqa kişilərlə intim münasibətdə olması” barədə məlumatları aldıqdan sonra ona qarşı özündə cinsi istək formalaşdıraraq, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, valideyninin lal-kar və psixi xəstə olmaqla faktiki valideyn himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmək və onunla cinsi əlaqədə olub öz cinsi ehtirasını təmin etmək qərarına gələrək Zərərçəkmiş şəxs 2022-ci ilin əvvəllərindən başlayaraq 15 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda yoldan götürüb avtomobilinə əyləşdirdikdən sonra X rayonu, X qəsəbəsi ərazisində təbii relyefinə görə kənar şəxslər tərəfindən görülməsi məhdud olan, heç kimin olmadığı, az işlənən yol kənarına, işlədiyi müəssisəyə aid 244 nömrəli neft buruğunun yaxınlı ğındakı əraziyə və 2 nömrəli neftölçmə qurğususunun qarşısına aparıb dəfələrlə zəiflik vəziyyətindən istifadə etməklə pul verəcəyi ilə şirnikləşdirərək özünə məxsus qara rəngli «Hyundai Tucson» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamasından, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarında, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək qəsdən azyaşlının və özünün əynindəki şalvar və tursiyini aşağı çəkib hər dəfə eyni formada sərtləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs əlində tutmasına məcbur etməklə, ağız boşluğuna daxil edib o ral formada intim münasibətdə olmaqla, süd vəzilərini əlləri ilə oxşayıb sıxmaqla aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etdikdən sonra, cinsiyyət orqanına avtomobilinin salonunda gəzdirdiyi vazelin mazından sürtərək müxtəlif pozalarda ereksiya vəziyyətində olan cinsi orqanını uşaqlıq yoluna daxil edib təbii yolla cinsi əlaqədə olaraq cinsi ehtirasını təmin etməklə təkrarən zorlamışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ƏLAVƏNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası CPM-in 397.2-ci maddəsinin tələbinə əməl etmədən, cinayət təqibini istisna edən halların mövcud luğunu nəzərə almadan (CPM 416.1.11), zərərçəkmiş şəxsin xroniki psixi xəstə, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində düzgün qavrayıb təsvir edə bilməməsinə dair ekspertlərin rəyi olmadan (CPM-nin 140.0.3-cü maddəsi) ittiham hökmü çıxarmışdır. Məhkəmələr Məhkum CM-in 149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdiyini onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin, zərərçəkmiş şəxsin ifadələri, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolu, ifadənin yerində yoxlanılması və tanımaya təqdim etmə protokolları, baxış haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirildiyi barədə nəti cəyə gəlmişlər. Halbuki yuxarıda qeyd edilən hallar araşdırılmadığı halda Məhkum ittiham olunan cinayət əməlini törətməsi sübuta yetmir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum bədən quruluşuna, sifət cizgilərinə və ümumi görünüşünə görə tanıması sonuncunun bu cinayəti törətməsini sübut etmir, onlar həmkəndli olmaqla bir-birilərini çoxdan tanıyırlar. Bundan başqa sübuta yetir ki, X polis əməkdaşları tərəfindən döyülmüş, törətmədiyi cinayəti törətdiyini etiraf etməyə məcbur edilmiş, təqsiri olmadığı halda qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 2 may 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müd afiəçi Əskərov Zöhrab İmaməli oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kas sasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və ona əlavənin dəlillərini də nəzə rə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.11-ci (məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə gö rə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyek tinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizl iyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən ş əxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplər inə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olm ası barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin və ona əlavənin təmin olunması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və ona əlavə təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş aşkar surətdə on dörd yaşına çatmayan zərə rçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmə və təkrarən cinsi əlaqədə olmaqla onu zorlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3- c ü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin t ələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nə zərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi məhkəməyədək icraat zamanı şahid qismində, eləcə də müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman verdiyi ifadələri, zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadələri, şahid qismində dindirilmiş Şahid3, Şahid2, Şahid1, Şahid4, Şahid5 və X3 ifadələri, X Rayon Polis Şöbəsinin 18 yanvar 2023-cü il tarixli məktubu, “şəxsin tanınma üçün təqdim edilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokol, ifadənin yerində yoxlanılmasına dair 19 yanvar 2023-cü il tarixl i protokol, “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokol, “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli protokol, məhkəmə-tibb ekspertizasının 13 yanvar 2023-cü il tarixli 18 nömrəli rəyi, kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 98 nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının 2 fevral 2023-cü il tarixli 60 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan X Rayon Polis Şöbəsinin 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində xx xxxxxxx 1977-ci ildə X rayonu X qəsəbəsində doğulmuş və həmin ünvand a qeydiyyatda olan və yaşayan Məhkum X rayonu X kənd sakini 15 avqust 2009-cu ildə doğulmuş Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olması barədə əməliyyat məlumatı əldə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 13 yanvar 2023cü il tarixli 18 nömrəli rəyindən görünür ki, rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamış, onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün deyildir. Qızlıq pərdəsində ağımtıl rəngli çapıqlar, uşaqlıq yolunun girəcəyinin genişlənməsi və s. bunu sübut edən əlamətlər hesab olunur. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmamışdır. İş materiallarında olan “şəxsi n tanınma üçün təqdim edilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qız tanınma keçirilən otaqda onunla üzbəüz sıra ilə dayanmış şəxslərə diqqətlə baxaraq 3-cü sırada dayanan şəxsin, yəni Məhkum ifadəsində göstərdiyi kişi, yəni 2022-ci ilin yay aylarında yaşadığı X rayonu, X qəsəbəsi Çadırlı kəndində, idarə etdiyi qara rəngli avtomobilin içərisində ayrı-ayrı vaxtlarda dəfələrlə onunla cinsi əlaqədə olduğunu, Məhkum ona qarşı seksual xarakterli hərəkətlər etdiyini sonuncunun üzünə qarşı demiş və daha təsdiq edərək, cinsi orqanını onun əlinə, ağzına verdiyini, döşlərini əli ilə oynatdığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X-i bədən quruluşuna, sifət cizgilərinə və ümumi görünüşünə görə tanıdığını bildir mişdir. Aparılan istintaq hərəkəti-üzləşmə zamanı Məhkum Zərərçəkmiş şəxs üzünə qarşı dediklərinin əksər hissəsi ilə razılaşmış və əlavə olaraq X-lə söhbət zamanı sonuncunun 4-cü sinif şagirdi olduğunu ona danışdığını bildirmiş, üzləşmə zamanı cinsi əlaqədən əvvəl cinsi orqanına krem və ya maz sürtmədiyini, cinsi əlaqədə olmaq üçün pul təklif etmədiyini, avtomobilində olan “Bizon” içkisini içməyə məcbur etmədiyini və onunla yalnız 2 dəfə cinsi əlaqədə olduğunu bildirmişdir. Həmçinin cinayət işinin materiallarında olan 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum müdafiəçisinin iştirakı ilə fotoçəkiliş aparılmaqla şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən sonuncu sərbəst şəkildə istintaq hərəkəti iştirakçılarını X rayonu, X qəsəbəsində baş verən hadisə yerinə aparmı ş, orada Zərərçəkmiş şəxs ilə avtomobilinin içərisində intim münasibətdə olduğu yeri əli ilə göstərərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Qeyd olunanlarla yanaşı “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum məxsus “Hyundai Tucson” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonundakı güzgünün gövdəsindən asılmış göy rəngli nazik lentli "xxxx" şirkətinə aid, fotoşəkilli yaxa kartı, avtomobilin salonunda əl tormozunun yanında 1 ədəd gümüşü rəngli alüminium stəkanın içərisində bir ədəd vazelin mazının qabı aşkar edilərək götürlmüşdür. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, vazelin qabı dairəvi formada olmaqla gümüşü rəngli metaldandır, qapağının üstündə yaşıl rəngli xətt vardır. Vazelinin qapağı açıldıqda içərisində şəffaf rəngli maz olduğu aşkar edilmişdir. Baxış zamanı Məhkum həmin vazelin onun özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün avtomobilində gəzdirdiyini bildirmişdir. Həmin fotoşəkilli yaxa kartı və vazelin qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələrində elan edilib araşdırılmış “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum məxsus “Hyundai Tucson” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş vazelin mazı 7 ədəd eyni növdən olan nömrələnmiş vəziyyətdə mazlar, kremlər arasında zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edilmiş və sonuncu “6” rəqəmi ilə nömrə lənmiş vazelin mazını göstərərək onu formasına, ölçüsünə, rənginə görə tanıdığını, Məhkum öz avtomobilində onunla cinsi əlaqədə olarkən həmin vazelini avtomobilindən götürüb öz cinsi orqanına sürtdüyünü və bundan sonra onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 98 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “Yüngül əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini dərk etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs hazırda öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini tam dərk etmək iqtidarında deyil. Onunla istintaq hərəkətinin aparılması mümkündür. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları tam həcmdə dərk etmək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətləri ilə əlaqədar ona qarşı hüquqazidd hərəkətlər edilərkən tez inana, aldana bilərdi. Zərərçəkmiş şəxs onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamışdır. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli s ürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. M əhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətinin yeni faktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutl arı təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassas iya şikayətində və ona əlavədə gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Mə hkum hərəkətlərində Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum aşkar surətdə on dörd yaşına çatmayan zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmə və təkrarən cinsi əlaqədə olmaqla onu zorlama cinayətlərini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. K assasiya məhkəmə kollegiyası kassasiya şikayətində və ona əlavədə qeyd edilmiş, Məhkum cinayət təqibini istisna edən halların mövcudluğunun olması barədə dəlillərini tamamilə əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə kollegiyaları haqlı olaraq zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, eləcə də şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin sübutların obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdi rməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmasına dair məqsəd güddüyü barədə nəticəyə gəlir. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi məhkum edilmiş şəxsin etiraf ifadələrinin işgəncə nəticəsində verməsini və bu faktın araşdırılmasını apellyasiya məhkəməsindən xahiş etmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən dəlilə qiymət berərək göstərir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakı lığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dai r məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan X rayon prokurorluğunun 23 f evral, 4 iyun və 20 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarlarından görünür ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçi Nağıyev Faiq Yavər oğlu hüqlarını müdafiə etdiyi Məhkum qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunaraq döyülməsi, ona işgəncə verilməsi ilə bağlı şikayəti prokurorluqda ətraflı araşdırılmış, araşdırma zamanı həmin xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan X Rayon Məhkəməsinin 13 fevral və 7 aprel 2023-cü il tarixli qərarlarından görünür ki, müdafiəçi Nağıyev Faiq Yavər oğlunun Salyan rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarlarından verdiyi apellyasiya şikay ətləri təmin edilməyərək qüvvəsində saxlanılmışdır. O cümlədən, Şirvan Apelyasiya Məhkəməsinin 6 aprel və 4 noyabr 2023-cü il tarixli qərarlarından görünür ki, müdafiəçi Nağıyev Faiq Yavər oğlunun Salyan Rayon Məhkəməsinin 13 fevral 7 aprel 2023-cü il tarixli qərarlarından verdiyi apellyasiya şikayətləri təmin edilməyərək qərarlar qüvvəsində saxlanılmışdır. Odur ki, istər Lənkəran Ağır Cinayətlər Məhkəməsi, istərsə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq müdafiə tərəfinin Məhkum təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirdiyi dəlillərini “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 fevral, 4 iyun və 20 sentyabr 2023-cü il tarixli qərarları əsas götürərək mötəbər hesab etməmişdir. Məhkum ona hökmlə isti nad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində və ona əlavədə iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və ona əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçinin kassasiya şikayəti və kassasiya şikayətinə əlavəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqınd a qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Əskərov Zöhrab İmaməli oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1906/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1906/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver