Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1906/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 iyul tarixli, 1(103)-1389/2024 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X2 (sədrlik edən), X12 və X4 ibarət tərkibdə) 2024-cü il 23 aprel tarixli 1(101)-1462/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1998-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 12 noyabr 2023-cü il tarixdən hesablanması, iş üzrə ekspertiza xərci təşkil edən 114 manatın alınaraq dövlət büdcəsinə keçirilməsi, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X11 və X6 ibarət tərkibdə) 2024-cü il 2 iyul tarixli, 1(103)-1389/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti təmin edilməmiş, hökm apel lyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 5,889 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 12 noyabr 2023-cü il tarixdə saat 21:35-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 3aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binası na gətirilməklə orada həmin tarixdə saat 23:20-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda-5,889 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MƏHKUMUN MÜDAFİƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum ilə konfidensial görüş zamanı sonuncu özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək 12 noyabr 2023-cü il tarixdə, saat 20-21 radələrində yaşadığ ı binanın qarşısında - Bakı şəhəri. Adil Məmmədov 85 ünvanda yerləşən “Qazi kafesinin qarşısında Azərbaycan Respublikası DİN BMCQMİ-nin 4 nəfər əməkdaşları tərəfindən hec bir təqsiri olmadığı halda qanunsuz olaraq saxlanılaraq məcburi şəkildə 012 dövlət qeydiyyat nömrəli, qara rəngli 'Toyota Prado” markalı avtomobilə otuzdurularaq BMCQMİ- nə gətirildiyini, həmin idarədə saxlanıldığı müddət ərzində əməkdaşlar tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qaldığını, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyini, elektroşoker vasitəsilə elektrik cərəyanının bədəninə yeridildiyini, məhz bu təzyiqlərə dözmədiyindən ona qarşı irəli sürülmüş ittihamları qəbul etdiyini, dövlət hesabına təyin edilmiş vəkil tərəfindən heç bir müdafiə hərəkətlərinin həyata keçirilmədiyini, onun müdafiə hüququn un kobud şəkildə pozulduğunu bildirmişdir. Belə ki, Məhkum öz ifadəsində göstərdiyi halların həqiqət olması, qonşusu olan BMCQMİ-nin əməkdaşı Ayaz ilə dostu Kainat arasında sonuncunun qardaşı Kənanın bir neçə gün əvvəl həbs edilərək BMCQMİ-nin əməkdaşları, o cümlədən Ayaz tərəfindən döyülərək fiziki və mənəvi təzyiqlərə məruz qalması, Kainatın isə, bu barədə Ayaza irad bildirməsi zəminində aralarında mübahisə yaranması, Ayazın onun barəsində məlumatların məhz Məhkum tərəfindən ötürülməsini zənn etməsi, bu səbəbdən də ondan və bir neçə nəfər qonşuluqda yaşayan heç bir günahı olmayan şəxslər, o cümlədən Kainat və qardaşı Kənanın da məhz bu səbəbdən saxlanılaraq, hər birinə ayrılıqda narkotik vasitələrin satışı ittiham irəli sürülməsi, həmin şəxslərin də hal-hazırda həbsdə olmaları, barələrin də olan cinayət işlərinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması qeyd olunan hökmlə öz təsdiqini tapır. Bununla yanaşı, dostu Məhəmmədlə görüşərkən bir neçə nəfər tanımadığı şəxs onların qollarını bağlamış, onun başını “Toyota Prius” markalı avtomobilin kapotuna çırparaq qara rəngli “Lexus” markalı avtomobilə oturtmuşlar. Hara gedəcəkləri barədə sual versələr də, cavab verilməmişdir. Artıq idarənin qabağına gəldikdən sonra avtomobili saxlamışlar. O, avtomobildən düşən kimi qarnından vurmuşlar və o, yerə yıxılmışdır. Həmin vaxt Kənanla Tofiq də ora gətirilmişlər. Sonuncuların tutulmasını əvvəlcədən bilməmişdir. Otağa daxil olduqdan sonra onlara kəmərlərini çıxartmağı tapşırmışlar. Onlar kəmərlərini çıxartdıqdan sonra polis əməkdaşlarından biri Kainata niyə zəng etmələrinin səbəbini so ruşub sonuncunun başından böyük işlərlə məşğul olduğunu demişdir. Ondan Kainatı haradan tanıması barədə soruşmuş, o isə Kainatla eyni məhəllədə qaldığını onunla sinif yoldaşı olduğunu, odur ki, aralarında münasibət olduğunu demişdir. Sonra onları döyməyə başlayıb hər birinə elektrik vermişlər. Bu vaxt Kənan huşunu itirmiş, onu üzərinə su töküb ayıltmışlar. Bundan sonra, polis əməkdaşları onları bir qədər döymüş və stolun üstünə fərqli bükümlərdə narkotik vasitələri qoyub bükümlərin onlara məxsus olmasını etiraf etməyi tələb etmişlər. Onun bükümlərin içində nə olduğundan xəbəri olmamışdır. Onlar bu bükümlərin onlara məxsus olmadığından götürməyəcəklərini bildirmişlər. Ondan sonra onları yenidən döymüşlər. Sonra onlara çəkiliş edəcəklərini və əgər çəkilişdə həmin bükümlərin olmadığını desələ r yenidən onları döyəcəklərini və elektrikə verəcəklərini bildirmişlər. Videoçəkilişdə birinci dəfə bükümlərin onlara aid olmadığını dedikdə videoçəkiliş pozulmuşdur. Bu səbəbdən onları yenidən yuxarı qaldırıb döyməyə başlamışlar. Onları yerə yıxaraq üstlərindən dayanmadan qabağa və arxaya tapdalayatapdalaya keçməyə başlamışlar, döyüb elektrikə vermişlər. Şəxslərdən bir nəfər ondan dəfələrlə Kainata hansı səbəbdən zəng etdiyini soruşmuşdur. O nə etsə də, əməliyyatçıya Kainatla toya gedəcəklərinə görə onunla əlaqə saxladığını izah edə bilməmişdir. Onları bir qədər döydükdən və otaqdan çıxıb aşağı düşürdükdən sonra Tofiq Hüseynlini və Məhəmməd Əliyevi azadlığa buraxdıqlarını görmüşdür. Sonra onu və Kənan Babanlını qorxutmağa və hədələməyə başlayaraq daha sonra onları müvəqqəti saxlama yerinə salmışlar. Onları yerləşdirdikləri yerdə tanımadığı bir nəfər də olmuşdur. Orada həmçinin kamera da olmuşdur. Səhəri gün polis əməkdaşı onun bir dəfə bədənindən, bir dəfə də çənəsindən vurmuşdur. Həmin an orada kamera olduğundan videogörüntülərdə də olmalıdır. Sonra axşam onu hansısa bir əməliyyatçının otağına aparmışlar. Ona bir stəkan çay gətirib içməsini bildirmişlər. Çaydan iki qurtum içdikdən sonra ondan yenidən Kainatla hansı səbəbdən əlaqə saxladığını soruşmuşlar və o, yenə eyni cavabı vermişdir. Sonra çayı axıra kimi içməsini bildirmişlər. O, iki qurtumun kifayət olduğunu bildirib onlara təşəkkür etmişdir. Sabahısı gün onları qan analizinə aparmışlar və orada onlara nə desələr etməli olduqlarını, onsuz da ən sonda yenidən idarəyə qayıdacaqlarını bildirmişlər. Orada qan və sidik an alizini götürmüşlər. Sonra onları Maştağaya aparmışlar. Daha sonra onları axşam saatlarında Nərimanov Rayon Məhkəməsinə gətirmişlər. Məhkəməyə gedən zaman belə əməkdaşlar orada onlara nə deyiblərsə eyni qaydada təkrarlıyacaqlarını, əks halda yenidən onları idarəyə gətirərək döyəcəklərini bildirdilər. Sanksiya məhkəməsində ona söz verilməmiş və 14 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdir. Sadəcə olaraq sanksiya məhkəməsində hakim ondan özünü təqsirli bilib- bilməməsini soruşduqda, o, suala xeyr demişdir. Sanksiya məhkəməsindən idarəyə qayıtdıqdan sonra şəxslərdən biri ona “mən sənə demişdim ki, danış, niyə danışmadın?” kimi sual vermişdir. Buna görə başına yumruq vurmuşlar və sonra yenidən müvəqqəti saxlama yerinə yerləşdirmişlər. Sonra axşam saatlarında onları Kürdəxanıya köçürmüşlər. Hətta yolda gədən zaman belə ona orda da onların adamları olduğunu və nəticədə heç nə edə bilməyəcəklərini bildirmişlər. Bundan başqa, Məhkum ibtidai istintaqda yazılmış ifadəsindən, ümumiyyətlə, xəbəri yoxdur. O, digər təqsirləndirilən şəxslərlə üzləşdirilməsi barəsində müstəntiqə hər hansı bir ərizə yazmamışdır. Onun ərizəsi polis əməkdaşları ilə üzləşməmək barəsində olmuşdur. Orda 5-6 nəfər olmuşdur. Məktəb və hazırlıqdan sonra onun Kənanla hər hansı bir telefon əlaqəsi olmamışdır. Bununla bağlı telefonlarının anten dairələrini yoxlamaq olar. Onları təxminən 3-4 saat döymüşdülər. Kənanı döyən zaman ondan Kainatla nə etdiyini, Ayazın atasının qabağını kəsib ona niyə nömrəsini verdiyini soruşmuşlar. İbtidai istintaq zamanı yazılan həmin ifadə o nun sözləri ilə yazılmamışdır. Onların dördünü də həm təhqir etmiş, həm də döymüşlər. Digər şəxlərin tutulma səbəbi onun Kainatla əlaqə saxlaması ilə bağlı olmamışdır. Kənanı Ayazın atasının qabağını kəsdiyi üçün tutmuşlar. Onun Kənanın, Tofiqin və Məhəmmədin üzərinə narkotik vasitəni necə qoyduqlarını görmüşdür. Artıq ikinci çəkilişdə Tofiqlə Məhəmmədi buraxmışlar, onu Kənanla üzləşdirməmişlər. Ayaz Hüseynovu idarədə görmüş, onlar saxlanılan zaman həmin şəxs orda olmamışdır. İdarədə döyülən zaman Ayaz Hüseynov orada olmuşdur. Bu şəxs və digər əməkdaşlar ona qarşı fiziki təzyiq göstərmişlər. Bununla yanaşı, Məhkum ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilir, əvvəllər heç bir cinayət əməli törətməmişdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur, daimi yaşayış yeri var. Hərbi xidmətin i yenicə başa vurub və hərbi xidmətdə olarkən daim yüksək nümunəvi xidmətinə, təlim-tərbiyəsinə, mədəniyyətinə görə fərqlənib və komandanlıq tərəfindən özünə və ailəsinə çoxsaylı təşəkkürnamələr təqdim edilib. Atası ağır ürək əməliyyatı keçirib, həkimlər ömrünün sonunadək qəti olaraq əsəbləşməməsini, həyəcanlanmamasını tövsiyyə ediblər. Oğlunun başına gələn bu hadisələrdən sonra Ənvər Əlizadənin sağlamlıq durumu daha da ağırlaşmış, demək olar ki, sapdan asılı vəziyyətdədir. Məhkum ailənin yeganə qazanc gətirənidir, ağır durumda olan xəstə atası, anası və bacısı onun himayəsindədir. 1 ildən artıqdır ki, ailə çox ağır vəziyyətdədir. Həmçinin, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yarısını çəkib. Kassasiya şikayətində göstərilənlərə əsasən Məhkum müdafiəçisi Müdafiəçi2 Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 iyul tarixli qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü çıxarılmasını və ya onun təqsirliliyi sübuta yetirilmiş hesab edilərsə, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 iyul tarixli qəra rının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pr edmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassas iya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu və ya onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsini tətbiq etməklə, onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini xahiş edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan R espublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olun ması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində məhkuma bəraət verilməsi ilə bağlı irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam v ə obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilir, əvvəllər heç bir cinayət əməli törətməmişdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur, daimi yaşayış yeri var. Hərbi xidmətini başa vurmuş və hərbi xidmətdə olarkən daim yüksək nümunəvi xidmətinə, təlim-tərbiyəsinə, mədəniyyətinə görə fərqlənib və komandanlıq tərəfindən özünə və ailəsinə çoxsaylı təşəkkürnamələr təqdim edilib. Atası ağır ürək əməliyyatı keçirib. Məhkum ailənin yeganə qazanc gətirən üzvüdür, ağır durumda olan xəstə atası, anası və bacısı onun himayəsindədir. Həmçinin, Məhkum 12 noyabr 2023-cü il tarixdən azadlıqdan məhrum etmə növündə cəza çəkməklə, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yarıdan çoxunu çəkmişdir. Eyni zamanda, Məhkum cəza çəkdiyi Bakı İstintaq Təcridxa nasının rəisinin təsdiq etdiyi 8.9.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Məhkum xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına qəbul edilmiş, 2.5.2024-cü il tarixdə arabaçı təyin edilməklə təsərrüfat və məişət xidməti işi üçün saxlanılmışdır. Təcridxanaya gəldiyi gündən onunla fərdi-tərbiyəvi, psixoloji söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir. İctimai faydalı əməyə münasibəti müsbətdir. Aparılan islah və mədəni tədbirlərdə fəal iştirak edir. Psixoloji xarakteristikasına görə hərəkətlərində diqqətlidir, ətrafdakılarla mehriban ünsiyyət qurur. “Daxili intizam qaydaları”na riayət edir. Yaxın qohumları ilə görüşür və telefon vasitəsilə əlaqə saxlayır. Ekspertiza xərci olan 114 manat tam olaraq ödənilmişdir. Məhkum 6.9.2024-cü il tarixli əmrlə “Milli Məclisə seç kilərdə fəal iştirak etdiyinə görə” və 30.1.2025-ci il tarixli əmrlə isə “nümunəvi davranışa və əməyə vicdanlı münasibətinə görə” həvəsləndirmə tədbirləri tətbiq edilərək “Təşəkkür” elan edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qədda r, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun göstərilən normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cinayət-hüquqi xarakterli tədbiri tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun ailə vəziyyətini səciyyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud l əyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin m üddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai t əhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Q ərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirk arın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzan ın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanun unun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər k ateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzan ın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsində n asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmaları, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirmələri, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəaların a uyğun şəkildə formalaşmasını təmin etmələri tövsiyə edilmişdir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin on un açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndir ən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nət icəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində hansı növdə cəza təyin edilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiya məhkəməsi düzgün olmayaraq onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, iş üzrə müvafiq olaraq onun ilk dəfə cinayət törətməsini, gənc olmasını, cəzasını yüngülləşdirən digər halları CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində, habelə 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almamış, buna görə də qeyd olunan halları müstəsna hal hesab etməyərək onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsini tətbiq etməklə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini müzakirə etməmişlər. Bundan əlavə, məhkəmə kollegiyasına təqdim edilmiş xasiyyətnamədən də göründüyü kimi, Məhkum islah yoluna qədəm qoymuş və yalnız müsbət tərəfdən səciyyələndirilmişdir. CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı il ə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinin tələbinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsə di və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit o lunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (C M-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrin in nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki iş üzrə toplanmış sübutların, o cümlədən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, iş üzrə müəyyən olunmuş digər hallar, o cümlədən onun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən, eləcə də cəza çəkdiyi 1 il 9 aydan artıq müddətdə müsbət davranışı və CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirə n hallar kimi qiymətləndirilmiş hallar, onun cinayət məsuliyyətinə cəlb edilənə qədər cəmiyyətdəki davranışı, cinayət törətməyə meylli şəxs olmaması və azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın çəkilməsi zamanı da islah oluna bilməsi halları onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmamış daha yüngül cəzanın – azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi üçün əsas yaradır və məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyasının gəlmiş olduğu bu nəticə cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə uyğundur. Qeyd edilənləri yek unlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2.7.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməli, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə vəzifələr qoyulmalı, onun həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılaraq, çəkməli olduğu qəti cəza müəyyən edilməli və məhkəmə iclas zalında dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 23 aprel tarixli, 1(101)-1462/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 iyul tarixli, 1(103)-1389/2024 nömrəli qərarı məhkuma təyin edilən cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilsin və ona 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 69.3-cü maddələrinə əsasən Məhkum həbsdə saxlandığı 12 noyab r 2023-cü il tarixdən 10 sentyabr 2025-ci il tarixədək olan 1 il 9 ay 29 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Məhkum üzərində qəti olaraq 4 ay 2 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum üzərinə yaşadığı ünvanı gecə saat 23:00-dan səhər saat 6:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasın a nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Məhkum cəzasının əvvəli, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum məhkəmə iclas zalında dərhal azad edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1906/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1906/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver