Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1907/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumlar Məhkum5 Muşeqoviçin müdafiəçisi Müdafiəçi16, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum9 müdafiəçisi Müdafiəçi13, tərcüməçi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 1(103)-1768/2021 nömrəli qərarından məhkumlar Məhkum5 Muşeqoviçin müdafiəçisi Müdafiəçi16, Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum9 müdafiəçisi Müdafiəçi13 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx xxxx 1990-cı il tarixdə Ermənistan Respublikası, Gümrü şəhəri, Axuryan kəndində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Axuryan kəndi, Şirazi küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Məhkum5 Muşeqoviç xx xxx 1996-cı il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Artik şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Şiraki vilayəti, Artik şəhəri, Şaumyan küçəsi, 4 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
3. Məhkum9 xx xxxx 1998-ci il tarixdə Ermənistan Respublikası, Gümrü şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, Gümrü şəhərində İqit zavodunda pendir bişirən işləyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Kazak postu küçəsi, ev 128/181 ünvanında qeydiyyatda olan. 4. 07 iyun 2021-cu il tarixli ittiham aktına görə Məhkum2, Məhkum5 Muşeqoviçə və Məhkum9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmi şdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Ermənistan Respublikasının vətəndaşları Məhkum2, Məhkum5 Muşeqoviç və Məhkum9 digər şəxlərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində odlu silah hesab olunan AKM tipli avtomat silahlarla, həmin silahlardan atəş açmaq üçün istifadə olunan döyüş sursatı hesab edilən patronlarla, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz olunub, qanunsuz olaraq odlu silah, onu n komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(101)-1242/2021 nömrəli hökmü ilə Məhkum2, Məhkum5 Muşeqoviç və Məhkum9 Azərbaycan Respublikası CM-nin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum2, Məhkum5 Muşeqoviçə və Məhkum9 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaların ın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının başlanğıcının 13 dekabr 2020-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinə əsasən onların əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmaları hökm edilmişdir. Hökmlə Məhkum2, Məhkum5 Muşeqoviçə və Məhkum9 qarşı Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə irəli sürülmüş ittihamın ümumi ittihamdan xaric edilməsi qərara alınmışdır.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(101)-1242/2021 nömrəli hökmü ilə həmçinin Məhkum1, Məhkum3, Məhkum4, Məhkum6, Məhkum7, Məhkum8, Məhkum10, Məhkum11, Məhkum12 v ə Məhkum13 təqsirli bilinərək məhkum edilmişlər.
8. Hökmdən məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 Muşeqoviçin, Məhkum6, Məhkum7, Məhkum8, Məhkum9, Məhkum10, Məhkum11, Məhkum12 və Məhkum13 müdafiəçiləri Müdafiəçi13, Müdafiəçi9, Müdafiəçi1, Müdafiəçi10, Telman Abdiyev, Müdafiəçi3, Müdafiəçi12, Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi5, Müdafiəçi6, Müdafiəçi7 və Müdafiəçi8 ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli il tarixli hökmünün ləğv olunmasını, məhkumlar barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 1(103)-1768/2021 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 1(103)-1768/2021 nömrəli qərarından Məhkum5 Muşeqoviçin müdafiəçisi Müdafiəçi16, Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum9 müdafiəçisi Müdafiəçi13 ayrı ayrılıqda kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
11. Müdafiəçi16 kassasiya şikayətində Məhkum5 Muşeqoviçin cavan olmasını, əvvəllər məhkumluğunun olmamasını, əməlini səmimi etiraf etməsini və peşman olmasını qeyd edib, bu halları nəzərə almaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 1(103)-1768/2021 nömrəli qərarının Məhkum5 Muşeqoviçə münasibətdə dəyişdirilməsini və ona daha yüngü l cəza təyin edilməsini xahiş edir.
12. Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 1(103)-1768/2021 nömrəli qərarının qismən qanunsuz və əsassız olduğunu qeyd edib, Məhkum2 daha yüngül cəza təyin edilməsini xahiş edir.
13. Müdafiəçi13 kassasiya şikayətində Məhkum5 Muşeqoviçin cavan olmasını, əvvəllər məhkumluğunun olmamasını, əməlini səmimi etiraf etməsini və peşman olmasını qeyd edib, bu halları nəzərə almaqla nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 1(103)-1768/2021 nömrəli qərarının Məhkum9 münasibətdə dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş edir.
14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquq i məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin no rmalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya ins tansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkumlardan Məhkum5 Muşeqoviçin müdafiəçisi Müdafiəçi16, Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum9 müdafiəçisi Müdafiəçi13 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində hüquqlarını müdafiə etdikləri şəxslərə yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müvafiq olaraq, kassasiya tələbləri Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.
20. Odur ki, məhkəmə kollegiyası məhkumların müdafiəçilərinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan ka ssasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Məhkumlara təyin olunmuş cəza məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə əda lətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
22. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmas ın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Bununla yanaşı, Azərbaycan Respublikası CM-in 62.1 və 62.2-ci maddələrinin ümumi məzmununa görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
24. Kassasiya şikayətlərinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, aşağı instansiya məhkəmələri tərəfindən məhkumlara cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti, cəzalarını yüngülləşdirən hallar (qanunsuz olaraq sərhədini keçmə əməllərini xidməti və siyasi cəhətdən asılılıq nəticəsində törətmələri), cəzalarını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzaların onların ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumların islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.
25. Belə ki, Məhkum5 Muşeqoviçin, Məhkum2 və Məhkum9 barəsində Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə olan ittihamdan dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etməsinə dair müraciətindən görünür ki, təqsirləndirilən şəxslər Məhkum5 Muşeqoviç, Məhkum2 və Məhkum9 Ermənistan Respublikasının dövlət orqanlarının vəzifəli şəxslərinin təzyiqi və təsiri nəticəsində cinayətə cəlb olunmuşdur. Ermənistan Respublikasının dövlət orqanlarının vəzifəli şəxslərin in barəsində ibtidai araşdırma orqanı tərəfindən cinayət işi ayrılmış və istintaq olunmaqla təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər görülür.
26. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 4, § 8, 25 iyun 2003-cü il).
27. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır.
28. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkumların qanunsuz olaraq dövlət sərhədini keçmə əməllərini xidməti və siyasi cəhətdən asılılıq nəticəsində törətmələri cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hal kimi nəzərə alınmaqla, həmçinin humanizm prinsipindən çıxış etməklə, Məhkum5 Muşeqoviç, Məhkum2 və Məhkum9 barəsində Azərbaycan Respublikası CM-nin 228.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair hissədə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi və təyin edilmiş cəzaların yüngülləşdirilməsi mümkündür.
30. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum5 Muşeqoviçin müdafiəçisi Müdafiəçi16, Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum9 müdafiəçisi Müdafiəçi13 kassasiya şikayəti təmin edilməli, onlar barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 1(103)-1768/2021 nömrəli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən dəyişdirilməlidir. Təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum5 Muşeqoviçin müdafiəçisi Müdafiəçi16, Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum9 müdafiəçis i Müdafiəçi13 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 1(103)-1768/2021 nömrəli qərarı məhkumlar Məhkum5 Muşeqoviçə, Məhkum2 və Məhkum9 aid hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(101)-1242/2021 nömrəli hökmü ilə Məhkum5 Muşeqoviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ildən 1 (bir) il müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, Məhkum5 Muşeqoviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 01 (bir) il 7 (yeddi) ay müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum5 Muşeqoviçə qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum5 Muşeqoviç cəza çəkmə müddətinin başa çatması ilə əlaqədar dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(101)-1242/2021 nömrəli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ildən 1 (bir) il müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, Məhkum2 Azərbaycan Respublikası C inayət Məcəlləsinin 228.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 01 (bir) il 7 (yeddi) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 cəza çəkmə müddətinin başa çatması ilə əlaqədar dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(101)-1242/2021 nömrəli hökmü ilə Məhkum9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ildən 1 (bir) il müddətinə endirilsin. Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, Məhkum9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 01 (bir) il 7 (yeddi) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum9 qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum9 cəza çəkmə müddətinin başa çatması ilə əlaqədar dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin. Qərar qalan hissədə dəyişdirlmədən saxlanılsın.