Məhkəmə qərarları › İş №1(102)-1907/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1907/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1907/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2, 311.1 və 314.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 aprel tarixli, 1(104)-82/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (X6 (sədrlik edən və məruzəçi), Roman Ələkbərli və Dadaş İmanovdan ibarət tərkibdə) 2023-cü il 17 oktyabr tarixli, 1(100)15/2023 nömrəli hökmü ilə xx xxxx 1955-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, X9 direktor vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 36, mənzil 12-də qeydiyyatda olmaqla Tovuz rayonu, Abulbəyli kəndində yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkə n Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2, 311.1 və 314.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən CPM-in 39.1.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməsi, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəh bər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsi tətbiq edilməklə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Üzərinə Tovuz, Gədəbəy, Şəmkir rayonlarının, eləcə də Gəncə şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələrinin qoyulması, cəzaçəkmənin əvvəlinin cəzanı icra edən orqan Tovuz rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Mülki iddia baxılmamış saxlanılmış, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı olan Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmiş, xüsusi müsadirə edilməsi təklif edilən əmlakların taleyinə mülki iddiaya mahiyyəti üzrə baxacaq məhkəmə tərəfindən qiymət veriləcəyinin nəzərə alınması, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Məhkum mülkiyyətində olan və Tovuz rayon Aqrar İstehsalat Komissiyasının xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə JN-788A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0.25 ha həy ətyanı torpaq sahəsi və xx.xx.1999-cu il tarixli 1219 nömrəli qeydiyyat vəsiqəsi əsasında Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi və Tovuz rayonu Abulbəyli kəndində Tovuz rayon Aqrar İstehsalat komissiyasının xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə verilmiş JN-247 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 0.2862 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərinə qoyulmuş həbs mülki mühakimə icraatı qaydasında veriləcək mülki iddiaya mahiyyəti üzrə baxılana qədər dəyişdirilmədən saxlanılması, Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən veriləcək mülki iddiaya aidiyyəti üzrə baxılana qədər Məhkum tərəfindən ibtidai istintaq zamanı vurulmuş ziyanın əvəzi olaraq ödənilmiş 15.000 (on beş min) manat pul vəsaitinin Baş Pro kurorluğun depozit hesabında saxlanıldığının nəzərə alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi məsələsi həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 2024-cü il 23 aprel tarixli, 1(104)-82/2024 nömrəli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmü cəzaya aid h issədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi- məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə Məhkum Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə 6 iy un 2016-cı il tarixli, 11/414 nömrəli əmrlə X11 direktor vəzifəsinə təyin edilməklə 16 mart 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən onunla bağlanmış 8 iyun 2016-cı il tarixli əmək müqaviləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı ilə təsdiq edilmiş "İlk peşəixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə, Tovuz peşə liseyi pedoqoji şurasının 05 mart 2014-cü il tarixli 04 saylı qərarı ilə təsdiq edilmiş "X10 Nizamnaməsi”nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, № 18-1 qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4”na əsasən, müəssisənin fəaliyyətinə rəhbərlik etmək, təhsil müəssisəsinin ayrı-ayrı bölmələrin in işini, tələbələrin təlim-tərbiyə prosesini səmərəli təşkil etmək, təlim-tərbiyə, tədris-istehsalat və təsərrüfat sahələrində çalışan işçilərin səmərəli əmək və istehsalat fəaliyyəti üçün şərait yaratmaq, pedaqoji işçilərin hüquqlarının qorunmasını və sosial müdafiəsini təmin etmək, müəllimlərin, istehsalat təlimi ustalarının və digər işçilərin işinə nəzarət etmək, istehsalat və təsərrüfat planlarının, tədris plan və proqramlarının yerinə yetirilməsi üçün kollektivi təşkil etmək, təhsil müəssisəsinin maddi-texniki bazasının inkişafı və genişləndirilməsi, işçilər və tələbələr üçün təhlükəsiz iş şəraitinin yaradılması sahəsində tədbirlərin həyata keçirilməsini, işəgötürənlərin və əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr hazırlığının strateji istiqamətlərini müəyyənləşdirmək, kadrl arın seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll etmək, büdcədənkənar gəlirlərin əldə olunmasını təşkil etmək, maliyyə və ştat intizamına əməl olunması üçün məsuliyyət daşımaq və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati- təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talamaq məqsədilə 2017/2018, 2018/2019, 2019/2020 və 2020/2 021-ci tədris illəri üzrə nümunəvi tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmrləri, X10 həmin tədris illəri üzrə dərs jurnallarında tədris olunan dərs saatlarının qeydiyyatı ilə bağlı məlumatlar olmasına baxmayaraq, vəzifəli şəxs kimi həmin müddətdə X10 Tovuz rayonu, Abulbəyli kəndində yerləşən inzibati binasındakı xidməti otağında rəsmi sənədlərə, yəni X10 həmin illər üzrə əmrlər üçün qeydiyyat kitabı və tarifləşmə cədvəllərinə vahid niyyətlə tamah, yəni özü üçün qazanc əldə etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar daxil etməsinə dair cinayətdən xəbərsiz Liseyin kadrlar və xüsusi işlər üzrə mütəxəssisi Şahid3, Şahid2 və Şahid1 verdiyi göstərişə əsasən, sonuncular vasitəsilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş, əmrlər üçün qeydiyyat kita bını özü, həmin qeydiyyat kitabı əsasında tərtib olunmuş tarifləşmə cədvəllərinin cinayətdən xəbərsiz tədris-istehsalat işləri üzrə direktor müavini Şahid50, cinayətdən xəbərsiz tədris hissə müdiri Şahid48 və cinayətdən xəbərsiz baş mühasib Şahid8 tərəfindən imzalanmasında nail olduqdan sonra özü imzalamaqla həmin rəsmi sənədləri özünə təhkim edilmiş Liseyin dairəvi möhürü ilə şəxsən təsdiq etməklə, həmin sənədlər əsasında 2017/2018-ci tədris ili üzrə özü faktiki olaraq 213 dərs saatı tədris etdiyi halda 50 əlavə dərs saatına görə 301,64 manat, 2018/2019-cu tədris ili üzrə faktiki olaraq 152 dərs saatı tədris etdiyi halda 114 əlavə dərs saatına görə 887,63 manat, 2020/2021-ci tədris ili üzrə faktiki olaraq 48 dərs saatı tədris etdiyi halda 148 əlavə dərs saatına görə 610,72 manat olmaqla, ümumilikdə 1.799,99 manat (bir min yeddi yüz doxsan doqquz manat doxsan doqquz qəpik) məbləğində pul vəsaitinin öz adına "Kapitalbank” ASC-nin Tovuz filialında açılmış **********0104 nömrəli kart hesabına köçürülməsinə nail olub qeyd edilən pul vəsaitini Tovuz rayonu ərazisində olan ayrı-ayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına sərf etməklə, X11 məxsus olmaqla ona etibar edilmiş cəmi 1.799,99 manat (bir min yeddi yüz doxsan doqquz manat doxsan doqquz qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək mənimsəməklə, eyni niyyətlə, həmin vəzifədə işləyərkən X10 2017/2018, 2018/2019, 2019/2020 və 2020/2021-ci tədris illəri üzrə əmrlər üçün qeydiyyat kitabı və tarifləşmə cədvəllərinə həmin müddətdə Liseyin qeyd edilən inzibati binasındakı xidməti otağında vahid tam ah və şəxsi, yəni X10 bəzi müəllimlərinin əlavə qazanc əldə etməsinə, habelə liseyin müəllimlərini vəzifəli şəxs kimi özündən razı salmağa nail olmaqla öz nüfuzunu artırmaq niyyətilə biləbilə yalan məlumatlar daxil etməsinə dair cinayətdən xəbərsiz Liseyin kadrlar və xüsusi işlər üzrə mütəxəssisi Şahid3, Şahid2 və Şahid1 verdiyi göstərişə əsasən, sonuncular vasitəsilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş, əmrlər üçün qeydiyyat kitabını özü, həmin qeydiyyat kitabı əsasında tərtib olunmuş tarifləşmə cədvəllərinin cinayətdən xəbərsiz tədris-istehsalat işləri üzrə direktor müavini Şahid50, cinayətdən xəbərsiz tədris hissə müdiri Şahid48 və cinayətdən xəbərsiz baş mühasib Şahid8 tərəfindən imzalanmasında nail olduqdan sonra özü imzalamaqla həmin rəsmi sənədləri özünə təhkim edilmiş L iseyin dairəvi möhürü ilə şəxsən təsdiq etməklə, 2017/2018-ci tədris ili üzrə Liseyin müəllimlərinin, yəni 70 nəfər şəxsin adına "Kapitalbank” ASC-nin Tovuz filialında açılmış kart hesablarına cəmi 67.618,88 manat (altmış yeddi min altı yüz on səkkiz manat səksən səkkiz qəpik) məbləğində pul vəsaitinin köçürülüb həmin şəxslər tərəfindən Tovuz rayonu ərazisində olan ayrı-ayrı bankomatlardan qeyd edilən pul vəsaitinin çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub həmin pul vəsaitini külli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə israf etməklə, ümumilikdə öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 69.418,87 manat (altmış doqquz min dörd yüz on səkkiz manat səksən yeddi qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla israf etmə və yolu ilə talamış, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. KASSASİYA PROTEST İNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi faktiki olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, işin faktiki hallarına əsasən, məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş təqsirləndirilən şəxsə məxsus əmlakın dəyəri düzgün müəyyən edilməmiş, iş materiallarından və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin verdiyi ifadəsinə əsasən üzərinə həbs qoyulmuş əmlaklara qiymətləndirici tərəfindən faktiki baxış keçirilməmiş, evin təsviri və likvid dəyəri nəzərə alınmadan yalnız internet resurslarından əldə edilmiş elanlar analoji təhlillər əsasında səthi və qeyri-obyektiv, mübahisəli rəy verilmişdir. İşin hallarından göründüyü kimi təqsirləndirilən şəxsin törə tdiyi cinayət əməlləri nəticəsində vurulmuş zərərin aradan qaldırılması məqsədilə ibtidai istintaq orqanı tərəfindən Məhkum mülkiyyətində olan Tovuz rayon Aqrar İstehsalat komissiyasının xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə verilmiş JN-788A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0.25 ha həyətyanı torpaq sahəsi və xx.xx.1999cu il tarixli 1219 nömrəli qeydiyyat vəsiqəsi əsasında Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi birlikdə 127160,00 manat, Tovuz rayonu Abulbəyli kəndində Tovuz rayon Aqrar İstehsalat komissiyasının xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə verilmiş JN-247 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 0.2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2726,00 manat dəyərində torpaq sahəsi xüsusi müs adirə üçün təklif edilsə də məhkəmə qeyd edilən əmlaklara xüsusi müsadirə tətbiq etməmiş, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Bundan başqa, məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlakların əldə edilmə müddəti və üzərindəki hüquqların rəsmiləşdirilməsi həmin əmlakların hazırki cinayət əməlləri törədilməmişdən xeyli müddət əvvəl olduğuna, eləcə də həmin əmlakların (təxminən 20-22 il) ümumbirgə mülkiyyətdə olmasına kifayət qədər əsaslar olduğuna və qeyd edilən halların araşdırılmasının təxminən iki il yarım müddətdə davam edən məhkəmə baxışını yubadacağını nəzərə alınmaqla, hazırda qeyd edilən iddiaya baxılmasının İİİ şəxslərin hüquqlarını pozmasına kifayət qədər əsaslar olduğundan qeyd edilən halların mülki mülhakimə icraatı qaydasın da həll edilməsinin məqsədəmüvafiq olması qənaətinə gələrək hesab etmişdir ki, verilmiş mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxs və mülki iddiaçı olan Peşə Təhsili üzrə Dövlət Agentliyinə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə qeyd edilən xüsusatla bağlı yanlış qərara gəlmiş, nəzərə almamışdır ki, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia yalnız ittihamda göstərilmiş və məhkəmənin gəldiyi nəticədə də öz əksini tapmış "Mənimsəmə və ya israfetmə" və "Səhlənkarlıq" cinayəti nəticəsində vurulmuş zərəri- 69.418,87 manat və 122.576,01 manat məbləği əhatə etmişdir. Məhkəmə özü də hökmündə o qənaətə gəlmişdir ki, Məhkum həqiqətən də qeyd edilən cinayətləri törətməklə yuxarıda göstərilən məbləğdə zərər vurmuşdur. Belə olan halda məhkəmə mülki iddianı avtomatik olaraq tam təmin etməli oldugu halda bu barədə obyektiv qərar qəbul etməmişdir. Faktiki olaraq mülki iddianın baxılmamış saxlanması üçün heç bir əsas mövcud olmamışdır. Xüsusi müsadirə məsələsinə gəldikdə məhkəmə Məhkum adına olan əmlakları cinayəti törətməmişdən əvvəl əldə etdiyini, həmçinin əmlakın dəyərinin müəyyən edilməsində qeyri-müəyyənliyin, şübhənin olduğunu qeyd etmiş, bu əsasla mülki iddanın həlli ilə əlaqələndirərək xüsusi müsadirəni tətbiq etməmişdir. Məhkəmənin bu hissədə də gəldiyi nəticə yanlışdır. Əmlakın qiymətləndirilməsi məsələsinə gəldikdə isə məhkəmə özü də həmin əmlakın yenidən qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edə bilər, müvafiq dəqiqləşdirmə apara bilərdi. Həmçinin nə ibtidai, nə də məhkəmə istintaqı zamanı müdafiə tərəfi üzərinə həbs qoyulan əmlakın dəyəri ilə bağlı hər hansı mübahisələndirmə aparmamışdır. Bundan başqa, əmlakın üzərinə həbs qoyan məhkəmə, hazırki hökmdə məhkəmənin gətirdiyi arqumentləri nəzərə almaqla əmlak üzərinə həbs qoymuşdur. Hazırki iş üzrə vurulmuş zərərin ümumi məbləği 191.944,88 manat təşkil edir, üzərinə həbs qoyulmuş əmlakın dəyəri isə 129.886 manatdır. Əlavə olaraq depozitdə 15.000 manat olmasını nəzərə aldıqda belə üzərinə həbs qoyulan əmlak vurulmuş zərəri ödəmir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə həm mülki iddia, həm də xüsusi müsadirə məsələsini həll edərkən cinayət qanunu normasını düzgün tətbiq etməmiş, tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməmiş, tətbiq edilməli olmayan cinayət qanunu normasın tətbiq etmişdir. Odur ki, üzərinə həbs qoyulmuş Məhkum mülkiyyətində Tovuz rayon Aqrar İstehsalat komissiyasının xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə verilmiş JN-788A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0.25 ha həyətyanı torpaq sahəsi və xx.xx.1999-cu il tarixli 1219 nömrəli qeydiyyat vəsiqəsi əsasında Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi birlikdə 127160,00 manat, Tovuz rayonu Abulbəyli kəndində Tovuz rayon Aqrar İstehsalat komissiyasının xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə verilmiş JN-247 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 0.2862 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi 2726,00 manat dəyərində torpaq sahəsi xüsusi müsadirə edilməkl ə və mülki iddia tam təmin edilməklə dəyişdirilməlidir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunan müsadirə olunan əmlakların cinayət yolu ilə əldə edilməsinə dair CPM-in 139-cu maddəsində təsbit olunmuş halları baxımından sübuta yetirilməsini əsassız olaraq nəzərə almamış, özü də həmin Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2, 311.1, 313 və 314.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 23 aprel 2024cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protes tinin təmin olunmasını və Məhkum CM-in 179.3.2, 308.2, 311.1 və 314.2ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verm əməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində mülki iddianın baxılmamış saxlanmasına və əmlak müsadirəsinin tətbiq edilməməsinə dair hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını mübahisələndirərək həmin qərarın ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciə tinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənlə şdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olm alıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protestinin dəlillərində yalnız mülki iddia və əmlak müsadirəsi məsələləri mübahisləndirilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin qərarının bütünlüklə ləğv edilməsi xahiş olunduğundan, kassasiya protesti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə mülki iddianı baxılmamış saxlayarkən və əmlak müsadirəsini tətbiq etməyərkən gəlmiş olduğu nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə tərkibi hesab edir ki işin faktiki hallarına əsasən, məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş təqsirləndirilən şəxsə məxsus əmlakın dəyəri düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarından və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin verdiyi ifadəsindən görünür ki, üzərinə həbs qoyulmuş əmlaklara qiymətləndirici tərəfindən faktiki baxış keçirilməmiş, evin təsviri və likvid dəyəri nəzərə alınmadan yalnız internet resurslarından əldə edilmiş elanlar analoji təhlillər əsasında səthi və qeyri-obyektiv, mübahisəli rəy verilmişdir. Qeyd edilən rəyin hər hansı müstəqil qiymətlən dirici və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxs (fiziki və yaxud hüquqi şəxs) tərəfindən deyil, maraqlı subyekt, yəni ibtidai araşdırma orqanı olan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bilavasitə tabeliyində olan Mütəxəssis təhlilləri şöbəsinin məsləhətçisi tərəfindən hazırlanaraq məruzə edilməsi məhkəmə tərkibində həmin rəyin obyektivliyinə və qərəzsizliyinə əsaslı şübhələr yaratmışdır. Məhkəmə həmin məsələyə baxılan mülki iddia çərçivəsində qiymət verərək qeyd edir ki, gələcəkdə işə baxacaq məhkəmənin həmin məsələyə xüsusi diqqət yetirməklə ədalət mühakiməsinin mənafelərinin və şəxslərin qanunla qorunan hüquq mənafelərinin müdafiəsi üçün müstəqil qiymətləndiricini cəlb etməsi daha məqsədəmüvafiqdir. Bundan başqa məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlakların əldə edil mə müddəti və üzərindəki hüquqların rəsmiləşdirilməsi həmin əmlakların hazırki cinayət əməlləri törədilməmişdən xeyli müddət əvvəl olduğuna, eləcə də həmin əmlakların (təxminən 20-22 il) ümumbirgə mülkiyyətdə olmasına kifayət qədər əsaslar olduğuna və qeyd edilən halların araşdırılmasının təxminən iki il yarım müddətdə davam edən məhkəmə baxışını yubadacağını nəzərə alınmaqla, hazırda qeyd edilən iddiaya baxılmasının İİİ şəxslərin hüquqlarını pozmasına kifayət qədər əsaslar olduğundan qeyd edilən halların mülki mülhakimə icraatı qaydasında həll edilməsinin məqsədəmüvafiq olması qənaətinə gələrək hesab edir ki, verilmiş mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxs və mülki iddiaçı olan Peşə Təhsili üzrə Dövlət Agentliyinə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə q arşı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hazırki iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum məxsus hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən əmlaklar Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmiş hər hansı növ əmlak olmamaqla, üzərlərinə həbs bilavasitə gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün qoyulmuşdur. Həmçinin məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinin tələbinə əsasən cinayət nəticəsində vurulmuş maddi zərərin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı məsələsinə baxaraq yekun rəyə gəlmişdir ki, hazırki iş üzrə mülki iddia baxılmamış saxlanılsa da dövlətə vurulmuş maddi zərərin təmin edilməsi üçün Məhkum məxsus hökmün təsvir əsaslandırcı hissəsində göstərilən, yuxarıda qeyd edilən əmlaklar üzərinə məhkəmə qərarı ilə qoyulmuş həbs veriləcək mülki iddiaya mahiyyəti üzrə baxılana qədər qüvvədə saxlanılmalıdır. Göstərilənlər əsasən, məhkəmə kollegiyası verilmiş mülki iddianın baxılmamış saxlanılması, eləcə də zərərçəkmiş və mülki iddiaçı Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən veriləcək mülki iddianın təmin edilməsi üçün X1 əmlakları üzərində qoyulmuş həbsin mülki iddiaya mülki mühakimə icraatı qaydasında mahiyyəti üzrə baxılıb qurtarılana qədər qüvvədə saxlanılması qənaətinə gəlmişdir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Məhkum törətdiyi mənimsəmə və israf etmə cinayət əməli nəticəsində dövlətə dəymiş ziyan 69.418,87 manat (altmış doqquz min dörd yüz on səkkiz manat səksə n yeddi qəpik), səhlənkarlıq cinayət əməli nəticəsində dəymiş ziyan isə 122.576,01 manat (bir yüz iyirmi iki min beş yüz yetmiş altı manat bir qəpik) olmaqla, ümumilikdə 191 994, 88 manat (bir yüz doxsan bir min doqquz yüz doxsan dörd manat səksən səkkiz qəpik) olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış kassa mədaxil orderlərindən görünür ki, qeyd edilən ziyanın ödənilməsi məqsədilə Məhkum tərəfindən ibtidai istintaq zamanı vurulmuş ziyanın əvəzi olaraq 15.000 (on beş min) manat pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmişdir. Hazırki iş üzrə verilmiş mülki iddia hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən əsaslara görə baxılmamış saxlanıldığından Məhkum tərəfindən ödənilmiş 15.000 (on beş min) manat pul vəsaiti işə mülki mühakimə icraatında baxı lıb qurtarılana qədər Baş Prokurorluğun depozit hesabında saxlanılması nəzərə alınmalıdır.” Apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mübahisləndirilən məsələlərlə bağlı mövqeyini təkrarlayaraq, bu məsələ ilə bağlı heç bir araşdırma aparmamış, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mülki iddia və əmlak müsadirəsinin tətbiqi ilə bağlı məsələlər kifayət qədər araşdırılmamış və əsaslandırılmamış, cinayət əməli nəticəsində konkret olaraq hansı məbləğdə maddi ziyanın vurulması məhkəmə tərəfindən dəqiq müəyyən edilsə də, lakin həmin məbləğin tutulmasına dair verilmiş mülki iddia baxılmamış saxlanılmış, gəlinmiş bu nəticə ilə bağlı birinci instansiya məhkəməsi tə rəfindən hər hansı qanuni əsas və ağlabatan bir mövqe məhkəmə hökmündə göstərilməmişdir. Halbuki CPM-in 354-cü maddəsi məhkəmənin hökmündə mülki iddianın həllindən bəhs edir. CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri qəbul olunur:

1. İddianın tam və ya qismən təmin edilməsi;

2. İddianın rədd edilməsi;

3. İddianın baxılmamış saxlanması. Həmin maddədən də göründüyü kimi, mülki iddianın əsasları mövcuddursa və məbləği sübuta yetirilmişdirsə, bu zaman mülki iddianın baxılmamış saxlanılması qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda, müvafiq qanunvericlikdə iddia ərizəsinin baxılamış saxlanmasının əsasları da müəyyən edilmişdir ki, məhkəmələr qəbul etdikləri hökm və qərarda həmin hallara istinad etməmişlər. Bundan əlavə, birinci instansiya məhkəməsi əmlak müsadirəsinin tətbiqindən imtina edərkən mövqeyini üzərinə həbs qoyulmuş əmlakların dəyərinin düzgün qiymətləndirilməməsi və üçüncü şəxslərin hüqüqlarına toxuna biləcəyi, eləcə də, cinayət əməli törədilməmişdən öncə əldə edilməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə araşdırması zamanı bu məsələlərin həllinin cox asan yolu mövcuddur. Belə ki, həmin daşınmaz əmlakların cinayət işinin materiallarına əlavə edilmiş sənədləri əsasında həmin əmlaklar üzərində kimlərin mülkiyyət hüququnun olmasını tez bir zamanda müəyyən edərək, həmin şəxsləri maraqlarına toxunan şəxslər qismində məhkəmə prosesinə cəlb edərək, həmin şəxslərin hüquq və vəzifələrini izah etməklə və marağına toxunan şəxslərin mülkiyyət hüquqlarını qorum aqla qanunamüvafiq qərarın qəbul edilməsi mümkündür. Bununla bağlı müvafiq qanunvericilik və formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Eyni zamanda, üzərinə həbs qoyulmuş əmlakların qiymətləndirməsi şübhə doğurursa, bu zaman müstəqil mütəxəssis cəlb etməklə və ya müvafiq ekspertiza təyin etməklə məsələnin həllinə nail olmaq mümkündür. CM-in 99-2-ci maddəsinə əsasən, Bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. CM-in 99-2-ci maddəsindən də görünür ki, cinayət törətmiş şəxsə məxsus olan əmlak əgər onun tərəfindən cinayət əməl i törədilməmişdən öncə əldə edilmişsə, həmin əmlak yalnız CM-in 99-2-ci maddəsində göstərilən şərtlər mövcud olduğu halda müsadirə edilə bilər. Bu zaman nəzərə almaq lazımdır ki, CM-in 99-2-ci maddəsinə əsasən yalnız şəxsin özünə məxsus olan əmlak, vurulmuş ziyanın miqdarına uyğun olaraq müsadirə edilə bilər. Əgər əmlak birgə mülkiyyətdədirsə, bu zaman əmlakin yalnız məhkumun mülkiyyətində olan hissəsi müsadirə edilə bilər və bu zaman üçüncü şəxslərin mülkiyyət hüquqları, onların müsadirə olunan əmlakda olan paylarına müvafiq şəkildə qorunmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə mülki iddianın bax ılmamış saxlanmasına və əmlak müsadirəsinin tətbiq edilməməsinə dair hissədə ləğv edilməli və cinayət işi həmin hissədə baxılması üçün apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına təyin edilməlidir. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüy ünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 17 oktyabr tarixli, 1(100)-15/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.1 və 314.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 aprel tari xli, 1(104)-82/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə mülki iddianın baxılmamış saxlanmasına və əmlak müsadirəsinin tətbiq edilməməsinə dair hissədə ləğv edilsin, cinayət işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar