Məhkəmə qərarları › İş №1(102)-1907/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1907/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1907/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilm əsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 may tarixli, 1(103)-166/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X1 (sədrlik edən), X11 və X3 ibarət tərkibdə) 2024-cü il 12 iyul tarixli 1(101)-346/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-71/2024 nömrəli hökmünün CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı xx.x x.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, ümumilikdə 4 (dörd) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla çıxılması və onun üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətinə əlavə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən), X9 və X6 ibarət tərkibdə) 2025-ci il 22 may tarixli 1(103)-166/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 12 iyul tarixli 1(101)-346/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılmış, ona həmin maddə ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə c əzası təyin edilmiş, CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlqıdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum təyin edilmiş 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-71/2024 nömrəli hökmü ilə təyin edilmiş 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün müddət, ümumilikdə isə 6 (altı) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş qəti cəzadan çıxılmış və Məhkum üzərində 3 (üç) il 11 (on bir) ay 24 (iyimi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1.525 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, daşımaqla üz ərində saxlamış və 28 yanvar 2023-cü il tarixdə, saat 18:10-da Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 1-in qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-ə gətirilərək, orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ sellofan bükümdə təmiz çəkisi 1.525 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən küllü miqdarda 1 ədəd bükümdə ümumi çəkisi 7.525 qram ps ixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, ÇPA əməkdaşları tərəfindən 4 sentyabr 2022-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 20-nin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PBə aparılaraq, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan göy rəngli cins şortun sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 7.525 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsində 6 iyun 2023-cü ildə ifadə verən zaman bildirmişdir ki, xx.xx.2022-ci ildə onu mənzildən tutub aparmışlar, mənzildən onu aparan polis nəfərlərinin adları Toğrul, Ayaz olmuşdur, həmin şəxslər çəkilişdə iştirak etməmişlər, şəxsi axtarış və götürmə hərəkəti aparılan zaman onun müdafiəçisi olmamışdır, habelə o, polis bölməsində fiziki işgəncəyə məruz qalmışdır. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı təhqiqat zamanı polis əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qalmasını bildirmişdir. Məhkum xx.xx.2022-ci ildə tutuldudan sonra üzərində xəsarət izlərini əks etdirən fotoşəkillər Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Bu günə qədər Məhkum xəsarət yetirmiş şəxslərin müəyyən edilmədiyi də onun həqiqətən də işgəncəyə məruz qalmasına işarədir. Bununla yanaşı, Məhkum tutulan zaman CPM-in 153.2.2-ci və 153.2.5-ci maddələrinin tələbləri kobud pozulmuşdur, belə ki, o bildirir ki, tutulduğu andan (hətta ittiham tərəfinin göstərdiyi saat əsas götürülsə belə) üzərinə baxış keçirilənə qədər 1 saatdan çox Suraxanı RPİ 32-ci PB-nin otaqlarında saxlanılmışdır, müdafiəçi ilə təmin edilməmiş, hüquq və vəzifələri izah edilməmişdir, 1 saatdan çox prosessual statusu olmadan polis bölməsində qanunsuz saxlanılmışdır. Bundan başqa, Məhkum xx.xx.2022-ci il saat 21.10-da müvəqqəti saxlama yerinə gətirilməsini, ÇPA-nın əməkdaşları Şahid4 və Şahid3 tərəfindən gətirilməsini təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsi ÇPA-nın əməkdaşları Şahid4 və Şahid3 aid 2022-ci ilin sentyabr ayında növbətçilik cədvəlini Suraxanı RPİ-dən dəfələrlə tələb etmiş, lakin növbətçilik cədvəli məhkəməyə təqdim edilməmişdir. Göstərilən hal ÇPA-nın əməkdaşla rı Şahid4 və Şahid3 həqiqətən də xx.xx.2022-ci ildə saat 21.00 radələrində Qaraçuxur qəsəbəsində növbədə olduqlarına şübhə yaradır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında Məhkum xx.xx.2022-ci ildə saat 21.00-radələrində saxlamış polis əməkdaşı kimi sənədlərdə qeyd edilmiş ÇPA-nın əməkdaşı Şahid4 istifadəsindəki telefon nömrəsi - ********** mobil nömrəsi ilə bağlı anten məlumatlarından müəyyən olunur ki, həmin nömrədən xx.xx.2022-ci il saat 20:59:06, 20:59:10, 21:03:59, 21:04:06, 21:07:21 radələrində eyni - 40.398xx/xx.96716 koordinatlarında istifadə edilmişdir ki, həmin koordinatlar da Google Maps proqramında Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisini göstərir, heç bir halda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsini göstərmir. Habelə xx.xx.2022-ci ildə tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan və Məhkum üzərinə baxış keçirilməsi haqqında videoyazıdan görünür ki, C.Muradovun üzərindən yalnız narkotik vasitə çıxır, nə telefon, nə pul, nə də ictimai nəqliyyatdan istifadə bileti, nə də açar və s. çıxmır. Belə ki, Məhkum tutma protokolunda göstərildiyi kimi küçədə saxlanılsa da, onun üzərində pul vəsaiti, ictimai nəqliyyatdan gediş bileti, yaşadığı evin açarları və ya mobil telefonun aşkar edilməməsi hərəkətin qanuniliyini şübhə altında qoyur. Bununla yanaşı, Məhkum üzərinə xx.xx.2022-ci ildə şəxsi axtarış və götürmə aparılan zaman müdafiə hüququ da pozulmuşdur, onun üzərinə baxış keçirilən və çəkiliş aparılan zaman müdafiəçi iştirak etməmişdir. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsində izahat verən Suraxanı rayon Polis İdarəsinin 3 2-ci PB-nin təhqiqatçısı Şahid5 bunu onunla izah etmişdir ki, Məhkum özü xx.xx.2022-ci ildə ərizə verərək bundan imtina etmişdir. Lakin bu ona görə inandırıcı deyildir ki, bir tərəfdən Məhkum ərizə verərək hüquqlarının müdafiə edilməsi üçün dövlət vəsaiti hesabına vəkil ilə təmin edilməsini istəyir və dərhal sonra üzərinə baxış keçirilən zaman müdafiəçinin iştirakından imtina edir. Bununla yanaşı, o da qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli epizod üzrə Məhkum ümumiyyətlə müdafiəçini görmədiyini bildirmişdir ki, bu da işin faktiki halları ilə təkzib edilmir. Bundan əlavə, xx.xx.2022-ci ildə saat 22.30-da tərtib edilmiş protokola görə prosessual hərəkət 10 dəqiqə davam etmişdir, 2022-ci il 6 sentyabr tarixli diskə baxış keçirilməsi haqqında protokola əsasən isə videoyazının müddəti isə 7 dəqiqədir, 3 dəqiqə fərq hər iki sübutun etibarsızlığını bir daha təsdiq edir. Məhkum da videoyazıya düşməmiş 3 dəqiqəni polis əməliyyatçıları tərəfindən döyülməsi ilə izah edir və bu hala dair məhkəməyə xx.xx.2022-ci il tarixdə çəkilmiş fotoşəkillər təqdim edilmişdir. Göstərilənlərə əsasən, məhkumun müdafiəçisi qeyd edir ki, xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs Məhkum tutulduğu yerdə üzərində şəxsi axtarışın keçirilməməsi, oradan birbaşa polis əməkdaşlarının nəzarəti və müşayiəti ilə polis şöbəsinə gətirilərək şəxsi axtarışa məruz qalması onun təqsirinin sübut olunması istiqamətində ciddi şübhələrin yaranmasına əsas verir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 22 may tarixli 1(103 )166/2025 nömrəli qərarının ləğv edilməsini, Məhkum CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 may tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi ka ssasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət fakt ının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2- ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsasland ırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassas iya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumu n əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə, ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin e dilmiş cəzanı onun əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22.5.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 12 iyul tarixli 1(101)-346/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 may tarixli, 1(103)-166/2025 nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar