Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1908/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Bəhman Fərhad oğlu Qəribov və Bəhram Məmməd oğlu Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, məhkumun müdafiəçisi Müdafiəçi3 və tərcüməçi Tanrıverdi İsmayıl Aslan oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2021-cu il tarixli qərarından Məhkum4 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi), Zeynal Ağayev və Səbuhi Hüseynov) 1(101)-1256/2021 nömrəli 23 iyul 2021ci il tarixli hökmü ilə 23 dekabr 1996-cı il tarixdə Ermənistan Respublikası, Artek şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İrəvan şəhəri “Metropol” hotelində mühafizəçi işləmiş, deməsinə görə əvvəllər məhkum olunmamış, Ermənistan Respublikası, Şiraki Artek şəhəri, Ləmbat küçəsi, ev 1, mənzil 9-da qeydiyyatda olan Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.3 və 318.2-ci maddələri ilə təqsirli bilinmiş, CM-in 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 318.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2ci maddələri ilə cinayət təqibinə xitam verilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkum4 Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması barədə hökm edilmişdir. Hökmlə həmçinin X3, Məhkum12, Məhkum1, Məhkum2, Məhkum3, Məhkum5, Məhkum6, Məhkum7, Məhkum8, Məhkum9, Məhkum10 və Məhkum13 də təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum4 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, həmçinin mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişdir. Belə ki, o, Ermənistan Respublikasının digər vətəndaşları ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəza rət-buraxılış məntəqələrindən kənarda keçməklə mütəşəkkil dəstə halında 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində odlu silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz olunub, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 1(103)-1641/2021 nömrəli 26 noyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2021-cu il tarixli hökmü Məhkum4 aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından Məhkum4 müdafiəçisi Müdafiəçi3 verdiyi kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum4 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassator Müdafiəçi3 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum4 verilmiş ittiham öz təsdiqini tapmamış və onun barəsində ittiham üzrə qeyd edilmiş əməllər onun tərəfindən törədilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin başlıca dəlili Məhkum4 Azərbaycan Respublikası CM-in 228.3 və 318.2-ci maddələri ilə təqsirli bilinməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməllərinin Azərbaycan Respublikası CM-in 228.3-cü maddəsi ilə tövsif edilməsi üçün o, mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməsinə görə, həmçinin Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanun u ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarından görünür ki, Məhkum4 Ermənistan Respublikasının digər vətəndaşları ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə mütəşəkkil dəstə halında 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində odlu silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz olunub, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişdir. Hadisənin təfərrüatı və gedişatı hökm və qərarda geniş qeyd edil mişdir və hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi, Məhkum4 qeyd olunan əməli törətməsi iş üzrə təqsirləndirilən şəxsin özünün, iş üzrə digər təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları ilə, maddi sübutlar və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Kassasiya kollegiyası birinci və apelyasiya instansiyası məhkəmələrinin qanun normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində tə qsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). Göründüyü kimi, Məhkum4 barəsində Azərbaycan Respublikası CM-in 228.3 və 318.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində bəraət verilməsi və ya cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kob ud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayəti əsassız hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayət in xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya qeyd edir ki, iş materiallarının təhlilindən görünür ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti, cəzalarını yüngülləşdirən halı, yəni qanunsuz olaraq sərhədini keçmə əməllərini xidməti və siyasi cəhətdən asılılıq nəticəsində törətməsi, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzaların onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış və məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə cəzanın ədalətliliyini təm in edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqd a belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 8-ci bəndində izah olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür, bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır, məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halı, yəni məhkumun Ermənistan siyasi-hərbi rəhbərliyi tərəfindən cinayət məsuliyyəti təhdidi altında məcburi şəkildə “hərbi xidmət” keçməsi ad ı altında, qanunsuz olaraq Azərbaycan Respublikasına göndərilməsi onun təqsirli bilindiyi cinayətləri xidməti və siyasi cəhətdən asılılıq nəticəsində törətməsini müstəsna hal kimi nəzərə almaqla hesab edir ki, Məhkum4 barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tətbiq olunmasına və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsinə əsaslar vardır və daha yüngül cəza təyin edilməklə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq mümkündür. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkumun cinayət əməllərini xidməti və siyasi cəhətdən asılılıq nəticəsində törətməsi cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hal kimi nəzərə alınmaqla, həmçinin humanizm prinsipindən çıxış edərək, Məhkum4 Azərbaycan Respublikası CM-in 228.3-cü maddəsi ilə cəza Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə isə ona maddənin sanksiyasının həddində daha yüngül cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinin tələbinə görə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum4 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri əsasızdır, lakin Məhkum4 daha yüngül, o cümlədən barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Müdafiəçi3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərarı Məhkum4 aid hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum4 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 6 (altı) ay müddətə endi rilsin. Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə Məhkum4 Azərbaycan Respublikası CM-in 228.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 1 (bir) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum4 qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum4 13 dekabr 2020-ci ildən cəza çəkməsini nəzərə alaraq o cəzasını çəkmiş hesab edilsin və dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin. Bakı Apelyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarının qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1908/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1908/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver