Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1908/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(106)-177/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1989-cu il tarixdə Rusiya Federasiyasının İjevs şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki azyaşlı uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, «Oba Market MMC»-də X4 «OBA Lənkəran 3» filialında satıcıkassir və administrator vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və orada yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş in faktiki hallarına görə, Məhkum vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəmiş, yəni talamışdır.
3. Belə ki, o, 17 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Vergilər Departamenti tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MMCnin (əvvəlki adı «X9» MMC, VÖEN **********) 09 dekabr 2016-cı il tarixdən 11 may 2017-ci il tarixədək X2 «OBA» marketlər şəbəkəsinin 2017-ci ilin may ayınadək Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsində yerləşən və 2017-ci ilin may ayından Astara rayonunun Pensər kəndi ərazisinə köçərək fəaliyyətini orada davam etdirən «Lənkəran 3» filialında satıcıkassir və 11 may 2017-ci il tarixdən 30 iyul 2018-ci il tarixədək həmin filialda administrator vəzifəsində işləyərkən, həmin cəmiyyətlə arasında bağlanmış 09 dekabr 2016-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, 11 may 2017-ci il tarixli əmək müqaviləsinə əlavə və tam maddi məsuliyyət haqqında müqaviləyə, eləcə də 01 noyabr 2016-cı il tarixdə cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, qulluq mövqeyinə görə ona etibar edilmiş əmlakın qorunması, saxlanması, satışı ilə əlaqədar əməliyyatların aparılması zamanı işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı cəmiyyətə vurulmuş ziyana münasibətdə maddi məsuliyyət daşımaq, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar ona etibar edilmiş əmlakın tam qeydinə qalmaqla əmlakın təhlükəsizliyi barədə məlumat vermək, cəmiyyətə maddi ziyan vurmadan dəqiq uçot aparmaq, sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşımaq və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə 27 mart 2017-ci il tarixindən 21 may 2018-ci il tarixinədək olan müddətdə cəmiyyətin qeyd olunan ünvanda yerləşən mağazasından hökmdə qeyd olunan və sadalanan rəsmi sənədlərə ümumilikdə 1023 (bir min iyirmi üç) ədəd qaiməfakturaya əsasən öhdəsinə götürdüyü cəmi 127.082,66 (bir yüz iyirmi yeddi min səksən iki manat, altmış altı qəpik) manat dəyərində müxtəlif ərzaq, məişət və sair malların 79.265,39 (yetmiş doqquz min iki yüz otuz altmış beş manat, 39 qəpik) manat dəyərində olan hissəsinin həmin anbarda qalıq qalması nəzərə alınmaqla, qalan - cəmi 47.817,27 (qırx yeddi mi n səkkiz yüz on yeddi manat 27 qəpik) manat dəyərində qeyd edilən malları istintaqla müəyyən edilməyən şəraitdə satışını həyata keçirib əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etməklə, "xxxx" MMC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 47.817,27 (qırx yeddi min səkkiz yüz on yeddi manat 27 qəpik) manat dəyərində əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(099)-348/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52 -1-ci maddəsinə əsasən, Məhkum üzərinə Lənkəran rayonu ərazisi hüdudlarını tərk etməmək, yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Məhkum yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, “X9” MMC tərəfindən verilmiş mülki iddianın təmin olunması, Məhkum 47.817.27 (qırx yeddi min səkkiz yüz on yeddi manat, 27 qəpik) manat məbləğində maddi zərərin və hazırki mülki iddianın verilməsi üçün ödənilmiş 245.50 (iki yüz qırx beş 50 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq “X9” MMC-nin hesabına ödənilməsi, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi hökm edilmişdir. 5.Hökmdən birinci instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(106)-177/2023 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin q ismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)348/2022 saylı, 16 dekabr 2022-ci il tarixli hökmünün Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə yanaşı CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzası təyin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-348/2022 saylı, 16 dekabr 2022-ci il tarixli hökmünün Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Şirvan Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(106)-177/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
8. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza hissəsində düzgün araşdırma aparılmaması qeyd edilərək, protestdə göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21 maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarının ləğv e dilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi P.Osmanov kassasiya protestinin həlli məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməmə sini xahiş etdi. İV. Hüquqi məsələlər
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericili yin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarının qanuni liyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısı nın alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
21. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
23. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllən in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
24. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
25. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
26. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-a ydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
27. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilm əsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
28. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
29. Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
30. Məhkum Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə yanaşı CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzası təyin edilmişdir.
31. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum səmimi peşmançılıq çəkməsi, himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir.
32. Kassasiya protestinin dəlilləri qismində istinad edilən məhkuma təyi n edilən cəza növünün onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyinə uyğun olmamasına münasibətdə kollegiya qeyd edir ki, eyni dəlillər ilə apellyasiya protestində də çıxış edilmiş və sözügedən hal apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, Məhkum məhz, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə mənimsəmə cinayəti törətməsini əsas götürərək, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün əlavə cəza kimi təyin edilməsini əsaslı hesab etmişdir. Eyni zamanda, məhkuma əsas cəza olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının dəyişdirilərək, azadlıqdan məhrumetmə cəza növü ilə əvəz edilməsinə dair apellyasiya protestinin dəlilləri ilə haqlı olaraq razılaşmamışdır. Hazırki halda isə apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək eyni əsaslarla yenidən yeni baxışa qaytarılması üçün əlavə əsaslar müəyyən edilmir.
33. Belə ki, əmələ görə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və barəsində AR CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla ona 1 (bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsi istər əməlin, istərsə də məhkumun şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuş, ədalətli və əsaslı hesab edilməlidir.
34. Bu səbəbdən kassasiya protestinin dəlilləri qismində sadalanan hallar qərarın ləğv edilməsi və ya dəyişdirilməs i üçün kifayət qədər əsas hesab edilməli deyil.
35. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş əsas və əlavə cəzalar bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CMin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.
36. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci m addəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
37. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının, zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 aprel 2023-cü il tarixli, 1(106)-177/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri il ə məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(106)-177/2023 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.