Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1908/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Naxç ıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kəngərli Rayon Məhkəməsinin (sədrlik edən Z.Ə.Əhmədov) 21 fevral 2024-cü il tarixli, 1(111)-8/2024 nömrəli hökmü ilə xx.xx.1988-ci il tarixdə İran İslam Respublikasının Bəndər-Abbas şəhərində anadan olmuş, ali təhsilli, sürücü işləmiş, evli, məhkumluğu olmayan, İran İslam Respublikasının BəndərAbbas şəhəri, Rudan qəsəbəsi, Şəhid Dəstğeyb ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 206.2-ci və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 19 oktyabr 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxs Məhkum əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılması, əlavə cəzanın icrasının əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilməsi hökm edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə) 4 aprel 2024-cü il tarixli, 1(108)-13/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəngərli Rayon Məhkəm əsinin 21 fevral 2024-cü il tarixli, 1(111)-8/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətinə baxılması 9 oktyabr 2024-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya p rotestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.4-cü maddələri ilə təqsirli b ilinib məhkum olunması barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1908/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1908/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver