Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1908/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 25 fevral 2025-ci il tarixli 1(103)-41/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən və məruzəçi),Rasim Sadıxovdan və Leyla Əsgərova-Məmmədovadan) 27 mart 2024-cü il tarixli, 1(101)-618/2024 nömrəli hökmü ilə xx xxxxxx 1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəs ində CM-in 234.4.4-cü maddəsi üzrə olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 43.1.1-ci maddəsində göstərilən əsaslarla xitam verilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: İttihama əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, daşınması və satışı barədə şəxsiyyəti istintaqa məlum olmayan “Gündüz” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək razılaşdıqdan sonra, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə «Whatsapp» vasitəsilə əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olar aq narkotik maddələrin qoyulacaq ünvanlar barədə “Gündüz” adlı şəxsdən məlumat aldıqdan sonra 02 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyasınm yaxınlığında gizlədilmiş külli miqdarda olmaqla 1035 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda 910 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 23:10 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3erləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilərək üzərinə xx.xx.2023-cü il tarixdə saat 00:05-də müdafiəçinin İştirakı və video çəkilişl ə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan qara rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1035,0 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 910,0 qram ağ rəngli kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Emin Əliyev) 25 fevral 2025-ci il tarixli 1(103)-41/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 1(101)-618/2024 nömrəli hökmü dəyişdirilmiş, hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum və müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2025-ci il tarixli, 1(103)-41/2025 nömrəli qərarının ləğv edilərək Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin qəbul etdikləri hökm və qərar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin ifadələrində narkotik vasitələrin satış məqsədilə əldə edildiyi və saxlandığına dair heç bir ifadə yoxdur. Heç bir dindirmə və ifadə zamanı ittiham tərəfi heç vaxt narkotik maddələrin hansı məqsədlə əldə edilməsi barədə sual belə verməmişdir. Sadalanan faktlar şübhəli şəxsin dindirmə protokolu və təqsirləndirilən şəxsin dindirmə protokolunda öz əksini tapır. Məhkəmə şəxsin narkotik vasitələri hansı məqsədlə əldə etdiyi barədə heç bir sual belə vermədən və bu məsələnin araşdırılması üçün cəhd belə etmədən şəxsi narkotik vasitələrinin satışı ilə ittiham etmişdir. Halbuki narkotik cinayətləri üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən ittiham tərəfi şəxsi narkotik vasitələri satmaqla ittiham etdikdə müştəriləri, narkotik vasitələrin çəkilib yığılmasında istifadə olunan elektron tərəzini, narkotik vasitənin istehsal olunması və ya əkilməsi üçün xüsusi torpaq sahəsini və ya labarotoriyanı, şə xsə narkotik vasitəni təchiz edən şəbəkəni aşkarlamalı idi. Sözü gedən tədbirlərin heç biri görülməmiş, satış məqsədi sübuta yetirilmədən şəxsi cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham etmişlər. Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitələrin ona məxsus olmamasını, polis bölməsində psixoloji şiddətə və ailəsi ilə təhdidlərə məruz qalaraq zorla ona verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs əslində özünün marixuana (çətənə) istifadəçisi olduğunu bildirmiş, həmin gün də o, ərazidən çəkmək üçün marixuana götürməyə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin öz ifadəsində bildirdiyi məqamlar ittiham tərəfinin özünün topladığı sübutlarla təsdiqlənmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2478 saylı rəyində göstərilmişdir ki, Məhkum kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ekspert rəyi ilə də təqsirləndirilən şəxsin əslində marixuana istifadəçisi olduğu, təqsirləndirilən şəxsin öz ifadələrində bildirdiyi xüsusatların reallığa uyğun olduğu və ittiham tərəfindən qanunsuz olaraq təqsirləndirilən şəxsin üzərinə yerləşdirilmiş narkotik vasitələrin ona məxsus olmadığı öz təsdiqini tapmışdır. Şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Hazırkı iş üzrə Məhkum narkotik vasitələrin əldə edilməsi və saxlanması faktına dair hər hansı şəxsi marağının olması faktı müəyyənləşdirilməmişdir. Həmçinin məhkəmədə Məhkum onun maddi ( şəxsi) marağının olub-olmaması barədə heç bir sual verilməmiş, o da belə bir məqamı bildirməmişdir. Bundan əlavə ittiham tərəfi tərəfindən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair də heç bir sübut əldə olunmamışdır. Belə ki, xx.xx.2023 tarixli Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Aqil Qasımov tərəfindən tərtib edilmiş və imzalanmış “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan da göründüyü kimi təqsirləndirlən şəxs Məhkum məxsus “Xiaomi Redmi” markalı qara rəngli telefona baxış keçirilmiş və baxış zamanı həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edən danışıqlar, SMS mətinləri və ya digər hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çı xışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyi halda barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zama nı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmayan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə i craat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublika sının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid2, Şahid1 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikas ı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasın da verdiyi ifadəsində hər hansı bir cinayət əməli törətmədiyini bildirsə də, onun elan edilmiş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, onun üzərində şəxsi axtarış və götürmə, habelə digər istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və cinayət işi üzrə digər materiallarla təsdiq olunmuşdur. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş və qiymətləndirilmişdir. Məhkəmə kollegiyası həmin sübutların mötəbərliyinə şübhə gətirən heç bir hal müəyyən etməmişdir. Həm məhkumun məhkəmə iclasında verdiyi ifadədə, həm onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsizliyi, yəni onun heç bir günahının olmaması irəli sürülmüş dəlillər yuxarıda qeyd edilən sübutların məcmusu ilə təkzib olunur. Eləcə də, cinayət işinin materiallarından görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs Məhkum öz hüquqlarının pozulması və polis əməkdaşlarının onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya hər hansı bir dövlət qurumuna şikayətlərlə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə iş üzrə digər sübutlarla təsdiq olunduğundan aşağı instansiya məhkəmələri tərəfindən əsaslı olaraq həmin ifadə mötəbər sübut kimi qəbul edilmişdir. Onun məhkəmə iclasında verdiyi ifadə isə həqiqətə uyğun olmayan və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verildiyi qənaəti ilə düzgün qiymətl əndirilmişdir. Buna görə də kassasiya şikayətində bu məsələyə dair irəli sürülmüş dəlillər əsassız hesab olunur. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, iş üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol veri lməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməllərinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını ara dan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasına və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsinə hüquqi əsas vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2025-ci il tarixli 1(103)-41/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2025-ci il tarixli 1(103)-41/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1908/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1908/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver