Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1909/2022 15.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum2 və onun müdafiəçisi – XXX25nun vəkili Müdafiəçi7, Məhkum1 və onun müdafiəçisi – XXX25nun vəkili Müdafiəçi8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2022-ci il tarixli qərarından Məhkum2 və Məh kum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.B.Cavadzadə) Məhkum2 (xx xx xx 1965-ci il tarixdə ünvan3də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, 5 nömrəli X4 mülki müdafiə rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 27 aprel 2021-ci il tarixdən - 11 may 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxland ığı 1 (bir) il 14 (on dörd) gün müddət 1 günə 2 gün hesabı ilə hesablanmaqla 2 (iki) il 28 (iyirmi səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Məhkum1 (xx xxxxxx 1972-ci il tarixdə ünvan3də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, 1 saylı Tibb kollecində müəllimə işləyən, ünvan 2 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından 15 % məbləğində pul dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Məhkum1 cəzaçəkmə müddətinin qərar icraya yönəld iyi vaxtdan hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2022-ci il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edə n, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 18 dekabr 2020-ci il tarixdə saat 14:30 radələrində arvadı Məhkum1 ilə bir qrup şəxs halında birləşərək ünvan 3 ünvanın qarşısında, ictimai yer hesab edilən yerdə, ətrafda çox saylı sakinlərin gözləri qarşısında Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək uca səslərlə nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş, heç bir əsaslı səbəb olmadan yumruq və təpikləri ilə onun sifət nahiyəsinə vurmuş, ona qarşı fiziki zor tətbiq etmişdir. Ona “alın nahiyyəsinin, sol yanağın, burun belinin və sağ diz oynağı nahiyyəsinin qançırı” kimi ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişd ir. Bundan əlavə Zərərçəkmiş şəxs3 əllərindən tutub buraraq onu yerə yıxmış, hadisə yerinin yanında olan “Ravon” markalı, R4 LT minik modelli, hadisə zamanı **-xx xx xx-*** dövlət qeydiyyat nişanı altında olmuş avtomobilin arxa sol qanadının üst hissəsinə vurmuş, təpik və yumruqları ilə bədəninin müxtəlif nahiyyələrinə vurmuş, ona qarşı fiziki zor tətbiq etmişdir. Ona “sağ milbilək oynağının yumşaq toxumasının əzilməsi və sol əlin “V barmağının qançırı” kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Daha sonra, Zərərçəkmiş şəxs2 baş nahiyəsindən tutub onu divara vurmuş, ona qarşı fiziki zor tətbiq etmişdir. Ona “ənsə nahiyəsinin qançırı” kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olmuş etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq xuliqanlıq etmişdir. Həmçinin, Məhkum1 bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 18 dekabr 2020-ci il tarixdə saat 14:30 radələrində əri Məhkum2 ilə bir qrup şəxs halında birləşərək ünvan 3 ünvanın qarşısında, ictimai yer hesab edilən yerdə, ətrafda çox saylı sakinlərin gözləri qarş ısında Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək uca səslərlə nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş, heç bir əsaslı səbəb olmadan yumruq və təpikləri ilə onun sifət nahiyəsinə vurmuş, ona qarşı fiziki zor tətbiq etmiş, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə vurmuş, onlara qarşı fiziki zor tətbiq etmiş, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olmuş etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq xuliqanlıq etmişdir. Kassasiya şikayətlərinin dəl illəri: Məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətlərini eyni dəlillərə istinad etməklə onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət prosessual normaların tələbləri pozulmuş, o cümlədən bir sıra şahidlərin ifadələri heç bir əsas olmadan qəbul edilməmiş, zərərçəkənlərin lehinə ifadə verən şəxslərin ifadələri isə kifayət qədər yoxlanılmadan mötəbər sübutlar kimi nəzərə alınmış, nəticədə əməllərində cinayət tərkibi olmadığı, təqsirlilikləri sübuta yetirilmədiyi halda onların barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair ittiham hökmü çıxarılmış və həmin hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Məhkum2 və Məhkum1 kassasiya şikayətlərində göstərilənlərə əsasən Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə icraata bəraətverici əssasla xitam verilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normaları nın tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlama nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə onların əməllərində cinayət tərkibi olmadığı, təqsirlilikləri sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsi rli bilindiklərini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşa ğıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şə xsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkum2 və Məhkum1 törətməkdə təqsirli bilindikləri xuliqanlıq cinayətin əsas tərkibi Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması ictimai qaydanın kobud şəkildə pozulması, əməlin şəxsi münasibətlər zəminində meydana gəlməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyətə qarşı yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Yəni, cinayət-prosessual qanunda nəzərdə tutulmuş prosedurlar daxilində sübuta yetirilməlidir ki, şəxs qəsdən ictimai qaydanı kobud şəkildə pozmuş, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmiş, onun hərəkətləri şəxsi münasibətlərlə deyil, qeyi-müəyyən şəxslərin dairəsində özünün üstünlüyünü, müstəsnalığını nümayiş etdirmək kimi istəkləri ehtiva edən xuliqanlıq motivi ilə şərtləndirilmişdir. Hazırki işdə də məhkəmələr Məhkum2 və Məhkum1 ictimai qaydanı kobud şəkildə pozmaları, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmələri, onların hərəkətlərinin xuliqanlıq motivi ilə şərtləndirilməsi haqqında nəticələrə gəlmişlər. Məhkəmələrin müəyyən edilmiş saydıqları işin faktiki hallarından (hökmdə və apellyasiya instansiyası məhkəməs inin yekun qərarında verilmiş cinayətin təsvirindən) isə aydın olur ki, bu nəticələrin, o cümlədən təqsirləndirilən şəxslərin məhz xuliqanlıq motivi ilə hərəkət etmələri barədə məhkəmə qənaətinin əsasında Məhkum2 və Məhkum1 “heç bir əsaslı səbəb olmadan” zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etmələri faktı dayanır. Lakin, hadisənin “heç bir əsaslı səbəb olmadan”, yəni səbəbsiz olaraq baş verməsi haqqında nəticə məhkəmələrdə baxılmış sübutlarla uzlaşmır. Belə ki, hətta məhkəmələrin mötəbər saydıqları zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 ifadələrinə görə, bir tərəfdən Məhkum1 və onun yaxın qohumları, digər tərəfdən Məhkum1nin qardaşının keçmiş arvadı Zərərçəkmiş şəxs1 arasında ünvan 4 ünvanının yanında olan tikilinin (qeyri-yaşayış sahəsinin) mənsubiyyə ti ilə bağlı öncədən münaqişəli vəziyyət olmuşdır. Hadisə günü də tərəflər arasında münaqişə Məhkum1 həmin qeyri-yaşyış sahəsini iki nəfər şəxsə (Şahid5 və Şahid6) icarəyə vermək üçün göstərmək istəyərkən, Zərərçəkmiş şəxs1 bunun qarşısını almaqdan ötrü hərəkət etdikdə (oğlu Zərərçəkmiş şəxs2 ona məlumat verməsindən sonra həmin tikiliyə gedən elektrik cərayanını kəsməsi ilə) baş vermişdir. Bundan başqa, məhkəmələrin zərərçəkmiş Zərərçəkmiş şəxs3 münasibətdə törədilmiş xuliqanlıq hərəkətlərinin məzmunu barədə qənaətləri də baxılmış sübutlarla uzlaşmır. Belə ki, hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında əksini tapmış Zərərçəkmiş şəxs3 özünün ifadəsinə, eləcə də digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinə görə hadisə yerində Məhkum1 ilə y anaşı sonuncunun əri Məhkum2 də olmuş və Minayəni döyərkən onun başını hadisə yerində olan avtomobilə vurmuşdur. Həmin “Ravon-4” markalı avtomobilə baxış hadisədən (18 dekabr 2020-ci il tarixindən) uzun müddət sonra keçirilərək 26 avqust 2021-ci ildə ziyan aktı tərtib edilmiş, bu aktla və 10 sentyabr 2021-ci il tarixli məhkəmə ekspertizasının rəyi ilə avtomobilin sol qanadında insan bədəninin müxtəlif nahiyələrinin dəyməsi nəticəsində yaranması istisna edilməyən zədənin olması təsdiq edilmişdir. Lakin, müdafiə tərəfi 18 dekabr 2020-ci il tarixindən sonrakı dövrdə baxış keçirilənədək qeyd edilən avtomobillə yol-nəqliyyat hadisəsinin törədilməsi barədə dəlil irəli sürsə də, bu dəlil məhkəmələr tərəfindən yoxlanılmamışdır. Eyni zamanda, məhkəmə - tibbi ekspertizasının 19 dekabr 2021-ci il tar ixli rəyinə görə Zərərçəkmiş şəxs3 bədənində “sağ mil-bilək oynağının yumşaq toxumasının əzilməsi və sol əlin V barmağının qançırı” xəsarətlərindən başqa, o cümlədən başında onun və digər zərərçəkmiş şəxslərin ifadələri, habelə şahid qismində dindirilmiş “Ravon-4” markalı avtomobilin sahibi Şahid4 ifadəsi ilə uyğunluq təşkil edə biləcək xəsarətlər müəyyən edilməmişdir. Bununla belə, məhkəmələr qeyd edilən şəxslərin ifadələrini həqiqəti əks etdirən ifadələr kimi qəbul etmiş və ittihamın sübuta yetirilmiş olması barədə qənaətlərini həmin sübutların üzərində qurmuşlar. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin yekun qərarında zərərçəkmiş şəxslərin, eləcə də şahidlər Şahid4 və onun ifadəsi ilə üst-üstə düşən Şahid8 və Şahid1 ifadələri ilə ziddiyyət təşkil edən, o cümlədən hadisəni Məhkum1 ilə Zərərçəkmiş şəxs1 və onun övladları arasında tikiliyə görə baş vermiş dava-dalaş, hətta Məhkum1 qarşı tərəfin hücumuna məruz qalmış tərəf kimi təsvir edən, hadisədə Məhkum2 iştirakını isə ümumiyyətlə inkar edən şahidlər Təvəkkülova X6, Şahid5, Şahid9, X1 ifadələri təsvir edilsə də, məhkəmə faktiki olaraq onları qiymətləndirməmiş, yəni bu sübutlar üzrə nəticəyə gəlməsinin motivlərini göstərmədən onlara əsaslanmaqdan imtina etmişdir. Belə olan halda cinayət təqibi orqanının, onun ardınca birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 və Məhkum2 ictimai qaydanı kobud şəkildə pozmaları, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmələri, onların davranışlarının zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətləri zəminində yaranmış mübahisə ilə deyil, xuliqanlıq motivi ilə şərtləndirilməsi (əməllərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğu) haqqında qənaətə gəlmələri sübutların cinayət-prosessual qanunun tələblərinə müvafiq qaydada tədqiq edilib-qiymətləndirilməsindən hasil olunmuş nəticələr kimi qəbul edilə bilməz. Belə ki, Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 145.3-cü maddəsinə görə i sə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında m əsələni təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Cinayət-prosessual qanunun 353.2.2-ci maddəsinin tələbinə görə isə məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin və yuxarıda təsvir edilən digər normaların ın tələblərinə əməl olunmadığı, o cümlədən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə ehtiva olunan cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinə aid halların sübuta yetirilməsində mövcud olan şübhələr aradan qaldırılmadığı vəziyyətdə Məhkum1 və Məhkum2 əməlində cinayət tərkibinin əlamətlərinin olub-olmaması, təqsirlilik məsələlərinin düzgün həll edilməsi barədə nəticə çıxarmaq mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkumların kassasiya şikayətlərində gətirdikləri dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. B eləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumların və onların müdafiəçilərinin, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 22 iyul 2022-ci il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 və Məhkum1 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məh kum1 barəsində olan 22 iyul 2022-ci il tarixli qərarı ləğv edilisin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1909/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1909/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver