Məhkəmə qərarları › İş №1(102)-1909/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1909/2023

29.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1909/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Məhkum2, Məhkum1, Məhkum5, Məhkum4 və Məhkum3, Məhkum2 müdafiəçisi Müdaf iəçi4 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndələri Müdafiəçi5 və Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakimlər Fuad Axundov) 15 dekabr 2022-ci il tarixli, 1(011)-499/2022 nömrəli hökmü ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlığın mə hdudlaşdırılması cəzasına məhkum edilmiş; 17 avqust 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; xx xxxxxx 1984-cü il tarixdə Ağstafa rayonu, Poylu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” restoranlar şəbəkəsində anbardar işləyən, əvvəllər məhkum olunmamış, xxxxx kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış Məhkum5 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılm ası cəzasına məhkum edilmiş; xx xxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, xxxx, inzibati binada qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış Məhkum4 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; 15 avqust 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: İttiham aktına əs asən Məhkum2, Məhkum1, Məhkum5, Məhkum4 və Məhkum3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Məhkum2 silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Belə ki, Məhkum2 xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində qardaşı Məhkum1, tanışları Məhkum4, Məhkum5, Məhkum3 və başqaları ilə birlikdə “Ramazan” bayramı ilə əlaqədar manqal yandıraraq bayram süfrəsi təşkil edib orada yemək yedikdən sonra, həmin tarixdə saat 22 radələrində qeyd olunan yaşayış binasının sakini olan tanışları Zərərçəkmiş şəxs onların təşkil etdiyi süfr ənin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət etdiyi zaman qardaşı Məhkum1 Zərərçəkmiş şəxs arxadan çağıraraq ona yaxınlaşdıqdan sonra, sonuncunun əvvəllər Məhkum1 və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edərək qardaşı Məhkum1, tanışları Məhkum4, Məhkum5 və Məhkum3 ilə bir qrup şəxs halında birləşib həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan Məhkum1 əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən sillə, bədən nahiyəsindən isə təpik zərbəsi ilə qəsdən vurmasından sonra bunun qarşılığında sonuncunun Məhkum1 ayağından tutaraq itələməsi nəticəsində yerə yıxdığını görən Məhkum2 istintaqa məlum olmayan silah qismində istifadə olunan dəyənəyə oxşar bərk küt əşya ilə, cinayətkar qrupun digər üzvləri Məhkum4 və Məhkum3 isə çoxsaylı əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədəninin digər nahiyələrindən qəsdən vurub sonuncunun müqavimətini qırdıqdan sonra, Məhkum1 yerdən ayağa qalxaraq Zərərçəkmiş şəxs əlləri ilə üz nahiyəsinə qəsdən zərbələr vurub onu qrupun digər üzvlərindən bir qədər kənara çəkərək xuliqanlıq hərəkətlərini davam etdirib sol əli ilə Zərərçəkmiş şəxs üz na hiyəsinə sillə vurmuş, bunun qarşılığında Zərərçəkmiş şəxs Məhkum1 yumruq zərbəsi ilə vurub yerə yıxdığını görən qrupun digər üzvlərindən Məhkum4 əl və ayaq zərbələri, Məhkum5 isə ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurub onu divara sıxaraq müqavimətini qırdıqdan sonra Məhkum1 bükülü vəziyyətdə olan Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir neçə dəfə yumruq zərbələri ilə qəsdən vurmuş, bununla da cinayətkar qrupun digər üzvləri ilə birlikdə qəsdən vurduğu zərbələrlə Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası, döş qəfəsinin, qarının ön divarının, sağ sağrı nahiyəsinin dərialtı hematomaları, sağ gözaltı nahiyəsinin, hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmas ına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, nəticədə o, Məhkum1, Məhkum3, Məhkum5 və Məhkum4 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 04 may 2023-cü il tarixli 1(103)-641/2023 nömrəli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin nümayəndələri Müdafiəçi5 və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndələri Müdafiəçi5 və N ümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2023-cü il tarixli, 1(103)-641/2023 nömrəli qərarının ləğv edilməsini, Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, digər məhkum edilmiş şəxslərin isə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi və onlara ən yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və nümayəndələri Müdafiəçi5 və Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, təqsirləndirilən şəxslərin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, münaqişə və təqsirləndirilən şəxslərin sonrakı qan unsuz hərəkətləri Məhkum1 təşəbbüsü ilə yəni sonuncunun Zərərçəkmiş şəxs heç bir səbəb olmadan yumruq zərbəsi ilə vurması səbəbindən baş vermişdir. Bu hal həmçinin birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı video görüntülərə baxış keçirilməsi ilə təsdiq edilmişdir. Lakin hakim tərəfindən video görüntülər təhrif olunmaqla və sübutlara düzgün qiymət verməyərək təqsirləndirilən şəxslərin ittihamda göstərilən əməllərin ört-basdır edilməsinə çalışılmışdır. Məhkəmənin bu hissəyə hüquqi qiymət verilməsi üçün apellyasiya şikayətində əsaslı dəlillər göstərərək, məhkəmədən video görüntülərə yenidən baxış keçirilməsi barədə vəsatətlər versə də, apellyasiya instansiyası məhkəməsi verilmiş vəsatətləri təmin etmədən, işin faktiki hallarını araşdırmadan işə baxaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Beləliklə işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara deyil, öz xəyal gücündə canlandırdığı və təqsirləndirilən şəxslərin özlərini müdafiə xarakteri daşıyan, heç bir əsası olmayan, video görüntülərdə əks olunan görüntülərin əksinə olan yalnız söz yığmağında ibarət olan məlumatlar əsasında işinə hüquqi qiymət verərək hesab etmişdir ki, Məhkum5, Kavə X2 Xəyal Rasim oğlu və Məhkum1 tərəfindən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində və Məhkum2 tərəfindən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxslərin törətmiş olduqları əmələ düzgün hüquqi qiymət verilməmiş, onların əməlləri düzgün tövsıf edilməmişdir. Məhkəmələrin gəldiyi bu nəticəni əsaslandırarkən cinayət işinin materiallarına deyil yuxarıda qeyd etdiyimiz kimi heç bir mötəbər sübuta əsaslanmamış, əksinə iş materiallarında olan sübutları təhrif etmişdir. Daha sonra birinci instansiya məhkəməsinin hökmündə iş üzrə şahid qismində dindirilən şahidlərin ifadələrinin təhrif olunması ilə bağlı apellyasiya şikayətinin dəlilləri də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadan qanunsuz qərar qəbul edilmişdir. Bundan əlavə yuxarıda qeyd olunan xüsusatlardan belə qənaətə gəlir ki, məhkəmə sübutları təhrif etmiş, təqsirləndirilən şəxslər Məhkum5, Məhkum4 və Məhkum3 Zərərçəkmiş şəxs onların ünvanlarına nalayiq ifadələr işlətməsi, onların şərəf və ləyaqətlərini alçaltması tamamilə əsas sızdır və iş materialları ilə təqsirləndirilən şəxslərin dediklərinin yalan olduğu öz təsdiqini tapır. Cinayət qanunvericiliyinə görə xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Belə olan halda Məhkum1 təşəbbüsü ilə hadisənin başlaması, Zərərçəkmiş şəxs onlardan fərqli düşünməsi, onların dediyi ilə oturub-durmaması kimi təqsirləndirlən şəxslərin qanunsuz tələblə rin təsiri altında törədildiyinə dəlalət edir. Bu baxımdan hesab edirik ki, məhkumların əməlləri xuliqanlıq kimi qiymətləndirilməlidir. Çünki, məhkumların hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi qiymətləndirilməli və bu əsaslada cəzalandırılmalıdırlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419 -cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən məhkumların əməllərinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Ona görə də Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, digər məhkum edilmiş şəxslərin isə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirl i bilinərək ən yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşmayaraq, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə xuliqanlıq - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkət kimi müəyyən edilmişdir. Göründüyü kimi xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Xuliqanlıq şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olduğundan xuliqanlığın əlavə obyektini insanların sağlamlığı və mülkiyyətin mühafizəsi ilə bağlı ictimai münasibətlər təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan v ə cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı tərəfindən Məhkum1, Məhkum5, Məhkum4 və Məhkum3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərin, Məhkum2 isə həmin hərəkətlərin silah qismində istifadə olunan əşyadan tətbiq etməklə törədilməsi ilə bağlı ittiham elan olunsa da, birinci instansiya məhkəməsinin istintaqı zamanı nə Məhkum2 əməlində, nədə iş üzrə digər təqsirləndirilən şəxslər Məhkum1, Məhkum5, Məhkum4 və Məhkum3 əməlində xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, “Azərbaycan Respublikası CM-in 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Yuxarıda göstərilənlərdən görünür ki, təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, onun şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bununla yanaşı yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişdir ki, məhkumların hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onların ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Belə ki, birinci instansiya məhkəmə sində Məhkum1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs sosial şəbəkələrdə onun və ailəsinin barəsində təhqiramız sözlər yazdığından o, sonuncunun istifadəsində olan mobil nömrəyə zəng vurmuş və Zərərçəkmiş şəxs həmin danışıq zamanı ona “var-yox” söyüşü söymüşdür, 03 may 2022ci il tarixdə o, bu söyüşləri xatırlayıb onunla bu barədə danışmaq istədiyi üçün Zərərçəkmiş şəxs yaxınlaşmış, lakin gözləmədiyi bir anda Zərərçəkmiş şəxs onu yumruqla vurmuşdur. Digər məhkumlar Məhkum2, Məhkum5, Məhkum4 və Məhkum3 ifadələrində göstərmişlər ki, onlar zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zorakı hərəkətlər məhz sonuncunun Məhkum1 qarşı zor tətbiq edilməsi və onların ünvanlarına söyüş söyməsi ilə əlaqədar törətmişlər. Məhkəmə kollegiyası məhkəmələrin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, videogörüntül ərdən göründüyü kimi, ilkin olaraq Zərərçəkmiş şəxs Məhkum1 zərbə vurmuş və yalnız bundan sonra məhkumlar zərərçəkmiş şəxsə qarşı zorakı hərəkətləri törətmişlər. Bundan başqa, işə baxan məhkəmələr haqlı olaraq qeyd etmişdir ki, istintaq orqanı tərəfindən Məhkum1 qarşı irəli sürülmüş ittihamda onun Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə heç bir əsaslı səbəb olmadan əli ilə sonuncunun üz nahiyəsindən sillə, bədən nahiyəsindən isə təpik zərbəsi vurması qeyd edilsə də, cinayət işinə əlavə olunmuş və müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməsi və onun barəsində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarda eyni sübutlara əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 03 may 2022-ci il tarixdə saat 22 radələrində ünvan 6 ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində tanışları Məhkum2, Məhkum1, Məhkum4, Məhkum5, Məhkum3 və başqalarının “Ramazan” bayramı ilə əlaqədar təşkil etdikləri bayram süfrəsinin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət edərkən Məhkum1 arxadan onu çağırmasına görə geri qayıdıb sonuncuya yaxınlaşdıqdan sonra Məhkum1 özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı ona irad tutmasını cüzi səbəb kimi bəhanə edərək həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Məhkum1 və digərlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictim ai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək, onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan əli ilə qəsdən Məhkum1 vuraraq xəsarət yetirmişdir. Həm ibtidai istintaqın, həm də birinci instansiya məhkəməsinin istintaqının gedişatında sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxslər Məhkum5, Məhkum4, Məhkum3, Məhkum2, Məhkum1 arasında uzun illərdir ki, dostluq münasibətləri olmuşdur. Onların arasında olan münasibətlərin pozulmasına səbəb isə zərərçəkmiş şəxslə məhkum edilmiş şəxslərin ortaq dostları olan Aqil Babayevin barəsində dələduzluq cinayəti törətməsi ilə bağlı BMCMİ-nə təqsirləndirilən şəxslərin şikayət etmələri və bundan sonra Aqil Babayevin həbs edilməsi olmuşdur. Həm məhkum edilmiş şəxslərin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə, həm də işə əlavə edilmiş videogörüntü ilə müəyyən edilmişdir ki, münaqişə və məhkum edilmiş şəxslərin sonrakı qanunsuz hərəkətləri zərərçəkmiş şəxsin təşəbbüsü ilə, yəni Zərərçəkmiş şəxs Məhkum1 yumruq zərbəsi ilə vuraraq yerə yıxmasından və ətrafdakıları söyməyindən sonra baş vermişdir. Məhkəmə kollegiyasının fikrincə işə baxan məhkəmələr işin hallarını düzgün qiymətləndirib əsaslı olaraq nəticəyə gəlmişlər ki, məhkumlar Məhkum5, Məhkum4, Məhkum3, Məhkum2 və Məhkum1 Zərərçəkmiş şəxs Məhkum1 vurduğu üçün və onların ünvanlarına nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş ş əxs döymüş, onlar bu hərəkətləri xuliqanlıq motivi ilə deyil, zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş vermiş münaqişə zamanı şəxsi münasibətlər zəminində törətmişlər. Belə ki, xuliqanlıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlər mütləq xuliqanlıq motivi ilə törədilməlidir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Cinayət hadisəsinin Zərərçəkmiş şəxs qanunsuz hərəkətinin nəticəsində başlaması məhkumların əməllərində xuliqanlıq motivini istisna edir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, məhkum edilmiş şəxslərin əməlləri, hətta onların hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlam lığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, həmin şəxslərin hərəkətləri ictimai qaydaya, əxlaq normalarına, insanlar arasında müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarına qarşı yönələn hərəkət kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr düzgün olaraq məhkumların törətmiş olduqları cinayət əməllərini Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edi r ki, işin materialları ilə Məhkum2 əməlində CM-in 221.3-cü maddəsinin tərkib əlamətləri, o cümlədən digər məhkumlar Məhkum1, Məhkum5, Məhkum4 və Məhkum3 əməllərində CM-in 221.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmiş, onların əməllərinin müvafiq olaraq həmin maddələr üzrə tövsif edilməsinə dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı məhkumların əməllərinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutl ara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyası instansiyası məhkəməsi tərəfindən məhkumlar Məhkum2, Məhkum1, Məhkum5, M əhkum4 və Məhkum3 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təyin edilmiş cəza 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası onların törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2, Məhkum1, Məhkum5, Məhkum4 və Məhkum3 haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2023-cü il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2, Məhkum1, Məhkum5, Məhkum4 və Məhkum3 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2023-cü il tarixli qərarı zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin nümayəndələrinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar