Məhkəmə qərarları › İş №1(102)-191/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-191/2019

14.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-191/2019 14.02.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X6 və X2 Məhkum iştirakları ilə xx xxxxxx 1957-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi sahibkar, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ************************************** də qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in ) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim Ə.C.Seyidov, hakimlər: A.Ə.Məcidov və Z.Q.Ağayev) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası ilə qismən topl amaq yolu ilə üzərində qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 21 oktyabr 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X8 da məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Q.X.Babayev hakimlər: M.Ə.Abbasov və V.Ə.Mursaqulov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edil ərək üzərində qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o,tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı F6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında əvvəlcədən hazırladıqları plana əsasən F6 öz hərəkətləri və söhbətləri ilə M8 inandıraraq onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin "Kiçik Gəmilər İdarəsinə" rəis vəzifəsinə işə qəbul olunmasında köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla, ondan vahid niyyətlə əhatə olunan qəsdlə F6 vasitəsi ilə birinci dəfə 2014-cü il oktyabr ayının sonlarında ünvan 1 ünvanda yerləşən Hərbi Hospitalın inzibati binasının qarşısında 20.000 manat, ikinci dəfə eyni niyyətlə F6 vasitəsi ilə metronun «Qara Qarayev» stansiyasının çıxışında 4000 manat, üçüncü dəfə bir neçə gün sonra eyni niyyətlə, F6 vasitəsi ilə eyni yerdə 4000 manat, dördüncü dəfə isə 2014-cü il noyabr ayının sonlarında eyni niyyətlə, F6 vasitəsi ilə ünvan 2 ünvanın qarşısında 1500 manat pul alaraq birgə ələ keçirməklə zərərçəkmiş şəxs M8 birgə, ümumilikdə 29.500 manat məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq cinayətini törətmişlər. Həmçinin, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Göyçay ra yon şöbəsinə yüksək vəzifəli tanışlarının vasitəsilə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ondan 23 noyabr 2014-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda yerləşən «Nərmin» kafesinin qarşısında əvvəlcədən razılaşdıqları 1500 manat məbləğində pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Eyni qaydada, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı F6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən hazırladıqları plana əsasən F6 öz hərəkətləri və söhbətləri ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində yaxın qohumlarının olduğunu bildirib inandıraraq R6in əmisi nəvəsi R9 adı çəkilən şirkətə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla, ondan F6 vasitəsi ilə 2015-ci ilin yanvar ayının əvvəllərində saat 12 radələrində ünvan 4 ünvanda yerləşən Hərbi Hospitalın inzibati binasının yaxınlığında 13.000 manat məbləğində pul alaraq ələ keçirməklə birgə zərərçəkmiş şəxs R6 13.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişlər. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı E6 vasitəsi ilə tanış olduğu X10-Qazax rayonlarında yerləşən Yol İstismar İdarəsinə rəhbər vəzifəyə təyin etdirəcəyinə dair yalan vəd verib N6 2015-ci ilin yanvar ayında qohumu El6 vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Toxuculuq Kombinatının yanında Sadıqcan küçəs i ilə Cavanşir küçəsinin kəsişməsində yerləşən bərbərxanada 10.000 manat məbləğində pulu alaraq, özgə əmlakını ələ keçirməklə, zərərçəkmiş şəxs Natiq Eyyubova 10.000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq, dələduzluq cinayətini törətmişdir. Bundan əlavə, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı F6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən hazırladıqları plana əsasən F6 öz hərəkətləri və söhbətləri ilə Ş8 inandırıb onun qardaşı oğlu F6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Quba rayon Yanğınsöndürmə İdarəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla ondan vahid niyyətlə əhatə olunan qəsdlə F6 vasitəsi ilə birinci dəfə 2015-ci ilin əvvəllərində Bakı şəhə ri********************** yerləşən Fövqəladə Hallar Nazirlinin Tikintidə X1 qarşısında 1500 manat, ikinci dəfə eyni niyyətlə yenə həmin ünvanda ondan 2500 manat məbləğində pul alıb birgə ələ keçirərək zərərçəkmiş şəxs F6 ümumilikdə 4000 manat məbləğində xeyli miqdarda ziyan vurub dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 həbsdə olan yeznəsi Nizami Kucayevin amnistiya aktına əsasən həbsdən azad edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 11 aprel 2016-cı il tarixdə saat 12 radələrində Bakı şəhəri, **********************ünvanında yerləşən "xxxx" ASC-nin qarşısınd a 10.000 manat, sonra isə 16 aprel 2016-cı il tarixdə saat 10 radələrində Bakı şəhəri ******************* ünvanında yerləşən «Badi Səba» şadlıq sarayının yanında 3000 manat məbləğində pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2, ümumilikdə, 13.000 manat məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarının dəyişdirilməsi, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Məhkum hesab edir ki, ona təyin edilmiş cəza sərt və ağır olmaqla, şəxsiyyətinə və əməlinə uyğun deyildir. Həmçinin məhkum qeyd edir ki, ona cəza təyin edilərkən şəxsiyyəti, əməlini səmimi etiraf etməsi, müharibə veteranı olması nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Z6 və M8 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə ci nayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmi ş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsinə dair kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret h alda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəl ilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə g əlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apelly asiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla t əkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar