Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-191/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakları ilə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Mehrəliyev Cabir Mürüş oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən), Ə.M.Abasov və E.Ə.Mikayılov) Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli xx xxx 2018-ci il tarixdən hesablanmaqla 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxar ıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.K.Səfərov və R.M.Abdulov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü Məhkum cəza təyin edilməsinə aid hissədə dəyişdirilərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 il 06 aydan 08 il 06 aya endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni ümumi xalis çəkisi 1005,308 qram olan kustar üsull a hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsinə daşıyaraq üstündə və idarə etdiyi avtomobildə saxlamış, x xxx 2018-ci il tarixdə saat 23 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda o, etibarnamə ilə idarə etdiyi X3 məxsus «Lada 21214» markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobildə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,308 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və bundan sonra həmin tarixdə pol is bölməsinin inzibati binasının həyətində onun idarə etdiyi «Lada 21214> markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobilinin yük yerindən bir ədəd sellofan paketdə, təmiz çəkisi 1005 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasının həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş üzrə Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir sübut olmadığı halda, məhkəmələr əsassız olaraq onu CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək məhkum etmişlər. Belə ki, məhkəmə hökmündə Məhkum ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyi göstərilsə də, iş materiallarında Məhkum narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini təsdiq edən ifadəsi yoxdur. Məhkum yalnız etiraf etmişdir ki, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materi alları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-191/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-191/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver