Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-191/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü i l tarixli 1(106)-384/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (sədrlik edən hakim Nurəddin Bağırov) 21 fevral 2024-cü il tarixli 1(056)-26/2024 nömrəli hökmü ilə 02 avqust 1986-cı il tarixdə Sabirabad rayonunun Əsgərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Əsgərbəyli kəndində yaşamış X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3 və 177.2.4cü maddələri təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X5 məhkum olunmuşdur ona görə ki, o, özgə əmlakını gizli talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin yanvar ayının sonlarından başlamaqla, 2023-cü ilin fevral ayının ortalarınadək olan müddət ərzində ayrı- ayrılıqda beş dəfə olmaqla, istintaqa məlum olmayan vaxtda və saatda Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mətbəxin pəncərəsindən keçmə yolu ilə qanunsuz daxil olaraq, oradan 01 ədəd 400 manat dəyərində “Luxell” markalı qazla işləyən soba, 01 ədəd 100 manat dəyərində “Eurolux” markalı elektron çaydan, 01 ədəd 150 manat dəyərində “Eurolux” markalı sokçəkən aparat, 01 ədəd 150 manat dəyərində “Eurolux” markalı ət maşını, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd xrustal meyvə qabları, hər birinin qiyməti 15 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 02 ədəd bulud boşqab, hər birinin qiyməti 50 manat olmaqla, ümumilikdə 250 manat dəyərində 05 ədəd “Aura” markalı tava, hər birinin qiyməti 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində 03 ədəd “Aura” markalı qazan, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində 02 ədəd xrustal qənd qabı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 80 manat dəyərində 20 ədəd yemək üçün kasa, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd aşsüzən, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində 03 ədəd padnos, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 60 manat dəyərində 30 ədəd yemək boşqabları, hər birinin qiyməti 1.5 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 10 ədəd xrustal stəkan, hər birinin qiyməti 3 manat ol maqla ümumilikdə 30 manat dəyərində 10 ədəd böyük, tutacaqlı stəkan, hər birinin qiyməti 0.50 manat olmaqla ümumilikdə 10 manat dəyərində 20 ədəd armudu stəkan, bir ədəd 100 manat dəyərində “Federal” markalı ütü, hər bir dəstinin qiyməti 20 manat olmaqla, ümumilikdə 60 manat dəyərində üç dəst qadın üçün gecə paltarları, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 100 manat dəyərində 05 ədəd yun kofta, bir ədəd 100 manat dəyərində əşya yığılması üçün nəzərdə tutulan təkərli çamadan, hər bir rulonun qiyməti 17 manat olmaqla ümumilikdə 374 manat dəyərində 22 rulon zərli, istifadə olunmamış divar üçün örtük (aboy), hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 40 manat dəyərində 10 ədəd köhnə saxsı kasalar, bir ədəd 20 manat dəyərində nəlbəki və qaşıq dəsti, hər birinin qiyməti dörd manat olmaqla ümumilikdə 12 manat dəyərində üç ədəd dəmir vedrə, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 40 manat dəyərində iki ədəd çuğun materiallı vedrə, bir ədəd 150 manat dəyərində “Beko” markalı DVD, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində üç ədəd xrustal qəndqabı, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində dörd ədəd qadın üçün tulum (şalvarlı), hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 350 manat dəyərində yeddi dəst qadın üçün kostyum, hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə, 300 manat dəyərində iki ədəd qadın üçün toy paltarı, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 60 manat dəyərində 20 ədəd qadın üçün alt paltarları, hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə 72 manat dəyərində 6 paket istifadə olun mayan yun corablar, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 160 manat dəyərində səkkiz ədəd qadın üçün yun materiallı kofta, bir ədəd 20 manat dəyərində sadə qadın üçün saat, hər birinin qiyməti 20 manat olmaqla ümumilkdə 100 manat dəyərində 05 ədəd qadın üçün yay köynəyi, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 03 ədəd qadın üçün ev paltarları, hər birinin qiyməti 36.8 manat olmaqla ümumilikdə 368 manat dəyərində 10 ədəd qadın üçün idman şalvarı, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində dörd ədəd qadın üçün cins şalvar, bir ədəd 100 manat dəyərində elektron tərəzi, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 24 manat dəyərində 12 ədəd dondurmaqabı, bir ədəd 50 manat dəyərində işlənmiş vəziyyətdə su matoru, bir ədəd 120 manat dəyərində işlənməmiş vəziyyətdə su matoru, 01 ədəd 150 manat dəyərində “Eurolux” markalı tozsovuran, hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində üç ədəd qadın üçün qış gödəkçəsi, hər bir dəstinin qiyməti 140 manat omaqla ümumilikdə 5600 manat dəyərində 40 dəst yataq örtükləri, bir ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 500 manat dəyərində 50 ədəd türk dəsmalı, hər birinin qiyməti 15 manat olmaqla ümumilikdə 450 manat dəyərində 30 ədəd Türkiyə istehsalı hamam dəsmalı, hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 30 manat dəyərində 20 ədəd Rusiya istehsalı sabun, hər birinin qiyməti 10 olmaqla ümumilikdə 80 manat dəyərində 08 ədəd köhnə istifadə olunmayan tava, hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 15 manat dəyərində 10 ədəd yun parçadan əl dəsmal ı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 180 manat dəyərində 45 ədəd mətbəx dəsmalı, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 125 manat dəyərində iyirmi beş ədəd tük keçməz, bir ədəd 500 manat dəyərində “LG” markalı televizor, hər birinin qiyməti 350 manat olmaqla iki ədəd 700 manat dəyərində Türkiyə istehsalı, 4.5x5 m ölçüsündə xalça, bir ədədinin qiyməti 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində iki ədəd “Eurostar” markalı televizora krosnu adlanan cihaz, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində dörd ədəd yorğan, hər birinin qiyməti 30 manat olmaqla 300 manat dəyərində 10 dəst qadın üçün xalat, hər birinin qiyməti 10 manat olmaqla 300 manat dəyərində üç ədəd qadın üçün ayaqqabı, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 150 manat d əyərində 5 ədəd “Garniel” markalı üz kremi, hər birinin qiyməti 0.3 manat olmaqla ümumilikdə 20.1 manat dəyərində 67 ədəd qələm, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 50 manat dəyərində 10 ədəd qadın üçün sadə tipli qolbaqlar, bir ədəd 150 manat dəyərində “Jaquar” markalı hava feni, bir ədəd 15 manat dəyərində “Şah” markalı çay, 25 manat dəyərində 30 kq çəkidə kartof, 22 manat dəyərində 50 kq çəkidə un, 742.9 manat dəyərində bir ədəd elektron mişar və bir ədəd açar dəsti, 750 manat dəyərində iki dəst “abedni” adlanan qab-qacaq dəsti və 30 manat dəyərində 23 ədəd nimçə götürüb aparmaqla Zərərçəkmiş şəxs, ümumilikdə xeyli miqdarda, yəni 15.990 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik e dən və məruzəçi), Pərviz Hacıyev və Habil Bəhmənov) 20 may 2024-cü il tarixli 1(106)-384/2024 nömrəli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 1(056)-26/2024 nömrəli hökm dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli 1(106)-384/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən təqsirlən dirilən şəxs Aytəkin Məlikovaya cəza təyini üzrə qanunauyğun qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi Aytəkin Məlikovaya cəza təyin edilərkən, onun himayəsində bir nəfər yetkinlik yaşına çatmayan və üç nəfər azyaşlı uşağının olmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşmanlıq hissi keçirməsini CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Göründüyü kimi, hər iki instansiya məhkəmələri, Aytəkin Məlikovanın əməlindən peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi əsassız nəzərə almışlar. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsdə belə hərəkətlər müəyyən edilməmiş, ona görə Aytəkin Məlikovanın yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi ilə artıq açılmış cinayət əməlini etiraf edib, peşmanlıq çəkməsinin bildirməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Beləliklə məhkəmə Aytəkin Məlikovanın əməlindən səmimi peşmanlıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bundan başqa, hər iki instansiya məhkəmələri Aytəkin Məlikovanın ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi əsassız nəzərə almışlar. İş materialları ilə təsdiq olunduğu kimi, Aytəkin Məlikova cinayət əməllərini heç də hadisələrin təsadüfi axarı zəminində törətməmiş, onun əvvəllər cinayət törətməməsi, ona yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməməsini şərtləndirən, onun tərəfindən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işin digər faktiki hall arını heç də dəyişdirməməklə yanaşı, həmin halların mövcudluğunu aradan qaldırmamışdır. Ona görə də, məhkəmənin Aytəkin Məlikovanın ilk dəfə olaraq cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Bundan əlavə, onu da qeyd etmək vacibdir ki, hər iki instansiya məhkəmələri Aytəkin Məlikovanın 15.990 manat məbləğində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurduğu ziyandan cüzi bir qismini də ödəməyə cəhd etmədiyi və zərər çəkmiş şəxslə barışıq əldə etmədiyi hallarda, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi anlaşılmazdır. Həmçinin hər iki instansiya məhkəmələri Aytəkin Məlikovanın himayəsində bir nəfər yetkinlik yaşına çatmayan və üç nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsalar da, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qadın olmasını, himayəsində olan uşaqları təkbaşına böyütməsini də nəzərə almamış və nəticədə ədalətsiz yekun qərarlar qəbul etmişlər. Onu da qeyd etmək vacibdir ki, hər iki instansiya məhkəmələri ziyanı ödəməyən, barışıq əldə etməyə cəhd etməyən Aytəkin Məlikovanın vurduğu zərərin həcmini və zərər çəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə almadıqlarından, ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişlər. Göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə və apellyasiya instansiya məhkəməsi həmin cəzanı dəyişdirmən saxlamaqla törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz yekun qərarları ilə qanunvericiliyin tələblərinin əksinə olaraq hə m təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmış olmuşlar. Məhkəmə bütün bunları nəzərə almayaraq Aytəkin Məlikovaya yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, hər iki instansiya məhkəmələri Aytəkin Məlikovaya cəza təyini zamanı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun nəticəsini, törədilmə halını, şəraitini, məqsədini və motivini, onun şəxsiyyətini, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamış, bu zaman cəza tə yin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq etməmiş, nəticədə də Aytəkin Məlikovaya yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs X1 əməli Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya protestində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassasiya protestinin başlıca dəlili məhkum Aytəkin Məlikovaya cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərp ası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifəl əri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərar ında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqs irli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs X2 himayəsində bir nəfər yetkinlik yaşına çatmayan və üç nəfər azyaşlı uşağının olmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 177.2. 3 və 177.2.4-cü maddələrinin sanksiyası (bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə) həddində olan 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır növ azadlıqdan məhrum etmə cəzası təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, nəticəyə gəlir ki, X3 təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə onun islah olunması və ailəsinin həyat şəraitinə təsiri baxımından uyğundur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında milli məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr məhkum X2 cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əmə l etmişlər. Hökm və qərardan görünür ki, məhkəmə A.N.Məlikovaya təyin edəcək cəzanın növünü müəyyən edərkən işin hallarını və məhkumun şəxsiyyətini və ailə vəziyyətini nəzərə almışdır. İşin materiallarında da A.N.Məlikovanın cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum A.N.Məlikovaya təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli 1(106)384/2024 nömrəli məhkum X5 haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM- in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X5 Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli 1(106)-384/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-191/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-191/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver