Məhkəmə qərarları › İş №1(102)-1912/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1912/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1912/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xamməd Nuriyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Əli Əliyev) 03 mart 2023-cü il tarixli, 1(099)-60/2023 nömrəli hökmü ilə xx xxxx 1997-ci ildə Ağsu rayonu Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in(bundan sonra CM-in) CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, 02 aprel 2022-ci il tarixdən təxminən 8-10 gün əvvəlki tarixlərdə öz istifadəsində olan ***-*****-** mobil telefon nömrəsi vasitəsi ilə İran İslam Respublikasında olan şəxslə İran İslam Respublikasının mobil operatoruna məxsus +98910438-29-49 nömrəsi ilə “WhatsApp” proqramından istifadə edərək əlaqə saxlamaqla danışıb razılığa gələrək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitələri Azərbaycan Respublikasında qəbul edəcəyini və lazım olan yerə çatdıracağını əvvəlcədən vəd etmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü hər biri külli miqdarda olmaqla: 500 qram heroin, 13565 qram qurudulmuş marixuana, 4855 qram tiryək və 420 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, Biləsuvar rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 6-cı sərhəd zastavasının 12-ci sahəsi nin arxa tərəfində gizlətməklə bu barədə 02 aprel 2022-ci il tarixdə saat 19 radələrində Məhkum məlumat verdikdən sonra Məhkum ümumi cinayətkar niyyətə uyğun olaraq hərəkət etməklə taksi fəaliyyəti ilə məşğul olan xalası oğlu X1 idarə etdiyi «Toyota Prius» markalı avtomobil ilə Bakı şəhəri Balaxanı qəsəbəsindən yola düşməklə qrup üzvünün onun telefonuna göndərdiyi kordinatlar üzrə hərəkət edərək 02 aprel 2022-ci il tarixdə saat 23:50 radələrində Biləsuvar rayonu ərazisində, Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 6-cı sərhəd zastavasının 12-ci sahəsinin arxa tərəfində narkotik vasitələrin gizlədildiyi yerə getmiş, göstərilən miqdarda narkotik vasitələri və psixotrop maddə metamfetamini oradan götürməklə satış məqsədi ilə qanunsuz olaraq ümumi cinayətkar niyyətlə əldə edib, saxl ayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus 01 ədəd bağlamalarda 500 qram heroin, 13565 qram qurudulmuş marixuana, 4855 qram tiryək və 420 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyev) 16 may 2023-cü il tarixli, 1(106)-334/2023 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 1(099)-60/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 16 may 2023-ci il tarixli 1(106)-334/2023 nömrəli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, təqsirləndirlən şəxsin məhkəmə istintaqı zamanı verdiyi və işin bütün hallarını tam əks etdirən ifadələrinə deyil, ibtidai istintaq zamanı aldatma və təzyiq altında yazılan ifadələrə sübut kimi istinad olunmuş, müdafiə tərəfi olaraq, verilmiş apellyasiya şikayətində göstərilən xüsusatlara qiymət verilməmiş, ittiham aktı və ittiham hökmü nöqtə vergülünə kimi qərara köçürülmüşdür. İbtidai istintaq bilərəkdən və məqsədyönlü şəkildə saxtalaşdırılmış, təqsirləndirilən şəxs Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir. İstintaq materiallarında buraxılmış bir sıra kobud pozuntular hər iki instansiya məhkəməsinin diqqətindən yayınmış və məhkəmə yekun aktında olan bir sıra xüsusatlara qiymət verməmiş, bu isə o deməkdir ki, məhkəmənin gəldiyi nəticə işin bütün faktiki halları ilə açıq-aşkar uyğunsuzluq təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı, həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş, lakin ibtidai istintaq orqanı əsassız olaraq buna tənqidi yanaşmış, tənqidi yanaşmasını isə əsaslandıra bilməyərək qanunsuz və əsassız ittiham irəli sürmüşdür. İşin faktiki hallarından da, göründüyü kimi, dövriyyəsi qadağan edilmiş narkotik vasitə t əqsirləndirilən şəxslərin üzərində olmamış, həmin narkotik vasitədən onun heç bir xəbəri yoxdur. Belə ki, cinayət işinin materialları ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə birinci instansiyada məhkəməsində, nədə ki, apellyasiya məhkəməsində baxışı zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi, daşıması və ya saxlamasını təsdiq edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bundan əlavə məhkum edilmiş şəxsin həmin narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi öz təsdiqini tapmamışdır. Həmçinin məhkum edilmiş şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir dəlil yoxdur və ibtidai istintaq orqanı bu hala qiymət verməmişdir. Göründüyü kimi ittihamın əsası ehtimallara dayanır. Halbuki, ittihamın əsasını ehtimallar deyil, məhz mötəbər sübutlar təşkil etməlidir. Bütün şərh olunanlara baxmayaraq ittiham tərəfi nə ibtidai istintaq, nə də məhkəmə istintaqı və baxışı zamanı məhkum edilmiş şəxsin irəli sürdüyü dəlilləri təkzib edən hər hansı sübut təqdim etmədən təqsirləndirilən şəxsin narkotik və ya psixotrop maddəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını və sair zəruri halları sübuta yetirən heç bir mötəbər dəlil olmadan onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrkən səhvə yol vermiş və onun əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4,3-cü maddələri ilə tövsif etmişdir. Halbuki, Azərbaycan Respublikasının CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İlkin təhqiqat zamanı məhkum edilmiş şəxs verdiyi ifadələrinə, birinci instansiya məhkəməsində həbs qətimkan tədbirinə baxan zaman, həmçinin istintaqın sonrakı gedişində verdiyi ifadələrində təqsirsiz olduğunu bildirsə də istintaq orqanı bunlara əsassız olaraq tənqidi y anaşmışdır. Sadalananlardan da, göründüyü kimi dövriyyəsi qadağan edilmiş ittihamın əsasını təşkil edən narkotik vasitə ona aid deyil və həmin narkotik vasitədən ümumiyyətlə heç bir xəbəri yoxdur. İnzibati qaydada tutma haqqında protokol, şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokol, hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokol, baxış keçirilməsi haqqında protokoldakı 03 aprel və hərəkətlərin başlanma və qurtarma vaxtları ağardıcı vasitə ilə ağardılaraq, düzəliş edilmiş, protokolların vaxta və saatları dəyişdirilmişdir. Yuxarıda qeyd olunan hallar və kasasiya şikayətində qeyd olunanlar birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə bax ışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkum törətmədiyi əməllərə görə məhkəmənin hökmü ilə əsassız olaraq Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş, məhkəmələr məhkumun elan edilmiş ittihamda təqsirli olması barədə nəticəyə işin halları tam və obyektiv araşdırmadan mümkün olmayan və z iddiyyətli sübutlara əsasən gəlmiş, məhkumun cinayət əməllərini törətməsi mötəbər sübutlarla təsdiq olunmamışdır. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, məhkumun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübutlarla təsdiq olunmur onun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi istintaqında təqsirləndirilən şəxs kimi dindirilmiş Məhkum ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, saxlanılmamışdan təxminən 8-10 gün əvvəl Ramin adlı İran İslam Respublikası vətəndaşı “WhatsApp” vasitəsilə İran İslam Respublikasının mobil operatoruna məxsus +9891043829-49 nömrədən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək tanış olmuşdur. O, Ramin adlı şəxsə narkotik vasitə istifadəçisi olduğunu, ona narkotik göndərməsini demişdir. Ramin isə ona narkotiki Biləsuvar rayonu ərazisinə göndərəcəyini, gedib oradan götürməli olacağını demişdir. 02 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ramin ona zəng edərək 10 qram narkotik vasitə göndərdiyini, Biləsuvar rayonu ərazisinə gedərək həmin narkotik vasitəni götürməsini demişdir. O isə iranlı Raminə həmin yerə getmək üçün yol pulunun olmadığını bildirmişdir. Ramin ona demişdir ki, sənə pul göndərərəm. Ramin onun kartına 100 manat pul göndərmişdir. Bundan sonra o, Bakı şəhəri Balaxanı qəsəbəsində bir taksi sürücüsü ilə onu 70 manat pul müqabilində Biləsuvara aparıb gətirməsi barədə razılaşmışdır. Bundan sonra Biləsuvar istiqamətində yola düşmüşlər. Kartına Ramin adlı şəxs tərəfindən köçürülmüş pulun 30 manatını yolda çıxarmaqla avtomaşına benzin tökmüşdür. Pulun qalan hissəsini isə Bakı şəhərinə qayıdanda ödəyəcəyi barədə razılaşmışlar. Kartına köçürülmüş pulun 70 manatını isə Biləsuvarda çıxarmışdır. Ramin narkotikin olduğu yerin kordin antlarını (konumunu) onun telefonuna atmışdır. Bundan istifadə edərək narkotikin olduğu yerə getmişlər. Narkotikin olduğu yerə 02 aprel 2022-ci il tarixdə saat 23 radələrində çatmışlar. O, telefon qülləsinin yanında avtomaşından düşmüşdür. Taksi sürücüsünə Biləsuvar rayonu Ağalı kəndinə gedərək onu orada gözləməsini, zəng edəndə gəlib onu götürməsini demişdir. Taksi həmin yerdən uzaqlaşmışdır. O isə narkotikin olduğu yerə çatanda orada böyük kisə olduğunu görmüş və Ramin adlı şəxsin onu aldatmasını, daha çox narkotik vasitələr göndərməsini başa düşmüşdür. Kisəni götürməyərək geri qayıtdıqda onu tutmuşlar. 10 qram narkotikə görə Ramin adlı şəxsə 150 manat pul verməli olmuşdur. Narkotikin haradan, nə zaman göndərilməsini bilmir. İbtidai istintaq zamanı ona təzyiq göstərildiyinə görə etiraf edici ifadə vermişdir. Lakin təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, hadisədən 8-10 gün əvvəl Ramin adlı İran İslam Respublikası vətəndaşı “Whatsapp” vasitəsilə İran İslam Respublikasının mobil operatoruna məxsus +98910438-29-49 nömrədən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək tanış olmuşdur. O, Ramin adlı şəxsə narkotik vasitə istifadəçisi olduğunu, ona narkotik göndərməsini demişdir. 02 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ramin adlı şəxs ona zəng edərək Biləsuvar rayonu ərazisinə qoyulmuş, içərisində narkotik vasitələr və psixotrop maddələr olan bağlamanı götürmək lazım olduğunu bildirmiş, o da sonuncu ilə razılaşaraq taksi fəaliyyəti ilə məşğul olan xalası oğlu Vüsal Mürsəlova zəng etmiş, Vüsal ilə 50 manat müqabilində şəxsi işi ilə əlaqədar Biləsuvar rayonuna getməyə razılaşmışdır. Saat 21 radələrində İran İslam Respublikası vətəndaşı Ramin adlı şəxsin “WhatsApp” vasitəsilə göndərdiyi kordinat üzrə Biləsuvar rayonu istiqamətində hərəkət etmiş, göndərilən kordinata çatdıqda ayaq yoluna getmək bəhanəsi ilə Vüsala maşını saxlamasını demişdir. Vüsal avtomaşını saxlamış avtomaşından düşərək Raminin “WhatsApp” proqramı vasitəsilə fotoşəkilinin göndərdiyi "xxxx" MMC-nin ötürücü antenasına doğru hərəkət etmiş, oradakı bağlamanı götürdükdən sonra bir neçə nəfər tərəfindən saxlanılmışdır. Məhkum 2 aprel 2022-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Biləsuvar rayonu ərazisində yerləşən 6cı sərhəd zastavasının 1 2-ci sahəsinin arxasına taksi avtomaşını ilə gəlib həmin ərazidə gizlədilmiş, içində 500 qram heroin, 13565 qram qurudulmuş marixuana, 4856 qram tiryək və 420 qram metamfetamin olan torbanı götürməsi cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə təsdiq olunmuşdur. Məhkum İran mobil telefon operatoruna məxsus +98 ********** mobil telefon nömrə ilə “WhatsApp” proqramı vasitəsi ilə 02 aprel 2022-ci il tarixdə narkotik vasitənin götürülməsi ilə əlaqədar əlaqəni saxlaması, +98 ********** mobil telefonun istifadəçi tərəfindən məhkuma narkotik maddələrinin yerləşdirildiyi yer barədə məlumatın verilməsi Məhkum istifadəsində olan mobil telefonuna baxış protokolu ilə təsdiq edilmişdir. Həmin yazışmalardan da görünür ki, narkotik vasitələrin miqdarı 20 kq olmuşdur. Beləliklə cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə toplanmış digər sübutlar məhkumun ibtidai istintaq zamanı verdiyi ifadəni tam təsdiq edir. Məhkəmələr əsaslı olaraq məhkumun ibtidai istintaq zamanı verdiyi ifadə daha düzgün və həqiqəti əks etdirən sübut kimi qiymətləndirmişdir. Məhkumun 10 qram miqdarında narkotik vasitənin dalınca gəlməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi isə həm iş üzrə tədqiq edilmiş sübutlara, həm də işin hallarına uyğun gəlmir. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, narkotik vasitəni göndərilmiş şəxs, həmin narkotikin götürüb aparılması üçün məhkuma əvvəlcədən 100 manat pul göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı o laraq nəticəyə gəlmişlər ki, Məhkum birinci instansiya məhkəməsinin hökmünün təsviri hissəsində göstərilən əməlləri törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq edilmişdir. Məhkəmələr tərəfindən Məhkum əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi də əsaslı, qanun normalarına və Ali Məhkəmə Plenumunun qərarlarında verilmiş izahlara uyğun olmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasın da uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Əməlin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri törədilməlidir. İş materialından görünür ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasında olan tərkib əlamətləri – əməlin “külli miqdarda”, “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi” və “satış məqsədi ilə” törədilməsi sübutlar əsasında müəyyən edilmişdir. Ona görə də məhkumun əməlinin həmin maddələrlə tövsif edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Məhkumun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı həmin Məcəllənin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmələr bu nəticəyə gələrək Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında verilmiş tövsiyələrə əsasən cinayət işinin hallarını düzgün qiymətləndirmişlər. Belə ki, Ali Məhkəmə Plenumunun yuxarı qeyd edilən qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsini n tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə b u əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Cinay ət işinin materiallarından görünür ki, Məhkum narkotik vasitə heroinin, marixuananın, tiryəkin və psixotrop maddə metamfetaminin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində birgə icraçı kimi iştirak etməmiş, qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirak etmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qi ymətləndirilməsini nəzərə alıb bu nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmi n etməlidirlər. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum tərəfindən qanunsuz olaraq 500 qram heroin, 13565 qram qurudulmuş marixuana, 420 qram metamfetamin və 4855 qram tiryəki əldə edib daşımışdır. İşin bu halı Məhkum törətdiyi cinayət əməlini daha yüksək ictimai təhlükəlilik dərəcəsinə görə digər analoji cinayət əməllərindən fərqləndirir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə ə sas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq kassasiya şikayətinin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti t

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar