Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1913/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X11 iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-985/2023 saylı, 13 noyabr 2023-cü il tarixli (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X14 və X6 ibarət tərkibdə) hökmü ilə xx.xx.1998-ci il tarixdə Lerik rayonu, Barzavu kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu ödənilmiş, işləməyən, Lerik rayonu, Barzavu kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M.F.Axundov küçəsində nömrəsiz fərdi yaşayan, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayətin t örədilməsinə aidiyyəti olmamasına və təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilmiş, X2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, X4 qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs, polisin nəzarəti altına vermə qətimkan tədbirlərinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunmuşdur. Hökmlə maddi sübut və məhkəmə xərci məsələsinə də qiymət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə) 1(103)-221/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protest i təmin edilməmiş, X2 cinayətin törədilməsinə aidiyyəti olmamasına və təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmiş, Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən X4 cinayətin törədilməsinə aidiyyəti olmamasına dair bəraət verilməsi ilə bağlı müddəalar çıxarılmış, X2 təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktından görünür ki, X7 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəx s halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə heroini, narkotik vasitə kokaini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqla müəyyən edilməyən “Baba” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra, sonuncunun tapşırığına əsasən istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisində şəxsi istehlak miqdarından artıq miqdarda olan 0,685 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə kokaini, şəxsi istehlak miqdarından artıq olmayan miqdarda olan 0,071 qram çəkidə kustar üsulla hazırlanmış nark otik vasitə heroini və şəxsi istehlak miqdarından artıq olan miqdarda 0,294 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satmaq məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə, saat 12:10 radələrində ünvan 1 ünvanının yaxınlığında olarkən, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,071 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 0,685 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan kokain və 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 0,294 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-221/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə görə hesab edirəm ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələ blərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən hökm ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Belə ki, X7 ibtidai istintaq və məhkəmədə fərqli ifadələr vermiş, məhkəmədə verdiyi ifadələr özünümüdafiə xarakterli olmuş, onun özünümüdafiə xarakterli ifadələri cinayət işi üzrə toplanmış digər sübutlarla təkzib olunmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, ibtidai istintaq zamanı X7 ifadələrini müdafiəçisinin iştirakı ilə vermişdir. X2 ibtidai istintaq zamanı verdiyi ifadələr cinayət işi üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, ittiham DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə m ühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 və digər əməkdaşı X3 ibtidai istintaq və məhkəmə baxışında verdiyi ifadələrində, xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" protokolunda, xx.xx.2022- ci il tarixdə təhqiqat orqanı tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış 1 ədəd DVD diskin məzmununda olan video görüntüdə tam şəkildə sübut olunmuşdur. X2 polis əməkdaşları tərəfindən döyülməsi və ona təzyiq olunması ilə bağlı göstərdikləri ilə bağlı Bakı şəhəri Səbail rayon prokurorluğunda araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, həmin qərar mübahisələndirilməmiş, prosessual rəhbə rliyi həyata keçirən və yuxarı prokuror tərəfindən və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən ləğv edilməmişdir. Kassasiya protestində X4 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya prote sti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş h esab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X4 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən X4 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanun a və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqd an sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda on ların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X4 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Belə ki, birinci instansiya məhkəməsinin istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 12:10-da X1 əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanında saxlanılaraq 17-ci Polis bölməsinə aparılmış və həmin gün saat 12:55-də Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokola əsasən həmin gün Hüseyn Cabbarovun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 3 (üç) ədəd büküm, 1 (bir) ədəd alışqan, 5 (beş) manat pul, 1 (bir) ədəd “Honor” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükümlərin çəkisi tərəzi vasitəsi ilə ölçülmüş və bükümlərin birində kokainə bənzər kütlənin çəkisi 3,62 qram, ikinci bükümdə heroinə bənzər kütlənin çəkisi 0,25 qram və üçüncü bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi 0,74 qram olması müəyyən edilmişdir. Eyni zam anda həmin gün Hüseyn Cabbarovdan aşkar edilmiş kütlələrlə bağlı izahat alınmış və o, izahatında üzərindən 3,62 qram çəkidə narkotik vasitə kokain, 0,25 qram çəkidə narkotik vasitə heroin və 0,74 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edildiyini təsdiq etmişdir. Lakin göründüyü kimi, şəxsi axtarış zamanı Hüseyn Cabbarovun üzərindən 3,62 qram çəkidə kokainə bənzər, 0,25 qram çəkidə heroinə bənzər və 0,74 qram çəkidə metamfetaminə bənzər kütlənin aşkar edilməsi görünsə də, tədqiqat aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilən kütlələrin çəkiləri 3,62 qram, 0,25 qram və 0,74 qram deyil, bunun əksinə olaraq göstərilən ardıcıllıqla 0,685 qram, 0,294 qram və 0,071 qram təşkil etmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respubl ikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2552 nömrəli ekspertiza rəyi ilə isə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...X2 təqdim etdiyi...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,071 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,294 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,685 qram olan ağ rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir. Beləliklə, şəxsi axtarış və götürmə haqqında protokol və həmin prosessual hərəkətin keçirilməsini əks etdirən diskdə olan görüntüdə narkotik vasitə kokainin çəkisi 3,62 qram, narkotik vasitə heroinin çəkisi 0,25 qram və psixotrop maddə metamfetaminin çəkisi 0,74 qram təşkil etdiyi halda ekspertiza tədqiqatı üçün təqdim edilən narkotik vasitə kokainin çəkisinin 0,685 qram, narkotik vasitə heroinin çəkisinin 0,071 qram və psixotrop maddə metamfetaminin çəkisinin 0,294 qram olması, eləcə də 6/2552 nömrəli ekspertiza rəyi ilə məhz sonuncu çəkilərin təsdiq edilməsi ona dəlalət edir ki, ya şəxsi axtarış zamanı Hüseyn Cabbarovun üzərindən aşkar edilməsi iddia edilən kütlələrin çəkisi düzgün ölçülməmiş, ya ekspertizaya təqdim edilmiş kütlələr Hüseyn Cabbarovun üzərindən aşkar edilmiş kütlələrlə eynilik təşkil etməmiş, ya da ki, təhqiqat orqanı tərəfindən məhkəməyə aydın olmayan səbəblərdən həmin kütlələrin çəkilərinə müdaxilə edilmişdir. Hər bir halda aşkarlanan kütlələrin çəkiləri ilə eksper tizaya təqdim edilmiş kütlələrin çəkiləri, eləcə də ekspertiza rəyi ilə təsdiq olunmuş kütlələrin çəkiləri arasında açıq-aşkar uyğunsuzluq olmuş və bu uyğunsuzluq Hüseyn Cabbarovun barəsində keçirilmiş şəxsi axtarışı ciddi şəkildə şübhə altına almışdır. Bundan başqa, ekspertiza rəyi ilə aşkarlanmış kütlələrin qadağan edilmiş vasitə və maddəyə aid olub-olmaması və həmin kütlələrin çəkiləri müəyyən edilmədən Hüseyn Cabbarov xx.xx.2022-ci il tarixdə, saat 12:55-də Azərbaycan Respublikası CM-in məhz 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Habuki, şəxsi axtarışın keçirilməsi barədə protokola əsasən xx.xx.2022-ci il tarixdə günorta saatlarında Hüseyn Cabbarovun üzərində şəxsi axtarışın keçirilməsinə və onun üzərindən müxtəlif kütlələrin aşkar edilməsinə baxmayaraq, həmin kütləl ər tədqiqat aparılması məqsədi ilə ekspertizaya növbəti gün təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə ekspertizaya təqdim edilmiş kütlələrin növü və çəkisi müəyyən edilmiş, habelə həmin gün Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Hüseyn Cabbarovun barəsində cinayət işi başlanmışdır. Yuxarıda göstərilən uyğunsuzluqlar Hüseyn Cabbarovun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin və onun nəticəsi olaraq üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də bu prosessual hərəkətin nəticəsinə dair tərtib edilmiş prosessual sənədin mötəbərliyini və qanuniliyini ciddi şübhə altına almışdır. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Hüseyn Cabbarov polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalaraq döyüldüyü nü, nəticədə ciddi xəsarətlər aldığını, həmin xəsarətlərin əsasən onun üz nahiyəsinə və başına yetirildiyini, eləcə də bu xəsarətlərin narkotik vasitələrin və psixotrop maddənin ona aid olmasına dair etirafedici ifadə alınması məqsədi ilə yetirildiyini, bütün bunların nəticəsində məcbur qalaraq etirafedici ifadə verdiyini bildirmiş, eləcə də bütün bunlara saxlanılarkən yanında olmuş Şahid3 şahid olmasını bildirmişdir. Birinci instansiya icraatı zamanı məhkəmə iclasında dindirilən Şahid3 ifadə verərək Hüseyn Cabbarovun ifadəsində ona qarşı tətbiq edilmiş zorakılıqla bağlı göstərmiş olduğu bütün halları tam şəkildə təsdiq etmişdir. Bundan başqa, iş materiallarından göründüyü kimi Şahid3 və Hüseyn Cabbarovun ifadələrində göstərdiyi halların, yəni onların birlikdə saxlanılması və sonra BNMİ-nə aparılması, oradan isə 17-ci Polis şöbəsinə aparılması hallarının həqiqət olubolmaması məhkəmə tərəfindən anten məlumatları əsasında yoxlanılsa da, milli mobil operatorları tərəfindən bu barədə ətraflı cavab verilmədiyindən iddia olunan hallar öz təsdiqini tapmamışdır. Lakin Şahid3 faktiki olaraq Hüseyn Cabbarovla eyni məzmunda ifadə verdiyindən, ifadəsində hadisələri xronoloji ardıcıllıqla dəqiq göstərdiyindən, ələlxüsus Hüseyn Cabbarovun döyülərkən xəsarətlərin əsasən Hüseyn Cabbarovun üz və baş nahiyəsinə təsadüf etdiyini dəqiqliklə göstərdiyindən və göstərilən xəsarətlər məhkəmətibbi ekspertiza rəyi və bu qəbildən olan sair yazılı sənədlərlə öz təsdiqini tapdığından işə baxan məhkəmə düzgün olaraq Şahid3 məhkəmədə vermiş olduğu ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, bir inci instansiya icraatı zamanı məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 431 nömrəli ekspertiza rəyi ilə təsdiq olunmuşdur ki, X2 məhkəmətibbi müayinəsi zamanı onun bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilməsə də, Nərimanov RPİ-nin MSY-nin tərtib etdiyi aktda Hüseyn Cabbarovun MSY-nə təhvil verilərkən üzərində çoxlu sayda xəsarətlər, yəni sağ gözaltı nahiyənin qançırı, sağ gözüstü nahiyənin qızartısı, sağ disrsəyin sıyrıqları və göyərmiş yaraları, sağ və sol qolların, biləklərin sıyrıqları, üzün sol nahiyəsinin sıyrıqları, sağ çiyin nahiyəsinin qançırlar, sağ qolun sıyrığı, sol qolun qançırı, kürəyində və boğazında sıyrıqlar, sağ diz qapağı və qapaqətrafı nahiyənin sıyrıqları və yaraları, sol qulağında qızartı kimi xəsarətlər aşkar edilmiş və həmin xəs arətlərin əmələ gələ bilməsi xx.xx.2022-ci il tarixə uyğun ola bilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsi n xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən X4 bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, m üstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X2 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qey d olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 20 11-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yaln ız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə b orclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək tə qsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübut lar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cina yət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-221/2024 saylı, 27 fevral 2024-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1913/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1913/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver