Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1914/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Zərərçəkmiş şəxs (müli iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Sadıqov Qardaşxan Dadaş oğlun un iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi-vəkil Sadıqov Qardaşxan Dadaş oğlu ilə birgə verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-21/2022 saylı, 23 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Şükürova Ülviyyə) xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, xxx qeydiyyatda olan, xxx ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 06 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək, 06 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək, yəni 19 (on doqquz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) ay 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 22 (iyirmi iki) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Mülki cavabdeh Məhkum maddi zərərə görə 8000 (səkkiz min) manat və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat (bir yüz manat) məbləğində dövlət rüsumu, cəmi 8100 (səkkiz min yüz) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Azərbaycann Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şahmarov Müslüm Əsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə,) 15 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi - vəkil Sadıqov Qardaşxan Dadaş oğlu ilə birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zər ərçəkmiş şəxs qohumları X6 və X7 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçu vəzifəsinə işə qəbul etdirəcəyinə dair onun və Zərərçəkmiş şəxs ümumi tanışları olan Şahid3 Firuddin qızı və sonuncunun əri Şahid1 vasitəsilə yalandan vəd verib aldadaraq, Şahid3nm 2020-ci ilin may ayının ortalarında ünvan 2 ünvanından Zərərçəkmiş şəxs arvadı X2 götürmüş olduğu 5.000 manat pul vəsaitini Şahid1 elə həmin gün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, Y.Bədəlov küçəsində yerləşən “Aseo Arena" futbol stadionunun yaxınlığında, eyni məqsədlə Zərərçəkmiş şəxs 2020-ci ilin may ayının sonlarında ünvan 3 ünvanda yerləşən dərzi sexində Şahid3 vermiş olduğu 4.000 manat pul vəsaitini həmin günü Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, Y.Bədəlov küçəsində yerləşən “Asco Arena” futbol stadionunun yaxınlığında Şahid1 alıb, ümumilikdə 9.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Məhkum cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş 9.000 manat məbləğindəki ziyanın cuzi hissəsi, cəmi 1.000 manat hissəsi ödənilmiş, həmin ödəniş isə onun özü tərəfindən deyil, 2020-ci ilin avqust ayında anası Məleykə Əliyeva tərəfindən ödənilmiş, cinayət törədildiyi vaxtdan 2 il 2 ay keçməsinə və ödəniş etmək üçün kifayət qədər m üddət olmasına baxmayaraq Məhkum vurmuş olduğu ziyanın qalan hissəsini ödəməyərək zərərçəkmişlə heç bir razılıq əldə etməmişdir. Qeyd olunan bütün hallar nəzərə alınmadan Məhkum azadlıqdan məhrum etmə cəzası təyin edilməməsi məhkəmə prosesinin dürüstlüyünü zərərçəkmiş şəxs tərəfindən şübhə altına alır. Bunun nəticəsidir ki, zərərçəkmiş şəxs tərəfindən hökmdən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsi əsası ilə apellyasiya şikayəti verilmişdir. Eyni zamanda, zərərçəkmiş şəxsin maddi vəziyyəti, ölkə üzrə orta əməkhaqqı nəzərə alınaraq 9.000 manat məbləğin onun həyat rifahına təsiri məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən nəzərə alınmamışdır. Bundan başqa, cinayət işinin istintaqı zamanı Məhkum barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, lakin o, qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmə çağırışlarına üzürlü səbəblər olmadan gəlməyərək məhkəmənin gedişinə maneçilik törətmiş və məhkəmədən gizlənmişdir. Bu səbəbdən onun barəsində məhkəmə tərəfindən qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan olunmuşdur. Bu hal da öz növbəsində Məhkum şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi cinayətin məqsədi və motivi, Məhkum cinayəti törədərkən və bundan sonra onun davranışının təhlili göstərir ki, onun tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar mövcud deyildir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçının nüma yəndəsi ilə birgə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, S. Əliyev zərərçəkmiş V. Hacıyevə xeyli miqdar ziyan vurmaqla onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi əhəmiyyətli dərəcədə yüksək olduğundan, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində daha yüksək cəza təyin edilməsi üçün əsas verir. Belə ki, Məhkum nə onun barəsində Səbail rayon prokurorluğunun 01 iyul 2021-ci il tarixli qərarı ilə özgəsinin pul vəsaitinin ələ keçirilməsi faktı əsasında toplanmış material Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqın aparılması üçün Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinə gəndərilərkən, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı vurulan ziyanın ödənilməsinə təşəbb üs göstərməmiş, əksinə müxtəlif bəhanələrlə məhkəmə iclaslarından yayınmış, Səbail Rayon Məhkəməsinin 1(009)-21/2022 saylı 20 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və 06 may 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 07 may 2022-ci tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bu hal da öz növbəsində S. Əliyevin şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində nümayəndə Q.D.Sadıqov çıxış edərək, dövlət ittihamçısının fikirləri ilə tam razı olduğunu, nə birinci instansiya, nə də ki apellyasiya instansi yası məhkəməsinin Məhkum cəza təyini hissəsində qanunvericiliyin tələblərinə uyğun hərəkət etmədiklərini, Məhkum zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmək niyyətinin olmadığını bildirib, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin tam sübuta yetirildiyin i, Məhkum azadlığın məhdudlaşdırılması növündəki cəza növünün təyin edilməsinin törədilmiş əmələ uyğun gəlmədiyini, zərərçəkmiş şəxsə dəymiş doqquz min manat məbləğində ziyanın yanlız min manatını ödədiyini bildirib kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nət icəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin (mülki iddiaçının) kassasiya şikayətində məhkəmələr tərəfi ndən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli m iqdarda maddi ziyan vurmaqla dələduzluq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət e tməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Dövlət ittihamçısı tərəfindən ver ilmiş kassasiya protestində və zərərçəkmiş şəxs nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8- ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, a pellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində 2 azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, əməlindən peşman olması, ilk dəfə məsuliyyətə cəlb edilməsi) və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdi rici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, ba xılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi) da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini baxılan işi n müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının, zərərçəkmiş şəxs və nümayəndəsinin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddialarını əsassız olduğu müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olm asını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassas iya protestində həmçinin zərərçəkmiş şəxs kassasiya şikayətində əsaslandıra bilməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində və kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad olunmamış, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələbləri təhrif edilmiş və yalnız formal mülahizələrə əsaslanmaqla məhkuma daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiy a qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxs (mülki iddiaçı) nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kolleg iyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi-vəkil Sadıqov Qardaşxan Dadaş oğlu ilə birgə verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1914/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1914/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver