Məhkəmə qərarları › İş №1(102)-1914/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1914/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1914/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum - Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 240.1 və 315-ci mad dələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1747/2021 saylı, 16 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 240.1 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bi linməsi ona Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, 234.4.3-cü maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 mart 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə mülki iddianın olmadığının nəzərə alınması, maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs1 üzərində olmuş paltarların (1 ədəd şalvar, bir ədəd sviter) özünə qaytarılması,2 (iki) ədəd mətbəx bıçağının və Məhkum üzərindən və evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1109,728 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1109,428 qram narkotik vasitə heroinin və tədqiqatdan sonra qalıq qalmış 6 (altı) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həblərin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edi lmiş 65 (altmış beş) manatın dövlət nəfinə tutulması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum 26 mart 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 7(010)-448/2020 saylı barəsində tutulma barədə qərara əsasən, həmin qərarın icrası ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəis müavini, əməliyyat qrupunun rəhbəri Zərərçəkmiş şəxs1, qrupun üzvləri, həmin bölmənin əməliyyat müvəkkilləri Zərərçəkmiş şəxs2, Şahid8, Şahid2 və Şahid1 onun yaşadığı ünvan 2 ünvanına gələrək, həmin evdə yaşayanlara özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra, saxlanılması əməliyyatını həyata k eçirərkən, ilk olaraq mənzilin qonaq otağına daxil olmuş Zərərçəkmiş şəxs1 məişət təyinatlı olan, soyuq silah hesab edilməyən hər əlində bir mətbəx bıçağı olmaqla sonuncunun üzərinə hücum edib, əlində olan bıçaqlarla zərbələr vuraraq döş qəfəsinin daxilə nüfuz etməyən bir ədəd, sol budun iki ədəd deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş, bundan sonra Məhkum əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs1 köməyə gəlmiş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə xəsarət yetirməklə, ona sağ yanağın və burnun ucu nahiyəsinin kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xidməti vəzifələrini yerinə yetirən hakim iyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan sonra 26 mart 2021- ci il tarixdə Məhkum ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığı 4 ədəd sellofan və kagız bükümlərdə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxil olan külli miqdarda xarici əlamətlərinə tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ayrıayrılıqda təmiz çəkisi 5,231 qram, 4,101 qram, 0,113 qram, 0,131 qram ümumi təmiz çəkis i 9,576 qram narkotik vasitə olan heroin, eləcə də əynində olan şalvarının həmin cibindən ümumi miqdarı 1,575 qram olan 7 (yeddi) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həbləri aşkar edilərək götürülmüş, bundan sonra həmin günü əməliyyat axtarış tədbirinin davamı olaraq Məhkum yaşadığı ünvan 2 ünvanında axtarış keçirilən zaman çardaqda, masanın üzərindən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib qanunsuz olaraq özündə saxladığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.152 qram heroin, həmin otaqda oturacağın altından isə qara selofan torbada təmiz çəkisi 1100.0 qram külli miqdarda heroin aşkar edilmiş, ümumilikdə Məhkum üzərindən və evindən ümumi təmiz çəkisi 1109,728 qram olan külli miqdarda narkotik vasitə olan heroin və 1,575 qram olan 7 (yeddi) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həbləri aşkar edilərək götürülmüşdür.. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: Həsən Əhmədov, hakimlər: Mirzəli Abbasov və Anar İbrahimovdan ibarət tərkibdə) 1(103)-39/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1747/2021 saylı, 16 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarından təq sirləndirilən şəxs Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarının ləğv edilib, ədalətli qərar qəbul edilməsi üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. 29 avqust 2024-cü il tarixdə Məhkum məhkəmə prosesi zamanı Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmada n geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.7-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittih am qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 240.1 və 315-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 y anvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar