Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1915/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Əziz Cəfər oğlu Seyidov (sədrlik edən və məruzəçi), Nazim Rasim oğlu Mövsümov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sərxan Sərvər oğlu Hüseynovun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassa siya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.A.Əliyev (sədrlik edən və məruzəçi) O.Y.Cəlilov və X.A.Nuriyevdən ibarət məhkəmə tərkibində) 12 aprel 2023-cü il tarixli 1(099)-175/2023 nömrəli hökmü ilə xx xxxx 1987-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 7 dekabr 2021-ci il tarixdən 9 dekabr 2021-ci il tarixədək, yəni 2 (iki) gün həbsdə saxlanıldı ğı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,703 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq özündə saxlamış, 26 noyabr 2021-ci il tarixdən 6 dekabr 2021-ci il tarixədək İmişli şəhəri, H.Aslanov küçəsində yaşadığı evin yaxınlığında və İmişli şəhərinin digər yerlərində, sonuncu dəfə isə 6 dekabr 2021-ci il tarixdə saat 11:00 radələrində İmişli şəhəri, H.Aslanov küçəsi 30 ü nvanında yerləşən "xxxx" MMC-nin İmişli filialının inzibati binasının yaxınlığında təqribən 0,5 qramını 20 manata olmaqla, cəmi 2,703 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroini hissə-hissə Şahid1 təkrarən satmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), M.Ə.Bağırov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibində) 20 iyun 2023-cü il tarixli 1(106)-418/2023 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 1(099)-175/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 20 iyun 2023cü il tarixli 1(106)-418/2023 nömrəli qərarını ləğv edilməsi və ona bəraət v erilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum şikayətində üzərində narkotik vasitə olmadığını, ümumiyyətlə hər hansı bir çəkidə narkotik vasitənin onda və ya yaşadığı ünvanda olmasını təsdiq edən heç bir dəlil, sübut və fakt olmamışdır. Məhkəmə istintaqı ilə heç bir araşdırma aparılmadan ibtidai istintaq orqanının qərəzli, birtərəfli, sifarişli mövqeyi ilə müvafiq hökm və qərar çıxarmışdır. İbtidai istintaq orqanı narkotik vasitələrin istifadəçisi olmuş üç nəfər şəxsə təzyiq və təhdid yolu ilə hazır tərtib edilmiş izahatlara imza etdirib, onları CM-in müxtəlif maddələri ilə təqsirli bilmişlər. Həmin üç n əfər şəxslər məhkəmə istintaqı zamanı onu tanıdıqlarını lakin ondan heç vaxt narkotik vasitə almadıqlarını bildirsələr də, məhkəmələr onların verdikləri ifadələrə əhəmiyyət verməmişdir. Həmçinin iş materiallarında narkotik vasitələrin çəkiləri barədə heç bir ekspertiza rəyi mövcud deyil. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda g östərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alıb bu nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin ilkin dəlili apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bu bar ədə qeyd etmək istəyir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin bu barədə dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sü butlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – Məhkum, şahidlər Şahid2, Şahid3, Şahid6, Şahid1 və Şahid7 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, SMS yazışmaları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi məhkumun apelyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin onun təqsirli olması barədə gəldiyi nə ticələrlə razılaşmış, apelyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Həmçinin Məhkum birinci instansiya məhkəməsində göstərmişdir ki, onun üzərində və yaşadığı evdə hər hansı bir narkotik vasitə aşkar edilməmiş və iş üzrə guya üç nəfərə narkotik vasitə satdığı şəxslər ondan narkotik vasitə almadıqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, İmişli RPŞ-nin CAB-nin əməliyya t müvəkkili vəzifəsində işləyir. İmişli şəhər sakini Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, Şahid1 da əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş, içərisində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin vaxt Şahid1 aşkar olunan narkotik vasitəni Məhkum satdığını bildirdiyinə görə əməliyyat tədbirləri davam etdirilmiş və İmişli şəhər sakini Məhkum saxlanılıb, İmişli RPŞ-yə dəvət edib polis şöbəsində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Məhkum üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Məhkum üstündən bir ədəd mobil telefon aşkar olunmuş, qanunla qadağan edilmiş hər hansı predmet, əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid7, Şahid1 və Şahid6 məhkəmə istintaqı zamanı iş təqsirləndirilən şəxs Məhkum narkotik vasitə almadıqlarını bildirsələr də, məhkəmə istintaqı zamanı onların ifadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında hər üç şahidin ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələr elan olunmuş və tədqiq olunmuşdur. Bundan əlavə işdə olan, diskə baxış keçirilməsi haqqında 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təqdiq edən ismarıclar göndərmiş və qəbul etmişdir. Həmin ismarıclar aşağıdakılardır: xx.xx.2021-ci il tarixdə saat 13:50:48-də Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Məhkum istifadəsində olan ***-* **-**-** saylı mobil nömrəyə: “Azaru cekim yarimin yarisin ver 10 manatim var”, xx.xx.2021-ci il tarixdə saat 20:46:27-də Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa bawua donum bagiwlaki bele alindi.arvad uwaq zehlemi tokdu bu gun.5-10 deq.bulari eve qoyub gelirem.30 manat getirirem sene.bir denede yarim duzelt mene”, xx.xx.2021-ci il tarixdə saat 12:33:36-da ***-***-**-** saylı mobil nömrədən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqa sen duz qoş ele men catan kimi pulun verecem narahat olma”, xx.xx.2021-ci il tarixdə saat 05:53:17-də ***-*****-** saylı mobil nömrədən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa gor ne deyrem pul evden goturecem mamamda yatib.g oture bilisende sen yeginki.imkan varsa gotur ver,onun arxaynligi ucun telefonu verirem sene uzagi gunortaya gelib pulu verib teli goturecem.veziyyet xarablasir ona gore indi istirem.emele gelirse de piyada cxm gelim.gelmirsede canin sagolsun”, xx.xx.2021-ci il tarixdə saat 06:22:49-da ***-***-**-** saylı mobil nömrədən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Ay qaqa 12 manat var indi.m2 taksiye verjm 10da sene..ya 10 gunorta verim yada yari yari gedey?”, xx.xx.2021-ci il tarixdə saat 10:40:24-də Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Basua dönüm mənədə 2 tustu saxla ölurem”, saat 19:24:32-də “Tay ne oldu tezdenden sene 2 tustu demişəm uje toydan çıxıram tay.ölüremm.duzelmirse denen ba şıma bir çare qilim”, saat 19:57:17-də “Qaqa problem nədir? Mal tapa bilmirsən?yoxsa pul yoxdu?mən çıxıram toydan.cavabda vermirsən adboy verirsen” məzmunda mesaj yazılmışdır. xx.xx.2021-ci il tarixdə saat 19:58:41-də Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqa Seymuru yığıram adboy verir bi xəbər dəmir axı mənə var ya yoxdu” məzmunda mesaj yazılmışdır. Məhkəmələr Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdiyi ifadə isə özünü müdafiə və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaqın ilkin mərhələsində ş übhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı yuxarıda göstərilən işin hallarına əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq v ə ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət işi üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiy i nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən y ol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda k assasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2023-cü il tarixli 1(106)-418/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəh bər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2023-cü il tarixli 1(106)-418/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1915/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1915/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver