Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1916/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və X10 oğlu Novruzovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2025-ci il tarixli 1(103)-835/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbinə Məmmədzadə (sədrliyi və məruzəsi), Roman Ələkbərli və Azad Məcidov) 04 fevral 2025-ci il tarixli, 1(101)-225/2025 nömrəli hökmü ilə xx xxx 1979-cu ildə Ermənistanın Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivi, Vaqif küçəsi, nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128, 133.1 və 149.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 133.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 149.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, oğlu Zərərçəkmiş şəxs1 vuraraq sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuş, Qanuni nümayəndə əzab vermiş və zorlamış, yəni mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və iztirablar verərək sonuncuya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmuşdur. Belə ki, Məhkum 15 sentyabr 2023-cü il tarixdə, təxminən saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivi, Vaqif küçəsində yerləşən nömrəsiz evdə olarkən, öz əməllərinin ictimai təhlükəli olduğunu dərk və arzu edərək, onun nəticələrini qabaqcadan görərək aralarında yaranmış mübahisə zamanı oğlu – xx xxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid sağ tərəfli travmatik perforativ otitküt xəsarətini yetirməklə, Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, Məhkum yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massi vi, Vaqif küçəsi nömrəsiz evdə 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında müxtəlif vaxtlarda boşandığı arvadı – xx xxxxxxx 1991-ci ildə Tərtər şəhərinin Yerevanlık kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Qanuni nümayəndə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə sonuncuya güclü fiziki ağrı və ya psixi iztirablar verərək, Qanuni nümayəndə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən, sol bazunun, sağ budun qançırları; sağ bazunun, hər iki bud nahiyəsinin qançırları və sağ diz nahiyəsinin sıyrığı; sağ bazunun, sol baldırın qançırları; sağ və sol budun qançırları; sağ baldırın qançırı xəsarətlərini yetirməklə əzab vermiş, həmçinin o, 21 noyabr 2023-cü il tarixdə təxminən saat 09 radələrində yaşadığı evdə Qanuni nümayəndə əllərindən, ayaqlarından və bədənindən tutub yapışmaqla, müqavimətini zəiflədərək ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən, sol bazu, sol baldır və sol süd vəzisinin qançırları xəsarətləri yetirib, zor tətbiq etməklə sonuncu ilə cinsi əlaqədə olmuş, yəni Qanuni nümayəndə zorlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Əliyev (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Zaur Hüseynov) 22 aprel 2025-ci il tarixli 1(103)835/2025 nömrəli qərarı ilə Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli h ökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 1(103)-835/2025 nömrəli qərarını ləğv edib, işin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Kassator şikayətində onu qeyd etmişdir ki, Qanuni nümayəndə onun sərbəst, azad yaşamasına maneçilik törətdiyini görüb, həm də ona məxsus fərdi yaşayış evini ələ keçirmək məqsədilə onu həbs etdirməyi planlaşdırmışdır. Əvvəlcə, Qanuni nümayəndə kiçik oğlu Zərərçəkmiş şəxs1 Məhkum tərəfindən döyüldüyünü iddia etmiş və bu səbəbdən xx.xx.2023-cü il tarixdə ona qarşı Azərbayca n Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Sonra isə Qanuni nümayəndə onun tərəfindən ona əzab verilməsi barədə həqiqətə uyğun olmayan ərizə ilə polis orqanlarına müraciət etmişdir. 29 noyabr 2023-cü il tarixdə əməlləri CM-in 128-ci maddəsindən həmin Məcəllənin 128 və 133.1-ci maddələrinə tövsif olunmuş və həmin gün şübhəli şəxs qismində saxlanılmışdır. Qanuni nümayəndə onu CM-in 128 və 133.1-ci maddələri ilə həbs etdirə bilməyəcəyini görüb, daha çirkin əmələ əl atmışdır. Vaxtı ilə xalqa xidmət etmiş, dövlətin atributlarını daşımış, keçmiş polis əməkdaşı olmuş şəxsin, yəni onun daha ağır maddə ilə mühakimə olunmağı üçün planlar hazırlamışdır. O, məqsədinə çatmaq üçün videokamera əldə edərək, onların böyük oğlu Amin ilə onu yemək yedikləri mətbəxdə gizli yerdə quraş dırmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən oğlu X5 bildirmişdir ki, hadisə baş verən günü o, anası Qanuni nümayəndə ona qarşı qurduğu plandan xəbəri olmuş və bu məqsədlə o, anası ilə mətbəxdə videokamera quraşdırdıqdan sonra, təxminən saat 07:10 radələrində məktəbə getmişdir. Uşaqlar məktəbə gedəndən sonra Qanuni nümayəndə onu onunla cinsi əlaqədə olmağa təhrik etmiş, ünvanına nalayiq, alçaldıcı sözlər işlədərək, onu yemək yedikləri mətbəxə, əvvəlcədən oğlumuz Amin ilə quraşdırdığı kameranın qarşısına gətirmişdir (onu da qeyd etmək istəyir ki, əgər o, keçmiş həyat yoldaşı Günel ilə cinsi əlaqədə olmaq istəyirdisə, onu daha rahat və daha münasib yerə, öz yataq otağına dəvət edərdi). Qanuni nümayəndə videokameranın işlək vəziyyətdə olduğuna və əvvəlcədən qurduğu plana əsasən, on u tələyə saldığına tam əmin olmuş, məqsədinə çatmaq üçün o, onunla istədiyi şəkildə davranaraq, onunla cinsi əlaqədə olmağı üçün gah yalvarışlar etmiş, gah ünvanına təhqiredici sözlər işlətmiş, süni zorlanma səhnəsini yaratmaq üçün yalandan səs-küy salmışdır. Məhkəmənin növbəti iclasında təkrar CD diski prokurorluq tərəfindən deyil, Qanuni nümayəndə özü tərəfindən məhkəməyə təqdim olunmuşdur. Daha sonra o, iş üzrə ekspertizanın keçirilməsi üçün hansısa, başqa bir videokameranı (bu videokamera mətbəxdə quraşdırılmış və çəkiliş aparmış həmin videokamera olmamışdır), yaddaş kartı olmadan məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş CD diskində videogörüntülər ayrı-ayrılıqda, 5 hissədən ibarət olmuşdur. Birinci görüntülərinin başlanması 08:36-ya, yəni videokamera quraşdırıldıqdan 1 saat 26 dəqiqə sonraya təsadüf etmiş və 2 dəqiqə davam etmişdir. Məhkəməyə təqdim olunmuş bütün videogörüntülər 1-2 dəqiqə olmaqla, ümumilikdə cəmi 8-10 dəqiqə davam etmişdir. Məhkəməyə təqdim olunmuş CD diskində görüntülər tam şəkildə təxminən 3 saat olmalı idi. Lakin CD diskində görüntülər ayrı-ayrılıqda, 5 hissədən və yalnız yataq səhnələrindən ibarət olmuşdur. İbtidai istintaq zamanı ifadə vermiş Qanuni nümayəndə bildirmişdir ki, videomüşahidə qurğusu enerji ilə işləmişdir. Kamera yalnız qarşısında hərəkətlilik olduğu zaman işləmişdir. Ona görə də o, görüntüləri hissə-hissə diskə köçürmüş və istintaqa təqdim etmişdir. Lakin videogörüntülərdə onun və Qanuni nümayəndə mətbəxə necə və nə vaxt gəlmələri, onların hansı mövzuda söhbət apardıqları barədə görüntülər yoxdur, kəsilmişdir. Göründüyü kimi, Qanuni nümayəndə videogörüntüləri montaj etmişdir. O onu böyük oğlu Amin ilə birlikdə əvvəlcədən mətbəxdə quraşdırdığı kameranın qabağına necə gətirdiyini, onun onunla cinsi əlaqədə olmağı üçün yalvarışlar etdiyini, ünvanına nalayiq, təhqiredici sözlər işlətdiyini əks etdirən görüntüləri kəsərək, süni halda zorlanması səhnəsini yaratmış və bu görüntüləri məhkəməyə təqdim etmişdir. Burada məntiqli sual əmələ gəlir: Qanuni nümayəndə haradan bilirdi ki, o onu mətbəxdə “zorlayacaq”? Və bu səbəbdən o, oğlu Amin ilə birlikdə əvvəlcədən mətbəxdə videokamera quraşdırır? Deməli, süni zorlama səhnəsi Qanuni nümayəndə tərəfindən əvvəlcədən planlaşdırılmış, sonra isə onu “cinayət” törətməyə təhrik etmişdir. Bir daha qeyd edir ki, əgər o, qeyri-rəsmi ər-arvad kimi yaşadığı keçmiş həyat yoldaşı Qa nuni nümayəndə ilə cinsi əlaqədə olmaq istəsəydi, onu yemək yedikləri mətbəxdə deyil, daha rahat və daha münasib verə, öz yataq otağına dəvət edərdi. Cinayət işinin materiallarına nəzər salsaq, görünər ki, “zorlama” hadisəsinin nə vaxt baş verməsi dəqiq deyildir. İbtidai istintaq zamanı Qanuni nümayəndə ifadəsində gah xx.xx.2023-cü il tarixdə, gah da xx.xx.2023-cü il tarixdə tərəfindən yataq otağında zorlandığını bildirmişdir. Göründüyü kimi, məkan və vaxt ayrı-ayrıdır, üst-üstə düşmür, “Məhkəmə-tibbi ekspertiza”nın xx.xx.2023-ci il tarixli, 517 saylı rəyi: - Qanuni nümayəndə sol bazı və sol süd vəzisinin qançırları müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törədilmişdirlər, törənmə müddəti süd vəzisində müayinədən 5-6 gün əvvələ, digər qançırlar 1-2 gün ə vvələ uyğun gəlmişdir. Qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Uşaqlıq yolu möhtəviyyatından götürülmüş tampon və yaxmada spermatozoidlər aşkar olunmamışdır. Ekspert rəyindən görünür ki, Qanuni nümayəndə xəsarətlər - sol bazu və sol süd vəzisinin qancıqları 1-2 dekabr 2023cü ildə, digər qançırlar isə 5-6 dekabr 2023-ci il tarixdə yaranmışdır, yəni onun həbsdə olduğu vaxtda. “Məhkəmə-tibbi ekspertiza”nın xx.xx.2023-ci il tarixli, 517 saylı rəyində qeyd edilmişdir: “xx.xx.2023-cii il tarixdə 1991-ci il təvəllüdlü Qanuni nümayəndə məhkəmə-tibbi müayinədən keçirilmişdir. Özünün deməsinə görə, xx.xx.2023-cü il tarixdə səhər saat 09-10:00 radələrində 5 ildir ayrıldığı həyat yoldaşı Məhkum tərəfindən döyülərək zorlanıb. Ayrı olsalar da bir evdə yaşay ırlar və uşaq evdə olmamasından istifadə edərək ona zor tətbiq etmişdir”. Qeyd etmək istəyir ki, əsas vacib olan xx.xx.2023cü il tarixli məhkəmə-tibbi müayinə aktı məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 517 saylı rəyinə əlavə edilməmiş və cinayət isinin materiallarına əlavə olunmamışdır. Saxtalaşdırılmış, montaj edilmiş videogörüntülərdə tərəfindən Qanuni nümayəndə heç bir xəsarət yetirilmir. Qanuni nümayəndə ekspertizada bildirmişdir: “...uşaq evdə olmamasından istifadə edərək ona zor tətbiq etmişdir” Burada o, özü-özünü ifşa edir və ona qarşı çirkin plan qurduğu açıq-aydın görünür. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, hadisə baş verən günü o, anası Qanuni nümayəndə ona qarşı qurduğu plandan xəbəri olmuş və bu məqsədlə o, anası ilə mət bəxdə videokamera quraşdırdıqdan sonra, təxminən saat 07:10 radələrində məktəbə getmişdir. Məhkəmə-tibbi ekspertizanın rəyi alınmadan xx.xx.2023-cii il tarixdə ona qarşı qanunsuz olaraq, CM-in 128, 133.1 və 149.1-ci maddələri ilə ittiham irəli sürülmüş və barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Uzun illər iş stajı olan, təcrübəli ekspertlər bu sualların heç birinə düzgün cavab verə bilməmişlər. Məhkəməyə aylar sonra təqdim olunmuş, yeganə sübut növü olan videogörüntülərin açıq-aydın montaj olduğu halda, ekspertlər qəbul etdiyi rəydə “montaj əlamətlərinin aşkar edilmədiyi” göstərilmişdir. Ekspertizanın qəbul etdiyi qeyri-obyektiv rəydən narazı olduğu üçün məhkəməyə sonradan təqdim olunmuş videogörüntülərin montaj olub-olmamasını müəyyən etmək və digər sualları cavablandı rmaq məqsədilə işə mütəxəsisin cəlb olunması barədə vəsatət qaldırsa da, məhkəmə tərəfindən vəsatəti təmin olunmamışdır. Məhkəməyə təqdim olunmuş videogörüntülər köhnə görüntülərdir, görüntülərdə göstərilən tarixlərlə videonun çəkilmə tarixi ilə uyğunluq təşkil etmir, yəni tarixlər dəyişdirilmişdir. Onlar bu görüntülərdən sonra keçmiş həyat yoldaşıyla dəfələrlə cinsi əlaqədə olmuşlar. Qanuni nümayəndə ilə oğlu X5 tərəfindən mətbəxdə quraşdırılmış və məlum görüntüləri çəkmiş videokamera hadisə günü əlinə düşmüş, lakin keçmiş həyat yoldaşı və oğlunun çoxsaylı yalvarışlarından sonra onlara qaytarılmışdır. O, həmin vaxt Qanuni nümayəndə və oğlu Aminin ona qarşı belə çirkin plan quracaqlarına inanmırdı. Keçmiş həyat yoldaşı tərəfindən məhkəməyə təqdim olunan videokamera həmin videokamera deyild ir. Mübahisəli görüntülər köhnə kadrlardır və başqa videokamera ilə çəkilmişdir. Qeyd etmək istəyir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, Yeni sahə, 4 saylı fərdi yaşayış evi ona məxsusdur. O, bu evi nikahdan əvvəl inşa etdirmişdir. Keçmiş həyat yoldaşına və övladlarına olan istəyinə, sevgisinə və uşaqlara xatir ailəmin bərpa olunacağına inanaraq, ümid edərək, onları evinə buraxmışdır. Qanuni nümayəndə uşaqlarla birlikdə ona məxsus evə köçdükdən sonra onunla ərarvad kimi yaşamışdır. O, keçmiş həyat yoldaşını əvvəlki kimi sevib, qısqanıb. Qanuni nümayəndə isə həmişə ona qarşı saymamazlıq, hörmətsizlik etmişdir. Onun hər dəfə içkili vəziyyətlərdə, ayrı-ayrı avtomobillərdə səhərə yaxın evə gəlməsi onu həmişə qıcıqlandırmışdır. O bu hərəkətləri ilə ona qarşı açıq şəkildə hörmətsizlik etmişdir. Bu səbəblərdən bizim ailədə mütəmadi olaraq mübahisələr baş vermişdir. Mübahisələrin baş verməsi onun tərəfindən Qanuni nümayəndə döyülməsi demək deyildir. Qanuni nümayəndə bir neçə dəfə məhkəmə-tibbi ekspertizadan keçərək, onun tərəfindən döyülməsini bildirmişdir. Lakin cinayət işinin materiallarında bu faktları təsdiq edəcək heç bir sübut yoxdur. Çox maraqlıdır. Necə olur ki, ibtidai istintaq zamanı cinayət işinin materiallarına əlavə olunmuş CD diskindən görüntülər yoxa çıxır. Ümumiyyətlə, sözügedən videogörüntülərin iş materiallarına əlavə olunması böyük sual doğurur. Hesab edir ki, iş üzrə yeganə sübut növü olan videogörüntülərin sonradan məhkəməyə təqdim edilməsi qəbul olunmazdır, CPM-in müddəalarına ziddir. Cinayət işinin materiallarından görünür ki, tərəfin dən doğma oğlu Eminin sağlamlığına qəsdən yüngül zərər vurulması, keçmiş həyat yoldaşı Qanuni nümayəndə əzab verilməsi və onun zorlanılması faktları təsdiqini tapmır. Göründüyü kimi, Qanuni nümayəndə tərəfindən qurulmuş çirkin plana əsasən, saxtalaşdırılmış ağır cinayətdə qanunsuz və əsassız ittiham olunaraq həbs edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2025-ci il tarixli 1(103)-835/2025 nömrəli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblər inə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən cinayət işi üzrə sübutlar kifayət qədər araşdırılmamış, onun təqsirsizliyini təsdiq edən işin hallarının araşdırılması barədə vəsatətlərinə baxılmamış, nəticədə onun cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-in 128, 133.1 və 149.1-ci maddələri ilə ittiham hökmü çıxarılmışdır. Göründüyü kimi Məhkum ona qarşı irəli sürülmüş ittihamda öz təqsirsizliyini mübahisələndirir və bunun üçün öz ifadəsində göstərilən onun təqsirsizliyini təsdiq edən halların müəyyən edilməsi üçün məhkəmələr qarşısında vəsatətlər qaldırmışdır. Kassasiya şikayəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası C PM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız CPM-ə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə i craatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. İbtidai istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-in 128, 133.1 və 149.1-ci maddələri ilə ittiham irəli sürmüş və onun təqsirini təsdiq etmək üçün məhkəməyə zərərçəkmiş şəxslər Qanuni nümayəndə, Zərərçəkmiş şəxs1, şahid X2 ifadələri ilə, məhkəmə-tibbi və kompleks məhkəmə ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizalarının rəyləri, CD disk təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutlar məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlarla təqsirləndirilən şəxs Məhkum ona qarşı irəli sürülmüş ittihamda təqs irliliyi tam təsdiq olunmuş və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 128, 133.1 və 149.1-ci maddələri ilə ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi işə məhkumun müdafiəçisinin apellyasiya şikayəti ilə əlaqədar baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələr əsaslı və qanuni hesab etmiş və Məhkum barəsində ittiham hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası məhkumun təqsirini təsdiq edən sübutları araşdıraraq müəyyən etmişdir ki, həmin sübutlar məhkumun zərərçəkmiş şəxslərə qarşı Azərbaycan Respublikası CM-in 128-ci və 133.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, məhkumun məhkəmə hökmündə təsvir edilmiş hallarda zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığına qə sdən yüngül zərər vurması, habelə zərərçəkmiş Qanuni nümayəndə mütəmadi olaraq döyməklə ona fiziki ağrı yetirməsi zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, şahid X3 ifadəsi və məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə təsdiq olunur. Göstərilən sübutlar məhkəmə iclasında tədqiq edilmiş, bir-biri ilə uyğunluq təşkil etmiş və onların mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası məhkumun Azərbaycan Respublikası CM-in 128ci və 133.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməməsi və həmin maddələrlə təqsirli bilinməsinə dair ittiham hökmünün əsassız olması barədə kassasiya şikayətində irəli sürülmüş dəlilləri əsaslı hesab etmir. Bununla yanaşı müəyyən olunmuşdur ki, məhkəmələr məhkumun zərərçəkmiş şəxs Qanuni nümayəndə qarşı Azərbayca n Respublikası CM-in 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi barədə nəticəyə ziddiyyətli və ardıcıl olmayan sübutlara əsasən gəlmiş, sübutların yoxlanılması və qiymətləndirilməsi barədə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət etməmişlər. Belə ki, istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə ittiham zərərçəkmiş şəxs Qanuni nümayəndə ifadəsi, məhkəmə-tibbi ekspertizalarının 27 noyabr və 07 dekabr 2023-cü il tarixli rəylərinə və CD diskdə olan videoyazısına əsasən irəli sürmüş, məhkəmələr də həmin sübutlara əsaslanaraq, onun barəsində həmin maddə ilə ittiham hökmü və həmin hökmün qüvvədə saxlanılması barədə qərar çıxarmışlar. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə məhkum tərəfində zorlanması barədə heç bir ifadə verməmişdir. Proses iştirakçıları zərərçəkmiş şəxsə bu barədə heç bir sual da verməmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr tədqiq edilsə də, məhkəmənin hökmündə həmin ifadələrə istinad edilməmişdir. Zərərçəkmiş şəxsin zorlama barədə ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünü r ki, Qanuni nümayəndə məhkumun həmin cinayəti törətməsi barədə ziddiyyətli, ardıcıl olmayan və işin hallarına uyğun gəlməyən ifadələr vermişdir. Belə ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı (cinayət işi CM-in 128-ci maddəsi ilə başlanmışdır) zərərçəkmiş şəxs Qanuni nümayəndə 21 noyabr 2023-cü il tarixdə Xəzər rayon prokurorluğuna müraciət edərək Məhkum tərəfindən evdə zorlanmasını bildirmişdir. Məhkum barəsində zorlama ilə əlaqədar cinayət işinin başlanılmasını xahiş etmiş, zorlama cinayəti təsdiq edən videogörüntülərin olması və onun tərəfindən təqdim edilə biləcəyini göstərmişdir. Ərizə ilə əlaqədar prokurorluqda izahat verərək Qanuni nümayəndə bildirmişdir ki, Məhkum onu ərizə verdiyi gün – 21 noyabr 2023-cü il tarixdə saat 9 radələrində yaşadığı evdə zorlamış və bu səhnə kamera vasitəsi ilə qeydiyyata alınmışdır. Həmin gün 21 noyabr 2023-cü il tarixdə saat 16:30-da Qanuni nümayəndə ondan izahat almış prokurorluq işçisinə CD disk təqdim etmişdir. Bununla yanaşı cinayət işinin materiallarından görünür ki, Qanuni nümayəndə hazırkı cinayət işi üzrə 21 noyabr 2023-cü il tarixdə saat 10:00-dan saat 10:50-dək Xəzər Rayon Polis İdarəsinin baş müstəntiq N.Şirinov tərəfindən zərərçəkmiş şəxs qismində dindirilmişdir. İfadəsində Qanuni nümayəndə göstərmişdir ki, Məhkum onu 19 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində zorlanmış, onu əl və ayaqları ilə vuraraq xəsarətlər yetirmişdir.(cild 1 i.v. 82-83). Zərərçəkmiş şəxs Qanuni nümayəndə və Məhkum arasında keçirilmiş üzləşdirmə zamanı Qanuni nümayəndə öz ifadəsini təsdiq edərək 19 sentyabr 2023-cü il tarixdə saat 1 1 radələrində Məhkum tərəfindən zorlanmasını bildirmişdir. 13 dekabr 2023-cü il tarixdə Xəzər rayon prokurorluğunun müstəntiqi T.Qəribov tərəfindən zərərçəkmiş şəxs qismində dindirilərkən Qanuni nümayəndə göstərmişdir ki, Məhkum onu 29 noyabr 2023-cü il tarixdə saat 9 radələrində zorlamış və həmin tarixdə Məhkum hərəkətləri videokamera vasitəsi ilə qeydiyyata alınmışdır. Məhkum qarşı irəli sürülmüş ittihamdan, habelə yuxarıda sadalanan və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş sənədlərdən və ifadələrdən görünür ki, Qanuni nümayəndə ona qarşı törədilmiş zorlama hadisəsindən təxminən bir saat sonra müstəntiq tərəfindən zərərçəkmiş şəxs qismində dindirilmişdir. Həmin dindirmə zamanı o, məhkuma qarşı şikayətçi mövqeyində olsa da, bir saat əvvəl Məhkum tərəfindən ona qarşı törədilm iş və videogörüntü ilə təsdiq edildiyi iddia olunan zorlama hadisəsi barədə heç bir məlumat verməmiş, yalnız bir ay əvvəl ona qarşı törədildiyini bildirdiyi zorlama hadisəsi barədə ifadə vermişdir. Bundan sonra Qanuni nümayəndə həmin gün Xəzər rayon prokurorluğuna ərizə ilə müraciət edərək, 21 noyabr 2023-cü il tarixdə saat 9 radələrində Məhkum tərəfindən zorlanıldığını bildirmiş, bu hadisəni təsdiq edən videogörüntünün olduğu SD diski təqdim etmiş və Məhkum barəsində cinayət işinin başlanılmasını xahiş etmişdir. Beləliklə, zərərçəkmiş Qanuni nümayəndə zorlama hadisəsi ilə bağlı verdiyi ifadələrin həm bir-biri ilə ziddiyyət təşkil etdiyi, həm də işin yuxarıda qeyd olunan halları ilə əlaqədar ciddi şübhələr doğurduğu aşkar görünür. Lakin məhkəmələr bu ziddiyyətlərin və şübhələrin aradan qal dırılması istiqamətində heç bir tədbir görməmiş, ifadələrdə mövcud olan uyğunsuzluqlar, məntiqə sığmayan və inandırıcı olmayan məqamlar üzrə hər hansı araşdırma aparmadan Qanuni nümayəndə ifadələrini mötəbər sübut kimi qəbul etmiş, həmçinin həmin ifadələrdə ittihamın məzmunu ilə uzlaşmayan hallara münasibət bildirməmişlər. Məhkum Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə təqsirli olması təsdiq edən digər sübutlar məhkəmə-tibbi ekspertizalarının 27 noyabr 2023-cü il tarixli 1395 nömrəli və 07 dekabr 2023-cü il tarixli 517 nömrəli rəyləri və CD diskində olan videogörüntülər. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə E.R.Süleymanov tərəfindən zorlanıldığı barədə ərizə ilə müraciət etdikdən sonra müstəntiqin eyni tarixli qərarlara əsasən Qanuni nümayəndə barə sində həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi”nin Xəzər Rayon Şöbəsində, həm “MTE və PA Birliyi”nin özündə iki məhkəmə-tibbi ekspertiza keçirilmiş və cinayət işi üzrə ayrı-ayrılıqda iki müstəqil rəy verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi”nin Xəzər Rayon Şöbəsi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 1395 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə 22 noyabr 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş, onun bədənində yalnız sağ baldırın orta üçdə birinin ön səthində qançır aşkar edilmişdir. Həmin xəsarətin müayinədən təxminən 1-2 gün əvvəl törəndiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin bədənində başqa hər hansı xəsarət aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Resp ublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi”nin eksperti tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli, 517 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən isə görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə eyni tarixdə – 22 noyabr 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş, lakin bu rəyə əsasən onun bədənində sol bazu, sol baldır və sol süd vəzi nahiyələrində qançırlar aşkar edilmişdir. Rəyə görə, süd vəzi nahiyəsindəki qançır müayinədən 5–6 gün əvvəl, digər qançırlar isə müayinədən 1–2 gün əvvəl törənmişdir. Beləliklə, məhkəmə-tibbi ekspertiza rəylərində zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarətlərin sayı və lokalizasiyası ilə bağlı ciddi və aradan qaldırılmamış ziddiyyətlərin mövcud olduğu aşkar görünür. Lakin birinci instansiya məhkəməsi öz hökmündə hər iki ekspertiza rəy inə istinad etməsinə baxmayaraq, həmin rəylər arasında mövcud olan bu ziddiyyətlərin aradan qaldırılması məqsədilə ekspertlərin dindirilməsi və ya ziddiyyətlərin səbəblərinin aydınlaşdırılması üçün hər hansı prosessual tədbir görməmişdir. Məhkəmə hər iki rəyi mötəbər sübut kimi qiymətləndirmiş və onların arasında mövcud olan ziddiyyətlərə hüquqi qiymət verməmişdir. CD diskdə olan videogörüntü ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CD diskdə saxlanılan videogörüntü 5 hissədən ibarət olmaqla, hər biri müstəqil fayl şəklində təqdim edilmişdir. Həmin faylların hər birinin davametmə müddəti təxminən 1–2 dəqiqə təşkil edir. Videogörüntülərin məzmunundan görünür ki, zərərçəkmiş şəxs qışqıraraq etiraz edir, təqsirləndirilən şəxsdən ona toxunmamasını və onu bu raxmasını tələb edir. Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin açıq etirazına baxmayaraq onunla cinsi əlaqədə olmuşdur. Eyni zamanda videogörüntülərin təhlili göstərir ki, təqsirləndirilən şəxsin zərərçəkmişin bədənində aşkar edilmiş xəsarətlərin yaranmasına səbəb ola biləcək hər hansı fiziki zor tətbiq edilməsi və ya ona zərbələr vurması müşahidə edilmir. Qeyd olunmalıdır ki, göstərilən videogörüntülər qeyri-prosessual qaydada çəkilmiş, hadisəni bütövlükdə əhatə etməyən, fragmentar xarakter daşıyan materiallardır. Belə olan halda, həmin videogörüntülərin sübut kimi qiymətləndirilməsi zamanı onların əldə edilmə üsulu, bütövlüyü, dəyişdirilməməsi və işin digər sübutları ilə qarşılıqlı əlaqəsi xüsusi diqqətlə yoxlanılmalıdır. Cinayət prosesinin iştirakçısı tərəfindən maddi sübut mübahisə ləndirildikdə, CPM-in tələblərinə əsasən, məhkəmənin üzərinə həmin maddi sübutun əsaslı və hərtərəfli yoxlanılması və ona hüquqi qiymət verilməsi vəzifəsi düşür. Məhkəmə iclasında dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, çəkiliş zamanı Günel özü onu çağırmış, həmin vaxt ac-susuz olduğu üçün əlaqədə ola bilməmişdir. Daha sonra gedib uzanmış, Günel isə yenə onu yanına çağırmış və onu təhqir etmişdir. Yenidən əlaqədə olan zaman, axırda “sən bilmirsən ki, bu cinayətdir? Niyə belə edirsən?” demiş, o da cavabında onu özünün dəvət etdiyini bildirmişdir. Onlar videodan əvvəl də cinsi əlaqədə olmuşlar. O, zərərçəkmiş şəxsi heç bir halda zorlamamışdır. Zərərçəkmiş şəxs tərəfində təqdim edilmiş CD diskdə olan videogörüntülər onun tərəfindən məhkəməyə təqdim edilmiş kamera vasitəsi ilə deyil, digər kamera ilə çəkilmişdir. Məhkəməyədək icraat zamanı Məhkum ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntülər 21 noyabr 2023-cü il tarixə aid deyil, həmin tarixdən əvvəl çəkilmişdir. O, zərərçəkmiş şəxsin xahişi ilə cinsi əlaqədə zamanı özünü kobud aparmışdır. Videoya tam, yəni zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş fraqmentlərdən əvvəl və onlardan sonra olan yazılara baxış keçirməklə müəyyən etmək olar ki, SD diskə yazılmış səhnələr zərərçəkmiş şəxsin xahişi və razılığı əsasında olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsinin məhkəmə iclasında keçirilmiş məhkəmə kompüter-texniki ekspertizasının 26 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş video kameranın yaddaş kartı olmadığından ekspertlər qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş videogörüntülərin üzərində yazılan tarix və vaxt onların qeydə alındığı cihazın parametrlərinin nizamlanmasından asılıdır və faylın həqiqi yaranma tarixinə uyğun olmaya bilər. Buna baxmayaraq, məhkəmələr məhkumun irəli sürüldüyü dəlillərin həqiqətə uyğun olub-olmamasını yoxlamaq və ekspertlər qarşısında qoyulmuş suallara əlavə ekspertiza təyin etmək yolu ilə cavab almaq üçün heç bir tədbir görməmiş, zərərçəkmiş şəxsə videoyazısı qeydə alan kameranın yaddaş kartının məhkəməyə təqdim edilməsi də təklif etməmiş, həmin yaddaş kartının istintaq orqanına təqdim edilməməsinin motivi də aydınlaşdırmamışdır. Apellyasiya şikayətinin dəlillərdən biri də ondan ibarət olmuşdur ki, iş materialla rına əlavə edilmiş həmin videogörüntülərdən də görünür ki, qeyd edilən videogörüntü hissəvi görüntü olmaqla tam gorüntü deyil. Müdafiə tərəfinin başlıca dəlili onun şərlənməsi həmin videogörüntülərin tam şəkildə deyil, hissəvi şəkildə istintaqa təqdim edilməsini təsdiq etməsidir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə aşağı instansiya məhkəməsi tərəfindən yol verilmiş yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmiş, sübutların yoxlanılmasını və onların arasında olan yuxarıda göstərilən ziddiyyətlərin araşdırılmasını təmin etməmişdir. Göründüyü kimi işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət törədilməsində təqsirini müəyyən edən sübutların tədqiq edilməsi, qiy mətləndirilməsi və yoxlamasına dair Azərbaycan Respublikası CPM-in 121.2 və 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyas iya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı hə yata keçirilərkən cinayət prosessual qanunun 144 və 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yeku n məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum apellyasiya şikayətinin dəlillərinin əsasız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2025-ci il tarixli 1(103)-835/2025 nömrəli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəb ərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 128, 133.1 və 149.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2025-ci il tarixli 1(103)-835/2025 nömrəli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1916/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1916/2025
19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver