Məhkəmə qərarları › İş №1(102)-1917/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1917/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1917/2023 26.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(105)-604/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev-57, mənzil 175-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi, bina-19, mənzil 85-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum telefon vasitəsi ilə tanı ş olduğu istintaqa məlum olmayan «Davud» adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədi ilə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin qoyulduğu yerdən götürməsi və digər əraziyə daşıyıb apararaq qoymaqla və əvəzində 200 manat pul qazanc edərək Azərbaycan Respublikası ərazisində satışını həyata keçirməsi barədə ümumi razılığa gəlmiş, 31 may 2021-cı il tarixdə «Davud» adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ondan gizli keçirməyə köməkçilik edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətdiyi, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni ol an 02 büküm, ümumi təmiz çəkisi 72,169 qram olan külli miqdarda narkotik vasitə heroini, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 02 büküm, ümumi təmiz çəkisi 166,912 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edib, daşıyaraq 1 ədəd bükümdə 3,075 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və 1 ədəd bükümdə 2,988 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini əynindəki ağ rəngli şalvarın sağ yan cibində, qalan 1 ədəd bükümdə 69,094 qram təmiz çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, həmçinin xarici əlamətlərinə, kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə ey ni olan, 1 ədəd bükümdə 163,914 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi, bina 19-da yerləşən 85 nömrəli mənzilində gizlədərək qanunsuz saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 may 2021-cı il tarixdə saat 13:30 radələrində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi-4 ünvanındakı evin yaxınlığında saxlanılıb, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına aparılıb, üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq, satış məqsədi ilə əldə edib, üstündə saxlamaqla daşıdığı 1 ədəd bükümdə 3,075 q ram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və 1 ədəd bükümdə 2,988 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, habelə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi, bina 19-da yerləşən 85 nömrəli mənzilinə keçirilən baxış zamanı onun qanunsuz olaraq, satış məqsədi ilə əldə edib, qonaq otağındakı divanın arxasında saxladığı, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan, 1 ədəd bükümdə 69,094 qram təmiz çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, həmçinin xarici əlamətlərinə, kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmi ş psixotrop maddə metamfetaminlə eyni olan, 1 ədəd bükümdə 163,914 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 1 ədəd elektron tərəzini aşkar edərək götürülmüşdür.

3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(124)-159/2022 nömrəli hökmü ilə (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il 6 ay (yeddi il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respul ikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 9 il (doqquz) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(105)-604/2022 nömrəli qərarı ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)159/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(105)-604/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar və proses iştirakçılarının çıxışları:

7. Kassasiya şikayətinin dəlilləri qismində məhkumun barəsində olan yüngülləşdirici hallar (narkotik vasitəni könüllü təhvil verməsi, ilk dəfə məsuliyyətə cəlb edilməsi, 3 azyaşlı övladının “Təmiz dünya qadınlar” birliyinin himayəsində olması) sadalanaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(105)-604/2022 nömrəli qərarının ləğv edilməsini və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. Kassasiya icraatı zamanı məhkəmə iclasında məhkum kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, dövlət ittihamçısı isə kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. III. Hüquqi məsələlər

8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

9. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kas sasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

10. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdir məyə haqlıdır.

11. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (narkotik vasitəni könüllü təhvil verməsi, ilk dəfə məsuliyyətə cəlb edilməsi, 3 azyaşlı övladının “Təmiz dünya qadınlar” birliyinin himayəsində olması) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsin i və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

12. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(105)-604/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və icti mai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

14. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

15. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və o nun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

16. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

17. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

18. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş c əzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

19. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqs irkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

20. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

21. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(124)-159/2022 nömrəli hökmü ilə təyin edilm iş 9 il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və əsaslı olmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

23. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqə dar cinayət işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yu xarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

25. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

26. Qeyd olunanlar məhkumun kassasiya şikayət inə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, təmin edilməməsinə dair isə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(105)-604/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər t utaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(105)-604/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar