Məhkəmə qərarları › İş №1(102)-1917/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1917/2024

01.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1917/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs Əzimova Səkinə Həsən qızının, Məhkum Muradova Elmira Elman qızının və onun müdafiəçisi Həsənov Əkrəm Şirvan oğlunun, Tərcüməçi Rzayeva Zeynəb Azad qızının iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respub likasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2024-cü il tarixli 1(103)-644/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Həsənov Əkrəm Şirvan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli hökmü ilə (hakim: A.Rzayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması c əzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı cəzası icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi Həsənov Əkrəm Şirvan oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.A.İbrahimli və Z.A.Şirinov) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Həsənov Əkrəm Şirvan oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli icra etməmişdir. Belə ki, Məhkum cavabdeh kimi ondan 18600 ABŞ dolları məbləğində əsas borc, 67,17 ABŞ dolları məbləğində faiz borcu, cəmi 18667,17 ABŞ dolları məbləğində ödəniş gününə manat məzənnəsi ilə pulu, eləcə də 11400 manat məbləğində əsas borc, 41.17 manat faiz borcu, cəmi 11441,17 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,90 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli, 2(001)-11663/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini könüllü icra etmədiyi səbəbindən 22 noyabr 2017-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq və icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yet irmədiyinə görə Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və qətnaməni icra etmək üçün əlavə müddət verilməsinə baxmayaraq qətnaməni icra etmədiyi üçün 10 avqust 2018-ci il tarixdə məsuliyyəti elan edilməklə yenə də xəbərdarlıq edilməsinə baxmayaraq qətnaməni üzrsüz səbəbdən icra etmədiyi səbəbindən Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək yenə də 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona bir daha 13 fevral 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Həsənov Əkrəm Şirvan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, işin həqiqi halları düzgün müəyyən edilməmiş, nəticədə Məhkum hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətinin tərkib i olmadığı halda, o əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib cəzaya məruz qalmış, onun Azərbaycan Respublikası Konstitusiyası ilə ehtiva olunan hüquqları pozulmuşdur. Müdafiəçi kassasiya şikayətində xüsusilə ona istinad edir ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmaması, həmçinin sonuncunun zərərçəkmiş şəxs ödənişləri hissə-hissə etmək imkanın olması məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Faktiki olaraq müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2024-cü il tarixli qərarın ın ləğv edilməsini, Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Həsənov Əkrəm Şirvan oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməs i haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin verdiyi kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi tö rədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayə t təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum törətməkdə təqsirli bilindiyi cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispozisiyasında “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması müvafiq məhkəmə aktının icrasından məhz qərəzli şəkildə boyun qaçırma ilə şərtləndirild iyindən, əməlin qəsdən törədilməsi bu cinayətin subyektiv cəhətinin zəruri əlaməti (sübutetmə predmetinə daxil olan mühüm hal) kimi çıxış edir. Yəni, cinayət-prosessual qanunda nəzərdə tutulmuş prosedurlar daxilində sübuta yetirilməlidir ki, şəxs müvafiq imkanlara malik olduğu halda bilərəkdən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. Eyni mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında müdafiə olunmuşdur. Belə ki, adı çəkilən qərarda qeyd olunur ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o ha lda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Adı çəkilən qərarda məhkəmə aktının qərəzli icra edilməməsinin aşağıdakı 5 əlamət üzrə təsnifatı verilir: _ məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; _ borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; _ borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; _ borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; _ borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırki işdə məhkəmələr Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında əks olunmuş yuxarıda sadalanmış 5 əlamətdən çıxış edərək Məhkum məhz qərəzli olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli, 2(001)-11663/2017 saylı qətnaməsini icra etməməsi (əməlin qəsdən törədilməsi) haqqında nəticəyə gəlmişlər. Belə ki, məhkəməyədək icraatda toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin də qəbul etdikləri sübutlardan müəyyən olunur ki: _ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11663/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsinə əsasən cavabdeh Məhkum iddiaçı Zərərçəkmiş şəxs 18600 ABŞ dolları məbləğində əsas borc, xx.xx.2017-ci ildən xx.xx.2017-c i ilədək olan müddət ərzində 18600 ABŞ dolları üzərindən 5(beş) faiz hesablanmaqla 67,17 ABŞ dolları məbləğində faiz borcu, cəmi 18667,17 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi ilə, eləcə də 11400 manat məbləğində əsas borc, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək olan müddət ərzində 11400 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 41,17 manat məbləğində faiz borcu, cəmi 11441,17 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 73% -i, yəni 21,90 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir; _ Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsi xx.xx.2017-ci il tarixdə icraata qəbul edilərək onu könüllü icra edilməsi üçün borclu Məhkum bildiriş verilməklə 10 gün vaxt verilmiş; _ Məhkum ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək hər iki halda 500 manat məbləğində inzibati qaydada cərimə olunmuş; Göründüyü kimi Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bi rbiri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiəçinin qeyd olunan əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu – o cümlədən məhkumun ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11663/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi, Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli qərarları (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək hər iki halda 5 00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur), maddi sübutlar və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilin məsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Həmçinin nəzərə alınmalıdır ki, məhz müdafiəçi Həsənov Əkrəm Şirvan oğlu tərəfindən kassasiya şikayətinə əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 15 iyun 2023-cü tarixli qərardan müəyyən görünür ki, Məhkum Zərərçəkmiş şəxs girov olaraq özünə məxsus Bakı şəhəri Yasamal rayonu, S.Salayev küçəsində olan torpaq sahəsində yerləşən 5 mərtəbəli binanın zirzəmisində 54 kv.metr ümumi sahədən ibarət zirzəmini notarius vasitəsi ilə alqı-satqı müqaviləsi əsasında Səkinənin adına keçirməsi barədə izahat vermişdir (baxmayaraq ki, daha sonra həmin halı məhkəmədə mübahisələndirmişdir). Buda öz növbəsində Məhkum borcu ödəmək, yəni məhkəmə aktını icra etmək imkanının olmaması (əslində Məhkum vermiş olduğu izahat sonuncunun müvafiq imkanlara malik olduğu halda bilərəkdən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsinin bariz nümunəsidir) ilə bağlı müdafiəçinin kassasiya şikayətində istinad etmiş olduğu dəlilərinin əsasız olmasına dəlalət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələ ndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 4 16.1.6-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 06 mart 2024-cü il tarixli 1(103)-644/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara alır: Müdafiəçi Həsənov Əkrəm Şirvan oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2024-cü il tarixli 1(103)-644/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar