Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1917/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 aprel tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: X8 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə) 2024-cü il 18 fevral tarixli 1(101)-742/2025 nömrəli hökmü ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, A.İmanquliyeva küçəsi, ev 3, mənzil 14-də qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Gənclər şəhərciyi 46 ünvanda yaşamış, hazırda azadlıqdan məhru m etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə) 2025-ci il 23 aprel tarixli 1(103)-840/2025 nömrəli qərarı ilə məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair 2025-ci il 18 fevral tarixli 1(101)-742/2025 nömrəli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) aya endirilmiş, hökm qalan hissələrdə, verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşından külli miqdarda 1 ədəd qara rəngli sellofan torba da təmiz çəkisi 3080,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və 24 iyul 2024-cü il tarixdə, saat 22:50-də ünvan 2 ünvanın yaxınlığında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılıb ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı külli miqdarda əlində olan qara rəngli sellofan torbada təmiz çəkisi 3080,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİSİ NİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi onun əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hər hansı halın olmadığını müəyyən etmişdir. Halbuki, onun himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Bundan başqa, onun törətdiyi cinayəti etiraf edərək, səmimi peşmançılıq çəkməsini, səmimi ifadələri ilə istintaq orqanına köməklik göstərməsini də məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə almalı idi. Həmçinin, onun ilk dəfə məhkum olunması onun cəmiyyət üçün təhlükəli olmadığını göstərir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ona CM-in 234.1-1-ci maddəsinin sanksiyasının yuxarı həddində cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə almamış, hər hansı a ğırlaşdırıcı hal müəyyən etmədiyi halda ona həddindən artıq ağır cəza təyin etmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsi qeyd edilən yüngülləşdirici hallardan bəzilərini nəzər alaraq onun cəzasının müddətini azaltsa da, apellyasiya məhkəmə instansiyası da əsassız olaraq yüngülləşdirici halları tam nəzərə almamış, bununla da cinayət qanunvericiliyinin tələblərini, o cümlədən də ədalətlilik və humanizm prinsiplərini pozmaqla işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya instansiya məhkəməsinin yekun qərarında gəldiyi nəticə həmin qərarın təsviri-əsaslandırıcı hissələri ilə ziddiyyət təşkil etmiş, bununla da ona yenə ağır cəza təyin olunmuşdur Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 2025-ci il 23 aprel tarixli 1(103)-840/2025 nömrəli qərarının dəyişdirilməsini və ona CM-nin 234.1-1-ci maddəsinin sanksiyasının minimum həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətinə əlavəni əsaslandıraraq bildirmişdir ki, Apellyasiya məhkəməsi işdə olan əsaslı şübhələri görmüş, həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təsvir olunmasını bilmiş, lakin qərarında həmin nöqsanları cəza siyasətinin humanistliyi ilə pərdələməklə cəza həddini azaltmaqla təqsirləndirilən şəxsə yardımçı olduğunu düşünmüşdür. Bundan başqa, cinayət işinin materiallarında olan əsaslı şübhələri nəzərə alaraq, o cümlədən iranlı vətəndaşın müəyyən edilməsi istiqamətində heç bir tədbir görülməməsi, telefon nömrəsində Whatsapp yaz ışmaların aşkar olunmaması, iranlının telefon nömrəsinin aşkar olunmaması, SMS-in olmaması istintaqın natamam, keyfiyyətsiz aparılmasına dəlalət edir, cinayətin sübuta yetmədyini təsdiq edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi3 məhkum tərəfindən verilmiş kassasiya şikayətinin və özü tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin və əlavənin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab e də bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində cəzasının ağırlığını mübahisləndirmiş, məhkumun müdafiəçisi isə kassasiy a şikayətinə əlavədə məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini və əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilm əsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barə də dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qa rşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bil indiyi maddənin sanksiyasında nəzərdə tutulmuş düzgün cəza növü müəyyən edilsə də, lakin cəzanın həddi birinci instansiya məhkəməsi tərəfindən həddinədn artıq sərt müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi bu qanun pozuntusunu qismən aradan qaldırsa da, lakin cəzanın həddini müəyyən edərkən CM-in 8, 9 və 58-ci maddələrinin tələblərinə tam əməl etməməmiş və nəticədə məhkuma müddəti baxımından cox sərt cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə tə qsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinin 2-ci cümləsində isə əks olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Bu maddənin məzmununun təhlilindən çıxan nəticə ondan ibarətdir ki, məhkəmə şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən cəzanın növü baxımından daha yüngül cəza növü təyin etməli, sanksiyada nəzərdə tutulan alternativ daha sərt cəza növü seçirsə, bunun zəruriliyini əsaslandırmalıdır. Yəni daha sərt cəzanın təyin edilməsi hakimdən bunun səbəbləri barədə ciddi əsaslandırma tələb edir. Bu prinsip eyni ilə cəzanın həddi müəyyən edilərkən də qüvvədədir. Belə ki, hakim təqsirləndirilən şəxsə təyin edilməli olan cəza növü müəyyən etdi kdən sonra, cəzanın dəqiq həddini müəyyən etməli, bu zaman CM-in 65.2-ci maddəsinin tələblərinə ciddi əməl etməli, lakin CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud deyilsə, sanksiyanın ən aşağı həddində cəzanın təyin edilməsinə üstünlük verməli, əgər şəxsə daha sərt cəza təyin edilməsi qənaətinə gəlirsə yenə də bunun səbəblərini inandırıcı şəkildə əsaslandırmalıdır. Lakin hazırkı işin hallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təqsirləndirildiyi CM-in maddəsinin sanksiyasının ən yuxarı həddinə yaxın, xüsusilə təhlükəli residivə görə təyin edilməli olan cəza həddində, apellyasiya instansiyası məhkəməsi isə residivə görə təyin edilməli olan cəzadan da artıq müddətdə cəza təyin etmiş, lakin bunun səbəblərini hökm və qərarda əsaslandırmamışlar. Təs vir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi nor maların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya müraciətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkum və müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq ağır olması haqqında iddiasının əsaslı olduğu müəyyən edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti və müdafiəçinin kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 23.4.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə, cəzaya aid hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kasasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 aprel tarixli qərarı Məhkum təyin edilən cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Qə rar qalan hissədə, Məhkum tərəfindən verilmiş kasasiya şikayətinə və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə, dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1917/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1917/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver