Məhkəmə qərarları › İş №1(102)-1918/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1918/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1918/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X2 iştirakları ilə xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2024-cü il tarixli 1(103)-678/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 1(008)87/2024 nömrəli hökmü ilə (hakim E.H.Rəcəbova) X4 - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti ve rilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli 1(103)-678/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), A.F.İbrahimov və R.A.Qaraqurbanlı) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: X6 ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, X7, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi - 1,974 qram olan ağ rəngli kristallik maddə kustar üsul la hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 17 iyul 2023cü il tarixdə saat 15:30 dəqiqədə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Məşədi Adil küçəsində yolun kənarında olan zaman Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, həmin polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi - 1,974 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X4 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Dövlət ittihamçısının fikrincə, ibtidai araşdırma orqanı tərəfindən bəraət almış şəxsin barəsində olan cinayət işinin istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla toplanmış sübutlarla onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və məhkəmə əsassız olaraq həmin sübutları mötəbər hesab etməyərək bəraət almış şəxsin təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı də yişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrind ən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, X2 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvə yə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta ye tirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə hə ll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ittiham aktında yazılan heç bir şey düz deyil, hadisə günü o, evdə yatmışdır, polis əməkda şları səhər saat 11-də evinə girmişlər. Yuxudan duran kimi görmüşdür ki, polislər başının üzərindədir. Həmin vaxtı anası da evə gəlmişdir, arvadı mağazaya getmişdir, arvadı gələndə bu vəziyyəti görmüşdür, yuxudan alt paltarında durmuş, onu polis əməkdaşları aparmaq istəmişilər, qoluna qandal vurmuşlar, elə vəziyyətdə geyinmişdir. Onlardan biri əməliyyatçı Asif olmuşdur, 4 nəfər olmuşlar, bölməyə çatan kimi onu döymüşlər, barəsində həbs seçilərkən məhkəmə iclasında döyüldüyünü demiş, bədənində olan xəsarətləri hakimə göstərmişdir, o metamfetamin istifadə etməmiş, narkotik vasitə heroin istifadə etmişdir. Təzyiq göstərdiklərindən istintaq zamanı etirafedici ifadə vermişdir. Bundan əvvəl tutularkən də eyni şəxslər onu tutmuşdur. O, üzərinə şəxsi axtarış keçirilərkən vəkilindən imtina etməmi şdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onu evindən tutub aparmışlar, evinə girmişdilər, anası da hasardan onları görüb dallarınca evə gəlmişdir. Qonşulardan mağazadan adamlar onun evdən aparılmasını görmüşlər, paltarını geyinmiş, 4 nəfər gəlmişdir. İkisini tanımışdır. Qardaşı ilə bir həyətdə qalır, səhər saat 11-ə işləmiş gəlmişlər. Onu maşının arxasında oturtmuşlar, qardaşı da çıxıb polis əməkdaşları ilə söhbət etmişdir, onu X adlı polis əməkdaşı aparmışdır. Prokurorluğa özü şikayət etməmiş, anası şikayət etmişdir, barəsində həbs qətimkan tədbiri seçilərkən xəsarətlərini hakimə göstərmişdir, hakimə döyülməsi ilə bağlı şikayət etdiyindən prokurorluğa şikayət etməmişdir. Polis əməkdaşları onu apararkən mülki geyimdə olmuşlar. Gedərkən 2 telefonu olmuş, polis əməkdaşları onlar ı da özləri ilə aparmışlar, indiyə kimi həmin telefonları qaytarmamışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyul 2023-cü il tarixdə ona daxil olmuş məlumat əsasında X ilə birlikdə əməliyyat qrupu yaradaraq Kürdəxanıya yollanmışlar, X5 Kürdəxanıda küçədə saxlayaraq bölməyə dəvət etmişlər, sağ yan cibindən maddəni çıxarıb özü təqdim etmişdir, ona hər hansı bir təzyiq olunmamışdır, haradan əldə etdiyini soruşduqda Balaxanıdan 15 manata aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, X5 X16 küçəsində saxlamışlar, üzərinə baxış keçirilmişdir, bundan əvvəl bəraət almış şəxs məhkum olunmuşdur, əvvəlki məhkumluğu zamanı da bəraət almış şəxsni o tutmuşdur. Onu saxlayarkən, üzərində axtarış aparılarkən bə dənində hər hansı xəsarət aşkar olunmamışdır. Gözlə görünən xəsarəti olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırki cinayət işi ilə bağlı bəraət almış şəxs İmamverdiyevi tanıyır, onu Kürdəxanıda saxlayaraq bölməyə gətirmişlər, onu evinin yaxınlığında saxlamışlar, saat təxminən 3-5 arası olmuşdur, onun evini tanımamış, lakin bilmişdir ki, Kürdəxanıda qalır. bəraət almış şəxsni saxlayarkən 2 nəfər olmuşlar, onunla birlikdə Asif olmuşdur, mülki geyimdə olmuşdur. 15-ci polis bölməsinə aparmışlar, təhqiqatçının yanında özü etiraf etmiş, maddəni təqdim etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, bəraət almış şəxs İmamverdiyevin üzərində telefon olmamışdır, üzərində paltar olaraq nə geyinməsi yadında qalmam ışdır, əməliyyyat məlumatı əsasında onu saxlamışlar, daxil olmuş məlumat narkotik vasitənin istifadə və satışı ilə bağlı olmuşdur, bəraət almış şəxs həmin maddəni Balaxanıdan 15 manata aldığını bildirmiş, şəxsən özü üzərinə baxış keçirtmiş, başqa qadağan edilmiş əşya aşkar edilməmişdir. Ona hər hansı xəsarət yetirilməmişdir, üzərinə baxış keçirilərkən hər hansı xəsarət olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X7 onun doğma oğludur, səhər saatlarında nəvəsi ona demişdir ki hasardan kimlərsə həyətə düşmüşlər, o da bəraət almış şəxsnin yaşadığı evə gəlmişdir, soruşmuşdur ki, kimsiz? Görmüşdür ki, bəraət almış şəxsni yataqdan qaldırıblar, ona demişdir ki, “X məni tanımırsız?” bəraət almış şəxsnin əllərini bağlayıb, yarı pal tarla aparmışlar. O bəraət almış şəxsnin geyinməsi üçün paltar vermişdir, bəraət almış şəxsnin arvadı gələndə artıq onu aparırdılar. Bilmişdir ki, bəraət almış şəxs narkotik istifadə edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, kənd adamı kimi bəraət almış şəxsni tanımış, hadisə günü onların məhəlləsindən keçib həkimə gedəndə görmüşdür ki, bəraət almış şəxsgilin hasarından adamlar tullanır, təxminən səhər idi, günorta vaxtı idi, saatı dəqiq xatırlamır, özü ayrı məhəllədə yaşayır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, yay ayları olmuşdur, qapıda maşın var idi, hasardan 3-4 nəfərin düşməyini görmüşdür, bəraət almış şəxsgilin yaşadığı evin qapısı açıq yaşıl rəngdədir, üzbəüz mağaza var orada, məhəllədən adamları tanısa da, yaxından tanışlığı yoxdur, sonradan eşitmişdir ki, bəraət almış şəxsni tutmuşlar. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bundan sonra bəraət almış şəxs İmamverdiyev əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan maddəni könüllü olaraq xidməti otaqda olan masanın üzərinə qoydu. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da X2 üzərində hər hansı bir əşyanın olması müəyyən olunmadı. Aşka r edilmiş maddə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış saat 17:15 dəqiqədə başlanmış, 17:30-da başa çatmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3869 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksləri olan, “Saxlanılan şəxs: “imza" bəraət almış şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,974 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Əşyanın maddi sübut hesab edilməsi haqqında 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, İstintaq zamanı götürülmüş X4 məxsus bir ədəd z ərfdə qablaşdırılmış bir ədəd bükümdə olan təmiz çəkisi 1,974 qram miqdarında psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir. Metamfetaminin 0,050 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1,924 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat Obyekti № 69” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilməsi qərara alınmışdır. DVD diskə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X7 polis əməkdaşlarının müşayiəti ilə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin təhqiqatçısı X14 xidməti otağına daxil olmuşlar. X18 bəraət a lmış şəxs İmamverdiyevə şübhəli şəxs qismində saxlanılıb 15-ci polis bölməsinə gətirildiyini, üzərində video çəkilişlə, müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçiriləcəyini bildirmişdir. bəraət almış şəxs İmamverdiyev heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarışda iştirak etmiş Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 və Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 özlərini təqdim etmişdir. Sonra X18 bəraət almış şəxs İmamverdiyevə üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşyaları çıxarıb təqdim etməsini bildirmişdir. bəraət almış şəxs İmamverdiyev əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baş əməliyyat müvəkkili Şahid1 bükümü açmış və içərisində kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu görünmüşdür. Sorğu zamanı bəraət almış şəxs İmamverdiyev maddəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manat pulun müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa bəraət almış şəxs İmamverdiyevun üzərindən hər hansı bir maddə, əşya aşkar edilməmişdir. X18 içərisində metamfetaminə bənzər maddənin olduğu bir ədəd bükümü ağ rəngli bir ədəd kağız zərfə qoymuş, möhürləmiş, iştirakçılar zərfin üzərini imzalamışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 6636 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, X3 OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLAR İN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Anar Rzayev tərəfindən Sabunçu rayon prokurorluğuna ünvanlanmış 19 iyul 2023-cü il tarixli 4(008)-570/2023 saylı məktubdan görünür ki, X2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən, məhkəmə iclasında təqsirləndirilən şəxs X7 bildirmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən döyülərək, ifadəsinin təzyiqlər altında alındığını bildirərək bu halların araşdırılmasını xahiş etdiyini göstərmiş, yuxarıda qeyd olunanlara əsasən məhkəmə prosesində cinayət haqqında verilmiş məlumatların yoxlanılaraq nəticəsi barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə məlumat verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 19 iyul 2023-cü il tarixdə X2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılmasını əks etdirən videogörüntüdən görünür ki, X1 RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülərək, ifadəsinin təzyiqlər altında alındığını bildirir, qolunda və ayağında olan xəsarətləri məhkəmə iclas zalında hakimə nümayiş etdirir. Bakı şəhəri Sabunçu məhkəməsinin xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon prokuroruna ünvanlanmış məktubundan görünür ki, X2 döyülməsi faktının araşdırılmasının nəticəsi və qəbul edilmiş qərarın surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-8181/2023 saylı məktubundan görünür ki, X3 müayinə zamanı sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin yumşaq toxumalarının əziyi müşahidə edilmişdir. Xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, diskin içərisində bir ədəd fayl vardır, həmin fayl xx.xx.2023-cü il tarixə, saat 4:16-da (yəni saat 16:16) qeydə alınmışdır. X7 iki nəfər polis əməkdaşları ilə birgə təhqiqatçının otağına daxil olur, təhqiqatçı özünü təqdim etdikdən sonra ona hüquqlarını izah edir, X4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edi lmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bundan sonra bəraət almış şəxs İmamverdiyev əynində olan qara rəngli şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan maddəni könüllü olaraq xidməti otaqda olan masanın üzərinə qoyur. Həmin maddənin haradan alınması soruşulduqda Balaxanıdan tanımadığı şəxsdən aldığını bildirir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə X2 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı rayon prokurorluğunda araşdırılan 667-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, Azərbaycan Res publikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Sabunçu rayın şöbəsinin 2610 saylı rəyindən görünür ki, X2 bədənində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Sabunçu rayon şöbəsinin 2610 nömrəli 01 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X2 bədənində xəsarət aşkar edilmədi, X2 adına BİT-in TSHdə tərtib edilmiş tibbi sənəddə qeyd olunan “Sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin yumşaq toxumalarının əziyi diaqnozu xəsarətin obyektiv əlamətləri (qançır, sıyrıq, yara, hematoma və s.) ilə əsaslandırılmadığından göstərilən diaqnozu məhkəmə-tibbi qiymətləndirmək mümkün deyildir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını verilmiş prot estlə əlaqəli şəkildə təhlil edərək, aşağı instansiya məhkəmələrinin mövqeyləri ilə razılaşaraq qeyd edir ki, məhkəmələr haqlı olaraq hesab etmişlər ki, X2 döyülməsi faktı ilə bağlı araşdırma aparılarkən prokuror köməkçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Sabunçu rayon şöbəsinin 2610 nömrəli 01 noyabr 2023-cü il tarixli ekspert rəyinə istinad etsə də, X7 17 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildikdə tanımadığı polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, həmin vaxtdan 4 aya yaxın müddət keçdikdən sonra ekspertizaya göndərilmişdir ki, uzun müddət keçdikdən sonra onda xəsarətlərin aşkar edilməməsi inandırıcı və realdır və bu hal birmənalı şəkildə 4 ay öncə şəxsə xəsarət yetirilmədiyinə və onun yalan söyləməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Hətta bu hal istintaq orqanında və ya məhkəmədə şübhə yaranmasına səbəb olsa belə, həmin şübhə məhz təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Xəsarətlər üzrə araşdırmanın vaxtına aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda,işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirildiyi video görüntüyə baxış keçirmiş və baxış zamanı müəyyən edilmişdir ki, X7 əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, bundan sonra X2 üzərinə axtarış keçirilməmişdir. Eyni zamanda, videogörüntüdən müəyyən olunmuşdur ki, X7 həmin maddəni 15 manat müqabilində əldə etməsini bildirməmişdir. Göründüyü kimi videogörüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyul 2023-cü il tarixli protokola və DVD diskə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokola uyğunsuzluq təşkil etmişdir. Məh kəmə kollegiyası qeyd edir ki, X2 üzərindən psixotrop maddə olan “metamfetamin”in aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, şahid qismində dindirilmiş polis əməkdaşları verdikləri ifadələrində bəraət almış şəxs Adıgözəlovun üzərinə baxış keçirilərkən həmin maddəni 15 manata aldığını bildirməsini göstərsələr də, videogörüntüyə baxış zamanı şəxsin belə bir ifadə verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət proses ində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət müha kimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hall arda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakç ılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsi ndə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. C PM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Az ərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X4 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yar andığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X2 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsin qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndi rilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də in andırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmaya n şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci m addəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq X2 qanunsuz olaraq psixotrop maddəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qə rar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X7 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar