Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1919/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 126.3, 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2020-ci il tarixli (sədrlik edən hakim Siyavuş Hacıyev, hakimlər: Əliövsət Abasov və Eldar Mikayılov) hökmü ilə xx xxx 1986-cı il ildə Şəmkir rayonu Atabəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Atabəy kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 127.2.2, 127.2.3 və 221.3cü maddələrində nəz ərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti cəza 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 8 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlu və Qurbanov Ramin Afad oğlundan ibarət tərkibdə,) 01 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarından görünür ki, Məhkum kassasiya şikayəti apellyasiya məhkəməsinə 01 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Kassasiya şikayətinə məhkəmə baxışı zamanı cinayət işi materiallarını araşdırarkən məhkəmə kollegiyası müəyy ən etmişdir ki, Məhkum kassasiya şikayəti kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası CPM ilə nəzərdə tutulmuş müddətin buraxılması ilə verilmişdir. Azərbaycan Respublikası CPM-nin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 12 ay müddətində. Azərbaycan Respublikası CPM-nin 410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı 01 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş, məhkuma qərarın sürəti müvafiq Cəzaçəkmə Müəssisəsinə göndərilmiş, lakin onun qərarı almasını təsdiq edən qəbz və yaxud digər sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə isə bu halı kifayət qədər araşdırmamış, yalnız 10 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olan müraciətə əsasən (həmin müraciət belə iş materiallarında aşkar edilməmişdir) 21 fevral 31/6233 nömrəli məktub ilə qərarın sürətini Məhkum göndərmiş, məhkum isə kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə də, kassasiya şikayətinin mümkünlük məsələsi prosessual qanunvericiliyin tələblərinə uyğun yoxlanılmamış, şikayət iş materiallarına əlavə edilərək kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti təmin etdikdə, bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya kassasiya protestini ci nayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Azərbaycan Respublikası CPM-nin 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti CPM-nin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi Bakı
Məhkəmə qərarları › İş №1(102)-1919/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1919/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver