Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1919/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X9 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X9 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ci nayət əməlinin törədilməsində təqsirli bilinməsi və eyni zamanda CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-44/2024 nömrəli hökmündən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1989-cu il tarixdə Qazax rayonunun Kosalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 128- ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 62-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2014-cü il tarixli 783 saylı Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşı mış, habelə o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır.
3. Belə ki, Məhkum 2019-cu ilin noyabr ayının ortalarında Qazax rayonunda naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,239 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1,068 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 100,627 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 noyabr 2019-cu il tarixdə, saat 23 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, ünva n 3 ünvanda yerləşən “Səbət market”-in qarşısında saxlanaraq üzərinə baxış keçirilmiş və onun əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 1,239 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 1,068 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli gödəkçəsinin sol cibindən kustar üsulla hazırlanmış təmiz çəkisi 100,627 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
4. Bundan başqa, Məhkum 29 fevral 2020-ci il tarixdə Nəsimi rayonu, “Papanin” deyilən ərazidə təmiz çəkisi 30,780 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımış, əvvəlki cinayət əməli ilə bağlı təqs irləndirilən şəxs qismində cəlb edildiyi iş üzrə ibtidai istintaq orqanından gizləndiyi üçün barəsində olan axtarışla əlaqədar Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 29 fevral 2020-ci il tarixdə saat 21:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Motodrom” adlanan yaşayış sahəsi, 54 ünvanın qarşısında tutularaq saat 23 radələrində 32-ci Polis Bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən ağ rəngli sellofan torbaya bükülmüş vəziyyətdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 16,020 qram və 14,760 qram, ümumi təmiz çəkisi 30,780 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X22 (sədrlik edən), X19 və X6 ibarət məhkəmə təkibində) 07 sentyabr 2020-ci il tarixli, 1(101)-747/2020 nömrəli hökmü ilə Məhkum CM-in 234.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai araşdırma dövründə tutulduğu 1 (bir) gü nün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 8 (səkkiz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 29 fevral 2020-ci il il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
6. Hökmdən Məhkum müdafiəçisi Mü dafiəçi2 apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 1(101)-747/2020 nömrəli hökmünün təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hissəsində ləğv edilərək, həmin hissədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və hökmün təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə və bu hissədə ona cəza təyin edilməsinə dair hissəsində dəyişdirilərək azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət məhkəmə tərkibində) 06 may 2021-ci il tarixli, 1 (103)107/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 1(101)-747/2020 nömrəli hökmünün Məhkum barəsində onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
8. Qərardan Məhkum kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən), X15 və X5 ibarət məhkəmə tərkibində) 02 may 2023-cü il tarixli, 1(102)675/2023 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum CM-in 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarının ləğv olunması və cinayət işinin apellyasiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X17 və X8 ibarət məhkəmə tərkibində) 14 fevral 2024-cü il tarixli, 1(103)-44/2024 nömrəli hökmü ilə apelyasiya şikayətinin təmin edilməsi, Məhkum CMin 234.1, 234.4.3-cü ma ddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 1(101)-747/2020 nömrəli hökmünün qismən ləğv edilməsi, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmünün Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılması, CM-in 66.3 və 18.2.2-ci maddələrinə aid müddəaların hökmdən xaric edilməsi, Məhkum 26 noyabr 2019-cu il tarixdən 27 noyabr 2019 cu il tarixədək tutulduğu 1 (bir) gün və 29 fevral 2020-ci il il tarixdən 16 avqust 2023-cü il tarixə qədər həbsdə saxlanıldığı müddətin cəzasına hesablanmaqla, cəzasını çəkmiş hesab edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-44/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
12. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs ona fiziki təzyiq g östərilməsi yolu ilə sübutların toplanmasını iddia edirsə, məhkəmələr belə iddiaların doğruluğunu işin digər faktiki halları və toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edib qiymətləndirilməlidirlər. Məhkəmənin yalnız təqsirləndirilən şəxsin ifadələrinə istinad edərək, onu digər sübutlardan üstün tutması, hərtərəfli araşdırmaya və obyektiv əsaslara söykənməyən qiymətləndirmə aparması ədalət mühakiməsinin şərtlərinə uyğun qənaət sayıla bilməz. Belə yanaşma həmçinin, məhkəmənin cinayət prosesinin tərəfləri arasında tarazlığı pozması, müdafiə tərəfinin dəlillərinə üstünlük verməsi, çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxması ilə nəticələnmiş olar. Bu hissədə mütləq vurğulamalıyam ki, iş materiallarında olan sənədlər, o cümlədən Məh kum məxsus telefon nömrəsindən götürülmüş məlumatlar və mesaj mətnləri şəxsin məhkəmələrdə bildirdiyi halların deyil, ilkin istintaqda verdiyi ifadələrin, aparılmış sənədləşdirmənin və ona verilmiş ittihamın doğruluğunu təsdiq etmişdir. Bəraətin Məhkum şübhəli şəxs qismində saxlanıldıqdan 24 saat sonra deyil, 2 sutka sonra cinayət işinin başlanması barədə dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin hal CPM-in 42.1-ci maddəsində təsbit edilmiş dörd əsasdan heç birinə aid deyil və bu fakt yalnız pozuntuya yol vermiş vəzifəli şəxsin məsuliyyət məsələsinin həl edilməsində hüquqi əhəmiyyət kəsb edə bilərdi.
13. Kassator eyni zamanda qeyd edir ki, CM-in 234.4.3-cü maddəsində nəzərə tutulan cinayət əməli formal tərkibli cinayətdir və külli miqdarda narkotik vasitənin satış məqsədilə əl də edildiyi, saxlanıldığı, yaxud 234.2-ci maddənin dispozisiyasındakı hərəkətlərin hər hansı birinin edildiyi andan başa çatmış sayılır, yəni, burada şəxsin istehlakçını sonradan, yaxud əvvəlcədən tapması və digər hallar əməlin tövsifi üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Odur ki, külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə olunması barədə hüquq mühafizə orqanlarında şübhələr olan, narkomaniya xəstəliyindən əziyyət çəkən Məhkum külli miqdarın aşağı həddindən 15 dəfədən, gündəlik ehtiyacın yuxarı həddindən (şəxsi istehlak miqdarının) 205 dəfədən çox psixotrop maddə olan metamfetamini əldə edərək gecə vaxtı küçədə üzərində saxlaması, eyni zamanda buna dair cinayət işi materiallarında məhkuma məxsus mobil telefon nömrəsinə daxil olan və çıxan məlumatlar bu maddələrin satış m əqsədi ilə əldə olunmasını təsdiq etmişdir.
14. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)44/2024 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
15. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.
16. Hökmdən məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
19. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
20. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
22. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülm üş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
23. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-44/2024 nömrəli hökmünün Məhkum CM-in 234.4.3-cü maddəsi il ə bəraət verilməsinə aid hissədə qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
24. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
25. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
26. CPM-in 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir.
27. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
28. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyat a keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
29. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
30. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
31. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
32. CPM-in 3 53.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
33. Dövlət ittihamçısının kassasiya protestində Məhkum izahat və ifadələrinə, onun üzərindən aşkar edilərək götürülmüş 16.020 qram və 14,7660 qram olmaqla, ümumilikdə külli miqdarda 30,780 qram çəkidə psixotrop maddə metamfetaminin götürülməsinə dair “şəxsi axtarış və götürmə barədə” 29 fevral 2020-ci il tarixli protokollara, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlara (psixotrop maddə) və tədbirlərin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə, eləcə də məhkəmə ekspertizalarının rəylərinə istinad edərək, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tam sübut olunduğunu iddia etmişdir ki, bu da müraciət müəllifinin adları çəkilən şəxsə qeyd olunan maddə ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsinə dəlalət edir.
34. Dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən və özünün kassasiya protestində gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
35. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya bax ışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
36. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hal lara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
37. Odur ki, kassasiya kollegiyası kassasiya protestində irəli sürülmüş məhkəmə hökmünün ləğv edilməsi barədə tələbin (Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və kassasiya protestinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərt ləndirən əsaslar kimi qiymətləndirə bilməz.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya protestinin müəllifinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nətic ələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
39. Apellyasiya instansiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi haqqında qənaəti Məhkum özünün verdiyi məlumatlarla yanaşı, həmin məlumatların həqiqəti əks etdirməsi ilə bağlı birinci və apellyasiya məhkəməsində araşdırılmış sübutlara, o cümlədən Məhkum, şahid qismində dindirilən X3, Şahid7 ifadələrinə, “şübhəli şəxsin tutulması” haqqında qərar və eyni adlı protokol, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol və digər sənədlərə əsaslanmışlar.
40. Bu və digər sübutlar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun hökmündə ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür.
41. Məhkum verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiya məhkəməsinin sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin tə qsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
42. Belə olan halda, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair apellyasiya instansiya məhkəməsinin hökmü qanunsuz və əsassız məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
43. Qeyd edilənlərlə yanaşı, kollegiya kassasiya protestinin dəlilləri qismində göstərilən “bəraətin Məhkum şübhəli şəxs qismində saxlanıldıqdan 24 saat sonra deyil, 2 sutka sonra cinayət işinin başlanması barədə dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, həmin hal CPM-in 42.1-ci maddəsində təsbit edilmiş dörd əsasdan heç birinə aid deyil və bu fakt yalnız pozuntuya yol vermiş vəzifəli şəxsin məsuliyyət məsələsinin həl edilməsində hüquqi əhəmiyyət kəsb edə bilərdi” mülahizəsinə münasibətdə qeyd edir k i, apellyasiya instansiya məhkəməsi apellyasiya baxışını qismən məhkəmə istintaqı ilə keçirməklə həm cinayət işi materiallarında olan, həm də apellyasiya icraatı zamanı əldə edilmiş sübutların qarşılıqlı tədqiqi nəticəsində Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə əsas vermiş ilkin sübutların, yəni “şübhəli şəxsin tutulması haqqında” 29 fevral 2020-ci il tarixli qərar və eyni adlı protokolu, “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti və onun nəticəsindəki 29 fevral 2020-ci il tarixli protokollaşmanı, eyni zamanda həmin istintaq hərəkətlərinin həyata keçirilməsindən sonra da şəxsin izahatının alınması zamanı vəkil (müdafiəçi) ilə təmin edilməməsini onun cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada şübhəli şəxsə məxsus hüquqlardan istifadə etməsinin məhdudlaşdırılması kimi qiymətləndirməklə cinayət-prosessual qanunvericiliyin norma və prinsiplərinin pozuntusu kimi tanımışdır.
44. Göründüyü kimi, cinayət işi materiallarında mövcud olan 29 fevral 2020-ci il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2 və 125.2.3-cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübut hesab edilmişdir. Sözügedən maddələrin tələblərinə əsasən, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə ə ldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Haqlı olaraq da apellyasiya instansiya məhkəməsi cinayət işi materiallarında olan və məhkuma qarşı ittiham irəli sürülməsinin əsasında çıxış edən həmin sübutların mötəbərliyini şübhə altına almışdır. Bununla da, qanuni və əsaslı olaraq apellyasiya məhkəmə kollegiyası yekun nəticəyə gələrkən ibtidai istintaqın yekunu olaraq əldə edilmiş həmin sübutlara (“şəxsi axtarış və götürmə” istintaq hərəkəti və onun nəticəsində əldə edilmiş sübutlar) mötəbər sübutlar qismində istinad etməmişdir.
45. Göründüyü kimi, qeyd edilən pozuntu faktları həmin pozuntuya yol vermiş vəzifəli şəxsin məsuliyyət məsələsinin həl edilməsində hüquqi əhəmiyyət kəsb etməklə yanaşı, eyni zamanda təqsirləndiril ən şəxsə qarşı irəli sürülmüş ittihamın təsdiqində də mühüm əhəmiyyət kəsb edir ki, apellyasiya instansiya məhkəməsi də həmin mövqedən çıxış etməklə məhkum barəsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə CM-in 234.4.3-cü maddəsi ilə bəraət hökmü çıxarılması qənaətinə gəlmişdir.
46. Eyni zamanda, protestin dəlilləri qismində dövlət ittihamçısı tərəfindən məhkumdan aşkar edilərək götürüldüyünə istinad edilən psixotrop maddənin satış məqsədilə əldə olunması barədə hüquq mühafizə orqanlarında şübhələrin olması, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsinin şəxsin həmin maddələri satış məqsədi ilə əldə olunmasını təsdiq edən sübutlar qismində sadalamasına münasibətdə qeyd edir ki, məzmunundan da göründüyü kimi qeyd edilən dəlillər ehtimal xarakterli olmaqla ittih am tərəfinin subyektiv mülahizəsindən ibarətdir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Prosessual qanunvericiliyin qeyd edilən normalarına istinadən cinayət işi materiallarında məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə, yəni psixotrop maddənin satışı ilə tövsif edilməsi üçün konkret sübutun mövcud olmaması səbəbindən ona istinad edilmədən, ya lnız subyektiv mülahizə (“mümkündür”, “istisna edilmir” və.s) əsasında şəxsin barəsində ittiham edici hökm çıxarılması qanunsuz və əsassız olardı.
47. Kollegiya eyni zamanda məhkumdan aşkar edilərək götürüldüyünə istinad edilən psixotrop maddənin çəkisinin külli miqdarda olmasının məhkumun əməlini narkotik vasitələrin (psixotrop maddənin) satışı ilə tövsif edilməsi üçün yetərli olmasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.
48. Sadalanmış mülahizələrlə dövlət ittihamçısının Məhkum əməlində “ümumilikdə 30,780 qram çəkidə psixotrop maddənin satış məqsədi ilə mövcud olması” əlamətini qəbul etməsinə qiymət verdikdə görünür ki, dövlət ittihamçısının həmin əlamətin mövcudluğunu subyektiv meyarlardan çıxış etməklə şərtləndirməsi bu məsələ üzrə Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarına əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil. Dövlət ittihamçısının “satış məqsədi” ə lamətinin olması haqqında qənaətini – “cinayət işi materiallarında ibtidai istintaq zamanı məhkum edilmiş şəxsin həmin psixotrop maddəni satış məqsədilə əldə etməsini sübut edən çoxsaylı faktların müəyyən edilməsi” kimi mülahizədən hasil etməsi isə, artıq yuxarıda əsaslandırıldığı kimi, sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarının pozulması ilə əldə edilmiş nəticə olduğundan, mötəbər sayıla bilməz.
49. Dövlət ittihamçısı protestinin dəlilləri qismində məhkumun narkotik vasitələrin satışı ilə məşğul olması faktının sadaladıqlarından əlavə cinayət işi materiallarında olan məhkuma məxsus mobil telefon vasitəsinə daxil olan və çıxan məlumatlarla da təsdiq edildiyini qeyd etsə də, həmin xüsusat da apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, "xxxx" M MC-dən əldə edilmiş SMS yazışmalar dövlət ittihamçısı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşıma cinayət əməlini törətməsini təsdiq edən dolayı sübut kimi qeyd edilsə də, məhkəmə baxışı zamanı sonradan əldə edilmiş bu dolayı sübutların Məhkum istinad edilən ikinci epizod üzrə cinayət əməlinə aidiyyatı müəyyən edilməmişdir.
50. Bununla da, qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasla rın olmadığını göstərir.
51. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə isə məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 fevral 2024-cü il tarixli, 1(103)-44/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və eyni zamanda CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməs inə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-44/2024 nömrəli hökmü Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.