Məhkəmə qərarları › İş №1(102)-1919/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1919/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1919/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X7 iştirakı ilə, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2025-ci il tarixli qərarından dövlət ittihamçısı X8 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 1(067)-48/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli (sədrlik edən hakim: A.M. Əliyeva) hökmü ilə xx.xx.1984-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Xaçmaz rayonu, Xudat şəhəri, 1 may küçəsi, dalan 1, ev 9-da qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməsi, X9 məhkəmə xərcləri tutulmaması, sonuncuya tutulma sı, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə) 1(105)69/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə təqsirsiz hesab edilməsi və ona həmin maddə ilə bəraət verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 1(067)-48 /2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X18 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis X17 Bölməsinin əməkdaşları tərəfindən 29 sentyabr 2023-cü il tarixdə o, Xaçmaz rayonu, Qaraqurtlu kəndində saxlanılıb həmin gün saat 19:50- dən 20:00-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız kəsiyində saxlanan sellafon bükümdə təmiz çəkisi 0.248 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-69/2024 saylı, 06 mart 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı et iraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, X13 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. ilə İbtidai istintaq orqanı tərəfindən X14 CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla h azırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis X17 Bölməsinin əməkdaşları tərəfindən 29 sentyabr 2023-cü il tarixdə o, Xaçmaz rayonu, Qaraqurtlu kəndində saxlanılıb həmin gün saat 19:50-dən 20:00-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız kəsiyində saxlanan sellafon bükümdə təmiz çəkisi 0.248 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Hökmdən d övlət ittihamçısı apellyasiya protesti verərək Zaur Əliyevin CM-nin 234.1ci maddəsi ilə bəraət verilməsinə dair Xaçmaz rayon Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli hökmünü ləğv edərək onun həmin maddə ilə təqsirli bilinib ittiham hökm çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Xaçmaz rayon Məhkəməsinin bəraət hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ümumilikdə 0,248 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi ilə bağlı, X11 üzərinə keçirilən şəxsi axtarışla əlaqədar Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli "Şəxsi axtarı ş keçirilməsi haqqında" 2 protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə X1 və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, reallığı özündə əks etdirmədiyindən onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Odur ki, birinci instansiya məhk əməsinin Zaur Əliyevə CM-nin 234.1-ci maddəsi ilə bəraət verməsi qanuni və əsaslı olmuşdur. (qərarın 10-cu vərəqin 1-ci, 11-ci vərəqin 1-5ci, 13-cü vərəqin 3-cü, 14-cü vərəqin 3-сй, 19-cu vərəqin sonuncu abzasları) Hesab edirəm ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Zaur Əliyevin CM-nin 234.1-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs Zaur Əliyev həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində eyni məzmunlu ifadələr verərək ona verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 29 sentyabr 2023 -cü il tarixdə saat 16 radələrində Xaçmaz rayonu, Xudat şəhərində yaşadığı evdə olarkən qonşuluğunda yaşayan Elman və Artur ona zəng edərək Xaçmaz şəhəri istiqamətinə gedəcəklərini demişlər. Həmin şəxslər narkotiklə əlaqədar Aqşinə zəng etmişlər, Aqşin isə Qaraqurtlu kənd yoluna getməklərini onlara demişdir. Aqşin narkotik vasitəni Şahid4 təqdim etmişdir. Aqşindən ümumilikdə bir bükümdə narkotik vasitə alınmışdır. Lakin o, Aqşindən narkotik vasitə almamışdır. Onlar Xaçmaz rayonu, Qaraqurtlu kəndi yolunda saat 5-6 radələrində yolun kənarında avtomobildə əyləşib birlikdə narkotik vasitə istifadə etmişlər. Onlar Aqşinlə görüşdükdən təxminən 5 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. İstifadə etdikləri narkotik vasitənin qalıq qalan hissəsi əməliyyat keçirilən zaman avtomobild ə Elmanın ayağının altında aşkar edilmişdir. Belə ki, ittiham aktına əsasən onun Xaçmaz rayonu, Qaraqurtlu kəndində Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları tərəfindən saxlanılması qeyd edilmişdir. Lakin o, hadisə baş verdiyi gün, yəni 29 sentyabr 2023-cü il tarixdə saat 17-18 radələrində Xaçmaz RPŞ-nin əməliyyatçıları tərəfindən saxlanılmamışdır...Onunla birlikdə saxlanılan digər şəxslər polis əməkdaşları tərəfindən videoşəkiliş vasitəsilə qeydə alınmamışlar. Bu barədə Elman ona bildirmişdir ki, hərəsi 3000 min manat pul verərək azadlıqda qalıblar. Lakin o da pul təklif etmiş, lakin Pənah adlı əməliyyat müvəkkili qəbul etməmişdir, məhkumluğunun olduğu, subay olduğu və övladının olmadığı üçün barəsində cəza təyin edilməsinin fərqi olmadığını bildirmişdir. Aldadılaraq sənədlərə qol çəkdiril diyini, ona görə də həmin maddə ilə özünü təqsirli bilmədiyini bildirmişdir. İşin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Zaur Əliyevin özünü müdafiə xarakterli verdiyi ifadəsi məhkəmə kollegiyası tərəfindən əsassız olaraq əsas sübut kimi qəbul edilmişdir. Hansı ki, iş materiallarında olan və şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Qeyd olunandan başqa onun üzərindən qanunsuz hansı predmet aşkar edilmir. Bir ədəd büküm müstəntiq tərəfindən 01 ədəd zərfdə qablaşdırılaraq götürülür. İştirakçılar tərəfindən zərfin üzəri imzalarla təsdiq edilir. ve hər Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra X18 video görüntüdə olan şəxsin özü olduğunu, üzəri ndən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu bir daha etiraf etmişdir. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, X3 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasen sonuncu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məkum edilmişdir. Məhkumluğu ödənməmişdir. Lakin, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd olunan əsas prinsip və şərtlərinin tələblərinə əməl etməyərək iş üzrə əldə olunmuş mötəbər sübutların məcmuyunu Zaur Əliyevin işin obyektiv hallarına uyğun olmayan ifadələrinə nisbətdə əsassız olaraq qəbul etməmiş, bununla da onun təqsirliliyini və həmin cinayətə aidiyyətini təsdiq edən sübutları mülahizəyə əsasən mümkün süz hesab edib əsassız olaraq sübutların məcmuyundan ayırmışdır. Bu da öz növbəsində məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticənin düzgün olmamasına dəlalət edir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X13 CM-nin 234.1ci maddəsi ilə verilmiş əsassız bəraət hökmünü qüvvədə saxlanmışdır. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, kassasiya protestində X13 Azərbaycan Resp ublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kas sasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi m əsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X13 Cinayət Məcəlləsinin 234.1-ci madd əsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X13 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələb lərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiy mət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qa rşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə t utulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X13 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Bəraət almış - təqsirləndirilən şəxs Zaur Əliyev həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində eyni məzmunlu ifadələr verərək ona verilmiş ittihamda özünü təqsirli bilməyərək vurğulamışdır ki, o, cəzasını çəkib qurtardıqdan bir müddət sonra Cəzaçəkmə Müəssisəndə birlikdə cəza çəkdiyi Aqşin adlı şəxslə Xaçmaz şəhərində təsadüfən rastlaş mış, birlikdə cəza çəkdiyi üçün sonuncunun telefon nömrəsini almışdır. Növbəti dəfə Aqşinlə görüşüb çay içdikdən sonra sonuncudan narkotik vasitə almaq üçün onunla birlikdə PŞ-da saxlanılan Artur və Elmanı tanış etmişdir. Belə ki, o, 29 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Xaçmaz rayonu, Xudat şəhərində yaşadığı evdə olarkən qonşuluğunda yaşayan Elman və Artur ona zəng edərək Xaçmaz şəhəri istiqamətinə gedəcəklərini demişlər. Həmin şəxslər narkotiklə əlaqədar Aqşinə zəng etmişlər, Aqşin isə Qaraqurtlu kənd yoluna getməklərini onlara demişdir. Onlar Xaçmaz rayonu, Qaraqurtlu kəndi yolunda kəndə çatmamış Aqşinlə görüşdükdən sonra Aqşin onlarla birlikdə Elmanın avtomobilində sonuncu ilə yanaşı avtomobilin ön hissəsində, o və Artur isə avtomobilin arxa hissəsində əyləşmişlər. Aqşin narkotik vasitəni Şahid4 təqdim etmişdir. Aqşindən ümumilikdə bir bükümdə narkotik vasitə alınmışdır. Lakin o, Aqşindən narkotik vasitə almamışdır. Onlar Xaçmaz rayonu, Qaraqurtlu kəndi yolunda saat 5-6 radələrində yolun kənarında avtomobildə əyləşib birlikdə narkotik vasitə istifadə etmişlər. Onlar Aqşinlə görüşdükdən təxminən 5 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. İstifadə etdikləri narkotik vasitənin qalıq qalan hissəsi əməliyyat keçirilən zaman avtomobildə Elmanın ayağının altında aşkar edilmişdir. O, ittiham aktında qeyd olunanlarla razılaşmamışdır. Belə ki, ittiham aktına əsasən onun Xaçmaz rayonu, Qaraqurtlu kəndində Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları tərəfindən saxlanılması qeyd edilmişdir. Lakin o, hadisə baş verdiyi gün, yəni 29 sentyabr 2023-cü il tari xdə saat 17-18 radələrində Xaçmaz RPŞ-nin əməliyyatçıları tərəfindən saxlanılmamışdır. İki avtomobildə olan Xaçmaz RPŞ-nin 6-7 nəfər əməliyyatçısı əməliyyat keçirərək onları Xaçmaz RPŞ-yə aparmışlar. Əvvəlcə onların dördünü də birlikdə saxlamışlar. Lakin daha sonra Aqşini onların yanından ayırmışlar. Əməliyyat müvəkkili onlardan Aqşinin kartına kimin tərəfindən pul göndərildiyini soruşduqda məlum olmuşdur ki, yanındakı digər şəxslər ayrı-ayrılıqda hərəsi 30 manat pulu Aqşinin kartına göndəriblər. Həmin əməliyyat müvəkkillərindən bircə Orxan adlı şəxsi tanıdığını bildirmişdir. Lakin onlara qarşı keçirilən əməliyyatda Şahid5 və Şahid1 iştirak etməmişlər. Xaçmaz RPŞ-nin inzibati binasında olduqları vaxt təxminən saxlanıldıqlarından 1 saat sonra Xaçmaz RPŞ-nin Yalama PB-nin əməliyyat müvəkkili Şahid5, həmin bölmənin polis nəfəri Şahid1 və yanlarında bir nəfər kapitan rütbəsində polis əməkdaşı ilə birlikdə onların yanına gəlmişlər. Şahid5 zəng edilərək Xudat sakinlərinin saxlanıldığı üçün PŞ-ya dəvət edildiyini demişdir. Lakin həmin kapitan rütbəsində olan polis əməkdaşı ilə tanışlıqları olduğundan ona qarşı şahidlik etməkdən imtina etmişdir. Polis əməkdaşı olan iş üzrə şahid qismində cəlb edilmiş şəxs Şahid5 ona məhkumluğu olduğu üçün tutulacağını demişdir. Lakin saxlanıldığı vaxt onun üzərində qanunla qadağan olunmuş heç nə olmamışdır. Onunla birlikdə saxlanılan digər şəxslərin məhkumluğları olmadığından həmin şəxslər polis əməkdaşları tərəfindən buraxılmışlar. Polis əməkdaşları onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunacağını və videoçəkilişlə narkotik vasitəni cibind ən çıxardaraq stolun üstünə qoyub özünə məxsus olmasını bildirməyini ona demişlər. O, həmin polis əməkdaşları ilə razılaşmayaraq saxlanıldığı vaxt onların 4 nəfər olduqlarını və narkotik vasitənin ona məxsus olmadığını demişdir. O, cinayət işi materialları ilə tanış olmadan polis əməkdaşları tərəfindən aldadılaraq qol çəkdirilmişdir. Belə ki, Pənah adlı əməliyyatçı onun məhkumluğu olduğu üçün barəsində cəza təyin edilməsi qaçılmaz olduğundan hərşeyi boynuna almağını bildirmişdir ki, heç olmasa digər üç nəfəri azad etsinlər. O, narkotik vasitənin özünə məxsus olmasını boynuna almadığını bildirdikdə polis əməkdaşları ona polisin həmin qanunsuz əməllərinə göz yuman digər başqa vəkil dəvət olunaraq, həmin vəkilin iştirakı ilə külli miqdar narkotik vasitəni stolun üstünə qoyub ona məxsus olması nı məcbur olaraq boynuna qoyacaqlarını demişlər. Videoçəkiliş üçün polis əməkdaşları tərəfindən ona təqdim edilən yarım qram narkotik vasitə Ford markalı avtomobildə birlikdə istifadə etdikdən sonra saxlanıldıqları vaxt qalıq qalan narkotik vasitə olmuşdur. Onunla birlikdə saxlanılan digər şəxslər polis əməkdaşları tərəfindən videoşəkiliş vasitəsilə qeydə alınmamışlar. Bu barədə Elman ona bildirmişdir ki, hərəsi 3000 min manat pul verərək azadlıqda qalıblar. Lakin o da pul təklif etmiş, lakin Pənah adlı əməliyyat müvəkkili qəbul etməmişdir, məhkumluğunun olduğu, subay olduğu və övladının olmadığı üçün barəsində cəza təyin edilməsinin fərqi olmadığını bildirmişdir. Lakin günahsız yerə ona cəza təyin edilməməlidir. Əlavə olaraq son sözlə məhkəməyə müraciətində bildirmişdir ki, polis tərəfi ndən axtarıldığı üçün 3-4 gündür ki, evdən kənarda qalır. Polis orqanı tərəfindən axtarılmağına səbəb isə məhkəməyə gəlməyinə polis əməkdaşlarının maneçilik törətmək istəmələridir ki, halhazırda da məhkəmənin inzibati binasının önündə polis əməkdaşları dayanmışlar. O, hazırki cinayət işində günahsız olduğunun hamı tərəfindən bilindiyini, səbəb isə başqa polis əməkdaşları tərəfindən saxlanıldığı halda digər polis əməkdaşlarının saxladıqlarını bildirmələridir. O, keçirilən əməliyyat zamanı tək saxlanılmadığını, lakin məsuliyyətə təkcə onun cəlb olunduğunu bildirmişdir. Bir daha həmin narkotik vasitənin ona aid olmadığını, onun boynuna qoyulduğunu, həmçinin qeyd etdiklərinin hamısının fakt olduğunu bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqların ın, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsas ını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından birinci instansiya məhkəməsi tərəfindən X13 bəraət vermiş və apellyasiya məhkəməsi haqlı olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hall arda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılması na əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir k i, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X11 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X11 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habe lə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizli yin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkz ib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 39 7.2-ci maddələrinin şərh edilməsinə dair» 130 aprel 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliy i müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2025-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərin ə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmə diyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-69/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar