Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-192/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, Məhkum1, müdafiəçisi Qocayev Ramil Alim oğlu, Məhkum2, müdafiəçisi Nemətov Məhəmməd Nəsir oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinay ətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), N.F.Quliyev və O.Y.Cəlilovdan ibarət tərkibdə) xx xxxxxxxx 1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə ş, Kəpəz rayonu, Şah İsmayıl Xətai küçəsi, ev 84, mənzil 20-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti cəza 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum o lunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti cəza 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkumlara təyin edilmiş cəzanın xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir Hökmdən Məhkum1 müdafiəçisi Həbibov Vəliəhəd Heydər oğlu, Məhkum2 müdafiəçisi Göyüşov Niz ami Əhrəman oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanmaqla Məhkum1 qəti olaraq 5 (beş) il 3 (üç ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanmaqla Məhkum2 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum1 və Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq xx xxxx 2018-ci il tarixdə hər ikisi Biləsuvar Gömrük İdarəsindən keçərək İran İslam Respublikasına getmişlər. xx xxxx 2018-ci il tarixdə Məhkum2 qrupun İran İslam Respublikasındakı üzvlərindən Azərbaycan Respublikasındakı üzvünə çatdırılması üçün iki bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etmiş və cinsiyyət orqanında gizlədib qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmək üçün Məhkum1 vermişdir. Məhkum1 isə ümumi cinayətkar niyyətə uyğun olaraq iki bükümdə olan 49,583 qram çəkidə metam fetamin psixotrop maddəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək cinsiyyət orqanında yerləşdirib saxlamış, daşımış və xx xxxx 2018-ci il tarixdə saat 17.30da İran İslam Respublikasından Məhkum2 ilə birlikdə Azərbaycan Respublikasına gələrkən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə birgə keçirmişlər. Lakin onların hər ikisi gömrük əməkdaşları tərəfindən saxlanılmış və şəxsi yoxlama zamanı Məhkum1 cinsiyyət orqanında iki bükümdə gizlətdiyi metamfetamin psixotrop maddəsi aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumlar ayrı-ayrılıq da kassasiya şikayətləri vermişdirlər. Məhkum1 kassasiya şikayətində əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunmasını, cəza çəkdiyi müddətdə bütün rejim qaydalarına əməl etməsini, müsbət xarakterizə olunmasını, gənc və subay olmasını vurğulayaraq barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayətində qeyd etmişdir ki, ilk dəfədir məhkum olunur, himayəsində biz azyaşlı övladı var, həyat yoldaşı həbsdədir, övladına hal hazırda özgə insanların baxmasından çox narahatdır, cəza çəkdiyi müddətdə rejim qaydalarına riayət edir. Məhkum qeyd olunanların nəzərə alınmasını, kassasiya şikayətinin təmin olunmasını, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar və müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciəti n dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası mə hkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin cəzaya dair müddəaları ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarix li qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüll əşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyət ini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılm asına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, Məhkum2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi əsas götürmüş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkum1 və Məhkum2 cəzasını ağırlaşdıran halların olmadığını qeyd etmişdir. Apellyasiya məhkəməsi məhkumların törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin edilmədiyini vurğulayaraq, Məhkum1 və Məhkum2 qadın olmasını, ilk dəfə məhkum olunmalarını, yaşayış yerindən müsbət xarakterizə olunmalarını, işdə cəzanı ağırlaşdıran halların olmamasını, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, məhkumların şəxsiyyətini nəzərə alaraq cəzalarını yüngülləşdirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi məhkumlara cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən hallar ı, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-192/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-192/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver