Məhkəmə qərarları › İş №1(102)-192/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-192/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-192/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), X1 və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə; məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkum X5 və Məhkum3 müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum2, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs X8 hüquqi varisi Nazilənin Zabidova nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim İlkin Abdullayev, hakimlər Mehdixan Abdullayev və Müşfiq Məmmədovdan ibarət tərkibdə) 1(99)-443/2019 nömrəli, 09 iyul 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1989-cu ildə Yardımlı rayonunun Şovut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonunun Şovut kəndində qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 120.2.1 və 120.2.2-ci maddələri ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 09 mart 2019-cu ildən hesablanması hökm edilmiş; 14 avqust 1965-ci ildə Yardımlı rayonu Şovut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Şovut kəndində qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyi nə görə Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 07 mart 2019cu ildən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin T.B.Hüseynov, E.B.Hüseynov və Məhkum3 da təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X14, X18, Məhkum1, Məhkum2 və Məhkum3 təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar 23 fevral 2019-cu il tarixdə saat 17 radələrində Yardımlı rayonunun Ləzran kəndində yerləşən çöllük ərazidə özləri ilə gətir dikləri itlə X9 məxsus iti döyüşdürərkən sonuncunun qardaşı Zərərçəkmiş şəxs digər itin onların itlərini öldürəcəyini yəqin etdiyi üçün itləri ayırmaq istəmiş və bu zəmində yaranmış mübahisə zamanı əsaslı səbəb olmadan Məhkum1, Məhkum2, Teymur Hüseynov və Məhkum3 bir qrup şəxs halında ətrafda olan şəxslərin gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan hərəkətlər etməklə, yəni Məhkum1 Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq vurmaqla, Məhkum2 isə silah qismində istifadə etdiyi ağac parçası ilə sonuncunun baş nah iyəsinə bir dəfə zərbə endirərək ona başın sağ yan tərəfinin alın-təpə nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət, Teymur Hüseynov silah qismində istifadə etdiyi dəyənək və bıçaqla X15 vuraraq, ona başın arxasının ənsə nahiyəsinin çapığı və gövdənin ön-sol yan tərəfinin qoltuqaltı xətt üzrə doqquzuncu qabırğa səviyyəsi nahiyəsinə daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Məhkum3 isə silah qismində istifadə etdiyi bıçaqla X10 vuraraq ona gövdənin önündə-qarnın aşağı hissəsinin orta qasıq nahiyəsinə daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə, xuliqa nlıq etmiş və həmin hadisənin gedişi zamanı Teymur Hüseynov və Məhkum3 ümumi niyyətdən kənara çıxaraq, Elşən Hüseynovla bir qrup şəxs halında əsaslı səbəb olmadan Bəhruz İsgəndərovu qəsdən həyatdan məhrum etmək məqsədilə sonuncuya Teymur Hüseynov üç dəfə, Məhkum3 isə bir dəfə bıçaq zərbələri vurub başın sağ yan tərəfinin alt çənə hissəsinin orta 1/3-i nahiyəsinə 1 (bir) ədəd, döş qəfəsinin önünün sağ yarısının parasternal xətt üzrə İİ-İİİ qabırğa səviyyəsi nahiyəsinə 1 (bir) ədəd, sol yuxarı ətrafın bazu oynağı hissəsinin ön tərəfi nahiyəsinə 1 (bir) ədəd və sağ aşağı ətrafın arxasının sağrı hissəsi nahiyəsinə 1 (bir) ədəd boşluğa keçməyən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən 4 (dörd) kəsilmiş-deşilmiş yara xəsarətləri ye tirməklə müqavimətini qırıb Bəhruz İsgəndərovun özünü müdafiə imkanlarını məhdudlaşdırmış, bundan sonra Elşən Hüseynov dava-dalaşın kəskinləşməsinin qarşısını almaq məqsədilə yaralı olduğuna görə özünü müdafiə imkanları tükənmiş Bəhruzu İsgəndərovu hadisəyə müdaxilə etməməsi üçün tutub saxlamasına baxmayaraq, Zərərçəkmiş şəxsla Teymur Hüseynov dava edəedə onların yanına gələn zaman X28 İsgəndərovla bir-birilərinə qarşı qərəzli olmalarını və bununla da, məqam düşəcəyi ilk fürsətdə onların təkrar mübahisə edəcəklərini qabaqcadan bildiyi halda, həmin vəziyyətdə Zərərçəkmiş şəxsla Teymur Hüseynovun dalaşmaması üçün Bəhruz İsgəndərovu buraxıb əlində bıçaq olan və sonuncunu hədəf alan qardaşı Teymur Hüseynovu deyil, məhz Zərərçəkmiş şəxs tutmaqla X22 İsgəndərov tərəfindən müdafiə edilmək imkanla rını aradan qaldırmış və etdiyi əməlin nəticəsini, yəni Bəhruz İsgəndərovun ölümünü arzu etməsə də şüurlu surətdə yol verdiyi həmin hərəkətin nəticəsində X38 İsgəndərovu yenidən bir dəfə bıçaqla vuraraq kəskin qanitirmə ilə nəticələnməklə ölümə səbəb olan döş qəfəsinin önünün sağ yarısının döş boşluğuna nüfuz edən sağ körpücükaltı arteriya və eyniadlı venanı, həmçinin sağ ağciyərin zirvəsinin zədələnməsi ilə müşayiət olunan yetirildiyi anda insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd kəsilmiş-deşilmiş yara xəsarəti yetirməklə sonuncunu qəsdən öldürmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Rafiq Cəfərov, hakimlər Etibar Camalov və Elşad Əliyevdən ibarət tərkibdə) 1(106)08/2021 nömrəli 25 iyun 2021-ci il tar ixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli hökmü zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iddiaya aid hissədə və 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası CM-ə edilmiş dəyişikliklərə əsasən Məhkum1 və Məhkum2 cəza təyin olunması hissəsində dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası 5 (beş) il azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış, Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası 5 (beş) il azadlıqdan məhrumetmə cəzası həddinədək azaldıl mış, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X20 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, maddi ziyana görə 6000 (altı min) manat, mənəvi ziyana görə 5000 (beş min) manat, cəmi 11000 (on bir min) manat məbləğində mülki iddia təmin olunmuş və həmin məbləğdə pulun məhkum edilmiş şəxslər X14, Məhkum3 və X4 müştərək qaydada tutularaq, X16 verilməsi qərara alınmış, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı X25 tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs X6 müdafiəçisi X17, məhkum edilmiş şəxslər Məhkum1, Məhkum3 və X14 tərəfindən verilmiş apellyasiya şikayətləri, məhkum edilmiş şəxs Məhkum2, onun müdafiəçiləri X30 və X31 t ərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarını dəyişdirərək, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ona təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarının Məhkum1 və Məhkum2 aid hissədə ləğv edilməsini, hər iki şəxsə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 221.3 -cü maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 hüquqi varisi Zabidova Nazilənin nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarının Məhkum1 və Məhkum2 aid hissədə ləğv edilməsini, hər iki şəxsə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkum edilmiş şəxslərin əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və mülki iddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kas sasiya protestini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi qərarı əsassız və qanunsuzdur. Belə ki, qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və nəticədə Məhkum1 və Məhkum2 əsassız olaraq Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə bəraət verilmişdir. İbtidai istintaqda olduğu kimi, məhkəmə baxışlarında da Məhkum1 və Məhkum2 cinayətin digər iştirakçıları ilə birlikdə bir qrup şəxs olaraq, silah və silah qismində istifadə olunan bıçaq, dəyənək və yerdən götürdükləri daşlardan istifadə etməklə xuliqanlıq törədərkən, cinayətkar əməllərini davam etdirərək bir qrup şəxslə Bəhruz İsgəndərovu xuliqanlıq niyyəti ilə qəsdən öldürmələri tam sübuta yetirilmişdir. Cinayət iş inin materiallarından görünür ki, Məhkum1 və Məhkum2 məhkəmənin qeyd olunan hökmü ilə təqsirli bilindikləri xuliqanlıq cinayətindən başqa, Bəhruz İsgəndərovun qəsdən öldürülməsində iştirakları istintaq zamanı toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. X23 qəsdən öldürülməsinin Məhkum2 və Məhkum1 qəsdi ilə əhatə olunmadığı ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olmamaqla subyektiv mülahizələrə əsaslanır. Halbuki, məhkəmənin hökmü ilə Məhkum2 və Məhkum1 Zərərçəkmiş şəxs vurmaqla ona xəsarət yetirmələri müəyyən edilmişdir. Qeyd olunanlardan da aydın olur ki, Zərərçəkmiş şəxs hadisə vaxtı Bəhruz İsgəndərovun öldürülməsinə yönəlmiş hərəkətlərin qarşısını almağa yönəlmiş hərəkətlər də etmişdir. Məhkum2 və Məhkum1 isə dava-dalaşın digər işti rakçıları içərisində məhz Zərərçəkmiş şəxs hədəf almaları və ona xəsarət yetirmələri təsadüfi olmamış, ona görə ki, Zərərçəkmiş şəxs qarşı yönəlmiş qeyd olunan hərəkətlər də həmçinin Bəhruz İsgəndərovun mümkün müqavimət imkanlarının aradan qaldırılması ilə nəticələnmışdir. İbtidai istintaq zamanı toplanmış və məhkəməyə təqdim edilmiş sübutlar Məhkum1 və Məhkum2 CM-nin 120.2.1 və 120.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyi halda məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 mənafeyi baxımından çıxış etmiş, guya onların təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırır ki, ona təyin edilmiş cəzanın müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 01 may 2020-ci il tarixli Qanunda nəzərdə tutulmuş tənzimləmələrlə müqayisədə çoxdur. Belə ki, o, Bəhruz İsgəndərovun ölümündə iştirak etmədiyini, keçirilən ekspertiza zamanı onun əl izlərinin cinayətin törədilmə vasitəsində aşkar olunmadığını qeyd etmişdir. Bundan başqa yaşlı olmasını, himayəsində 6 azyaşlı uşağın olmasını, müharibə veteranı olmasını, oğlunun ikinci qrup əlil olması və ailəsinin maddi vəziyyətinin nəzərə alınmasını və təyin olunmuş cəzanın endirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırır ki, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə bəraət verilmələri əsassızdır. Həmçinin Zərərçəkmiş şəxs məhkumlar Məhkum1 və Məhkum2 ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməməsini əsassız hesab edir. Bundan əlavə Zərərçəkmiş şəxs kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında mülki iddianı qismən təmin etməsini əsaslandırmamışdır. Zərərçəkmiş şəxs X7 hüquqi varisi Zabidova Nazilənin nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırır ki, iş üzrə zərərçəkmiş şəxs (məhrum) Bəhruz İsgəndərov azyaşlı oğlu Həzrətin gözü qarşısında öldürülüb. İş üzrə dindirilmiş Zərərçəkmiş şəxs, Rəşad İsgəndərlinin, Camal İsgəndərovun 06.03.2019-cu ildə, Kamal İsgəndərovun, Daşqın Hüseynovun 08.03.2019-cu ildə verdiyi ifadələrdə zərərçəkmiş Bəhruz İsgəndərov un azyaşlı övladı Həzrətin gözü qarşısında döyülərək öldürülməsi qeyd edilib. Bu həmçinin şahidlərlə təqsirləndirilən şəxslər arasında keçirilən üzləşdirmə protokollarında da öz əksini tapmışdır. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan edilməsinə dair vəsatət verilsə də, vəsatətə ümumiyyətlə münasibət bildirilməmişdir. Vəsatətin təmin və ya rədd edilməsinə dair qərar cinayət işi materiallarına əlavə edilməmişdir. X19 Məhkəməsi mülki iddianın maddi zərərə aid hissəsini tam şəkildə təmin etsə də, mənəvi zərərin məbləğini düzgün müəyyən etməyib. Mülki iddiaçı mülki iddiada mənəvi zərərin əvəzi olaraq 90.000 manat pulun tutulmasını tələb etsə də, apellyasiya məhkəməsi 5000 manat məbləğində əvəzin ödənilməsini ağlabatan hesab edib. Hesab edirik ki, b u hissədə məhkəmə kollegiyası düzgün nəticəyə gəlməyib. Bəhruz İskəndərovun ölümü ilə bir oğul itirən ananın əzab və iztirablarını düzgün qiymətləndirə bilməyib. Apellyasiya məhkəməsi 5000 manat məbləğində əvəzin ödənilməsini ağlabatan hesab edib. Lakin bunu əsaslandırmayıb. Hesab edirik ki, apellyasiya məhkəməsi mövcud qanunvericiliyə zidd mövqe tutub. Belə ki bir oğul itirən ananın əzab və iztirablarının qırx gündən az olmaması hamıya məlum faktdır və mülki məcəlləyə görə sübuta yetirilməsinə ehtiyac olunmur. Bu müddətin hər bir iztirab anını Azərbaycandakı ən aşağı dəyərlə bir qəpiklə qiymətləndirsək onda 34560 manat alınar bu isə verilən qərarın əsassız olmasını göstərir. Həmçinin N.Zabidovanın 13 nəfərlik ailə üzvlərinin çəkdiyi əzab və iztirablarla görə mülki iddiaçı olması nəzərə al ınmayıb. Şirvan Apellyasiya Məhkəməsi isə göstərib ki, Məhkum2 hadisənin gedişi zamanı Bəhruz İsgəndərovla təması olmamış və o, hadisənin başlanğıcında əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmaqla sonuncuya qanama ilə müşayiət olunan xəsarət yetirmişdir (bax qərarın 21-ci səh). Zərərçəkmiş şəxs baş nahiyəsinin qanama ilə müşayiət olunması faktı heç bir ifadədə yoxdur və ekspertizanın rəyinə görə Tərlanla birbaşa təmasda olan İsgəndər və Daşqın Hüseynovların paltarlarında qan aşkar edilməmişdir. İfadələrdən və ekspertiza rəyindən görünür ki, Məhkum2 B.İsgəndərovu əlindəki daşla vurub, onun əlində qanlı daş olub, həmçinin ekspertiza rəyinə görə B.İsgəndərovun başında qansızma aşkar edilib, bu xəsarətin Məhkum2 tərəfindən törədilməsi qeyd edilən sübutlarla təsdiq edilir. Verilən ifadələrdən məlum olur ki, Məhkum2 əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs başına zərbə endirib, daha sonra daşla B.İsgəndərovun başına vurub, Məhkum1 yumruq və əlindəki dəyənəklə Bəhruz İsgəndərovu və onun qardaşı Zərərçəkmiş şəxs vurub. Zərərçəkmiş şəxs hadisə zamanı qardaşı Bəhruzu qorumağa cəhd edib, lakin təqsirləndirilən şəxslər, xüsusən Məhkum2 və Məhkum1 onun müqavimətini qırmağa çalışıblar. Bu da onu təsdiq edir ki, Məhkum2 və Məhkum1 Bəhruz İsgəndərovun həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak ediblər. Buna görə də onlara münasibətdə CM-in 120-ci maddəsi ilə bəraət verilməsi qanunsuzdur. Məhkum edilmiş şəxslərin və onlarla birlikdə gələn şəxslərin əllərində bıçaq olması, mübahisənin onlar tərəfindən başlanılması, yumruq zərbələrinin ilk onlar tərəfind ən atılması, Bəhruzun bıçaqla vurulmasına şərait yaradılması, bizim Bəhruzu xəstəxanaya aparmağımıza mane olunması, maşının qarşısını kəsmələri, maşına xəsarət yetirmələri, hadisədən sonra məhkum edilmiş şəxslərlə birlikdə hadisə yerində olan X35 Fəttayevə zəng edərək ona hədə-qorxu gəlməsi, şikayət edən şəxslərin başına oyun açacaqlarını, “istədiyimiz adamı öldürürük” deyərək hədələməsi və sair bu kimi hallar bu hadisənin planlı şəkildə həyata keçirilməsindən xəbər verir. Hətta işə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən məhkum edilmiş şəxslər zərərçəkmiş şəxsləri hədələməkdən belə çəkinmədilər. Təəssüf ki, Şirvan Apellyasiya Məhkəməsi bu xüsusatlara əhəmiyyət verməyib, məhkum edilmiş şəxslərin davranışlarını, həyat tərzini, hadisədən peşman olmadıqlarını nəzərə almayaraq onlara təyin edilən cəzanı dəyişdirməyib. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yen i sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Dövlət ittihamçısının kassasiya protestinin başlıca dəlili, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətləri üzrə isə əsas dəlillərdən biri iş üzrə məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin və qeyd edilən kassasiya şikayətlərinin bu dəlili nə münasibət bildirmək üçün cinayət işinin materiallarına nəzər salmağı zəruri hesab edir. Birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, istintaq orqanının məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmalarına dair gəldiyi nəticələr mötəbər sübutlarla təsdiq olunmur və iş hallarına uyğun gəlmir. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq orqanı Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə irəli sürdüyü ittihamlarda birincinin daşla, ikincinin isə yumruq və dəyənəklə zərərçəkmiş şəxs Bəhruz İsgəndərovu vurmasını, bundan əlavə Məhkum1 yumruqla digər Zərərçəkmiş şəxs sifətinə, Məhkum2 isə ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbələri endirməsini göstərmiş, onların bu hərəkətləri zərərçəkmiş şəxslərin mümkün müqavimət göstərməsinə mane olma və bu hərəkətləri ilə onların digər təqsirləndirilən şəxslər Teymur Hüseynova və Məhkum3 zərərçəkmiş şəxs Bəhruz İsgəndərova bıçaq zərbələri yetirməklə sonuncunu öldürməyə köməklik etməsi kimi qiymətləndirilmişdir. İşə baxan birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, məhkəməyə təqdim olunmuş iş materiallarına həmin halları təsdiq edəcək mötəbər sübut əlavə edilməmiş, qeyd olunan hallar məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla da müəyyən edilməmişdir. Belə ki, məhkəmələr Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə irəli sürülmüş itt ihamları təsdiq edən işin sübutlarının tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs Pərviz İsgəndərov (cild İİ i.v 198-201) və şahid Camal İsgəndərov (cild İİ i.v 28-32) ifadələrində göstərmişlər ki, onlar hadisə zamanı Zaminin daşla, İskəndərin isə bıçaqla Bəhruza xəsarət yetirməsini görməmiş, bu barədə digər şəxslərdən eşitmişlər (Camal İsgəndərov məhz bu barədə Tərlan, Pərviz və Emildən eşitdiyini demişdir). Lakin onların istinad etdikləri şəxslər öz ifadələrində qeyd olunan halları göstərməmişlər. Məhkəmə iclasında da dindirilərkən zərərçəkmiş şəxs Pərviz İsgəndərov və şahid X40 və İskəndərin Bəhruza xəsarət yetirmələrini görmədiyini bu barədə yalnız eşitdiyini göstərmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.3-cü maddə sinə əsasən şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Qanunun qeyd olunan normalarına əsasən birinci instansiya məhkəməsi əsaslı olaraq Pərviz İsgəndərov və Camal İsgəndərovun həmin hissədə bildirdiklərini sübut kimi qəbul etməmişdir. İbtidai araşdırma dövründə şahid Rəşad İsgəndərli ifadəsində (cild İİ i.v 42-47) Bəhruzun başını qanlı gördüyü vaxt Zaminin əlində qanlı daş gördüyünü bildirmiş və bu səbəbdən də, həmin anı görməsə də, hesab etmişdir ki, ola bilsin Zamin həmin daşla Bəhruzun başına xəsarət yetirib. Analoji ifadəni Rəşad İsgəndərli məhkəmə iclasında da vermişdir. Birinci instansiya məhkəməsi şahid Rəşad İsgəndərlinin bu məzmunlu ifadəsinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Res publikasının Cinayət-Prosessual Məcəlləsinin 126.2-ci maddəsinə əsasən “Yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun”. Rəşad İsgəndərlinin qeyd olunan məzmunlu ifadəsi onun bilavasitə hadisəni görməsinə deyil, yalnız ehtimalına əsaslandığı üçün məhkəmə qanun tələbinə uyğun olaraq sonuncunun həmin hissədə ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. Həmçinin məhkəmə-tibbi ekspertizasının 04.06.2019-cu il tarixli, 01 nömrəli rəyində Bəhruz İsgəndərovun bədən səthi üzərində yalnız kəsici-deşici alətin, yəni bıçağın təsirindən yaranmış cəmi beş ədəd xəsarət qeyd olunmuşdur. Meyitin bədən səthində, o cümlədən baş nahiyəsində küt əşyanın təsi rindən yaranmağa xarakterik heç bir xəsarət müəyyən edilməmişdir. Apellyasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin sübutlara bu cur qiymət verilməsi ilə razılaşaraq nəticəyə gəlmişdir ki, Məhkum2 daşla, Məhkum1 isə yumruq və dəyənəklə zərərçəkmiş şəxs Bəhruz İsgəndərovu vurması iş üzrə heç bir sübutlarla təsdiq olunmur. Bundan əlavə Məhkum1 yumruqla digər Zərərçəkmiş şəxs sifətinə, Məhkum2 isə ağac parçası ilə onun baş nahiyəsinə zərbələri endirmələrinə gəldikdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkumlar Məhkum2 və Məhkum1 bu zərbələri mübahisənin başlancığında Zərərçəkmiş şəxs yetirmişlər. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, həmin vaxtı o rada olan Bəhruz İsgəndərova kiminsə qəsd etməsi halı olmamışdır. Dava-dalaş məhz həmin hərəkətlərdən sonra yaranmış, bunun nəticəsində Bəhruz İsgəndərov və digər şəxslər hadisəyə aktiv müdaxilə etməyə başlamışlar. Cinayət işi üzrə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxs Bəhruz İsgəndərovun öldürməsi barədə qabaqcadan razılığa gəlməsi halı müəyyən edilməmişdir. Buna görə də məhkəmə haqlı olaraq qeyd etmişdir ki, belə olan halda hadisənin başlanğıcında Məhkum1 yumruqla Zərərçəkmiş şəxs sifətinə, Məhkum2 isə ağacla baş nahiyəsinə vurması Bəhruz İsgəndərovun özünü müdafiəetmə imkanını aradan qaldırma və yaxud məhdudlaşdırma və bu yolla digər təqsirləndirilən şəxslər Teymur Hüseynova və Məhkum3 zərərçəkmiş şəxs Bəhruz İsgəndərovu öldürməyə köməklik etmə kimi qiymətləndirilə bilməz. Birinci və apellyasiya məhkəməsinin bu mövqeyi «Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarı baxımından da əsaslıdır. Belə ki, qərarın 5-ci bəndində formalaşmış hüquqi mövqeyin məzmununa görə özünü müdafiə etmə imkanını aradan qaldırma və yaxud məhdudlaşdırma həmçinin onunla xarakterizə olunur ki, qəsd olunan obyekti müdafiə etmək istəyən şəxs və ya şəxslər ilk olaraq həmin obyektə qəsdi görməli, ikincisi isə onda qeyd olunan obyektə münasibətdə müdafiə fikri yaranmalı və daha sonra müdafiə istiqamətində hərəkət edən zaman onun bu hərəkətinin qarşısı kənar şəxslər tərəfindən alınmalıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs Teymur X13 sonuncu bıçaq zərbəsini vurması a nı istisna olmaqla, qardaşına digər kəsici-deşici alətlə yetirilmiş xəsarətlərinin kim tərəfindən və harada vurulmasını görməmişdir. Belə olan halda, Zərərçəkmiş şəxs yetirilən əvvəlki dörd xəsarətdən nəinki Bəhruz İsgəndərovu müdafiə etməklə bağlı hərəkətlərin edilməsi, hətta onda həmin vəziyyətdə zərərçəkmiş şəxsin həyatını qəsddən müdafiə etmək fikrinin yaranması belə mümkün ola bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, birinci və apellyasiya instansiyası məhkəmələrin gəldiyi nəticələr cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 08 may 2019-cu il tarixli, 259/2019 nömrəli rəyi ilə ziddiyyət yaratmır. Belə ki, rəyə əsasən digər şəxslərlə yanaşı Məhkum2 məxsus uzunqol jaket üzərində İİ qan qrupu olan şəxslərə məxsus insan qanı ləkəsi aşkar edilmiş və məhkəmə-tib b eksperti həmin qan ləkəsinin X12 məxsus olmasını istisna etməmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Məhkum2 hadisənin başlanğıcında əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmaqla sonuncuya qanama ilə müşayiət olunan xəsarət yetirmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CM-in 349.5-ci maddəsində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndiril məsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid, biri digərinə kifayət qədər uyğun gələn, mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndir ilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.-ci maddəsinin tələbinə müvafiq olaraq cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Ona görə də məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 və Məhkum1 barələrində Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə bəraət hökmünün çıxarılması qanuni və əsaslı hesab edir və kassasiya protestinin və kassasiya şikayətlərin bu barədə dəlili ilə razılaşmır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası A li Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X26rşı” 09 dekabr 1994-cü il tarixli və Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il tarixli qərarlarında göstərilmişdir ki, məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmə qərarı əsaslandırılmış olmalı, əsaslandırma səviyyəsi qərarın xara kteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi tərəfindən məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə bəraət verilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144 və 145.1ci maddələrinə uyğun şəkildə yoxlanılması və qiymətləndirilməsi təmin edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət törədilməsində təqsirliliyini sübuta yetirilməməsinə dair gəldiyi nəticələr cinayət-prosessual qanununun no rmalarına, Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarlarına və iş hallarına uyğun olduğundan məhkəmə kollegiyası həmin nəticələri qanuni və əsaslı hesab edir. Odur ki, kassasiya protestinin və kassasiya şikayətlərinin bu barədəki dəlilləri əsassızdır. Zərərçəkmiş şəxs (mərhum) X7 hüquqi varisi Nazilə Zabidovanın nümayəndəsi Nümayəndə kassasiya şikayətinin digər dəlili məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddələri ilə ittiham verilməməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxs Bəhruz İsgəndərovun öldürməsində iştirakları sübuta yetirilməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini əsaslı hesab etmir. Məhkum2 kassasiya şikayətinin əsas dəlili ona təyin olunmuş cəzanın ağır və ədalətsiz olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini nəzərə alıb ona ədalətli cəza təyin etmişlər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum2 təqsirli bilindiyi maddə ilə cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona CM-in 221.3-cü maddəsi ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə isə Məhkum2 Azərbaycan Respublika sı CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş cəzanı 5 (beş) il həddinə qədər aşağı endirilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi təyin edilmiş cəzanı nisbətən ədalətsiz hesab edərək, cəzanı nisbətən ağır hesab etmiş və aşağı endirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmaq olmur. Zərərçəkmiş şəxs (mərhum) X7 hüquqi varisi Nazilə Zabidovanın nümayəndəsi Nümayəndə və Zərərçəkmiş şəxs kassasiya şikayətlərinin digər dəlili mülki iddialarının qismən təmin edilməsinin qanunsuz və əsassız olmasıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X20 cinayət nəticəsində ona 6000 manat miqdarında maddi ziyan vurulduğunu bildirmiş və apellyasiya instansiyası məhkəməsi həmin mülki iddianı təmin etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Lakin, mənəvi ziyanın hissəsi ilə əlaqədar məhkəmə kollegiyası hesab etmişdir ki, Nazilə Zabidovaya mənəvi zərərə görə onun tələb etdiyi məbləğdə, yəni 90000 (doxsan min) manat məbləğində deyil, 5000 (beş min) manat məbləğində əvəzin ödənilməsi ağlabatandır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin “03” noyabr 2008ci il tarixli 7 №-li qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən mənəvi ziyana görə müəyyən edilən məbləğ - 5000 (beş min) manat işin digər halları ilə yanaş ı məhkumların təqsiri və əmlak vəziyyətinə uyğun gəlir və onu ağlabatan olmayan və ədalətsiz hesab etmək üçün əsaslar yoxdur. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilidə əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin protest və şikayətlərin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarının kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya prot esti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar