Məhkəmə qərarları › İş №1(102)-192/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-192/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-192/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim X6) 20 aprel 2022-ci il tarixli hökmü ilə 21 avqust 1980-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş ci nayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 18 dekabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə) 08 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinməlsinə dair Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 1(001)-63/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışd ır.

3. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından məhkumun Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları:

4. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədilə 17 dekabr 2020-ci il tarixdə saat 17.00 radələrində ünvan 2 ünvanında, eyni məbləğli pul əskinaslarını rəqəmsal reproqrafik çap qurğusu olan “Epson L-3110” marakalı printer vasitəsilə kompüterə köçürüb, qrafit proqram təminatından istifadə etməklə həmin axınlı printerdə həqiqi 100 ABŞ dolları, 100, 50, 20, 10 və 5 Azərbaycan manatı nominalı pul əskinasları ilə eynilik təşkil etməyən 15 ədəd DJ67978069A nömrəli 100 ABŞ dollarları, 51 ədəd C39569374 və A24447264 nömrəli 100 Azərbaycan manatı, 49 ədəd B3661642 nömrəli 50 Azərbaycan manatı, 45 ə dəd B18577352 və B18747352 nömrəli 20 Azərbaycan manatı, 3 ədəd A28792858 nömrəli 10 Azərbaycan manatı, 10 ədəd C31732156, C42959986, C51258150, C08107952 nömrəli 5 Azərbaycan manatı nominalı pul əskinasına oxşar olan, ümumilikdə xarici valyuta hesab edilən Azərbaycan Milli manat məzənnəsinə nisbətdə 2 550 manat təşkil edən 1 500 ABŞ dollar və 8 530 manat olmaqla, cəmi 11 080 manat saxta pulu «A-4 fortmatlı» kağızın üzərində çap edərək hazırlamış, 18 dekabr 2020-ci il tarixdə səhər saatlarında ünvan 3 ünvanında həmin saxta puldan 10 ədəd LJ67978069A seriya nömrəli saxta 100 ABŞ dolları əskinasları, 12 ədəd A24447264 seriya nömrəli və 02 ədəd C39569374 seriya nömrəli saxta 100 Azərbaycan manatı əskinasları, 09 ədəd B36601642 seriya nömrəli saxta 50 Azərbaycan manatı əskinasları, 05 ədəd B18 577352 seriya nömrəli saxta 20 Azərbaycan manatı əskinasları, 10 ədəd C31732156 seriya nömrəli saxta 5 Azərbaycan manatı əskinaslarına oxşar olan, ümumilikdə xarici valyuta hesab edilən Azərbaycan Milli manat məzənnəsinə nisbətdə 1700 manat təşkil edən 1 000 ABŞ dolları və 2 000 manat olmaqla, cəmi 3 700 manat saxta pulu şərti alıcı qismində əməliyyat-axtarış tədbirində iştirak edən Şahid7 Azərbaycan Milli manat məzənnəsinə nisbətdə 340 manat təşkil edən 200 həqiqi ABŞ dolları və 400 həqiqi Azərbaycan manatı olmaqla, cəmi 740 manat müqabilində satmış, bundan sonra o, 18 dekabr 2020-ci il tarixdə 13:40 radələrində Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Lermantov küçəsi-40A ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən Səbail Rayon Polis İdarəsinin inzibati binasına gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əlindəki karton qutunun içərisindən 01 ədəd rəqəmsal reproqrafik çap qurğusu olan “Epson L-3110” marakalı printer, həmin printerdən istifadə etməklə həqiqi pul əskinaslarından surəti çıxarılaraq axınlı çap üsulu ilə hazırladığı 40 vərəq «A-4 formatlı» kağız üzərində fotoşəkli olan 05 ədəd LJ67978069A seriya nömrəli saxta 100 ABŞ dolları əskinası, 05 ədəd seriya nömrəsi A24447264 olan saxta 100 Azərbaycan manatı əskinasları, 32 ədəd seriya nömrəsi C39569374 olan saxta 100 Azərbaycan manatı əskinasları, 40 ədəd seriya nömrəsi B36601642 olan saxta 50 Azərbaycan manatı əskinasları, 05 ədəd seriya nöm rəsi B18577352 olan saxta 20 Azərbaycan manatı əskinasları, 35 ədəd seriya nömrəsi B18747352 olan saxta 20 Azərbaycan manatı əskinasları, 03 ədəd seriya nömrəsi A28792858 olan saxta 10 Azərbaycan manatı əskinasları, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən “PALMALL” markalı siqaret qutusunun içərisindən şərti alıcı Şahid7 18 dekabr 2020-ci il tarixdə satdığı saxta 2 000 Azərbaycan manatı və 1 000 ABŞ dollarının əvəzində aldığı 01 ədəd KF63597460C seriya nömrəli həqiqi 100 ABŞ dolları əskinası, 01 ədəd KF63597459C seriya nömrəli həqiqi 100 ABŞ dolları əskinası, 01 ədəd C89598330 seriya nömrəli həqiqi 100 Azərbaycan manatı əskinası, 01 ədəd B01973196 seriya nömrəli həqiqi 100 Azərbaycan manatı əskinası, 01 ədəd B05459555 seriya nömrəli həqiqi 100 Azərbaycan manatı əskinası, 01 əd əd A35079378 seriya nömrəli həqiqi 100 Azərbaycan manatı əskinası, saxta pul və xarici valyutanın hazırlanmasında istifadə etmək üçün nəzərdə tutulmuş yarım bağlama «Snequroçka» markalı istifadə edilməmiş A-4 kağızlar, 01 ədəd taxta lövhə, 01 ədəd üzərində “DOMS” yazısı olan mavi rəngli içərisində müxtəlif rəngdə karandaşlar olan karandaş qabı, üzərində gəhvəyi və açıq rəngli zolaqları olan içərisində müxtəlif rəngli karandaşlar olan karandaş qabı, 01 ədəd üzərində “Epson 103” yazısı olan içərisində 01 ədəd sarı rəngli boya qutusu, 01 ədəd üzərində “ZYKLEN” yazısı olan qutunun içərisində 01 ədəd qara rəngli boya qabı, 01 ədəd üzərində “ZYKLEN” yazısı olan qutunun içərisində 01 ədəd göy rəngli boya qabı, 01 ədəd üzərində “Epson 103” yazısı olan içərisində 01 ədəd qara rəngli boya qutusu, 01 ədəd üzərində “Epson 103” yazısı olan plastik qabda çəhrayi rəngli boya qutusu, 01 ədəd üzərində “Epson 103” yazısı olan plastik qabda göy rəngli boya qutusu, 01 ədəd üzərində “ZYKLEN” yazısı olan plastik qabda sarı rəngli boya qutusu, 01 ədəd üzərində “ZYKLEN” yazısı olan plastik qabda çəhrayi rəngli boya qutusu, 01 ədəd printeri cərəyanla təmin edilməsi üçün qara rəngli elektrik naqili, 01 ədəd “Oyal” markalı kağız kəsilməsi üçün bıçaq, 01 ədəd “Assis” markalı kağız kəsilməsi üçün bıçaq, 01 ədəd yaşıl rəngli kağız kəsilməsi üçün bıçaq, 01 ədəd 30 sm uzunluğu olan dəmir xətkeş, 01 ədəd yaşıl rəngli 30 sm uzunluğu olan plastmas xətkeş, 01 ədəd üzərində “DİAMED” yazısı olan 20 qramlıq tibbi iynə, 01 ədəd üzərində “DİAMED” yazısı olan 3 qramlıq tibbi iynə, 01 ədəd üzərində qara rəngli üzə rində sarı zolağı olan ultrabənövşəyi işıq saçan fanar, 03 ədəd rezin silgi, 01 ədəd yaşıl rəngli karandaş yontan, 01 ədəd qırmızı rəngli üzərində “Rama poni” yazısı olan rəssam fırçası, 01 ədəd qara rəngli üzərində “Huda beauty” yazısı olan kosmetik fırça, 01 ədəd şəffaf rəngli zərli qələm və 01 ədəd «Made in China» yazısı olan şəffaf lent yapışdırıcısı, 01 ədəd alışqan və şəffaf lent yapşdırıcısı, sol cibindən üzərində «Otrivin» yazısı olan ağ plastik qabda maye aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmış və həqiqi Azərbaycan manatı pul əskinası ilə eynilik təşkil etməyən 02 ədəd B seriyalı 40961237 nömrəli, 1 nominalda (tədav ülə buraxıldığı il-2020), 01 ədəd B seriyalı 41265777 nömrəli, 1 nominalda (tədavülə buraxıldığı il-2020), 03 ədəd A seriyalı 34243426 nömrəli, 5 nominalda (tədavülə buraxıldığı il-2020), 05 ədəd A seriyalı 20961239 nömrəli, 5 nominalda (tədavülə buraxıldığı il-2020), 02 ədəd A seriyalı 22313292 nömrəli, 5 nominalda (tədavülə buraxıldığı il-2020), 09 ədəd C seriyalı 63846547 nömrəli, 100 nominalda (tədavülə buraxıldığı il-2013) olmaqla ümumilikdə 953 manat saxta pulları əldə etmiş, 19 iyul 2021-ci il tarixdə saat 22:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu 9 MKR., Mir Cəlal küçəsində yerləşən “Sonalar Sonası” şadlıq sarayına daxil olub, həmin sarayda toy məclisinə dəvət edilmiş Şahid6 sarayın foyesində yaxınlaşıb, üzərində olan həqiqi Azərbaycan manatı pul əskinası ilə eynilik təşkil et məyən 953 manat saxta puldan 01 ədəd 100 manatlıq saxta pul əskinasını xırdalatmaq adı ilə Şahid6 həqiqi Azərbaycan manatı pul əskinası olan 02 ədəd 50 manatlıq əskinası olmaqla cəmi 100 manata satmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmış və həqiqi Azərbaycan manatı pul əskinası ilə eynilik təşkil etməyən 02 ədəd B seriyalı 40961237 nömrəli, 1 nominalda (tədavülə buraxıldığı il-2020), 01 ədəd B seriyalı 41265777 nömrəli, 1 nominalda (tədavülə buraxıldığı il-2020), 03 ədəd A seriyalı 34243426 nömrəli, 5 nominalda (tədavülə buraxıldığı il-2020), 05 ədəd A seriyalı 20961239 nömrəli, 5 nominalda (tədavülə buraxıldığı il-2020), 02 ədəd A seriyalı 22313292 nöm rəli, 5 nominalda (tədavülə buraxıldığı il-2020), 09 ədəd C seriyalı 63846547 nömrəli, 100 nominalda (tədavülə buraxıldığı il-2013) olmaqla ümumilikdə 953 manat saxta pulları əldə etmiş, 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu 9 MKR., Mir Cəlal küçəsində yerləşən “Sonalar Sonası” şadlıq sarayının foyesində həmin sarayda direktor işləyən Şahid1 yaxınlaşaraq, üzərində olan həqiqi Azərbaycan manatı pul əskinası ilə eynilik təşkil etməyən 953 manat saxta puldan 01 ədəd 100 manatlıq saxta pul əskinasını dəyişdirmək adı ilə Şahid1 satmış, Şahid1 həmin bir ədəd 100 manatlıq pulu götürdükdən sonra saxta olmasından şübhələnərək, bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və 20 iyul 2021-ci il tarixdə saat 00:30 radələrində Binəqədi Rayon Polis İdar əsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov 99 ünvanında yerləşən 7-ci Polis Bölməsinə gətirildikdən sonra üzərində olan və könüllü təqdim etdiyi 02 ədəd B seriyalı 40961237 nömrəli 1 nominalda, 01 ədəd B seriyalı 41265777 nömrəli 1 nominalda, 03 ədəd A seriyalı 34243426 nömrəli 5 nominalda, 05 ədəd A seriyalı 20961239 nömrəli 5 nominalda, 02 ədəd A seriyalı 22313292 nömrəli 5 nominalda, 09 ədəd C seriyalı 63846547 nömrəli 100 nominalda əskinaslar olmaqla, ümumilikdə 953 manat saxta pullar aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri:

5. Kassasiya şikayətində göstərilir ki, hər iki instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən şahidi, yəni Şahid7 məhkəmə istintaqı zamanı dindirməmiş və nəticədə şahidə veriləcək suallar cavabsız qalmışdır. İş üzrə şahid kimi tanınan şəxslər də naməlum səbəbdən məhkəmə istintaqı zamanı dindirilməmiş və hər iki instansiya məhkəmələri şahidlərin ifadələrini elan etməklə kifayətlənmişlər. Həmçinin saxta pulların çap olunduğu yerə baxış keçirilməmişdir. Pulların hansı tarixdə harada və hansı üsulla çoxaldılması araşdırılmamış və protokollaşdırılmamışdır. Kassaya şikayətində qeyd edilir ki, printerin satıldığı göstərilən MMC-nin məktubu ilə ekspert rəyi arasında ciddi anlaşılmamazlıq mövcuddur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kassator Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1289/2022 saylı qərarın ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər:

6. Kassasiya instansiyası məhkəməsinin k assasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

7. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

8. Qanunun bu tələbindən gö ründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

9. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

10. Mə hkum kassasiya şikayətində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsin cinayət törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

11. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respub likası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

12. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

13. Məhkum qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməs i barədə iddiaları) tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və işin digər materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, Məhkum cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyində və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə Məhkum ittiham olunduğu cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini düzgün olaraq Azərbaycan R espublikası CM-nin 204.1-ci maddəsi ilə tövsif etmişdir.

14. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi, həmçinin qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, X2 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

15. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə ko llegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilmiş, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

16. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın də yişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

17. Kassasiya məhkəməsi kassasiya şikayətində göstərilmiş, iş üzrə vacib şahidlərin məhkəmə baxışında dindirilməməsi, onların ibtidai istintaqda verdiyi ifadələrin elan edilərək tədqiq edilməsi məsələsinə qiymət verərərək qeyd edir ki, həmin şahidlərin məhkəməyə gəlməsi istiqamətində birinci instansiya məhkəməsi bütün tədbirləri görmüşdür.

18. Digər tərəfdən, həmin şəxslər iş üzrə yeganə və həlledici şahidlər olmamışlar. İş üzrə digər sübutlar qanun tələblərinə uyğun tədqiq edilmiş və işin faktiki hallarının müəyyənləşdirilməsində heç bir ziddiyyət yaranmamışdır.

19. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi ilk qərarlarından başlayaraq dəfələrlə qeyd etmişdir ki, yuxar ı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (bax, məsələn, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).

20. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bu qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin qərarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılm adan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 iyul 2022-ci il tarixli, 1(103)-1289/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar