Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-192/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2020-ci il tarixli, 1(103)-1072/2020 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasının rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyun 2023-cü il tarixli, 1(103)1072/2020 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 9 may 1990-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssi səsində cəza çəkir.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.H.İsmayılovun sədrliyi ilə, C.İ.Hüseynov və S.İ.Əliyevdən ibarət məhkəmə tərkibində) 10 avqust 2020-ci il tarixli, 1(101)-398/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, ona həmin maddə ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və təqsirləndirilən şəxs-mülki cavabdeh Məhkum vurulmuş maddi ziyana görə 176.500 (yüz yetmiş altı min beş yüz) manat alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs6 ödənilməsi müəyyən edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: R.A.Qurbanovun sədrliyi ilə, M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət məhkəmə tərkibind ə) 6 noyabr 2020-ci il tarixli, 1(103)-1072/2020 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2020-ci il tarixli, 1(103)1072/2020 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2020-ci il tarixli, 1(103)1072/2020 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 6 iyun 2023-cü il tarixli, 1(103)-1072/2020 nömrəli qərarı ilə vəsatətin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmaması qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyun 2023-cü il tarixli, 1(103)1072/2020 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
6. Kassasiya şikayətinin dəlilləri qismində göstərmişdir ki, hüquqi cəhətdən savadsız olduğuna və hər hansı şikayətin verilməsi barədə anlayışının olmaması, 2020-2023-cü illər ərzində dünyada baş verən koronovirus infeksiyasına səbəb olaraq qəbul olunmuş məhdudiyyətlərə görə onun hüquqlarını müdafiə edə biləcək vəkil ilə əlaqə saxlamaq imkanı olmadığına görə, həmçi nin barəsində çıxarılmış qərardan gec məlumatı olması və daha sonra onu itirməsi səbəbindən vaxtında kassasiya şikayəti ilə müraciət edə bilməmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyun 2023-cü il tarixli, 1(103)-1072/2020 nömrəli qərarını ləğv edərək, buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
8. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
9. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
10. Kassasiya instansiyası məhkəməsi nin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instans iyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddə sinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.
15. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir.
16. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət-prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər.
17. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:
18. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1, 28. 2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrıayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir.
19. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesabla narkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır.
20. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir.
21. Cinayət-Prosessual Məcəlləsinin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.
22. Qanunvericiliyin normalarının məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi müddəti qərarın elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız istisna hal kimi nəzərə alara q, kassasiya şikayəti verilməsi müddətini qərar elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün qərarın surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir.
23. Cinayət işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı Məhkum və onun müdafiəçisinin iştirakları ilə elan edilmişdir. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, qərarın surəti məhkuma təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və qərar xx.xx.2021-ci il tarixdə Məhkum təqdim edilərək imzalanmışdır. Apellyasiya icraatı zamanı da Məhkum imzanın ona məxsus olmasını təsdiq etmişdir.
24. Göründüyü kimi, məhkumun hazırki kassasiya şikayətinin dəlilləri qismində göstə rdiyi hallar yuxarıda göstərilənlərlə təkzib edilir. Belə ki, Məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 12 aylıq müddət buraxıldıqdan sonra kassasiya şikayəti verilmişdir.
25. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə göstərilənlər buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul oluna bilməz. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar əlavə etməmişdir.
26. Be ləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 6 noyabr 2020-ci il tarixli, 1(103)-1072/2020 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
28. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyun 2023-cü il tarixli, 1(103)1072/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2020-ci il tarixli, 1(103)-1072/2020 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasının rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyun 2023-cü il tarixli, 1(103)-1072/2020 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təm