Məhkəmə qərarları › İş №1(102)-192/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-192/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-192/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli 1(106)-161/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nizami Quliyev (sədrlik edən və məruzəçi), Vüqar Əhmədov və Nahid Hüseynov) 05 oktyabr 2023-cü il tarixli 1(099)355/2023 nömrəli hökmü ilə xx xxxxxx 1990-cı il tarixdə Ukrayna Respublikası, Dneprodzerjinsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin ə vvəli 08 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda 1015,778 qram çəkidə narkotik vasitə heroini əldə edib, həmin heroini elektron tərəzi vasitəsilə ölçüb ayrı-ayrılıqda 0,159 qram, 0,129 qram, 0,151 qram, 0,130 qram, 0,209 qram, 1015,0 qram olmaqla 6 ədəd bükümlərə qablaşdıraraq, 1 ədəd bükümdə 1015,0 qram çəkidə narkotik vasitə heroini yaşadığı Şirvan şəhəri, Xanlar küçəsində yerləşən fərdi yaşayış evində gizlətməklə saxlamış, digər 5 ədəd bükümlərdə narkotik vasitə heroinləri isə üzərində daşımaqla saxlamış və 08 yanvar 2023-cü il tarixdə saat 19:55 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərə findən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Xanlar küçəsində, yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 0,159 qram, 0,129 qram, 0,151 qram, 0,130 qram, 0,209 qram olmaqla ümumi təmiz çəkisi 0,778 qram olan narkotik vasitə heroin 5 ədəd bükümlərdə əynində olan qara rəngli şalvarın sağ yan cibindən, 1015 qram çəkidə narkotik vasitə heroin isə 1 ədəd bükümdə əməliyyat axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 21 radələrində yaşadığı Şirvan şəhəri, Xanlar küçəsində yerləşən 45 saylı fərdi yaşayış evinə baxış aparılan zaman evin yataq otağında taxta döşəmənin altından aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Pərviz Hacıyev və Habil Bəhmənov) 10 iyul 2024-cü il tarixli 1(106)-161/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 1(099)-355/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilərək, CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət i şi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib, qiymətləndirilmədiyindən və məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdiyindən hökm ləğv olunmalı və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum qarşı irəli sürülmüş ittihamın, onun yaşadığı evdən 1015 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilməsi, habelə həmin narkotik vasitənin Məhkum tərəfindən əldə edilməsi, daşınması, saxlanılması ilə b ağlı hissəsi əsassız olmuşdur. Məhkum cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, onun əməllərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin mövcudluğu ibtidai istintaq zamanı verdiyi öz ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiya məhkəməsi əsaslandığı, Məhkum yaşadığı evindən aşkar edilib, götürülmüş külli miqdar - 1015 qram çəkidə heroinin guya Məhkum məxsus olmaması barədə sonuncunun ibtidai istintaqda verdiyi ifadələri işin obyektiv halları ilə təkzib edilmişdir. Bundan başqa, məhkəmə qənaətini əsaslandırmağa çalışarkən, “Gör ündüyü kimi, baxış keçirilən ev Məhkum tutulduğu və üzərində şəxsi axtarış aparıldığı andan etibarən polis əməkdaşlarının nəzarətinə keçmişdir. Şəxsi axtarış zamanı Məhkum evin açarlarını təhqiqatçıya təqdim etməsi, evə baxış zamanı isə təhqiqatçının açarları cibindən çıxarıb Məhkum təqdim etməsi və evin giriş qapısını açmasını bildirməsi həmin evin baxış keçirilməzdən əvvəl polisin nəzarəti altına düşməsini təsdiq edir. Bu isə öz növbəsində evə baxış protokolunun istintaq hərəkəti sənədi kimi mötəbərliyini şübhə altına alır və həmin protokolun mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz edir.” qərarında qeyd etmişdir. Göründüyü kimi, məhkəmə Məhkum evindən aşkar edilmiş 1015 qram çəkidə heroinin guya ona aidiyyəti olmamasını əsaslandırmaq üçün, evin açarlarının təhqiqatçıda olmasını və baxışın keçirilməsi məqsədilə evin bağlı qapısını açmaq üçün açarları Məhkum təqdim etməsini evin polis nəzarəti altında olmasını bəhanə kimi gətirməsi anlaşılmazdır. Belə ki, yuxarıda qeyd edilən istintaq hərəkətləri Məhkum saxlanılmasından dərhal sonra yerinə yetirilmişdir. Həmçinin, iş materialları ilə təsdiq edilir ki, Məhkum şəxsi axtarış zamanı özü evin açarlarını təhqiqatçıya təqdim etdikdən sonra narkotik vasitənin yaşadığı evdə saxlamasını bildirdiyindən və o, artıq şübhəli şəxs kimi tutulduğundan təhqiqatçı təqdim edilmiş açarları özündə saxlamışdır. Ona görə ki, açarlar iş üzrə maddi sübut kimi əhəmiyyətə malik olmadığından sübutlar siyahısına daxil edilməyərək qablaşdırılmamış, Məhkum isə şübhəli şəxs qismində artıq tutulduğuna görə, metaldan hazırlanmış açarların şəxsi axtar ışdan sonra saxlanılması üçün şübhəli şəxs saxlanıldığı Müvəqqəti Saxlama Yerinin saxlanc otağına təhvil verilməli, lakin şübhəli şəxs özü hələ MSY-ə təhvil verilmədiyindən və baxışın keçirilməsi üçün evin qapısını açmaqdan ötrü evin açarlarını təhqiqatçı (təhlükəsizlik baxımından) özündə saxlamışdır. Göründüyü kimi, şəxsi axtarış başa çatdıqdan sonra yaşayış sahəsinə baxış keçirilməsi başlananadək olan qısa müddət ərzində evin açarlarının başqa şəxsdə deyil, məhz təhqiqatçıda olması qanuni, əsaslı və məntiqlidir. Bundan əlavə məhkəmə qərarında, külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilən nəqliyyat vasitəsinin saxlanılmadan öncə qəzaya düşməsi və polisin nəzarəti altında qalmasına dair Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” iş üzrə 10 aprel 20 14-cü il tarixli qərarına istinad etmişdir. Lakin məhkəmə işin hallarını nəzərə almamışdır ki, külli miqdarda narkotik vasitə aşkar edilən ev qısa bir müddət polisin nəzarəti altında qalsa belə, yalnız bu digər sübutlarla təsdiqini tapmadığı halda, nə verilmiş ittihamı, nə də şəxsin əməlini inkar edən dəlillər kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, yuxarıda qeyd edilənləri hazırkı işdə nəzərə aldıqda aydın olur ki, Məhkum saxlanılması və müəyyən müddət (şübhəli şəxs kimi tutulma, və şəxsi axtarış zamanı) polisin nəzarəti altında qalması qəbul olunsa belə, evindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə ona verilmiş ittihamın doğruluğunu təkzib etməyə yetərli deyil. Belə ki, Məhkum evindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olması barədə özünün ibtidai istintaq zamanı ver diyi etirafedici ifadələri, şəxsi axtarış və götürmə, yaşayış yerinə baxış və götürmə protokolları, onların əks olunduğu videogörüntülər, şahidlərin ibtidai istintaq və məhkəmə zamanı verdikləri ifadələr, Məhkum üzərindən və evindən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olması barədə ekspertiza rəyi verilmiş ittihamın düzgün həllinə kifayət edən və onun doğruluğunu bütünlüklə təsdiq edən sübutlar olmuşdur. Məhkəmənin məntiqinə görə, əgər Məhkum yuxarıda qeyd edilən həmin bağlamadan narkotik vasitə götürmüşdürsə, bağlamanı yenidən bağlamamalıydı. Göründüyü kimi, məhkəmə nəzərə almamışdır ki, məntiqlə toz və ya xırda kristal formada olan maddələr saxlanıldığı bağlama və ya qab bağlı saxlanılmasa, həmin maddə dağılaraq məhv olunacaq. Ona görə məişətdə də istənilən toz və kristal form ada olan maddələr açıq və ya səpələnmiş vəziyyətdə deyil, bağlı qablarda, bükümlərdə və ya bağlamalarda saxlanılır və onlardan istifadə edildikdən sonra yenidən qablaşdırılır. Onu da qeyd etmək vacibdir ki, həmin bağlama zavod üsulu ilə deyil, kustar üsulla qablaşdırıldığına görə, təhqiqatçı bağlamanı açmamışdan əvvəl onun tamlığının pozulması məhkəmə tərəfindən müəyyən edilməsi üsulu da böyük sual doğurur. Beləliklə, bu hal üzrə də məhkəmənin qənaəti əsassız və məntiqsiz olmuşdur. Qərarın nəticə hissəsində qeyd olunanlardan göründüyü kimi, Məhkum yaşadığı evindən aşkar edilməsi göstərilən 1015 qram çəkidə narkotik vasitə olan heroinin ittihamdan və ya hökmdən xaric edilməsi və ya ona bəraət verilməsi və ya digər əsaslarla həmin fakta dair cinayət işi üzrə icraata xitam verilməsi barədə gö stərilməmiş, yalnız qərarın surəti və müvafiq iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroruna göndərilməsi qeyd edilmişdir. Faktiki olaraq məhkəmə evə baxış keçirilməsinə dair protokolu şübhə altına almaqla və maddi sübut olan 1015 qram çəkidə narkotik vasitə heroini maddi sübut kimi qəbul etməməklə həmin fakt üzrə Məhkum təqsirli bilməmiş, lakin yekun qərarının təsviriəsaslandırıcı və nəticə hissələrində gəldiyi nəticəni göstərməməklə qeyd edilən fakt üzrə heç bir hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlə r: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tə ləblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələrinin dispozisiyalarına əsasən həmin maddələrlə nəzərdə tutulmuş cinayət tərkibləri biri-birindən yalnız qanunsuz olaraq əldə edilmiş, saxlanılmış və ya satılmış narkotik vasitələrin və ya psixotrop maddələrinin miqdarı ilə fərqlənir. Belə ki, narkotik vasitənin və ya psixotrop maddənin xeyli miqdarda olduqda həmin maddələrlə nəzərdə tutulmuş əməl CM-in 234.2-ci maddəsi ilə, külli miqdarda olduqda isə CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı dır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Göründüyü kimi yuxarıda qeyd edilən qanun normalarının tələblərinə görə şəxsin əməlini CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif etmək üçün narkotik vasitənin və ya psixotrop maddənin xeyli və ya külli miqdarda olması cinayət işi üzrə toplanmış mötəbər sübutlarla müəyyən edilməlidir. Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür k i, 08 yanvar 2023-cü il tarixdə məhkumun üzərində 0,778 qram, onun yaşadığı evdə 1015 qram narkotik vasitə heroin aşkar edilmişdir. Buna əsasən istintaq orqanı və birinci instansiya məhkəməsi nəticəyə gəlmişlər ki, Məhkum külli miqdarda – 1015,778 qram heroin əldə etmiş və saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi sübutlara qiymət verib belə bir nəticəyə gəlmişdir ki, Məhkum yaşadığı evdə aşkar edilmiş 1015 qram heroinin məhkuma məxsus olması mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi Məhkum 1015 qram heroinlə əlaqədar ittihamın hissəsi sübuta yetirmədiyindən onu yalnız 0,778 qram heroinlə bağlı təqsirli olmasına dair nəticəyə gəlmişdir. Məhkum üzərində 5 bükümdə olan 0,778 qram miqdarında heroinin aşkar edilməsi, onun həmin heroini məhz satış məqsədi ilə əldə edilməsi və saxlaması barədə məhkəmələrinin gəldiyi nəticə kassasiya protestində mübahisələndirmir, müdafiə tərəfi də bu barədə məhkəmənin qərarından kassasiya şikayəti verməmişdir. Kassasiya protestində məhz Məhkum 1015 qram heroinlə əlaqədar ittihamın hissəsinin sübuta yetirilməməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsaslığı mübahisələndirilir. Protestdə qeyd olunur ki, ittihamın bu hissəsini təsdiq edən sübutlar məhkumun 1015 qram miqdarında heroinin satış məqsədi ilə əldə edilməsində və saxlanmasında təqsirini heç bir şübhə olmadan müəyyən edir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri müzakirə edərək qeyd edir ki, ittiham tərəfi Məhkum 1015 qram heroinlə bağlı təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə məhkumun ibtidai istintaq zamanı verdiyi ifadə, məhkumun yaşadığı evə baxış keçirilməsi barədə protokolu, həmin baxışda iştirak etmiş polis əməkdaşlarının şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi və maddi sübut - 1015 qram miqdarında heroin təqdim etmişdir. Məhkəmə kollegiyası həmin sübutlara nəzər salıb qeyd edir ki, həmin sübutlarla Məhkum aşkar edilmiş heroini hər hansı bir konkret şəxsdən alması və ya hər hansı bir şəxsə satması faktı müəyyən edilməmişdir. Məhkuma qarşı satış məqsədi ilə həmin miqdarda heroinin əldə edilməsi və saxlanması barədə ittiham yalnız onun yaşadığı evdə 1015 qram heroinin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə narkotik vasitənin aşkar edilməsini təsd iq edən sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkum ibtidai istintaq zamanı yaşadığı ünvan 2 ünvanında yerləşən evdən aşkar edilən 1015 qram çəkidə heroinin özünə məxsus olduğunu, həmin heroini tutulmazdan bir neçə gün əvvəl Elşən adlı İran vətəndaşından aldığını, yaşadığı evdə saxladığını etiraf etsə də, birinci instansiya məhkəməsində və apellyasiya baxışında əvvəlki ifadələrinin həmin hissəsini təsdiq etməmişdir. O, göstərmişdir ki, ibtidai araşdırma zamanı polis əməkdaşlarının onu döyməsi və etirafedici ifadələr verməyə məcbur etməsi nəticəsində həmin ifadələri vermişdir. Əslində isə evində ümumiyyətlə narkotik vasitə olmamış, o, hər hansı İran vətəndaşını tanımamış və ondan narkotik vasitə almamışdır. Azərbaycan Respublikası CPM-in 351-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyr inə şərh edərək. Məhkəmə kollegiyası qanunun bu tələbləri baxımından qeyd edir ki, məhkuma qarşı qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar irəli sürülmüş ittiham yalnız narkotik vasitənin onun evində aşkar edilməsi faktına əsaslanırsa və məhkum həmin narkotik vasitənin ona məxsus olmasını təkzib edirsə, ittiham yalnız maddi sübutun aşkar edilməsi şəraiti ilə bağlı heç bir şübhə olmadığı və narkotik vasitənin məhkuma məxsus olması barədə qaçılmaz və mötəbər nəticəyə gəlmək imkanı yarandığı halda sübuta yetirilmiş hesab edilə bilər. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və evə baxış keçirilməsi haqqında 08 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, əməliyyat-axtarış qrupuna daxil olan polis əməkdaşları Məhkum üzərinə axtarış zamanı onun yaşadığı evin açarlarını gö türmüş, lakin CPM-in 245.8-ci maddəsinin tələblərinə zidd olaraq həmin açarları qablaşdırmamış və möhürləməmişlər. Evin açarları polis əməkdaşlarının sərəncamına keçdikdən bir saat sonra məhkumun tək yaşadığı evə baxış keçirilmiş və orada 1015 qram heroin aşkar edilmişdir. Baxış protokolunun videoyazısından görünür ki, evin açarları polis əməkdaşları tərəfindən məhkuma evin qapısını açmaq üçün bilavasitə baxışdan əvvəl qaytarılmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, baxışdan əvvəl məhkumun yaşadığı evin tamamilə polis əməkdaşlarının nəzarəti altında olması maddi sübutun “qoyulması” ehtimalı ilə bağlı əsaslı şübhələr yaradır. Bu hal isə, ümumilikdə, baxışın nəticələrinin mötəbərliyini sual altına qoyur. İttihamın digər sübutlara gəldikdə mə hkəmə kollegiyası qeyd edir ki, həmin sübutlar baxış protokolu ilə əlaqədar yuxarıda qeyd edilən şübhələr aradan qaldırmır, narkotik vasitənin məhkuma məxsus olmasını müəyyən etmir. Belə ki, şahidlər narkotik vasitənin məhkuma məxsus olması barədə yalnız məhkumun özünün ilkin ifadəsi əsasında bildirmiş, məhkəmə kimyəvi ekspertizasının rəyi isə narkotik vasitənin növü və miqdarını müəyyən edir. Məhkum öz yaşadığı evdə 1015 qram heroinin onun tərəfindən saxlanılması barədə ibtidai istintaq zamanı verdiyi ifadələri şübhə altına alan amillərdən biri həmin ifadədə göstərilən halların həqiqətə uyğun olmamasıdır. Belə ki, Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən qeyd etmişdir ki, o, ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir. Narkotik vasi təni ona Elşən adlı İran vətəndaşı vermişdir. O, Elşənlə ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. Lakin birinci instansiya məhkəməsində ***-***-**-** nömrəli mobil telefonla bağlı anten məlumatlarının götürülməsi ilə əlaqədar məhkəmənin qərarına cavab olaraq "xxxx" MMC-nin 05 iyul 2023-cü il tarixli (ll cild səh.150) məktubundan görünür ki, ***-***-**-** nömrə sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyasının fikrincə apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verib nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən yaşadığı evdə 1015 qram heroinin saxlanılmasını təsdiq edən sübutlar şübhə doğurur və mötəbər hesab edilə bilməz. Məhkum qarşı satış məqsədi ilə qanunsuz olaraq 1015 qram heroinin əlqə e dilməsi və saxlaması barədə ittiham məhz onun evində həmin miqdarda heroinin aşkar edilməsi əsasında sürülmüşdür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, məhkuma qarşı sürülmüş ittihamın bu hissəsi sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs Məhkum üzərində 5 xırda bükümdə olan 0,778 qram heroinin aşkar edilməsi cinayət-prosessual qanunun tələblərinə riayət edilməklə əldə edilmiş, mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum beş bükümdə 0,778 qram heroinin əldə edilməsi və saxlaması ilə əlaqədar əməli əsaslı olaraq satış məqsədi ilə törətmiş əməl kimi qiymətləndirmişdir. Belə ki, işdə olan "xxxx" MMC-in Məhkum məxsus ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan S MS-lər haqqında məlumatlardan görünür ki, Məhkum ondan narkotik vasitə istəyən şəxslərə narkotik vasitə olması, yaxud olmaması şəklində mənfi və ya müsbət cavablar verir, özü həmin şəxslərdən narkotik vasitə istəyir. Həmçinin SMS mətnlərindən görünür ki, Məhkum özü və əlaqədə olduğu həmin şəxslər heroini öz aralarında şərti olaraq “kola” adlandırırlar, məsələn “kola” üçün 55 manat tələb edildiyi barədə bir-birilərinə məlumat verirlər. Bir sözlə, SMS-lərin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrin əvəzli, yaxud əvəzsiz olaraq yayılmasında bilavasitə iştirak edir. Bundan başqa, məhkəmə kollegiyası Məhkum narkotik vasitə olan heroini xırda bükümlər şəklində üstündə gəzdirməsini də onun həmin narkotik vasitə bükümlərini satış məqsədilə əld ə edib üzərində saxladığını təsdiq edən hal kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə kollegiyasının fikrincə apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilmə sində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum külli miqdarda narkotik maddəni satış məqsədi ilə əldə edib saxlaması mötəbər sübutlarla təsdiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların ara şdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə əldə edilib saxlanılan narkotik maddənin külli miqdarda olması nəticəsinə gələrkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etməmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübut ları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini yalnız 0,778 qram narkotik vasitə heroinə münasibətdə düzgün olaraq CM-in 234.2-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təyin edilmiş cəza 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda göstə rilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 0 iyul 2024-cü il tarixli 1(106)-161/2024 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 10 iyul 2024-cü il tarixli 1(106)-161/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar