Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1920/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Mə hkum1 və X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim M.A.Məmmədov) 12 oktyabr 2020-ci il tarixli hökmü ilə 12 avqust 1988-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhərində ünvansız evdə yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2019-cu il tarixdən hesablanmışdır. xx xxxxxx 1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Nüydü kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikasının CM-in 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2019-cu il tarixdən hesablanmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elmar Rəhimov, hakimlər Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) 29 iyul 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi xaric edilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-i n 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay müddətinə endirilmiş, Məhkum1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 05 (beş) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), X11 və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə) 08 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş,Məhkum1 və Məhkum2 Elən oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: X12 oğlu (sədrlik edən və məru zəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 və Məhkum2 verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xaric edilmişdir. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay müddətə endirilsin. Məhkum1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum et mə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 ona təyin edilmiş cəzanı çəkdyindən cəzası çəkilib qurtarmış hesab edilmişdir. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətə endirilmiş, Məhkum2 ona təyin edilmiş cəzanı çəkdiyindən cəzası çəkilib qurtarmış hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 v ə Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Belə ki, məhkəmənin gəldiyi qənaətə əsasən, Məhkum1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Şahid3 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 00:30-da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilin giriş qapısını ling vasitəsi ilə sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olmuş, Məhkum2 zərərçəkmiş şəxslərin gələcəyi təqdirdə onlara xəbər vermək məqsədilə qeyd edilən mənz ilin yerləşdiyi binanın qarşısında dayanmış, o və Şahid3 həmin mənzilin qonaq otağında yerləşən dolabdan içərisində Zərərçəkmiş şəxs1 məxsus 10000 manat və milli pul ekvivalenti ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları, cəmi 18500 manat nəğd pul vəsaiti olan Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd ehtiyat açarı birlikdə dəyəri 150 manat olan seyfi və həmin otaqda stolun üzərindən sonuncuya məxsus dəyəri 600 manat olan 1 ədəd “İphone” markalı A1661 (7plus) modelli mobil telefonu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 18500 manat, Zərərçəkmiş şəxs2 750 manat olmaqla ümumilikdə 19250 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLA RİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestində məhkəmə kollegiyasının qərarı əsassız olduğundan ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsinə dair xahişini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yekun qərarında Məhkum1 və X6 ittihamından CM-nin 177.2.4-cü maddəsini xaric edərkən zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ziddiyətli ifadələrinə üstün hüquqi qiymət vermiş, iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəblərini göstərməmiş, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları müqayisəli tədqiq etməmiş və gəldiyi nəticələr ziddiyətli sübutlara əsaslanmışdır Bundan əlavə, müəyyən edilmişdir ki, hazırki işdə istinad olunan cinayət əməlini törətmiş, yəni bu cinayətin digər iştirakçısı Şahid3 istintaqdan yayındığına görə barəsində axtarış elan olunmuş və ona aid hissədə indiki cinayət işindən ayrıca icraata iş ayrılmışdır. Həmin iş üzrə İsayev X7 Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Şahid3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə (F.A.Qasımovun sədrliyi ilə, E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, vahid cinayət əməlini törətmiş təqsirləndirilən şəxslər barədə iki ayrı cinayət işinə baxan məhkəmə tərkibləri tərəfindən həmin cinayətin iştirakçılarından biri (Şahid3 CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinsə də, digər ikisinin (Məhkum1 və Məhkum2) ittihamından CM-nin 177.2.4-cü maddəsi xaric edilmişdir. Bununla da, məhkəmə kollegiyaları tərəfindən bir cinayət əməlinin iştirakçısı üç şəxsin barəsində törədilmiş əməlin tövsifi və talanmış əmlakın dəyəri ilə bağlı iki fərqli hüquqi mövqe nümayiş etdirilərək ədalət mühakiməsinin mənafeyinə dair tələblərə əməl olunmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənb əyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən hallar tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğul ayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və y axud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumlar;n əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli olduğu halda, əsassız olaraq CM-nin 177.2.4-cü maddəsi ilə verilmiş ittiham ümumi ittihamdan xaric edildiyini, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM- in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində i sə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qəra rına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirili r. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmaya n şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələbləri baxımından cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə k assasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum1 və X.Rəsulova verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmamış, apellyasiya məhkəməsi cinayət işi üzrə həqiqəti müəyyən etmək və məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin düzgün tövsif edilməsi üçün əhəmiyyət kəsb edən işin bütün halları tam və hərtərəfli araşdırmış, məhkumların əməl lərində Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına dair nəticəyə gəlmiş və onların ittihamından Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsini xaric etmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 03 mart tarixli qərarının 27-ci bəndinə əsasən, oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdarda n az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsfi edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinay ətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, həm ibtidai istintaqda, həm də məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 18.500 manat pulun ünvan 4 ünvanında yerləşən mənzildən seyfin içərisində olması, həmin məbləğin oğurlanmadığı aşkar qaydada bildirilmiş, eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs2 ərizə ilə rəsmi qaydada müraciət edərək mənzildə onunla birlikdə yaşayan Zərərçəkmiş şəxs1 məxsus 10.000 manat və milli pul vahidi ilə ekvivalentdə 8500 manat təşkil edən 5000 ABŞ dolları məbləğində pulun yerini dəyişdiyini, bu səbəbdən də göstərilən məbləğin oğurlanmadığını etiraf etmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmünə əsasən birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,...Xəyal «Günəş» yanacaqdoldurma məntəqəsinin yaxınlığında «Bizim» market istiqamətində yolun solundakı doqquzmərtəbəli binada Şəhla adında qadın yaşadığını və hər gün gecə 00:00 radələrində rəfiqələri ilə birlikdə şəhərdə yerləşən klublara getdikləri üçün evdə heç kəsin olmadığını, özünün də Şəhlanın rəfiqələri ilə yaşadığı həmin evə gediş-gəlişi olduğunu, həmin evin qonaq otağında olan seyfin içərisində 20.000 manat pul olduğunu dəqiqliklə bildiyini demişdir.... Orada birlikdə seyfi açmış və seyfin içində 200 manat pul, Zərərçəkmiş şəxs2 məxsus “AccessBank” kartı, “Unibank”ın ödəniş çeki, seyfin 2 ədəd ehtiyat açarı və kartın şifrəsi olan kağız olmuşdur. Onlar pulu öz aralarında bölmüş, həmin puldan 100 manatını o götürmüş, 50 manatını Xəyala, 50 manatını isə Orxana vermişdir... Ali Məhkəmənin Cinayət Kollegiyasının yuxarıda qeyd edilən müvafiq qərarındakı göstərişə uyğun apellyasiya məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı səhhəti ilə əlaqədar dərman qəbul etmişdir və həmin zaman özünü çox da yaxşı hiss etməmişdir. Bu səbəbdən verdiyi ifadəsini də tam xatırlamır. Ona imzalamaq üçün verilən sənədləri oxumadan imzalamışdır. Hadisə zamanı seyfin içərisində 20.000 manat pul olması barədə əvvəlcədən məlumatları olmamışdır. Həmçinin, məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 Şahid3 ifadəsini təsdiq edərək, Hadisə zamanı seyfin içərisində 20.000 manat pul olması barədə əvvəlcədən məlumatları olmadıqlarını, bu barədə öz aralarında heç bir söz danışmadıqlarını bildirmişlər. Cinayət qanunvericiliyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını zərərçəkmiş şəxsə “xeyli miqdarda”, yəni Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə ziyanın vurulması ilə şərtləndirmiş, ziyanın miqdarının beş min manatdan artıq, lakin əlli min manatdan artıq olmayan məbləğ təşkil etməsi bu cinayətin obyektiv cəhətinin zəruri əlaməti olduğundan Məhkum1 və Məhkum2 verilmiş ittihamda Zərərçəkmiş şəxs1 xeyli miqdarda ( 18500 manat) maddi ziyan vurmaqla oğurluq etməsi sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum1 və Məhkum2 verilmiş ittihamda Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi sübuta yetirilmədiyindən, həmin hissəni ittihamdan xaric etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ist intaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu il ə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. İş materiallarına əsasən həqiqətən məhkumların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə verilmiş ittihamda göstərilən məbləğdə pulun oğurlanmasını üçün daxıl olmalarını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum1 və Xəyal Rəsulovun əməllərinin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərd ə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxa rıda təsvir edilənlər məhkəmə tərəfindən sübutların yoxlanılmasını, tam, hərətəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olundüğünü göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 və Xəyal Rəsulovun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə bağlı təqsirlərinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası həmçinin kassasiya protestində göstərilmiş “eyni iş üzrə digər məhkum Şahid3 barəsində apellyasiya məh kəməsinin fərqli yanaşma sərgiləməsinə dair” dəlillərinə qiymət verərək qeyd edir ki, nə qədər ki, apellyasiya məhkəməsinin həmin qərarından kassasiya qaydasında şikayət və ya protest verilməmişdir, həmin qərarın qanuni və əsaslığı barədə kassasiya məhkəmə kollegiyasının münasibət bildirməsi yol verilməzdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya ka ssasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdiril
Məhkəmə qərarları › İş №1(102)-1920/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1920/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver