Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1920/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Məhkum1 və Məhkum2, müdafiəçilər Müdafiəçi4 və Müdafiəçi3 işt irakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2023-cü il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 1(036)-59/2022 nömrəli 13 dekabr 2022-ci il tarixli hökmü ilə 01 iyun 1973-cü ildə xxxx rayonu, xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli,orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, xxxx rayonu, xxxx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum1 əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət v erilmiş, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmiş; xx xxxxxxxx 1982-ci ildə xxxx rayonu, xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, xxxx rayonu xxxx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum2 əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilmiş, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, Məhkum1 21 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı xxxx rayonu, xxxx kəndindək i evin yerləşdiyi küçədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yanında qızı xxxx xxxx keçmiş nişanlısı Şahid2 görüb, bundan hiddətlənərək evə keçib bıçaq götürərək çölə çıxdıqdan sonra uca səslə nalayiq ifadələr işlətməklə onların dayandığı yer istiqamətinə gələrək Şahid2 axtarmağa başlamış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şahid2 getdiyini, burada olmadığını bildirdikdə, o daha da hiddətlənib onları nalayiq ifadələrlə təhqir edərək yaşadığı küçədə dayanmalarını kobud şəkildə irad tutmuş və bunu bəhanə etməklə, oraya gələn qardaşı Məhkum2 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan alkoqol sərxoşluğu vəziyyətində özlərini cəmiyyətin fövqündə qoyaraq, ictimai qaydanı kobud surətdə pozan, ətrafda yaşayan şəxslərə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməklə, habelə on ların istirahətinə mane olmaqla cəmiyyətdə bərqərar olan davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər edib, küçədə, yəni ictimai yerdə zor tətbiq edərək silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs1 bədəninə dirəmiş, Məhkum2 isə zor tətbiq edərək silahdan istifadə etməklə ov tüfəngini Zərərçəkmiş şəxs1 istiqamətində tuşlamış, sonuncu həyat və sağlamlığının təhlükədə olduğunu müşahidə edib müqavimət göstərdikdə o, Məhkum2 ilə birlikdə zor tətbiq edərək Zərərçəkmiş şəxs1 motosikletdən yerə yıxıb yumruq və təpiklə vuraraq fiziki ağrı və sol diz oynağının ön səthində sıyrıqdan ibarət dərəcəsi təyin olunmayan, habelə Məhkum2 istifadə etdiyi silahın, ov tüfənginin qundağı ilə baş nahiyəsindən vuraraq orta xətt boyunca ön təpə nahiyəsində yaradan ibarət dərəcəsi təyin olun mayan xəsarət yetirmiş, o, silah qismində istifadə etdiyi bıçaqla bir neçə dəfə Zərərçəkmiş şəxs1 zərbə vurmağa çalışmış, lakin sonuncu həmin zərbələrdən yayınaraq oradan qaçarkən o da arxasınca qaçaraq Zərərçəkmiş şəxs1 təqib etmiş, lakin çata bilmədiyindən geri qayıdıb səs-küy səbəbindən orada toplaşan şəxslərə digərlərindən əsaslı surətdə fərqləndiklərini nümayiş etdirmək üçün qərəzli hərəkətlərini Məhkum2 ilə birlikdə bir qrup şəxs halında davam etdirərək Zərərçəkmiş şəxs2 hücum edib yumruq və təpiklə vuraraq fiziki ağrı və qarnın ön divarında epiqastral nahiyədə, döş qəfəsinin sol yan səthində sıyrıqlardan ibarət dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, habelə, o, Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi bıçaqla bir neçə dəfə vurmağa cəhd edərək zor tətbiq etmiş, daha son ra Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus motosikleti təpiklə vurub və yerə çırpıb zədələyərək, onun sahibinə 312 (üç yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla, silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında xuliqanlıq etmişlər. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 1(106)-227/2023 nömrəli, 12 may 2023-cü il tarixli hökmü ilə İmişli Rayon Məhkəməsinin 1(036)-59/2022 saylı 13 dekabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, -Məhkum1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 may 2023cü il tarixdən hesablanması, -Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 may 2023cü il tarixdən hesablanması qərara alınmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi4 ayrı-ayrılıqda kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi və əməllərində cinayət tərkibi olmadığından, irəli sürülmüş ittiham üzrə məhkumlara bəraət verilməsi barədə qəra r qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi4 kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Məhkum1 və Məhkum2 ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında baş vermiş dalaşma 22 sentyabr 2021-ci il tarixdə saat 00 radələrində şəxsi münasibətlər zəminində başlamış və ictimai yerdə deyil yaşayış sahəsindən kənarda olmuşdur. Şəxsi münasibətlər zəminində evdə, mənzildə, ailədə yəni ictimai olmayan yerlərdə tanışların, qohumların məhdud dairəsində zərərçəkmiş şəxsi döymə, təhqir etmə, onun sağlamlığına zərər vurma bu kimi hərəkətlər etmə xuliqanlıq kimi qiymətləndirilmir. Belə ki, iş materiallarına diqqət yetirdikdə məlum olur ki, həmin şəxslər eyni kənddə yaşayırlar şəxsi münasibətlər zəminində aralarında mübahisə olmu şdur. Belə ki, həmin şəxslərin bir-biri ilə qohumluq əlaqələri olmuş, hadisənin bilavasitə səbəbkarı Şahid2 Məhkum1 qızı X6 ilə nişanlanmış və sonra isə İlkin X2rşı bir neçə ədəbsiz hərəkətlər etməsi baxımından münasibətləri pisləşmiş və qohumluq münasibətlərinə son qoyulmuşdur. Həmin hadisənin də baş verməsinə əsas olmuş səbəblərdən də biri bu hesab olunur. Bu haldan da bir daha aydın olur ki, hadisənin baş verməsinə əsas səbəb qohumlar arasında, şəxsi münasibətlər zəminində intiqam hissi almaq olmuşdur. Məhkum1 ilə Zərərçəkmiş şəxs2 tez-tez digərləri ilə birlikdə yaşadığı evinin həndəvərində dolaşmasından narahat olduğundan onunla qısqanclıq zəminində münasibətləri pisləşmişdir. 22 sentyabr 2021-ci il tarixdə saat 00 radələrində İmişli rayonu Hacırüstəmli kəndindən keçən asfalt yoldan ya şadığı evə gedən küçənin başlanğıcında (yaşayış massivindən 100-150 metr aralıda) Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə dalaşmış, adı çəkilən şəxslərin hər biri hadisə nəticəsində sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər almışdır. Məhkum1 ilə Şahid2 arasında vaxtilə X7ma qarşı etdiyi hərəkətlərə görə düşmənçilik yaranmış, habelə Zərərçəkmiş şəxs2 tez-tez digərləri ilə birlikdə yaşadığı evinin həndəvərində dolaşmasından narahat olduğundan onunla qısqanclıq zəminində münasibətləri pisləşmişdir. Bu səbəbdən də Məhkum1 və Məhkum2 ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında baş vermiş dalaşma 22 sentyabr 2021-ci il tarixdə saat 00 radələrində şəxsi münasibətlər zəminində başlanmış və ictimai yerdə deyil, İmişli rayonu Hacırüstəmli kəndindən keçən asfalt yoldan yaşayış massivinə gedən küçənin başlanğıcında (yaşayış massivindən 100-150 metr aralıda), kimsəsiz yerdə baş vermişdir. Həmin yerdə onlardan başqa heç kəs olmadığından ictimai asayiş pozulmamış, heç kəsin normal həyat və fəaliyyəti üçün təhlükə yaranmamış, ictimai və ya şəxsi mənafelərə heç bir zərər dəyməmişdir. Baş vermiş hadisə dörd nəfərin qarşılıqlı dava dalaşma səbəb olsa da həmin şəxslərin xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkum1 ilə Şahid2 arasında vaxtilə X7ma qarşı etdiyi hərəkətlərə görə düşmənçilik yaranmış, habelə Zərərçəkmiş şəxs2 tez-tez digərləri ilə birlikdə yaşadığı evinin həndəvərində dolaşmasından narahat olduğundan onunla qısqanclıq zəminində münasibətləri pisləşmişdir. Bu səbəbdə də baş vermiş dalaşma şəxsi müna sibətlər zəminində başlanmış və ictimai yerdə deyil, İmişli rayonu Hacırüstəmli kəndindən keçən asfalt yoldan yaşayış massivinə gedən küçənin başlanğıcında (yaşayış massivindən 100150 metr aralıda), kimsəsiz yerdə baş vermişdir. Həmin yerdə onlardan başqa heç kəs olmadığından ictimai asayiş pozulmamış, heç kəsin normal həyat və fəaliyyəti üçün təhlükə yaranmamış, ictimai və ya şəxsi mənafelərə heç bir zərər dəyməmişdir. Eyni zamanda Məhkum1 və Məhkum2 hadisə zamanı silah tətbiq etməsi, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aşkar edilən xəsarətlərin tüfəng və ya bıçaqla yetirilməsi müəyyən edilməmişdir. Belə olan halda hansı silah və silah qismində istifadə edilən əşyadan söhbət gedə bilər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, c inayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, məhkumlar Məhkum1 əməllərində xuliqanlıq cinayət əməlinin tərkibi yoxdur, lakin apelyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan səhvə yol verərək onların əməllərini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif etmiş və onları həmin maddə ilə təqsirli bilmişdir. Müdafiəçilər kassasiya şikayətlərində qeyd etmişlər ki, məhkumlarla zərərçəkmiş şəxslərin arasında mübahisə şəxsi münasibətlər zəminində baş vermiş, hadisə baş verdiyi yer ictimai yer olmamış və bu səbəbdən ictimai asayış pozulmamışdır. Kassasiya şikayətlərindən görünür ki, məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda göstərilən əməllərin törətmələri deyil, həmin əməllərə apelyasiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymət mübahisələndirilir. Belə ki, kassatorlar hesab edirlər ki, məhkumların törətdikləri əməllərdə xuliqanlıq cinayətinin əlamətləri yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlilləri cinayət işi üzrə toplanmış sübutlarla və işin halları ilə müqayisəli təhlil edib nəticəyə gəlir ki, həmin dəlillər əsassızdır, iş üzrə sübutlara və işin halları ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə po zan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Həmin maddədə xuliqanlıq hərəkətlərinin bir qrup şəxs tərəfindən və silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədilməsi tövsifedici-ağırlaşdırıcı hallar qismində nəzərdə tutulmuş və əməlin müvafiq olaraq CM-in 221.2.1 və 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelə rə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyas ına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tə dbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, apelyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X5 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu – zərərçəkmiş və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizaların rəyləri, zərər aktı və digər sübutlarla müəyyən edilmişdir ki, məhkumlar Məhkum1 və Məhkum2 birgə hərəkət edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Məhkum1 yaşadığı evindən 100-150 metr məsafədə küçədə dayanmalarını bəhanə edərək bıçaq və ov tüfəngindən istifadə etməklə onlara qarşı zor tətbiq etmiş və onlara bədən xəsarətləri yetirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin kənd küçəsi ictimai yer olmadığı, habelə məhkumlarla zərərçəkmiş şəxslərin arasında mübahisənin şəxsi münasibətlər zəminində baş verməsi barədə dəlilləri əsaslı hesab etmir. Belə ki, kənd küçəsi həm orada yaşayanların, həm kəndə gələn adamların ümumi istifadəsində olan yer və onu ictimai yer hesab etməmək üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının fikrincə Məhkum1 pis münasibətdə olduğu qızının keçmiş nişanlısı Şahid2 zərərçəkmiş şəxslərlə dayanıb hadisəyə qədər həmin yerdən uzaqlaşdıqdan sonra zərərçəkmişlərin məhkumun yaşadığı evdən 100-150 metr məsafədə dayanmalarını bəhanə edərək məhkumların zərərçəkmişlərlə mübahisə etməsi onların xuliqanlıq niyyətinin təzahürü kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məhkumların əməllərində Azərbaycan Respublikas ı CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Apelyasiya instansiyasında apelyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış (zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə və iş üzrə digər sübutlara), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdi yi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum1 və Məhkum2 əməlləri CM-in 221.3-cü madd əsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya məhkəməsinin hökmündən da görünür ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkib i olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olmaları tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı hər hansı kobud prosessual pozuntuya yol verilməmiş, o cümlədən onun müdafiə hüququ tam və keyfiyyətli şəkildə təmin edilməklə bütün istintaq hərəkətlərində müdafiəçisinin iştirakı təmin edilmişdir. Göründüyü kimi, məhkumlar Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmi şdir və apelyasiya məhkəməsin təqsirləndirilən şəxslərin əməlinin tövsifi ilə əlaqədar gəldiyi nəticələr düzgün və əsaslıdır. Bundan başqa, apelyasiya məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 46.2, 58.3, 65.2-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, ədalətli cəzadır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apelyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum1 və Məhkum2 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Şirvan Apelyasiya Məhk əməsinin Cinayət kollegiyasının 12 may 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1920/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1920/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver