Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1920/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkməsinin 28 dekabr 2022-ci il tarixli hök mü ilə (sədrlik edən hakim D.H.İmanov, hakimlər N.T.Əliyev və R.N.Ələkbərlidən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1995-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 6 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.B.Hüseynov, hakimlər Ə.G.Abdullayev və R.M.Cəfərovdan ibarət məhkəmə tərkibi) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkməsinin 28 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,774 qram, 0,362 qram, 0,412 qram, 0,393 qram, 0,368 qram, 0,364 qram, 0,442 qram, 0,365 qram, 0,391 qram, 0,397 qram, 0,375 qram, 0,396 qram, 0,348 qram, 0,142 qram olmaqla ümumi təmiz çəkisi 5,529 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ayrı-ayrılıqda təmiz çəkiləri 10,411 qram, 0,310 qram, 0,375 qram, 0,407 qram, 0,364 qram, 0,382 qram, 0,381 qram, 0,358 qram, 0,391 qram, 0,110 qram, 0,341 qram, 0,249 qram olmaqla ümumi təmiz çəkisi 14,079 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 0,16 qram, 1,44 qram olmaqla ümumi təmiz çəkisi 1,6 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və yaşadığı ünvan 2 ünvanında yerləşən evin yataq otağındakı çəkməcənin üzərində saxlamış, 6 aprel 2022-ci il tarixdə saat 15:00 radələrində XXX15nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində XXX20ndə şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,774 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq elə həmin tarixdə saat 16:10-da Məhkum yaşadığı evə keçir ilmiş baxış zamanı həmin evin yataq otağındakı çəkməcənin üzərindən 13 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,412 qram, 0,393 qram, 0,368 qram, 0,364 qram, 0,442 qram, 0,365 qram, 0,391 qram, 0,397 qram, 0,375 qram, 0,396 qram, 0,348 qram, 0,142 qram olmaqla ümumi təmiz çəkisi 4,755 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 11 ədəd şəffaf polietilen kəsiyi bükmlərində və 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,411 qram, 0,310 qram, 0,375 qram, 0,407 qram, 0,364 qram, 0,382 qram, 0,381 qram, 0,358 qram, 0,391 qram, 0,110 qram, 0,341 qram, 0,249 qram olmaqla ümumi təmiz çəkisi 14,079 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,16 qram və 1 ədəd yarı bölünmüş kibrit qutusunda təmiz çəkisi 1,44 qram olmaqla ümumi təmiz çəkisi 1,6 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə o, müstəsna olaraq özünün istehlakı üçün 1,6 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə edib üzərində saxladığı halda əsassız olaraq onun əməli üzərində və evində satış məqsədi ilə həmin narkotik vasitə ilə yanaşı külli miqdarda heroin narkotik vasitəsini və psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, müvafiq olaraq da ona törətdiyi əmələ uyğun olmayan, məsuliyyətini yüngülləşdirən halları kifayət qədər nəzərə almayan həddindən artıq ağır cəza təyin olunmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarının dəyişdirilməsini, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə daha az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məh kəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlama nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını ka ssasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində cinayət əməlinin satış məqsədi olamadan narkotik vasitəni (yalnız qurudulmuş marixuananı) əldə etmə, saxlama kimi tövsif edilməli olduğu halda, məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əməlinin əsassız olaraq satış məqsədi ilə törədilən əməl kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu və ona həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlənd irən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi (qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda heroin narkotik vasitəsini, psixotrop maddə olan metamfetamini, hab elə külli miqdar təşkil etməyən qurudulmuş marixuananı əldə etməsi, saxlaması) birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlillər onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində bilavasitə tədqiq olunmuş sübutların məcmusu ilə, yəni o cümlədən, Məhkum ibtidai istintaq zamanı dindiri lərkən, habelə şəxsi axtarış və yaşayış sahəsinə baxış kimi istintaq hərəkətlərinin gedişində verdiyi qismən etirafedici məzmunda olan məlumatlarla (həmin məlumatlarda o, qurudulmuş marixuana ilə yanaşı heroin narkotik vasitəsinin və metamfetaminin də özünə məxsus olduğunu inkar etməmişdir); Məhkum saxlayaraq polis şöbəsinə gətirmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 məhkəmədə verdikləri ifadələri; Məhkum üzərindən 1 ədəd bükümdə 0, 774 qram psixotrop maddə olan metamfetaminin, eləcə də anası ilə birlikdə yaşadığı evdən həmin psixotrop maddənin olduğu daha 13 ədəd bükümün (ümumilikdə 5,529 qram metamfetaminin), habelə ümumi kütləsi 14,079 qram olan 11 ədəd bükümdə heroin narkotik vasitəsinin, 1 bükümə və 1 kibrit quşuna qablaşdırılmış ümumi çəksi 1,6 qram olan qurudulmuş marixuananın götürülməsini əks etdirən müvafiq olaraq 6 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmənin aparılması haqqında” və eyni tarixli evə “baxış keçirilməsi haqqında” protokollar; götürülmüş bükümlərdəki maddələrin külli miqdar təşkil edən heroin (narkotik vasitə) və metamfetamin (psixotrop maddə) olmasına dair məhkəmə-kimyəvi ekspertizasının 7 aprel 2022-ci il tarixli rəyi; Məhkum narkomaniya xəstəliyindən əzab çəkməməsi və məcburi müalicəyə ehtiyacının olmamasına dair məhkəmə-narkoloji ekspertizasının 7 may 2022-ci il tarixli rəyi və başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (o cümlədən, kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, onların həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələ rini həmin sübutlar, onlardan irəli gələn halların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Belə ki, Məhkum yaşayış yerindən müsbət xarakterizə olunması CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, cəzanı ağırlaşdıran hallar müəyyən olu nmamış, bundan, eləcə də CM-in 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş, o cümlədən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini aşkarlayan hallardan çıxış edən birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsində alternativsiz nəzərdə tutulmuş 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası məhkəmələrin bu məsələ üzrə nəzərə aldıqları halları fərqli şəkildə, yəni Məhkum təyin olunmuş cəzanın daha da (yəni, CM-in 62-ci maddəsinin müddəalarına müvafiq qaydada) yüngülləşdirilməsini və yaxud onun barəsində CM-in 70ci maddəsinin (şərti məhkum etmənin) tətbiqini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində göstərilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respub likası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1920/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1920/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver