Məhkəmə qərarları › İş №1(102)-1920/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1920/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1920/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 müdafiəçisi Hacıyeva Tünzalə Arif qızının, bəraət almı ş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Həmidov Elnur Əliyeviçin iştirakları ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 162.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 162.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protesti nə və məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 hüquqlarını müdafiə edən vəkil T.A.Hacıyeva tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu) Məhkum1, 1 avqust 1982-ci il tarixdə Ermənistan Respublikasının İcevan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, SOCAR “Azneft” İstehsalat Birliyinin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı Avtomobil və Xüsusi Texnika Sahəsində kran maşinisti vəzifəsində işləyən, əvvəllə məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-in 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, C M-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında Xüsusi Texnika sahəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Məhkum1 üzərinə yaşadığı Göygöl rayonu, Çaykənd kəndi, 10A, ev 4 ünvanını axşam saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrasına nəz arətin həyata keçirilməsinin onun yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəza çəkməsinin əvvəlinin isə məhkum olunmuş şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmış, Məhkum2, 3 avqust 1985-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, SOCAR “Azneft” İstehsalat Birliyinin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsində dəstə rəisi vəzifəsində işləyən, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, CM-in 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət orqanlarında və ya yerli özü nüidarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Məhkum2 üzərinə yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrasına nəzarətin həyata keçirilməsinin onun yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəza çəkməsinin əvvəlinin isə m əhkum olunmuş şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmış, Təqsirləndirilən şəxs isə, xx xxxxxxxx 1960-cı il tarixdə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, SOCAR “Azneft” İstehsalat Birliyinin “NeftQazTikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə iş icraçısı vəzifəsində işləyən, əvvəllə məhkum olunmamış, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, CPM-in 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 162.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 CM-in 162.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Məhkum1 SOCAR “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı Avtomobil və Xüsusi Texnika Sahəsində kran maşinist vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət komitəsinin 05 mart 2004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.19-cu bəndinin (“j” abzası), yəni kran qolunun altında onun qaldırılması və endirilməsi zamanı adamların olmasına kran işləyərkən yol verilməməsi tələbini pozmuş, yəni 16 sentyabr 2023-cü il tarixdə “Neft Daşları” NQÇİ-nin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kv-luq kabel estakadısı”-nın əsaslı təmiri üzrə istifadəyə yararsız svayların «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işini icra edərkən idarə etdiyi kranın qolunun altında yükün endirilməsi zamanı qaldırıcı kranın köməkçi blokunun qırılaraq yük maşınının bortuna düşdükdən sonra həmin köməkçi blokun “Neftqaztikinti” trestinin 4 saylı Tikinti-quraşdırma bölümünün 2 saylı tikintiquraşdırma sahəsində polad və dəmir-beton quraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs kürək nahiyyəsinin sol hissəsinə vurduğu zərbənin təsirindən sonuncunun həmin yük maşınından yerə yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa a ğır zərərvurmaya aid travmatik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının, arxa qabırğalarının, sol incik, ayaq daraqarxası sümüklərinin sınıqları, Lumbal qeyri-stabillik, L1 fəqərəsinin kompression sınığı, L2-L3 fəqərələrinin retroliztezi xəsarətlərini almasına səbəb olmuşdur. Məhkum2 CM-in 162.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdiri ona görə ki, o, “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının və Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Məhkum2 SOCAR “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı Avtonəqliyyat və Xüsus i Texnika Sahəsində dəstə rəisi vəzifəsində işləyərkən 09 iyun 1980-ci ildə təsdiq olunmuş İİİ-4-80* “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 3.2-ci bəndinin, yəni “tikinti maşınlarının saz vəziyyətdə saxlanmasına cavabdeh olan şəxslər istehsalçının istismar sənədlərinin tələblərinə uyğun olaraq onların texniki xidmətini və təmirini etməyə borcludurlar” tələbini və Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət komitəsinin 05 mart 2004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.12.2-ci və 9.3.9-cu bəndlərinin, yəni kran texniki müayinədən keçərkən, onun mexanizmləri, əyləcləri, hidro və elektrik avadanlığı, təhlükəsizlik cihazları və qurğuları işçi vəziyyətdə baxılmalı və yoxlanılm alı, qollu kranın yükgötürmə qabiliyyəti məhdudlaşdırıcısının düzgün işləməsinin yoxlanılması onun yük xarakteristikası nəzərə alınmaqla aparılmalı, həmçinin kranın texniki müayinəsi zamanı qarmağın və blokların vəziyyəti, sonuncu qapayıcı açar işə düşdükdə və qaldırıcı mexanizm dayanarkən qarmaq asqısı ilə dayaq arasındakı faktiki məsafə, burazların və onların bərkidilməsi vəziyyəti yoxlanılması tələblərini pozmuş, yəni 16 sentyabr 2023-cü il tarixdə “Neft Daşları” NQÇİnin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kv-luq kabel estakadısı”-nın əsaslı təmiri üzrə istifadəyə yararsız svayların «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işi icra edilərkən həmin kranına istismar sənədlərinin tələblərinə uyğun olaraq keyfiyyətl i texniki xidmətin və təmirin aparılması təşkil olunmadan, işçi hərəkətlərinin avtomatik dayandırılması üçün məhdudlaşdırıcı ilə təmin olunmamış həmin qaldırıcı krandan istifadə olunmasına yol verdiyi üçün kranın qolunun altında yükün endirilməsi zamanı qaldırıcı kranın köməkçi blokunun qırılaraq yük maşınının bortuna düşdükdən sonra həmin köməkçi blokun “Neftqaztikinti” trestinin 4 saylı Tikintiquraşdırma bölümünün 2 saylı tikinti-quraşdırma sahəsində polad və dəmir-beton quraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs kürək nahiyyəsinin sol hissəsinə vurduğu zərbənin təsirindən sonuncunun həmin yük maşınından yerə yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid travmatik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının, arxa qabırğaları nın, sol incik, ayaq daraqarxası sümüklərinin sınıqları, Lumbal qeyri-stabillik, L1 fəqərəsinin kompression sınığı, L2-L3 fəqərələrinin retroliztezi xəsarətlərini almasına səbəb olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 162.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Həmin ittihama əsasən Təqsirləndirilən şəxs “NeftQazTikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə iş icraçısı vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət komitəsinin xx.xx.2004-cü il tarixli 3 nömrəli qərarı ilə t əsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18-cu bəndinin (“ə” abzası), yəni avtomaşının kabinasında, eləcə də kuzovunda adam olduqda, yükün avtomaşına endirilməsinə, həmçinin qaldırılmasına icazə verilməməsi, avtomaşının və yarımvaqonların daimi yükləməboşaltma yerlərində ilməkçilər üçün stasionar estakadalar və ya örtüklü meydançalar quraşdırılmalıdır tələbini pozmuş, yəni 16 sentyabr 2023-cü il tarixdə “Neft Daşları” NQÇİnin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kv-luq kabel estakadısı”-nın əsaslı təmiri üzrə istifadəyə yararsız svayların «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işi icra edilərkən avtomaşının kuzovunda adam olduğu halda yükün avtomaşına endirilməsinə yol verilən zaman qaldırıcı kranın köməkçi blokunun qırılaraq yük maşınının bortuna düşdükdən sonra həmin köməkçi blokun “Neftqaztikinti” trestinin 4 saylı Tikinti-quraşdırma bölümünün 2 saylı tikintiquraşdırma sahəsində polad və dəmirbeton quraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs kürək nahiyyəsinin sol hissəsinə vurduğu zərbənin təsirindən sonuncunun həmin yük maşınından yerə yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid travmatik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının, arxa qabırğalarının, sol incik, ayaq daraqarxası sümüklərinin sınıqları, Lumbal qeyri-stabillik, L1 fəqərəsinin kompression sınığı, L2-L3 fəqərələrinin retroliztezi xəsarətlərini almasına səbəb olmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən Təqsi rləndirilən şəxs elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyinə görə iş üzrə yuxarıda göstərilən hökm çıxarılaraq ona CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Salmanov Surac Çingiz oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum1 və Məhkum2 hüquqlarını müdafiə edən vəkil T.A.Hacıyeva tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlunun (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 30 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin e dilməmiş, hökm isə dəyişdirilərək Məhkum1 və Məhkum2, hər birisinə ayrı-ayırılıqda onların təqsirli bilindikləri CM-in 162.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilmiş, hökmdən onların üzərlərinə yaşadıqları ünvanı axşam saat 22:00-dan saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması barədə göstəriş və müddəalar xaric olunmuş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2025-ci il tarixli qərarından dövlət ittihamçısı M.İ.Vəliyev kasssasiya protesti, müdafiəçi T.A.Hacıyeva isə kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: • dövlət ittihamçısı M.İ.Vəliyev - həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını; • müdafiəçi T.A.Hacıyeva isə - qərarın ləğv edilməsini və Məhkum1 və Məhkum2 bəraət verilməsini. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin qaydaları, şərtləri və prinsipləri təsbit edilmiş CM-in müvafiq maddələrinə, CPM-in bir sıra normalarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, əsasən də Məhkum1 təqsirliliyinə dəlalət edən sübutlara, Məhkum1 və Mə hkum2 təqsirli bilindikləri, Təqsirləndirilən şəxs isə ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittihamlara, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarına və bu aktlar üzrə məhkəmələrin gəldikləri nəticəyə istinad edən dövlət ittihamçısı M.İ.Vəliyev həmin protestini onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs da ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi, yəni onun 16 sentyabr 2023-cü il tarixdə iş icraçısı kimi üzərinə qoyulmuş vəzifələri lazımınca yerinə yetirməməsi təsdiq olunmuşdur. Bu ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi isə iş üzrə dindirilmiş məhkum olunmuş şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və məhkəmə-əmək t əhlükəsizliyi ekspertizasının 17 may 2024-cü il tarixli, 31616/2-10/2185 nömrəli rəyi ilə müəyyən edilmişdir. İşə baxan məhkəmələr isə bu sübutlara qanuna müvafiq qiymət verməyərək, digər tərəfdən isə yalnız Təqsirləndirilən şəxs özünümüdafiə xarakterli ifadələrinə əsaslanaraq onun təqsirliliyinin sübuta yetirilməməsi barədə yanlış nəticəyə gəlmişlər. Hazırkı iş üzrə isə Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirilmişdir ki, bu hal da onların CM-in 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrinə dəlalət edir. Kassasiya protestinin müəllifi həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2, hər birisinə 3000 manat miqdarında cərimə cəzası təyin etməkdə də haqlı olmamış, bu cəza isə açıq-aşkar ədalətsiz olmaqla onların şəxsiyyətlərinə və işin hallarına uyğun deyil, eyni zamanda belə cəza CM-in 41-ci maddəsində müəyyən edilmiş cəzanın məqsədlərini təmin edə bilməz. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı M.İ.Vəliyev apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Müdafiəçi T.A.Hacıyeva hüquqlarını müdafiə etdiyi məhkumlar Məhkum1 və Məhkum2, hər birisinin barəsində ayrı-ayrılıqda verdiyi kassasiya şikayətlərində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, CPM-in bir çox maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azerbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 sentyabr 2005-ci il tarixli, "Azərbaycan Respublikası Cinayət-Prosessuaİ Məcəlləsinin 397.1 ve 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 sentyabr 2009-cu il tarixli, "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında » Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, iş üzrə toplanmış və araşdırılmış sübutlara, Məhkum1 və Məhkum2 təqsirli bilindikləri ittihama və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək və işin faktiki hallarını mübahisələndirərək həmin şikayətlərini belə əsaslandırmışdır ki, istər Məhkum1, istərsə də Məhkum2 16 sentyabr 2023-cü il tarixdə baş vermiş hadisədən əvvəl texniki təhlükəsizlik qaydalarını pozmamış, həmin hadisə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öz ehtiyatsızlığı səbəbindən baş vermiş və işin bu halları məhkum olunmuş şəxslərin ifadələri ilə yanaşı həmçinin iş üzrə dindirilmiş şahidlərin ifadəl əri ilə təsdiq olunur. Toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum1 işlədiyi yükqaldırıcı kranda məhdudlaşdırıcı olmasa da, sonuncu bu kranda əvvəllər də işləmiş və həmin vaxtlar heç bir hadisə baş verməmiş, məhdudlaşdırıcının olmaması barədə Məhkum1la yanaşı həmçinin iş icraçısı Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs da məlumatlı olmuşlar. Müdafiəçinin qənaətinə görə, məhkəmələr Məhkum1 və Məhkum2 barəsində onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri barədə nəticəyə gələrkən iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş, onların əməllərində CM-in 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmamasına baxmayaraq, onlar əsassız olaraq məhkum edilmişlər. Halbuki, iş üzrə sübutlarla müəyyən edilmişdir ki, yükün boşaldılması zamanı yük qoyulduqdan sonra Zərərçəkmiş şəxs qadağan olunmuş əraziyə daxil olduqdan sonra kranda olan blokun qırılması səsini eşidib özünü qorumaq məqsədilə yanacaq çəninin üzərinə, oradan isə yerdə olan istehsalata yararsız, təmirə gedəsi nasosların üzərinə yıxılmış və məhz bunun nəticəsində xəsarətlər almışdır. Bu hal isə həm Məhkum1, həm də hadisə günü müvəqqəti olaraq ona həvalə edilmiş vəzifəni icra edən Məhkum2 onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsini istisna edir. Kassasiya şikayətlərində daha geniş, lakin ehtimallar üzərində qurulmuş dəlillərə əsaslanaraq müdafiəçi T.A.Hacıyeva onun həmin şikayətlərinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə və kassasiya şikayətləri nə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya müraciətlərinə məhkum olunmuş şəxslər Məhkum1, Məhkum2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə mə hkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin məzmunundan görünür ki, onun müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qanuna müvafiq qaydada tədqiq edilməyərək Təqsirləndirilən şəxs əsassız olaraq bəraət verilməsi haqda birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına dair 30 aprel 2025-ci il tarixli qərarın qəbul edilməsini, eyni zamanda həmin qərarla məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmayaraq açıq-aşkar yüngül – cərimə növündə cəzanın təyin edilməsini iddia edərək göstə rilən qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Müdafiəçi T.A.Hacıyeva da öz kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsini və bunun nəticəsində hüquqlarını müdafiə etdiyi şəxslərin əməllərində CM-in 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığı halda onların əsassız və qanunsuz olaraq məhkum edilmələrini iddia edir və apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərarının ləğv edilərək sonunculara bəraət verilməsi haqda kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bu baxımdan, məhkəmə kollegiyası dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestini və müdafiəçi T.A.Hacıyevanın kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 CM-in 162.1-ci maddəsi ilə təqsirli bilinərək məh kum olunmalarına, Təqsirləndirilən şəxs isə həmin maddə ilə bəraət verilməsinə dair cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəl lənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblər inə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaları n təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci m addəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon tələblər hər bir insanın, ümumilikdə isə dövləti və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslər in də bütün hüquqlarının təmin edilməsini, cinayət törətmiş şəxslərin isə ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildiyi halda barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını və cinayətkarlıqla mübarizə sahəsində müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minm iş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitus iyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yeri nə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mət ndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bə ndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəs ini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yaln ız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz n övbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsin də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cin ayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-c i maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər forma da məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və b u barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksin i tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qər əzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətl ərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsasl ı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqs iri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mü hakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsir inin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdud laşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 3 49.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi q aydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lens kaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Əvvəla, işin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə ape llyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmələrin müəyyən etdikləri halların onların tədqiq etdikləri sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiy müəyyən olunur. Kassasiya protestində və kassasiya şikayətlərində iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasın da isə araşdırılmış sübutlara məhkəmələr tərəfindən qanuna müvafiq qaydada qiymət verilməməsi iddia olunsa da, məhkəmə kollegiyası bu iddialarla razılaşmır və vurğulamağı lazım bilir ki, kassasiya müraciətlərində göstərilən dəlillərin əksinə olaraq, əvvəla ibtidai araşdırma orqanıının məhkəməyə təqdim etdiyi bütün sübutlar, eləcə də işə baxılarkən əldə olunmuş əlavə sübutlar Pirallahı Rayon Məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və ilk növbədə məhz həmin məhkəmə bu sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq təhlil edib qiymətləndirərək Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittiiham üzrə cinayət əməlini törətmələri, Təqsirləndirilən şəxs isə CM-in 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin sübuta yetirilməm əsi barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq tədqiq edilmiş sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək həmin məhkəmənin qeyd olunan məsələlərlə bağlı mövqeyi ilə razılaşmış, qəbul etdiyi 30 aprel 2025-ci il tarixli qərarda isə bunu kifayət qədər inandırıcı şəkildə əsaslandırmışdır. Məhkəmə kollegiyası da Məhkum1 və Məhkum2 CM-in 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri, Təqsirləndirilən şəxs isə ona elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri və heç də ehtimallar üzərində qurulmamış qənaətlə razılaşıb məhkəmələr tərəfindən CPM-in 416.1.2-ci maddəsində göstərilən pozuntuya yol verməmələrini qeyd edir və CPM-in 419-cu maddəsinin tələbl ərinə uyğun olaraq bu maddə ilə üzərinə qoyulmuş vəzifənin yerinə yetirilməsi, yəni kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərinə əsaslandırıcı və inandırıcı cavab verilməsi üçün iş üzrə toplanmış və araşdırılmış, birinci instansiya məhkəməsinin 26 noyabr 2024-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərarında istinad olunan sübutların bir hissəsinə, habelə qanunvericiliyin tələblərinə müraciət edib bunları təhlil etməyi zəruri sayır. Belə ki, işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən Məhkum1 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 2008-ci ildən “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı Avtomobil və Xüsusi Texnik a Sahəsində kran maşinisti vəzifəsində işləyir. 16 sentyabr 2023-cü il tarixdə o, “Neft Daşları” NQÇİ-də yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında demontaj olunmuş köhnə dəmir boruları kran vasitəsilə yük maşınına yükləyərək həmin boruların kənarlaşdırılması işini görmüş, bu zaman kran vasitəsi ilə kranın əsas bloku ilə toplamda 4 ədəd demontaj olunmuş köhnə dəmir boruların üçünü yük maşınına yüklədikdən sonra sonuncu dəmir borunu da yükləyərkən ani olaraq kranın kiçik bloku dartılma nəticəsində qalxaraq kəllə çarxa dirənmiş və qırılıb yerə düşmüşdür. Qırılmış kiçik blokda iş icra olunarkən hər hansı yük olmamışdır. Hadisə zamanı işlədiyi kranda qoruyucu (avtomatik məhdudlaşdırıcı) olmamış, lakin o, bu haqda rəhbərliyə məlumat verməli olsa da bunu etməmişdir. Bu məhdudlaşdırıcı olduğu halda isə yük avtomatik olaraq qoruyucuya dəyir dayanır. Onun özü 16 sentyabr 2023-cü il tarixdə işlədiyi “Casagranda C-240” markalı kranda rezerv işçi olmuş, həmin krana daimi təhkim olunmuş kran maşinisti olmamışdır. Tapşırılmış işlər görülməzdən əvvəl iş icraçısı Təqsirləndirilən şəxs onu və fəhlələri təlimatlandırmış və texniki təhlükəsizlik barədə xəbərdar etmiş, özü isə kranın texniki vəziyyətini yoxlayaraq heç bir nasazlıq aşkar etməmişdir. Belə halı aşkar etsə idi o, Məhkum2 məlumat verməli idi. Yükün boşaldılması zamanı yük qoyulduqdan sonra Zərərçəkmiş şəxs yük avtomaşının üzərinə keçib yükün ilməciklərini açmaq səlahiyyəti olmuşdur. Zərərçəkmiş şəxs avtomaşının üzərinə çıxmamışdan əvvəl ona “dayan” komandası vermiş və hadisə də bundan sonra baş vermişdir. Əvvəlki 3 borun un avtomobilə qoyulmasından sonra yüklər Zərərçəkmiş şəxs tərəfindən krandan açılmış, 4-cü borunu avtomaşına yükləyərkən köməkçi blok dartınıb kəlləçarxa çıxmış, sonra isə həmin blok qırılaraq avtomaşının bortunun üzərinə düşmüşdür. Bu vaxt borulara bağlanmış trosları açmaq üçün bortun üstünə çıxmış və orada olan Zərərçəkmiş şəxs kənara tullanmış və yıxılaraq xəsarətlər almış, qırılmış blokun ona dəyməsini isə o, yəni Məhkum1 görməmişdir. İş üzrə məhkum olunmuş şəxs Məhkum2 də məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, hadisə günü, yəni 16 sentyabr 2023-cü il tarixdə 2 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsinin rəis müavini vəzifəsini müvəqqəti olaraq icra etmişdir. Həmin tarixdə rəhbərlik tərəfindən yararsız boruların avtomaşına yükl ənib başqa yerə aparılması barədə göstəriş verilmiş, bu işin görülməsinə isə kran maşinisti Məhkum1 və fəhlələr cəlb olunmuşlar. Məhkum1 işlədiyi kranda məhdudlaşdırıcının olmaması barədə Məhkum1 ona məlumat verməmiş, həmin gün kranda başqa nasazlıq da aşkar edilməmişdir. Hadisədən əvvəl o, özü istirahət etməyə getmiş və Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət aldığını görməmiş, bu haqda məlumatı Məhkum1 ona zəng edərək vermişdir. Bundan dərhal sonra o, hadisə yerinə gedərək oraya baxmış, lakin sonradan Məhkum1 sözlərindən ona məlum olmuşdur ki, boruların yük avtomaşınına yüklənməsi zamanı onun işlədiyi kranın ehtiyat blokunun trosu qırılaraq blok avtomaşının üzərinə düşmüş və həmin vaxt maşının üzərində olan Zərərçəkmiş şəxs bundan yayınmaq üçün kənara atılaraq istifadəyə yararsız avadanl ıqların üstünə yıxılıb xəsarətlər almışdır. Təqsirləndirilən şəxs da həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş və hər iki mərhələdə eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, o, 2013-cü ildən “Neft-QazTikinti” trestinin 4 saylı tikinti-quraşdırma bölümündə iş icraçısı vəzifəsində işləyir. Hadisənin baş verdiyi gün o, işçilərə təlimat qaydalarını izah etdikdən sonra, briqadir vəzifəsini əvəz edən şəxslə birlikdə avadanlıqlara baxış keçirmiş və işçilərə iş tapşırığını vermişdir. Həmin gün trestdə iş icraçısı çatışmamazlığı olduğuna görə ona iki müxtəlif yerlərdə işlərin görülməsi tapşırılmış və buna görə, o, sonradan hadisənin baş verdiyi yerdə bütün lazımi işləri gördükdən, yəni işçiləri təlimatlandıraraq onları texniki təhlükəsizlik barədə xəbərdar etdikdən sonra daha təhlükəli işlər görülən başqa əraziyə getmiş və bu işlərin görülməsinə nəzarət etmişdir. Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı baş vermiş hadisə barədə ona telefonla məlumat verildikdən sonra o, Məhkum1 maşinisti olduğu yükqaldırıcı kran vasitəsilə istifadəyə yararsız boruların yük avtomobilinə yüklənməsi yerinə gəlmiş, lakin hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir, çünki həmin vaxt orada olmamışdır. Sonradan Zərərçəkmiş şəxs özü ona bildirmişdir ki, boruların avtomaşına yüklənməsi zamanı o, avtomaşının üzərində olmuş və bu vaxt kranın bloku qırılaraq ona dəymiş, bunun da nəticəsində o, yıxılaraq xəsarətlər almışdır. Həmçinin ona, yəni Təqsirləndirilən şəxs Məhkum1 işlədiyi kranda məhdudlaşdırıcının olmaması barədə sonradan məlum olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 16 sentyabr 2023-cü il tarixdə səhər saatlarında ona və digər fəhlələrə yararsız boruların yük avtomaşınına yüklənməsi işi tapşırılmış, işə başlamazdan əvvəl isə iş icraçısı Təqsirləndirilən şəxs onlara əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi ilə bağlı qaydaların nəzərdə tutulduğu təlimat keçmiş, işin necə icra edilməsini izah etmişdir. İstifadəyə yararsız demontaj olunmuş dəmir boruların bir hissəsini yükqaldırıcı kranın maşinisti Məhkum1 həmin kran vasitəsilə yük maşınının sağından-solundan yerləşdirmişlər. Yüklər maşına yükləndiyi zaman o, həmin yüklərin bağlandığı trosları krandan açmalı olmuş və bunun üçün sonuncu, dördüncü dəmir bor u yük maşınının bortuna qoyulduqdan sonra Məhkum1 “dayan” komandası vermişdir. Məhkum1 onun komandasını qəbul etdikdən sonra o, boruya bağlı olan trosları açmaq üçün yük maşınının kabinası ilə kuzovu arasına çıxmış, bu vaxt yükün avtomaşına düzgün oturduğunu müəyyən edərək maşinistə “mayna” komandası vermişdir. Həmin vaxt “Casagranda C-240” markalı kranın yüklərin qaldırılmasında istifadə olunan əsas bloku yox, əsasən svayların vurulması, yaxud yüngül yüklərin qaldırılması üçün istifadə olunan köməkçi blokun dartılıb trosun şaqqıltı səsi gələrək qırıldığını və yerə düşdüyünü hiss etmişdir. Bununla bağlı zənn edir ki, Məhkum1 krana səhv komanda (strela mayna) verməsi ilə işin icrasında istifadə olunmayan (iş zamanı heç bir yükün asılmadığı) köməkçi blok dartılmış və bloku saxlayan tros qırı ldığına görə blok yerə düşərək əvvəl nəyəsə, daha sonra onun kürək nahiyyəsindən dəymiş, nəticədə də o, bel və ayaq nahiyələrindən xəsarətlər almışdır. Hadisə baş verərkən, o, işlər görülən yerdə Məhkum2 görməmiş, Təqsirləndirilən şəxs da başqa ərazidə digər işlərin görülməsinə rəhbərlik etməsi üçün həmin əraziyə getmişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd etmişdir ki, sonradan ona məlum olmuşdur ki, Məhkum1 işlədiyi kranda məhdudlaşdırıcı olmamış və məhz buna görə trosun qırılması nəticəsində ehtiyat bloku yerindən çıxmışdır. Halbuki belə məhdudlaşdırıcı olsa idi ehtiyat bloku yerindən çıxmazdı. Zərər çəkmiş şəxs həmçinin bildirmişdir ki, o, avtomobilin üzərinə qalxdığı zaman artıq dördüncü boru da avtomobilin yük yerinə qoyulmuş və məhz buna görə də o, Məhkum1 “dayan” komandası vermişdir. İş materiallarına əlavə olunmuş 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin kran maşinistinin peşə təlimatından görünür ki, “Əsas peşə borcu” hissənin 2.1. bəndinə əsasən onun peşə borcu trosların bərkidilməsi düzgünlüyünün yoxlanması, tormozların və qoruyucu qorğuların tənzimlənməsidir. 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi Avtonəqliyyat və Xüsusi Texnika sahəsinin Avtomobil dəstəsinin dəstə rəisinin “Vəzifə Təlimatı”nın müvafiq bəndələri ilə aşağıdakılar müəyyən edilir: • dəstə rəisinin əsas vəzifəsi nəqliyyat vasitələrindən effektiv istifadə edilməsini, nəqliyyat vasitələrinin texniki cəhətdən düzgün istismarını və saz vəziyyətdə olmasını təmin etmək, iş şəraitinə uyğun olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi üzrə praktiki tədbirləri işləyib hazırlamaqdan ibarətdir; • nəqliyyat vasitələrinin vaxtında qarajdan getməsinə və qayıtmasına nəzarəti həyata keçirir, hərəkətin təhlükəsizliyinə təhdid edici təsir göstərən, texniki nasaz nəqliyyat vasitələrinin xəttə çıxmasına yol vermir və onların xətdə səmərəli istifadə olunmasını təmin edir, vaxtında qaraja qayıtmayan nəqliyyat vasitələrinin avtomobil dəstəsinin yerləşdiyi ərazidən kənarda qalmasına yol vermir; • xəttə çıxmamışdan qabaq bütün növ nəqliyyat vasitələrinin sürücülərinin (motorçularının,maşinitlərinin) gündəlik tibbi yoxlamadan keçməsini təmin edir; • sürücülər (motorçuları maşinistləri) növbəni təhvil verən zaman obyektlərdə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrinin qəbulu-təhvili və texniki baxışını təmin edir); • Azərbaycanın Neft Sənayesində əməyin müh afizəsinin vahid idarəetmə sistemini bilməlidir; • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 26 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/8349 saylı rəyinin nəticə hissəsindən görünür ki, yükqaldırıcı kranın konstruktiv hissələrinin, o cümlədən burazların və onların bərkidilməsinin vəziyyəti dövrü olaraq texniki müayinədən keçirildiyinə, hadisədən əvvəl kranda hər-hansı texniki nasazlıq qeydə alınmadığına və yoxlama materialında “Casagranda C-240” markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranın köməkçi blokunun qırılmasının səbəbi barədə hər hansı məlumatlar (baxış aktı, protokol və.s) olmadığına görə, hadisənin baş verməsini şərtləndirən bilavasitə texniki (yəni köməkçi blokun burazdan qırılması) səbəbini müəyyən etmək mümkün olmamışdır. Hadisənin baş verməsinin bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmadığına görə, baş vermiş hadisə ilə əlaqədar əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının pozulub-pozulmamasına dair suallar üzrə tədqiqat aparmaq mümkün deyil. “16 sentyabr 2023-cü il tarixdə “28 May” NQÇİ-nin “Neft Daşları” yatağında yerləşən elektrik kabel dəhlizinin əsaslı təmiri zamanı “Neft-qaztikinti” Trestinin bir nəfər işçisinin xəsarət alması ilə baş vermiş hadisəsinin araşdırılması” haqqında 30 oktyabr 2023-cü il tarixli Aktdan göründüyü kimi, “Azneft" İB-nin 20 sentyabr 2023- cü il tarixli, 14-2-1 3-11383 2023 saylı əmri ilə yaradılmış komissiya tərəfindən 28-29 sentyabr 2023cü il tarixlərində "28 May" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ)-nın “Neft Daşları” yatağında yerləşən elektrik kabel estakadasının əsaslı təmiri işlərində kranla yükqaldırma əməliyyatı aparılan zaman “Neft-qaz-tikinti” Trestinin işçisinin yıxılaraq xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin şəraiti və səbəbləri araşdırılmış və araşdırma nəticəsində hadisə yerinə keçirilən baxışdan, aparılan sorğu-suallar və aidiyyəti sənədlər nəzərdən keçirildikdən sonra müəyyən edilmişdir ki, "28 May” Neft və Qazçıxarma İdarəsinin “Neft Daşları” yatağında yerləşən 470 metr uzunluğunda 35 kv-luq kabel estakadasının əsaslı təmiri (Sifariş №11907) obyekti üzrə LSS-i əsasında "Neft-qaz-tikinti" Trestinin 4 saylı Tikinti Quraşdırma Bölümü (TQB) tərəfindən əsaslı təmir işlə ri aparılır. 16 sentyabr 2023-cü il tarixdə 4 saylı TQB-nin 3 nəfər quraşdırıcısı, 3 nəfər elektrik qaynaqçısı və “Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən və Xüsüsi Texnika İdarəsinin (İNMXTİ) 2 saylı Avtomobil və Xüsüsi Texnika sahəsinin (A və XTS) borudaşıyan sürücüsü Şahid1 və kran maşinisti Nəbi Əsgərov saat 06:30 radələrində iş yerinə (kabel estakadasına) gələrək onlarla 4 saylı TQB-nin iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən işdən öncə təlimatlandırma (№16) keçirilmişdir. Sonra köhnə estakadanın metal-konstruksiya elementlərinin sökülməsinə və yüklənməsi işlərinə başlanılmışdır. Bu işlərin görülməsinə yüklərin qaldırılması və endirilməsi üçün Casagrande C-240 markalı 10-D-194 dövlət qeydiyyat nişanlı (d q n ) (inv ********) tırtıllı kran və **-JF-*** d q.n ZİL-131 m arkalı yəhərli borudaşıyan xüsusi nəqliyyat texnikası cəlb olunmuşdur. Hadisə baş verdiyi ana kimi, briqada tərəfindən 2 ədəd pilləkən, 2 ədəd estakada altında işlərin görülməsi üçün polad səbət, 4 ədəd 0530 mrn, L = 4-6 metr svay (hissəli) sökülmüş və onların sahilə çıxarılması üçün təzə təmir edilən estakadanın təqribən 70 metr məsafəsində (layihə üzrə umumı estakadanın uzunluğu 470 metr) Casagrande C-240 markalı tırtıllı kranla svayların ZİL131 markalı yəhərli borudaşıyanın üzərinə qoyulmasına başlanılmışdır. 3 ədəd svayı borudaşıyan yük maşının üzərinə yükləndikdən sonra, sonuncu 4-cü svay kranla qaldırılan zaman və ilmələr tarım şəkildə qalaraq borudaşıyan maşının bortuna endirildikdə, Casagrande C240 markalı tırtıllı kranın köməkçi bucurqadın yığılması nəticəsində kiçik qarmağın blok u kran qoluna dirənmiş və polad burazın gərilməsi nəticəsində buraz ucundan qırılmış, köməkçi qarmaq təqribi 6-7 metr hündürlükdən svayların üzərinə düşmüşdür. Həmin an borudaşıyanın bortunda yüklərin qəbul edilməsini və ilmələnməsini həyata keçirən 4 saylı TQB-nin quraşdırıcısı Zərərçəkmiş şəxs bortun üzərindən maşının sağ tərəfinə estakadanın döşəməsinə yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. İş materiallarında olan 4 saylı Tikinti Quraşdırma bölümün (TQB 4) 2 saylı tikinti quraşdırma sahəsinin (TQS 2) 6-cı dərəcəli polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı Zərərçəkmiş şəxs 16 sentyabr 2023-cü il tarixində saat 09:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə haqqında 4 oktyabr 2023-cü il tarixli təhqiqat aktının bədbəxt hadisənin şər aitini təsvir edən hissəsindən görünür ki, 16 sentyabr 2023- cü il tarixdə saat 06:15-də iş icraçısı Təqsirləndirilən şəxs “28May" NQÇİ-nin “Neft Daşları” yatağında yerləşən 470 m uzunluğunda 35 kv-luq kabel estakadasının əsaslı təmiri obyektinə briqada ilə işə gəlmişlər. İş icraçısı işçilərə işdən öncə təlimat keçmiş, iş tapşırıqlarını vermiş və və briqadir əvəzi Məmmədov Natiq ilə işə baxış keçirmişdir. İşçilər iş tapşırığına əsasən demontaj olunan boru və riqelləri "Casagrande" ekskavator kranla borudaşıyan nəqliyyat vasitəsinə yükləmə işlərinə başlamışlar. Saat 09:40 radələrində növbəti əməliyyat zamanı quraşdırıcılar Zərərçəkmiş şəxs və Məmmədov Natiq demontaj olunan borunu kranın əsas yükgötürən qarmağına qoşaraq nəqliyyat vasitəsinə yüklənməsi zamanı, yükün nəqliyyat vasitəsnin plat formasına 40 sm məsafə qalmış yükün hərəkətinə “stop” verilmişdir. Yükün nəqliyyat vasitəsinin platformasına necə yerləşməsinə baxmaq üçün quraşdırıcı Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinin kabina ilə platformasının arasına çıxmışdır. Yükün ön tərəfinin düzgün yerləşdiyinə əmin olduqdan sonra arxa tərəfinin də tam oturması üçün növbəti komanda “blok mayna" (blok trosunun uzadılması ilə yükün asta-asta aşağı endirilməsi) komandası verilmişdir. Kran maşinisti əməliyyatı düzgün icra etməyərək “Strela mayna" qolun aşağı endirilməsi əməliyyatını icra etmişdir. Bu zaman kran qolu svay vuran kanatının ucunda olan blok və qarmağı dartmış, svay blokunun kanatı qolun gücünə dözməyərək qırılmışdır. Svay bloku qarmağ ilə birlikdə maşının platformasının üstünə düşmüş və oradan sıçrayaraq Zərərçəkmiş şə xs sol bədən nahiyəsinə dəyərək ona xəsarət yetirmiş və maşından yerə yıxmışdır. Nəticədə işçi müxtəlif bədən xəsarətləri almışdır. Sözügedən aktın bədbəxt hadisənin səbəbləri ilə bağlı hissəsində isə qeyd olunmuşdur ki, komissiya hadisə yerinə baxış keçirmiş, hadisəni təhlil edərək və hadisə şahidlərinin izahatlarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, hadisənin baş verməsinə səbəb kran maşinistinin (Məhkum1) “Casagrande” ekskavator kranda ilk dəfə işləməsi və bu səbəbdən bu tipli kranın idarə etməsində səriştəsiz olması, onun komandaları düzgün icra etməməsi, kranın məhdudlaşdırıcılarının olmaması, quraşdırıcı Zərərçəkmiş şəxs takelajçı kursunu keçməməsi və müvafiq səriştəyə sahib olmaması, iş icraçısının bilavasitə kran əməliyyatı zamanı işə rəhbərlik etməməsi səbəb olmuşdur. Məhkəmə -əmək təhlükəsizlik texnikası ekspertizasının 17 may 2024-cü il tarixli, 316-16/2-10/2185 nömrəli rəyinə əsasən, “Neft Daşları” NQÇİ-də köhnə dəmir boruların yük maşınına yüklənməsi işində istifadə olunan qaldırıcı kran məhdudlaşdırıcı ilə təmin olunmadığına və işin təhlükəsiz aparılması üçün müvafiq tədbirlər görülmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 3.2 bəndinin və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.12.2, 9.3.9, 9.5.18 və 9.5.19 bəndlərinin tələbləri pozulmuşdur ki, bu dahdisənin texniki səbəbi olmuş, “Casagranda C240” markalı, 10 D 194 dövlət qeydiyyat nişanlı qaldırıcı krana istismar sənədlərinin tələblərinə uyğun olaraq keyfiyyətli texniki xidmətin və təmirin aparılması təşkil olunmadan, iş çi hərəkətlərinin avtomatik dayandırılması üçün məhdudlaşdırıcı ilə təmin olunmamış həmin qaldırıcı krandan istifadə olunmasına yol verildiyinə görə, “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 3.2 bəndinin və Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.12.2, 9.3.9 bəndlərinin tələbləri 1 saylı İxtisaslaşdırılmış Nef Mədən Xüsusi Texnika İdarəsi Avtonəqliyyat və Xüsusi Texnika sahəsinin Avtomobil dəstəsinin dəstə rəisi tərəfindən pozulmuş, yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamlar (konkret halda Zərərçəkmiş şəxs) olmasına baxmayaraq, həmin yükün yerdəyişməsini həyata keçirdiyinə görə, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.19 (“j” abzasının) bəndinin tələbləri hadisə ərəfəsində yükqaldırıcı kranı idarə et miş “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı A və XTS-nin kran maşinisti tərəfindən pozulmuş və avtomaşının kuzovunda adam olduğu halda yükün avtomaşına endirilməsinə yol verildiyinə görə, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18 (“ə” abzasının) bəndinin tələbləri “Neft-Qaz-Tikinti” trestinin 4 nömrəli bölümünün iş icraçısı tərəfindən pozulmuşdur. İlk növbədə kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası təsvir edilən mötəbər sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, 16 sentyabr 2023-cü il tarixdə yarasız boruların yükdaşıyan avtomaşına yüyklənməsi zamanı Məhkum1 “Casagranda C240” markalı yükqaldıran kranda işləmək təcrübəsi olmadığına, digər tərəfdən isə onun hə min kranda məhdudlaşdırıcı qurğunun olmaması barədə bilərək bu haqda rəhbərliyinə məruzə etmədiyinə, eyni zamanda kranda olan nasazlığın aradan qalıdırılması üçün özü də tədbir görmədiyinə, işlərin görülməsi zamanı isə ona verilmiş komandaları səhv başa düşərək düzgün icra etmədiyinə görə, Məhkum2 isə onun üzərinə qoyulmuş vəzifələri – göstərilən kranın texniki vəziyyətini yoxlamadığına, nasaz vəziyyətdə olan yükqaldırıcı kranı və bu kranda işləmək təcrübəsi olmayan Məhkum1 müvafiq işlərin görülməsinə cəlb etməsinə, həmin vaxt bilavasitə onun tabeliyində olan Məhkum1 hərəkətlərinə və onun təhlükəsizlik qaydalarına əməl edib-etməməsinə lazımınca nəzarət etmədiyinə, eyni zamanda kranın texniki vəziyyətini lazımi qaydada yoxlamayaraq məhdudlaşdırıcının vaxtında aşkar etməyib bu nasazlığın ara dan qaldırılması üçün heç bir tədbir görmədiyinə, yəni hər ikisi texniki təhlükəsizlik qaydalarını pozduqlarına görə, işlək vəziyyətdə olan kranın ehtiyat bloku qırılaraq həmin vaxt yükdaşıyan avtomaşının bortu üzərində olan və boruların yüklənməsi ilə bağlı lazımi işləri görən Zərərçəkmiş şəxs bel nahiyyəsinə dəymiş, bunun nəticəsində o, məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmiş, onun sağlamlığına ağır zərər vuran bədən xəsarətləri almışdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası ona da diqqət yetirməyi lazım bilir ki, Məhkum1 maşinisti olan yükqaldıran kranda məhdudlaşdrıcının olması zəruri idi ona görə ki, kranın texniki göstəricilərinə görə həmin qurğu hər hansı fövqəladə halda ehtiyat blokun yerindən qırılmasının qarşısını alır. Göstərilən məhdudlaşdırıcının olması zərur iliyi və Məhkum1 işlədiyi kranda onun olması halında ehtiyat blokunun yerindən qırılmasının qeyri-mümkünlüyü barədə ifadələri məhkum olunmuş və bəraət almış şəxslərlə yanaşı həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş çoxsaylı şahidlər də vermiş, eyni zamanda bu əhəmiyyətli hal yuxarıda təsvir edilmiş aktlarda və ekspertiza rəyində də əksini tapmışdır. Digər tərəfdən, kassasiya şikayətlərində Zərərçəkmiş şəxs onda aşkar edilmiş xəsarətləri öz ehtiyatsızlığı nəticəsində alması göstərilsə də, məhkəmə kollegiyası bununla bağlı dəlillərlə də razılaşmır və vurğulayır ki, adı çəkilən zərər çəkmiş şəxs 16 sentyabr 2023-cü il tarixdə ona və digər fəhlələrə tapşırılmış işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydaları barədə təlimatlandırılaraq bu qaydaların pozulmasın a yol verməmiş, bu halla bağlı sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış və həmin sübutlara əsasən təkzib edilməz şəkildə müəyyən edilmişdir ki, qırılaraq yerə düşən kranın ehtiyat bloku Zərərçəkmiş şəxs bel nahiyəsindən dəymiş, məhz bundan sonra o, yıxılmış və bunların nəticəsində o, bədəninin və ayaqlarının müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası cinayət qanununun normasına müraciət edərək həmin normanı da şərh etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CM-in 162.1-ci maddəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulmasına və bunun nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığ ına ağır zərər vurulmasına görə cinayət məsuliyyəti, həmin əməli törətmiş şəxsin isə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırması nəzərdə tutulmuş, həmin maddədə göstərilən cinayət isə CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, subyektiv cəhətinə görə isə ehtiyatsızılıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Cinayət qanunu bu normasının tələbinə və mənasına görə, şəxsin CM-in 162.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün toplanmış və araşdırılmış sübutlarla aşağıdakılar müəyyən edilməlidir: 1. hər hansı normativ və ya qeyri-normativ sənədlərlə şəxsə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsi; 2. şəxsin bu qaydaları pozması; 3. həmin şəxsin texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulması; 4. yol verilmiş pozuntu ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması. Sadalanan dispozitiv dörd əlamətin hər hansı birinin mövcudsuzluğunda şəxsin CMin 162.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi istisna olunur. Hazırki işin materiallarından, o cümlədən işə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Məhkum1 da, Məhkum2 də tutduqları vəzifələrə görə texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxslər olmuş, hadisə baş verdiyi 16 sentyabr 2023-cü il tarixdə hər ikisi bu qa ydaları pozmuş, bunun nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuş, onların yol verdikləri pozuntularla baş vermiş nəticəsində arasında səbəbli əlaqə olmuşdur. Bu qənaət isə ona dəlalət edir ki, Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittiham üzrə CM-in 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş və müdafiəçi T.A.Hacıyevanın kassasiya şikayətlərinin təmin edilərək onlara bəraət verilməsi, yəni apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərarının ləğv edilərək onların barəsində cinayət işinin icraatına xitam verilməsi üçün heç bir əsas yoxdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə əsassız olaraq bəraət v erilməsinə dair kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası ilk növbədə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihama müraciət edərək qanunvericiliyinin tələbələrinə əsaslanmaqla bu ittihamı təhlil etməyi zəruri bilir. Əvvəla Təqsirləndirilən şəxs qarşı CM-in 162.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Həmin ittihama əsasən Təqsirləndirilən şəxs “Neft QazTikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə iş icraçısı vəzifəsində işləyərkən Azərbaycan Respublikasını n Dövlətdağmədəntexnəzarət komitəsinin xx.xx.2004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18-cu bəndinin (“ə” abzası), yəni avtomaşının kabinasında, eləcə də kuzovunda adam olduqda, yükün avtomaşına endirilməsinə, həmçinin qaldırılmasına icazə verilməməsi, avtomaşının və yarımvaqonların daimi yükləməboşaltma yerlərində ilməkçilər üçün stasionar estakadalar və ya örtüklü meydançalar quraşdırılmalıdır tələbini pozmuş, yəni 16 sentyabr 2023-cü il tarixdə “Neft Daşları” NQÇİ-nin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kv-luq kabel estakadısı”-nın əsaslı təmiri üzrə istifadəyə yararsız svayların «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işi ic ra edilərkən avtomaşının kuzovunda adam olduğu halda yükün avtomaşına endirilməsinə yol verilən zaman qaldırıcı kranın köməkçi blokunun qırılaraq yük maşınının bortuna düşdükdən sonra həmin köməkçi blokun “Neftqaztikinti” trestinin 4 saylı Tikinti-quraşdırma bölümünün 2 saylı tikintiquraşdırma sahəsində polad və dəmirbeton quraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs kürək nahiyəsinin sol hissəsinə vurduğu zərbənin təsirindən sonuncunun həmin yük maşınından yerə yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid travmatik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının, arxa qabırğalarının, sol incik, ayaq daraqarxası sümüklərinin sınıqları, Lumbal qeyri-stabillik, L1 fəqərəsinin kompression sınığı, L2-L3 fəqərələrinin retroliztezi xəs arətlərini almasına səbəb olmuşdur. Əvvəla, iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutduğu vəzifəyə - iş icraçısı vəzifəsinə görə, ona 16 sentyabr 2023cü il tarixdə yararsız vəziyyətdə olan boruların avtomaşına yüklənərək daşınması ilə bağlı işlərin icrasının həyata keçirilməsi, bu işlərin görülməsinə nəzarət və rəhbərlik etməsi həvalə edilmiş və bu zaman o, yükqaldırıcı kranın texniki vəziyyətini yoxlamaq, onun təhlükəsiz şəkildə işləməsini təmin etmək, kranda olan nasazlıqları və ya çatışmazlıqları aradan qaldırmaq, faktiki olaraq Məhkum1 və Məhkum2 üzərlərinə qoyulmuş vəzifələri icra etməsi, yəni “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”na əməl etməsi tapşılırmamış, işlərə başlamazdan əvvəl isə işin görülməsinə cəl b edilmiş şəxsləri təlimatlandırmaq və onlara texniki təhlükəsizlik qaydalarını izah etmək vəzifəsini daşımışdır. Təqsirləndirilən şəxs bu vəzifəni yerinə yetirməsi isə onunla yanaşı iş üzrə məhkum olunmuş şəxslər, zərər çəkmiş şəxs və şahidlər də təsdiq etmişlər. Daha sonra iş materiallarından görünür ki, yaranmış zərurətlə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin bir hissəsini yerinə yetirdikdən sonra iş icraçısı kimi ona başqa ərazidə də görülən işlərin görülməsini təşkil etmək və orada buna nəzarət etmək tapşırıldığından bu məqsədlə həmin əraziyə getmiş, 16 sentyabr 2023-cü il tarixdə hadisə baş verən vaxt isə hadisə yerində olmamışdır. Eyni zamanda iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum1, Zərərçəkmiş şəxs və digər işçilərə yük daşıyan avto maşına yüklənməsi və daşınması tapşırılmış yararsız boruların hamısı – 4 ədədi kran vasitəsilə avtomaşının bortuna yerləşdirildikdən sonra heç bir təhlükəsizlik qaydalarını pozmayan və öz vəzifəsini icra edən Zərərçəkmiş şəxs həmin borulardan trosları ayırmaq məqsədilə bortun üzərinə qalxmış, boruların tam yerləşdirilməsinə əmin olduqdan sonra Məhkum1 “dayan” komandası vermiş, lakin sonuncu bu komandanı səhv başa düşərək kranı işlətməkdə davam etmiş, bu zaman da kranın ehtiyat bloku məhdudlaşdrıcı olmadığından çarxa dirənmiş, onu saxlayan tros qırılmış, nəticə də həmin blok yerindən çıxmışdır. Bu hallardan görünən odur ki, Təqsirləndirilən şəxs həmin vaxt hətta hadisə yerində olsa idi belə, onun iş icraçısı kimi təhlil edilən işlərin başqa şəkildə görülməsinə göstəriş verməsi üçün əsaslar yaranmamış, Zərərçəkmiş şəxs bədəni üzərinə qırılmış ehtiyat blokunun dəyməsi və sonuncunun müxtəlif xəsarətlər alması ondan asılı olmayan səbəblərdən, yəni Məhkum1 və Məhkum2 texniki təhlükəsizlik qaydalarına əməl etmələri vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydalara əməl etməmələri səbəbindən baş vermişdir. Belə olan halda isə məhkəmə kollegiyası 16 sentyabr 2023-cü il tarixdə yuxarıda qeyd olunan işlərin görülməsi zamanı Təqsirləndirilən şəxs iş icraçısı kimi bu işlərə sonacan rəhbərlik və nəzarət etməyərək başqa işlərin icra edilməsi yerinə getməsi ilə baş vermiş hadisənin nəticələri arasında səbəbli əlaqənin (CM-in 162.1-ci maddəsində nəzərdə tutulmuş zəruri əlamətlərdən birinin) olmasını görmür və buna görə hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tam qanuni və əsaslı olaraq sonuncunun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Buna görə, məhkəmə kollegiyası dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin təhlil edilən məsələ ilə bağlı dəlillərini qəbul edilməz sayır və bu dəlillərə əsasən həmin protestin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2025-ci il tarixli qərarının isə Təqsirləndirilən şəxs bəraət verilməsi hissədə ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını mümkün bilmir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən onu da qeyd etməyi zəruri bilir ki, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası məhkəmələri Təqsirləndirilən şəxs onun elan olunmuş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirliliyin in sübuta yetirilməməsi və bu əsasla ona bəraət verilməsi haqda nəticəyə gələrkən qəbul etdikləri yekun məhkəmə aktlarında öz nəticələrini kifayət qədər inandırıcı şəkildə əsaslandırmış, bu zaman toplanmış və araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermiş və məhkəmə kollegiyası da bu qiymətləndirmə və əsaslandırma ilə razılaşaraq eyni zamanda vurğulamağı lazım bilir ki, Təqsirləndirilən şəxs CM-in 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən mötəbər sübutlar ibtidai araşdırma orqanı və işə baxılmasında iştirak etmiş dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi tərəfindən məhkəmələrə təqdim olunmamış və məhkəmələr də belə sübutları araşdırmamışlar. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 barələrində cəza tədbirinin seçilməsi, yəni onlara cərimə növündə açıq-aşkar yüngül cəzanın təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərinə və həmin dəlillər üzərində qurulmuş tələbə cavab olaraq ilk növbədə qeyd edir ki, yuxarıda göstərildiyi kimi, məhkum olunmuş şəxslərin təqsirli bilindikləri CM-in 162.1-ci maddəsinin sanksiyasında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş, həmin maddədə göstərilən cinayət isə CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, subyektiv cəhətinə görə isə ehtiyatsızılıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Daha sonra məhkəmə kollegiyası vur ğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyə n nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəm ənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinin tələbindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun göstərilən normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun ailə vəziyyətini səciyələndirən, habelə cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirkara isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddə aları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməm iş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 59-cu maddəsinin bütövlükdə məzmununa və mənasına görə, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır və iş üzrə belə halların müəyyən edilməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunduqda, məhkəmə cinayət törətmiş şəxsə cəza təyin edərkən bu halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlıdır. CM-in 61.2-ci maddəsinin tələblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat za manı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPMin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış, o cümlədən təqsirkar barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir göstərən sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. Yuxarıda da istinad olunan CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə isə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-in 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranm a mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tələblər apellyasiya müraciətlərinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestinin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsini n 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinay ət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə ins titutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirk arın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş və kassasiya protestində də istinad olunan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edil məsi təcrübəsi haqqında” 4 saylı Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirl i şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasın a və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində və CPM-in 14.1-ci maddəsində də nəzərdə tutulmuş və qanunvericiliyin tələblərinə, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, məhkəmələr bu hüququn təmin edilib-edilməməsi məsələsini nəinki təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi, həm də onun barəsində ittiham hökmü çıxararkən müzakirə etməli və bütün halları nəzərə almaqla qanuni və ədalətli nəticəyə gəlməlidirlər. Çünki, CPM-in 12.1-ci maddəsi də tələb edir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Bu zaman məhkəmələrin cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərinə də əməl etmələri xüsusi əhəmiyyət kəsb edir. Əvvəla məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın qanuniliyini və əsaslığını yoxlayarkən müəyyən etmişdir ki, məhkəmə həmin qərarında Məhkum1 və Məhkum2 barələrində cəza tədbirinin seçilməsi məs ələsini müzakirə edərkən onların ehtiyatsızlıqdan törətdikləri böyük ictimai təhlükə törətməyən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, hər ikisinin əvvəllər məhkum olunmamalarını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, az ağır cinayət törətmələrini, törətdikləri əməldən səmimi peşman olmalarını, müsbət cəhətdən xarakterizə olunmalarını (ibtidai araşdırma orqanının da müəyyən etdiyi bu hal məhkəməyədək icraat dövründə əldə edilərək iş materiallarına əlavə olunmuş xasiyyətnamələrlə təsdiq olunur), Məhkum2 himayəsində üç yetkinlik yaşına çatmamış uşaqlarının olmalarını CM-in 59.2-ci maddəsinə əsasən, eləcə də onların apellyasiya icraatı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışıq əldə etmələrini, ona dəymiş ziyanı tam ödəmələrini və sonuncunun mə hkum olunmuş şəxslərə qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş bu hallar Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş və məhkəməyə ünvanlanmış ərizələri ilə təsdiq olunur) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CM-in 61.1-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və haqlı olaraq bu hallardan çıxış edib onların hər birisinə ayrı-ayrılıqda əsas cəza kimi 3000 (manat) miqdarında cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə də razılaşaraq qeyd etməli lazım bilir ki, məhkəmə CM-in 44.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin nəticəyə gəlməzdən əvvəl Məh kum1 və Məhkum2 əmlak vəziyyətləri üzrə halları da, yəni onların iş yerləri üzrə yüksək məbləğlərdə məvacib almalarını və yuxarıda göstərilən məbləğdə cəriməni ödəmək imkanında olmalarını da müəyyən etmiş və eyni zamanda təyin olunmuş cəzanın onların ailə vəziyyətinə də təsirini, bu cəzanın onların islah olunmalarına xidmət etməsini, yəni cəzanın məqsədlərinə nail olmaq mümkünlüyünü də kifayət qədər nəzərə almış, eyni zamanda əsaslı olaraq məhkum olunmuş şəxslərə əmək fəaliyyətlərini davam etdirmək və bu yolla özlərinə, ailələrinə, dövlətə və cəmiyyətə fayda vermək üçün şərait yaratmış, bununla da hər hansı qanun pozuntusuna yol verməmişdir. Buna görə məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 açıq-aşkar yüngül cəzaların təyin edilməsi ilə bağlı da kassasiya protestinin dəlillərini qəbul edilm əz sayır və təsvir edilənlərdən çıxış edib kassasiya protestinin təmin edilməsi üçün əsaslar görməyərək həmin protestin təmin edilməsini mümkün bilmir və buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyyən etməyərək həmin məhkəmənin iş üzrə qəbul etdiyi qərarın həm kassasiya protestinə, həm də kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məqsədə uyğun hesab edir. Buna görə məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətlərinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi, kassasiya şikayətlərinin isə təmin olunması haqda müdafiəçi T.A.Hacıyevanın, bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi E.Təqsirləndirilən şəxs çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməklə Məhkum1 və Məhkum2, hər birisinin CM-in 162.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və Təqsirləndirilən şəxs CPM-in 42.1.4-cü maddəsinə əsasən, yəni onun təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 162.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2025-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protesti, müdafiəçi T.A.Hacıyevanın isə kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, yəni onun təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2025-ci il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar