Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1921/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Səfərli Cavid Şamil oğlunun sədrliyi, X6 və X5 ibarət tərkibdə) 24 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 206.3.2- ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 mart 2021-ci ildən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirv an Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə) 25 may 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 318.2,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-39/2022 saylı, 24 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası 10 (on ) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsin ə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum təyin olunmuş qəti cəza 14(on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 13 (on üç) ilə endirilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün, "Qurban” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə İran İslam Respublikasında əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvlərinin aralarında o lan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, 22 mart 2021-ci il tarixdə saat 16 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar yəni, Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu ərazisində yerləşən xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmiş, 27 mart 2021-ci il tarixdə "Qurban” adlı şəxslə görüşərək sonuncudan bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 5325,0 qram tiryək, 15040,0 qram həşiş qətranını, 3736,0 qram heroin, 2315,0 qram qurudulmuş marixuana, 300 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan metadon və külli miqdarda psixotrop mad də təmiz halda çəkisi 3863,0 qram olan metamfetamini qəsdən qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb daşıyaraq, 27 mart 2021-ci il tarixdə saat 17 radələrində şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar yəni, Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonu ərazisində yerləşən 22-ci sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçməklə qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni Azərbaycan Resublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçı lıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonu ərazisində yerləşən 22-ci sərhəd zastavasının xidməti ərazisində qamış və kol bitkiləri arasında gizlətmiş, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, lakin onunla birlikdə olmuş şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ərazidən uzaqlaşmış, yuxarıda qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddələr Məhkum iştirakı ilə ərazidən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətində göstərir ki, özünü CM-in 318.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, o, Azərbaycan Respublikasının İİR ilə olan sərhəd dini qanunsuz olaraq keçsə də, məqsədi oradan narkotik vasitə deyil, bijuteriya gətirmək olmuşdur. Tanımadığı şəxslər tərəfindən azadlığı tanımadığı ölkədə məhdudlaşdırılmış, sənədləri, telefonu və üzərində olan pulu alınmışdır. Sonradan adını bildiyi X4 ilə birlikdə geri qayıdarkən onun çiynində olan bağlamada narkotik vasitə və ya silah olmasını təxmin edərək dövlət sərhədinə ***-**** metr qalmış əsgərləri səsləmiş, İran vətəndaşı isə qaçmışdır. Onu hərbi hissəyə apardıqdan sonra bağlamanı təhvil vermiş, sərbəst ifadə vermiş, ona minnətdarlığını bildirmişlər. Lakin sonra 4 nəfər hərbçi döyərək işgəncə vermiş və etitafedici ifadəsini almışlar. Məhkəmələr bu halları araşdırmadan ona ağır cəza təyin etmişlər. X17 Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs ha lında külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə İran İslam Respublikasında əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsində təqsirli bilinməyi tamamilə qanunsuz və ədalətsizdir. Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməklə, onaAzərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1, və 234.4.3-cü maddələri bəraət verilməsi və CM-in 318.1ci maddəsi ilə ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki, iş materialları ilə sübut olunur ki Məhkum özü könüllü şəkildə 27 mart 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin əməkdaş larına təslim olmuş, həmçinin növbəti gün tanımadığı İran İslam Respublikası vətəndaşının atıb qaçdığı bağlama barədə məlumat vermiş və bundan sonra həmin bağlama göstərdiyi yerdən aşkar edilərək götürülmüşdür. 27 mart 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixədək Məhkum N nömrəli hərbi hissədə heç bir məhkəmə qərarı olmadan saxlanılmış, hüquqlarını müdafiə etmək üçün vəkillə təmin olunmamış, 4 gün sonra Bakıya gətirilmiş və 31 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 318.1, 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə həbs- qətimkan tədbirinin seçilməsi üçün təqdim edilmiş ilkin sənədlərlə tanış olarkən mə lum olmuşdur ki, 27 mart 2021-ci il tarixdə Məhkum guya inzibati xəta törətdiyi üçün tutulması barədə protokol tərtib edilmişdir. Həmin protokolda Məhkum hansı inzibati xətaya görə tutulması qeyd olunmamışdır. Həmçinin Məhkum 4 gün qanunsuz olaraq azadlığı məhdudlaşdırılmışdır. Məhkum hər hansı narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmək niyyəti olmamış bununla bağlı ibtidai istintaq və məhkəmə istntaqı zamanı hər hansı mötəbər sübut ortaya qoyulmamışdır. Həmçinin o, dövlət sərhəddininin mühafizə zonasını ümumiyyətlə keçməmiş, mühafizə zonasına çatmadan könüllü surətdə təslim olmuş və sonradan tanımadığı şəxsin atıb getdiyi, içərisində nə olduğunu bilmədiyi bağlamanın yerini özü könüllü surətdə göstərmişdir. Əgər ittihamda qeyd edildiyi kimi Məhkum narkotik vasitə və psixotrop maddələrin qanusuz dövriyyəsi ilə məşğul olmuş olsaydı belə o, 234-cü maddənin qeyd hisssəinə əsasən məsuliyyətdən azad edilməlidir. Müdafiəçi kassasiya şikayətinə əlavədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum cinayətə aidiyyəti olmadığı üçün onunla bağlı cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan hissədə bəraət verilməsi, Məhkum 318.1-ci maddə ilə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materialla rını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq mür aciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiy ası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum və müdafiəçinin verdikləri kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizli yə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxar ılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərar ında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün ə lamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi və Məhkum Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız məhkum edilməsi və ağır cəza cəyin edilməsi, onun əməlinin yalnız CM-in 3 18.1-ci maddəsi ilə tövsif edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi və CM-in 318.1-ci maddəsi ilə yüngül cəza cəyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara d üzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında İslam adlı tanışı ona 7.500 manat müqabilində İran İslam Respublikasından mal gətirməyi təklif etmiş, o, da razılaşaraq İrana keçərək bağlamanı Azərbaycan ərazisinə keçirmiş, lakin bağlamada narkotik vasitə olmasından məlumatı olmamış, saxlanıldıqdan sonra həmin bağlamada narkotik vasitələrin olduğunu bilmişdir; Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, hərbi xidmətinə aid olan kəşfiyyat-axtarış tədbirləri keçirilən zama n, 27 mart 2021-ci il tarixdə sərhəd zastavasının ərazisində sonradan adının Məhkum olduğunu bilən şəxs saxlanılmış və şifahi sorğu zamanı sərhədi İrandan qanunsuz keçdiyini bildirmişdir. Şübhə yarandığından kəşfiyyat-axtarış qrupunun tərkibində Məhkum iştirakı ilə zastavanın 3-cü sahəsində axtarış tədbirlərində iştirak etmiş, 28 mart 2021-ci il tarixdə saat 10 radələrində 3-cü sahədə maneə çəpərindən 800 metr dövlət sərhədi istiqamətində sıx qamış və kol bitkilərinin içərisində bir ədəd polietilen torba aşkar edilərək götürülmüş, bu zaman Məhkum həmin bağlamanı şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə birlikdə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirdiyini bildirmişdir. Həmin bağlamada narkotik vasitə və psixotrop maddələrin olması müəyyən edilmişdir; Şahid q ismində dindirilmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid2 ifadə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir; Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 28 mart 2021-ci il tarixdə Məhkum iştirakı ilə sonuncu tərəfindən əraziyə atılmış bağlamanın götürülməsində hal şahidi kimi iştirak etmiş, sonra 22-ci sərhəd zastavasının inzibati binasına dəvət edilmiş, zastavasının xidməti ərazisindən aşkar edilərək götürülmüş bağlamaya baxış keçirilmiş, baxış zamanı qeyd olunan bağlamanın içərisində üzəri sıx yapışqan lentlə bağlanmış iki ədəd büküm aşkar edilmiş, həmin bükümlərdə olan narkotik vasitəyə bənzər maddələr çıxarılaraq bükümləri ilə birlikdə tərəzidə çəkilmiş, çəkilərini hazırda dəqiqliy i ilə xatırlamır, lakin külli miqdarda olduğu məlum olmuşdur. Bağlamada həşiş qətranı, tiryək, heroin, qurudulmuş marixuana, metamfetamin, metadon olması müəyyən edilmişdir, bundan sonra narkotik vasitələrə bənzər maddələr götürülərək qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır; İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid5 ifadəsi və onunla Məhkum arasında keçirilmiş üzləşdirmə protokolu elan edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, 27 mart 2021-ci il tarixdə saat 12.00-18.00-dək sərhəd zastavasının 2-3-cü sahələrinə sərhəd gözətçisi xidmətinə təyin olunmuş, xidmətdə olduğu müddətdə saat 17 radələrində 3-cü sahə istiqamətində səslər eşitmiş, həmin istiqamətdə hərəkət etmiş, ora da olan kanala baxış keçirən zaman kanalın içərisində sonradan adının Məhkum olması məlum olan bir nəfər şəxsin olduğunu aşkar etmiş, sonuncuya köməklik olmadan su kanalından çıxa bilməz, bu barədə zastavaya məlumat verdikdən sonra həmin şəxsi kanaldan çıxarmış, həmin şəxsdən burada nə etdiyini soruşduqda, o, müalicə almaq üçün İrana getmək istədiyini bildirmiş, daha sonra həmin şəxs sərhəd zastavasına aparılmış, kanaldan çıxarılan zaman Məhkum üzərində narkotik vasitələri olmasada, 28 mart 2021-ci il tarixdə sərhəd zastavasının 3-cü sahəsində bir ədəd bağlamada narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Şahid5 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Ramil Məmmədovün üzünə qarşı bir daha bildirmişdir; «Baxış keçi rilməsi haqqında» 28 mart 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum İran İslam Respublikasından gətirdiyini və Beyləqan rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin 22- ci sərhəd zastavasının 3-cü sahəsində gizlətdiyi bağlama həmin gün aşkar edilərək baxış keçirilmiş, içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin olması müəyyən edilmişdir; Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 6/1267 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş torbada ümumi təmiz çəkisi 3736,0 qram olan narkotik vasitə - heroin, ümumi çəkisi 5325,0 qram narkotik vasitə - tiryək, ümumi çəkisi 3863,0 qram psixotrop maddə metamfetamin, 30 ədəd konvalyut, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumi sayı 300 ədəd narkotik vasitə metadondur. 300 ədəd həbdə metadonun t əsir maddəsinin miqdarı 12 qram təşkil edir; Məhkəmə bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/300 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş narıncı sintetik kisədə ümumi çəkisi 2315,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 15040,0 qram olan narkotik vasitə həşiş qətranıdır; Məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2021-ci il tarixli, 2007 nömrəli rəyindən görünür ki, Məhkum narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq Məhkum hə rəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması, onun tərəfindən həmin cinayətlərin törədilməsinin məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9- cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi is tehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerl ərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternati v əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop m addələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Be lə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satma q niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsi n qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə t əmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icra çını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razı laşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Məhkum kassasiya şikayətində “İran İslam Respublikasına narkotik vasitə əldə etmək üçün getməməsi, onun tərəfindən İrandan gətirdiyi bağlamada narkotik vasitə aşkarlanması barədə məlumatının olmaması, həmçinin qeyd olunan narkotik vasitə və psixotrop maddəyə heç bir aidiyyətinin olmaması, təslim olmaq niyyəti ilə əsgərləri səsləməsi, narkotik vasitəni könüllü olaraq təhvil verməsi, ibtidai araşdırma zamanı təzyiq altında etirafedici ifadə verməsi, bağlamanı da könüllü təqdim etməsini göstərsə də, müd afiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun 03 avqust 2021-ci il tarixli qərarından görünür ki, ibtidai istintaq zamanı Məhkum şikayətlə müraciət edərək saxlanılan zaman hərbi qulluqçular tərəfindən ona fiziki təzyiqlər göstərilməsini bildirmişdir. Müraciət əsasında Baş prokurorluqda araşdırma aparılaraq Məhkum göstərdiyi xüsusatlarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materialla rında olan məhkum edilmiş şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2021 -ci ilin mart ayında İslam adlı tanışı ona 7.500 manat müqabilində iran İslam Respublikasından mal gətirməyi təklif etmiş, o, da razılaşaraq İrana keçərək bağlamanı Azərbaycan ərazisinə keçirmiş, lakin bağlamada narkotik vasitə olmasından məlumatı olmamış, saxlanıldıqdan sonra həmin bağlamada narkotik vasitələrin olduğunu bilmişdir. Həmçinin, Məhkum kassasiya şikayətində narkotik vasitəni könüllü təhvil verdiyini göstərsə də, iş materiallarında olan şahidlərin ifdələrindən, həmçinin Məhkum özünün ibtidai araşdırma, eyni zamanda apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Məhkum 27 mart 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəf indən saxlanılarkən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirməsi, narkotik vasitəni könüllü təhvil vermək niyyətində olması barədə heç bir söz deməmiş, əksinə olaraq müalicə almaq üçün irana həkimə getməsi barədə yalan ifadələr vermişdir.Yalnız sərhəd zastavasında sorğu-sual edildikdən sonra İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirdiyini və ərazidə gizlədildiyini etiraf etmişdir. Eyni zamanda iş materiallarında olan Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, Məhkum əsgər deyə çağırarkən su kanalının içərisində olmuş, kənar şəxs tərəfindən köməklik edilməzsə kanaldan çıxmasının mümkün olmadığını göstərmişdir. Məhkum edilmiş şəxs Məhkum və onun müdafəçisi Salman Fərəcovun vəsatəti əsasında Apellyasiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifa dəsindən də görünür ki, onun İrandan Məhkum narkotik vasitə keçirməsindən məlumatı olmamış, əksinə Məhkum Bakı İstintaq Təcridxanasında ona pul təklif edərək İrandan gətirdiyi narkotik vasitəni öz boynuna götürməsini təklif etdiyini göstərmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2. 206.3.2,234.4.1 və 234.4.3- cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, məhkum edilmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək haqlı olaraq Məhkum əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmişdir. Həmçinin, Məhkum özünü qismən təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək, onun ifadələrinin iş üzrə mötəbər sübutlarla təkzib olunduğu və həmin ifadələrin özünü müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmədiyi barədə qənaəti qanuni və əsaslıdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş ha llara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqi binin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsi n gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat za manı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymət dir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Mə cəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3- cü maddələri bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırla şdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmişdir. Apellyasiya məhkəməsi Məhkum yaşayış yerindən müsbət xarakterizə olunmasını,himayəsində iki azyaşlı uşağının olmasını, ailə üzvlərinin onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Resp ublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağ ırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, yaşayış yerindən müsbət xarakterizə olunmasını,himayəsində iki azyaşlı uşağının olmasını, ailə üzvlərinin onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi gös tərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiya sı hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1921/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1921/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver