Məhkəmə qərarları › İş №1(102)-1922/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1922/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1922/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, Bəraət almış şəxs - Baxşəlizadə Elvin Elçin oğlunun iştirakları ilə, Baxşəlizadə Elvin Elçin oğluna Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 234.11-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-72/2023 saylı, 7 mart 2023-cü il tarixli (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X14 və X6 ibarət tərkibdə) hökmü ilə 10 iyun 1992-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, Baxşəlizadə Elvin Elçin oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il m üddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, X3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı 07 mart 2023-cü il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərcinin təqsirləndirilən şəxs X2 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 2,621 qram miqdarında psixotrop maddə metamfetaminin məhv edilməsi, X7 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclasında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X7 psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə) 1(107)-7/2024 saylı, 28 mart 2024-cü il tarixli hökmüı ilə təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X3 CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(091)-72/2023 nömrəli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən X3 təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu CM-in 234.1-1-ci maddəsi ilə ona bəraət verilmiş, X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. X4 CPM-in 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən X7 qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə külli miqdarda – 2,671 qram psixotrop maddə olan metamfetamini əldə edib qanunsuz olaraq üzərində saxlamış, 23 avqust 2022-ci il tarixdə saat 18.10-da Elvin Baxşalızadə psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Füzuli küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 19.15-dən 19.35-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki cins şalvarın s ol yan cibindən bir ədəd sellofan bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 2,671 qram psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-7/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə görə hesab edirəm ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-c ı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən hökm ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Belə ki, X7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 avqust 2022ci il tarixdə saat 15 radələrində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində gəzişərkən yerdən bir ədəd sellofan torbaya bükülmüş bükülü görüb götürmüş, torbanı açıb içərisinə baxarkən içərisində şüşə - patı adlanan metamfetamin olduğunu görüb gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri Füzuli küçəsində olarkən polis əməkdaşları ona yax ınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol cibindən içərisində psixotrop maddə olan metamfetamin olduğu bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri Bakıxanov küçəsi 22 saylı evdə yaşayan X3 üzərində psixotrop maddə olan metamfetamin olması barədə daxil olmuş məlumat əsasında PPXBnün polis nəfəri Şahid2 ilə birlikdə Elvin Baxşalızadənin olduğu Yevlax şəhəri Füzuli küçəsinə gedərək sonuncuya yaxınlaşıb özlərin i təqdim etdikdən sonra psixotrop maddələrin qanunsuz daşınmasında və saxlanılmasında şübhəli apardığına görə polis şöbəsinə getməyi təklif etmişlər. Elvin Baxşalızadə polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən içərisində psixotrop maddə ola metamfetaminə bənzər kütlənin olduğu bir ədəd sellofan büküm aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Elvin Baxşalızadəyə qarşı zor tətbiq edilməmiş, sonuncu üzərindən çıxan psixotrop maddəni bir gün əvvəl Kür çayının kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə ve rərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Bundan başqa, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2022-ci il tarixli 1883 saylı rəyi ilə müəyyən edilmişdir ki, X3 psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış norkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs E.Baxşalızadə ifadələrində münasibətinin olduğu Könül Qasımova adlı qadının rayon Polis Şöbəsinin əməkdaşı Tural adlı şəxslə də yaxın münasibətdə olması səbəbindən Dolis əməkdaşının qisas almaqdan ötrü qəsdən onu tutdurduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin əməkdaşı X12 ifadəsində göstərmişdir ki, hazırkı işlə bağlı heç nə bilmir. O, əməliyyat qrupunda olmamışdır, təqsirləndirilən şəxsin tutulmasında və ya saxlanmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxslə heç bir intriqası və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxsin tutulmasından və ya saxlanmasından heç bir məlumatı olmayıb. Təqsirləndirilən şəxs tutulması ilə bağlı şikayət etmişdir. O da həmin vaxt xəstəxanada olmuşdur. Onda bilmişdir ki, Elvin Baxşalızadə tutulub. Əməliyyat zamanı bıçaq xəsarəti aldığı üçün xəstəxanada müalicə almışdır. Hazırkı cinayət işi bağlı Yevlax rayon prokurorluğunda izahat vermişdir. İzahat verməyinin səbəbi o olub ki, təqsirləndirilən şəxs bildirib ki, guya Elvin onun sifarişi ilə tutulub. Könül adlı şəxsi tanıyır, Könül ilə heç bir münasibəti yoxdu r. Elvin Baxşalızadənin tutulması ilə bağlı ona video görüntülü zəng olunmayıb. Toğrul əmisi oğludur. Toğrulun təqsirləndirilən şəxsgilə getməsindən xəbəri yoxdur. Onun Könüllə heç bir münasibəti olmayıb. Könül həm onun sinif yoldaşı olub, həm də Könülün bacısı onların qonşuluğunda yaşayır. Könüllə yox, Könülün bacısıgillə qonşudur. Təqsirləndirilən şəxsin hansı səbəbdən belə bir ifadə verməsini deyə bilmir. Əvvəllər aralarında qərəzçilik olmayıb. Könüllə ailəvi tanışlığı var, lakin gediş-gəlişləri yoxdur. Könüllə telefon əlaqəsi olmayıb. Könülün təqsirləndirilən şəxslə münasibətinin olubolmamasını bilməmişdir. Aparılmış araşdırma zamanı Teymur Səlimovla adı qeyd olunan Könül Qasımovanın hər hansı münasibətdə olması müəyyən edilməmişdir. E.Baxşalızadə məhkəmədə dindirilərkən istintaq zaman ı ona polislər tərəfindən fiziki zorakılıq edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax Rayon Prokurorluğunun 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, X3 Yevlax rayon Polis Şöbəsində zorakılığa məruz qalmasını bildirməsi faktına görə aparılmış araşdırma nəticəsində einayət işinin başlanması rədd edilmişdir. Kassasiya protestində Baxşəlizadə Elvin Elçin oğluna Azərbaycan Respublikası CMin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublika sı Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair, bəraət almış şəxs Baxşəlizadə Elvin Elçin oğlunun kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansi yaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, Baxşəlizadə Elvin Elçin oğluna Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyas iya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Baxşəlizadə Elvin Elçin oğluna Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri ar adan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cin ayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirə n və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məh kəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Baxşəlizadə Elvin Elçin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəf inin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Baxşəlizadə Elvin Elçin oğluna bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Belə ki, Elvin Baxşalızadə məhkəmə kollegiyasında verdiyi ifadəsində polis şöbəsində döyüldüyünü, izahatlara oxumadan qol çəkdiyini, video çəkiliş aparılan zaman etiraf etdirildiyini, 48 saat polis şöbəsində saxlanıldıqdan sonra müstəntiqin onu prokurorun yanına apardığını, özünü təqsirli bilmədiyi üçün müstəntiqin ondan yenidən ifadə aldığını, bunu müstəntiqə Yevlax rayon prokurorunun dediyini, metamfetaminin ona məxsus olmasına dair verdiyi ifadəsinin həqiqət olmadığını göstərmiş, üzərində heç b ir psixotrop maddə olmadığını göstərməsilə bağlı tədqiq edilmiş iş materiallarından da müəyyən edilmişdir ki, ilkin olaraq xx.xx.2022-ci il tarixli izahatında, bundan sonra isə xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində dindirilməsinə dair ifadəsində psixotrop maddənin ona məxsus olması, baxış zamanı psixotrop maddənin üzərindən aşkar edilməsinə dair ifadə versə də, bundan sonrakı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bunu tamamilə təkzib etmişdir. İş materiallarından göründüyü kimi ibtidai istintaq dövründə Elvin Baxşalızadə yalnız bir dəfə, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən etirafedici ifadə vermişdir ki, bunu da sonradan, həm ibtidai istintaqın gedişində təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həm də məhkəmə iclaslarında verdiy i ifadələrində tamamilə təkzib etmişdir. Məhkəmə kollegiyasının iclaslarında həmçinin göstərmişdir ki, ibtidai istintaq dövründə müdafiəçinin iştirakı ilə dindirilməmiş (ona məhkəmə kollegiyasının iclasında təqdim edilmiş dindirmə protokollarında olan imzaların ona məxsus olduğunu bildirsə də, müdafiəçinin onun iştirakı ilə tərtib edilmiş həmin protokolları imzalamadığını göstərmişdir), müdafiəçini yalnız bir dəfə, videoçəkilişlə üzərinə baxış keçirilərkən görmüş, sənədlər müstəntiq tərəfindən ona təqdim edilərkən oxumadan imza etməyə məcbur qalmışdır. Birinci instansiya məhkəməsi də Elvin Baxşalızadənin məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi ifadəsinə, həmçinin şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman sərbəst şəkildə aşkar o lunmuş psixotrop maddənin özünə məxsus olduğunu bildirməsinə üstünlük verməklə onun məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə tənqidi yanaşmış, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrə yalnız Yevlax rayon Prokurorluğu tərəfindən araşdırma aparılaraq preyudisial əhəmiyyət daşıyan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunması ilə qiymət verərək onun barəsində ittiham hökmü çıxarmışdır. Elvin Baxşalızadənin qeyd etdiyi xüsusatlara tam aydınlıq gətirilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməklə rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 fevral 2024-cü il tarixli, 4/147 saylı rəyindən müəyyən olunmu şdur ki, cinayət işinin 1-ci cildinin 49-50-ci vərəqlərində olan 24 avqust 2022-ci il tarixli şübhəli şəxsi dindirmə “Protokol”unun 2-ci vərəqinin aşağı hissəsində “Müdafiəçi:” qrafasında “Zaur Bərxudarov” yazılarının qarşısındakı imza, cinayət işinin 1-ci cildinin 52-53-cü vərəqlərində olan 25 avqust 2022-ci il tarixli (təqsirləndirilən şəxs qismində cəlb etmə barədə) “Qərar”ın 2-ci vərəqinin yuxarı hissəsində “Müdafiəçi:" qrafasında “Zaur Bərxudarov” yazılarının qarşısında olan imza X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Bundan başqa cinayət işinin materiallarında olan ( cild 1, səh. 48) 24 avqust 2022-ci il tarixli şübhəli şəxsə etiraz edilə bilən şəxslər barədə məlumatların bildirilməsi “Protokolu”nun aşağı hissəsində “Müdafiəçi:” qrafasında “X5” yazılarının qarşısın da olan imza, 24 avqust 2022-ci il tarixli ekspert rəyi ilə şübhəli şəxsi tanış etmə haqqında “Protokol”un (cild 1, səh. 51) aşağı hissəsində “Şübhəli şəxs:” qrafasında “Müdafiəçi:” qrafasında “Zaur Bərxudarov” yazılarının qarşısında olan imza, təqsirləndirilən şəxsin CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə “Bildiriş”in (cild 1, səh. 54-55) 2-ci vərəqinin aşağı hissəsində “Müdafiəçi:” qrafasında “Zaur Bərxudarov” yazılarının qarşısında olan imza, 25 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın və bildirişin surətlərinin verilməsi haqqında “Protokol”un aşağı hissəsində “Müdafiəçi:” qrafasında “Zaur Bərxudarov” yazılarının qarşısında olan imza, 25 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsə etiraz edilə bilən şəxslər bar ədə məlumatların bildirilməsi “Protokolda “Müdafiəçi:” qrafasında “Zaur Bərxudarov” yazılarının qarşısında olan imza, təqsirləndirilən şəxsi dindirmə “Protokolu”nun (cild 1, səh. 59-61) 3-cü vərəqində “Müdafiəçi:” qrafasında “Zaur Bərxudarov” yazılarının qarşısında olan imza, ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında “Protokol”da (cild 1, səh. 142) “Müdafiəçi:” qrafasında “X5” yazılarının qarşısında olan imza - X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi ibtidai istintaq dövründə Elvin Baxşalızadənin yalnız bir dəfə, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadəsi müdafiəçi Zaur Bərxudarov tərəfindən imzalanmamış, həmin dindirməyə dair protokolun hansı şəraitdə tərtib edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi Elvin Baxşalizadənin qeyd olunan əməl üzrə təqsirliliyini sübuta yetirə bilməmiş, onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün qeyri qanuni üsullardan istifadə etməkdən belə çəkinməmişdir. Beləliklə, ittihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyinin müəyyən olunmuş mötəbərlilik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplan ılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Baxşəlizadə Elvin Elçin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və on un təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən Baxşəlizadə Elvin Elçin oğluna bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləs inin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Baxşəlizadə Elvin Elçin oğlunun təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olun masında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Baxşəlizadə Elvin Elçin oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatın da sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyün də işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli o laraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etm əklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sü butların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyil dir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tuta raq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Baxşəlizadə Elvin Elçin oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.11-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-7/2024 saylı, 28 mart 2024-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar