Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1923/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nəbiyev Rövşən Hacıbala oğlunun iştirakları ilə XX xxxxxx 2005-ci ildə Sabirabad şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri ünvan 1 ünvanınd a yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.2.1 və 150.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 mart 2024-cü il tarixli 1(106)-83/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nəbiyev Rövşən Hacıbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1(099)-43/2023 nömrəli hökmü ilə (hakimlər N.F.Quliyev (sədrlik edən), A.Ə.Musayev və N.N.Nüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 150.2.1 və 150.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə a zadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzanın əvvəlinin 22 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-in 150.2.1 və 150.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), M.Ə.Bağırov və İ.Q.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Mə hkum cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2020-ci ilin yanvar ayının ortalarında saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sabirabad şəhəri İ.İsgəndərov küçəsində dayanmış, tanışı Zərərçəkmiş şəxs yaxınlaşıb intim münasibətdə olmalarını təklif etmiş, sonuncu imtina etdikdə, Təqsirləndirilən şəxs yumruğu ilə Zərərçəkmiş şəxs ağız nahiyəsinə vurub zor tətbiq etməklə qorxutmuş, daha sonra birlikdə Sabirabad şəhəri M.Ə.Sabir adına parkda yerləşən internet klubun arxasına gələrək, orada Təqsirləndirilən şəxs xx xxxxxxxx 2004-cü ildə anadan olmaqla, həmin an üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, əqli inkişafında gerilik və psixoloji yaşının yaş xüsusiyyətlərinə uyğun olmaması səbəbindən, ona qarşı edilən s eksual hərəkətlərin xarakter və mənasını tam həcmdə anlamaq, sosial mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmayan, seksual hərəkətlər zamanı psixi-emosional vəziyyətində qorxu, həyəcan keçirməklə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs zor tətbiq etməklə qollarından tutub müqavimətini qırmış, o da zorakılıq hərəkətlərini davam etdirərək iradəsi ziddinə əyninə geydiyi şalvarını və trusikini dizlərinə kimi aşağı çəkərək ereksiya vəziyyətində olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə yeritməklə, eləcə də ağız boşluğuna daxil etməklə cinsi ehtirasını təmin edərək, sonuncunun arxa keçəcək dəliyinin açılması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsi ilə müşayiət olunan uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, hüquqlarını müdafiə etdiyi şəxs ittihamda təsvir olunan cinayəti törətməmişdir və bəraət almalıdır. Belə ki, ittiham tərəfinin irəli sürdüyü ittihamlar heç bir sübutla öz təsdiqini tapmır. Şəxsin təqsiri sübuta yetirilməyibsə o, təqsirsiz hesab olunur. İttiham tərəfinin məhkumin təqsirləndirilməsində sübutları ekspertiza rəyi, Kənanın ziddiyyətli ifadələri, məhkəmə istintaqında ifadə verərkən “heç nə görməmişəm, görmədiyimin şahidiyəm” deyən iki şah id, Zərərçəkmiş şəxsın atası və anası, eləcə də məhkumin atasının ifadələridir. Nə ekspertiza rəyində, nə də ki, şahid ifadələrində məhkumin təqsirini sübuta yetirəcək bir fakt belə yoxdur. Cinayət işində absurd olan budur ki, şahidlər ümumiyyətlə nəyinsə şahidi deyil. Zərərçəkmiş şəxs özü ifadəsində bildirir ki, təqsirləndirilən şəxslər ona qarşı qeyd olunan cinayəti törədən zaman yanlarında heç kim olmayıb. Həmçinin zərərçəkmişin anası oğlu barəsində müxtəlif adamların ona “Zərərçəkmiş şəxsda nəsə var, onunla danış” dediklərini bildirsə də, heç kimin adını çəkmir. Müdafiəçi hesab edir ki, Məhkum hərəkətlərində cinayət tərkibinin olmamasına görə onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillər ini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Nəbiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş m əhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisələrini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahid lərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayətprosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun baş vermiş cinayət hadisəsi ilə heç bir aidiyyətinin olmaması, onların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsində “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 150.2-ci maddəsinə görə: “Eyni əməllər: 150.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 150.2.3. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdəbeş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi prose s olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin h ər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmi ş sübutlarla yəni, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli v ə qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum CM-in 150.2.1 və 150.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi Zərərçəkmiş şəxs ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxsin qa nuni nümayəndəsi Şahid1 ifadələri, şahidlər Şahid4, Şahid2 və Şahid3 ifadələri, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 320 aprel 2020-ci il tarixli 202 nömrəli rəyi, məhkəmə-psixoloji ekspertizasının 16 iyun 2020-ci il tarixli 1546 nömrəli rəyi, habelə iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta ilə tam sübuta yetirilir. Məhkumun heç bir cinayət törətməməsi barədə kassasiya şikayətində əks edilmiş mövqe isə həqiqəti əks etdirmir və məhkumun cinayət məsuliyyətindən azad edilməsi məqsədi daşıyır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 150.2.1 və 150.2.3-cü maddəl əri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cinayət işində Məhkum bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiy i yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yek un məhkəmə hökmü qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 mart 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1923/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1923/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver