Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1924/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-341/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Tərtər şəhəri, N.Nərimanov küçəsində yaşamışdır. 2. 28 dekabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 228.4, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov b ıçağını və bir ədəd kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edib özünə məxsus “Toyota Prius” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində saxlayaraq gəzdirmiş, 20 iyun 2022-ci il tarixdə, saat 19:50-də Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Tərtər şəhəri, Nizami küçəsində saxlanılaraq idarə etdiyi həmin avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının qarşısına gətirilib həmin gün saat 20 radələrində ona məxsus “Toyota Prius” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilərkən avtomobilin ön sol oturacağının yan tərəfindən bir ədəd kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı və avtomobilin sol ön oturacağının üzərindən bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək özünə məxsus “Toyota Prius” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində saxlamaqla daşımış, 20 iyun 2022-ci il tarixdə, saat 19:50-da Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Tərtər şəhəri Nizami küçəsi ərazisində saxlanılaraq idarə etdiyi həmin avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Tərtər Rayon Polis Şöb əsinin inzibati binasının qarşısına gətirilib həmin gün saat 20 radələrində ona məxsus “Toyota Prius” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilərkən avtomobilin arxa sağ oturacağında olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli kiçik ölçülü plastik qabda təmiz çəkisi 0,952 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra o, satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 10,793 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 53,09 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində və idarə etdiyi “Toyota Prius” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımış, 11 iyul 2022-ci il tarixdə, saat 15 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Aslanov küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsin ə gətirilib həmin gün, saat 16:10-da üzərinə şəxsi axtarış keçirən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,219 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin gün saat 16:30 radələrində isə ona məxsus “Toyota Prius” markalı, “**-NY-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirən zaman avtomobilin salonundan 41 (qırx bir) ədəd şəffaf sellofan kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram, 0,271 qram, 0,259 qram, 0,237 qram, 0,259 qram, 0,235 qram, 0,193 qram, 0,251 qram, 0,265 qram, 0,264 qram, 0,245 qram, 0,283 qram, 0,239 qram, 0,273 qram, 0,298 qram, 0,231 qram, 0,237 qram, 0,258 qram, 0,272 qram, 0,235 qram, 0,249 qram, 0,234 qram, 0,236 qram, 0,285 qram, 0,269 qram, 0, 279 qram, 0,262qram, 0,257 qram, 0,242 qram, 0,273 qram, 0,274 qram, 0,316 qram, 0,281 qram, 0,287 qram, 0,254 qram, 0,330 qram, 0,222 qram, 0,258 qram, 0,254 qram, 0,221 qram və 0,256 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar hesab edilən 10,574 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 16 (on altı) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,62 qram, 3,15 qram, 3,86 qram, 3,65 qram, 3,28 qram, 2,80 qram, 3,18 qram, 3,56 qram, 3,51 qram, 2,52 qram, 2,77 qram, 3,97 qram, 3,31 qram, 3,14 qram, 3,51 qram və 3,26 qram olmaqla ümumi təmiz çəkisi 53,09 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 4. 12 yanvar 2023-cü il tari xdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-192/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.4, 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbayc an Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-341/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-192/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilir ki, məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi üzrə avtomobildən götürülmüş 41 ədəd şəffaf sellofan kəsiyi bükümlərində ümumi çəkisi 10,574 qram olan heroin və 16 ədəd qutulardan ümumi çəkisi 53,09 qram olan marixuana ona məxsus olmamış, heç vaxt narkotik vasitə satmamış və satış məqsədi olmamışdır. Məhkəmə baxışı zamanı şahidlər ifadələrində məhkumun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, yaxud kiməsə satması barədə məlumatlarının olmadığını bildirmiş, onun satış məqsədi ilə na rkotik vasitə əldə etməsi barədə heç bir sübut müəyyən edilməmişdir. Məhkəmənin ittiham hökmü yalnız ehtimallara əsaslanmışdır. Həmçinin, ona cəza təyin edilərkən maddi və prosessual cinayət hüquq normaları düzgün tətbiq edilməmiş, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini səciyyələndirən hallar, cəzanı yüngülləşdirən hallar, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamış və nəticədə ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-341/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qərarının dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət hökmü çıxarılması, Azərbaycan Respu blikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, baş qa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyy ətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyini, eləcə də ona Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegi yası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-341/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallar ının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmi n cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci i l).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.
22. Belə ki, məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublik ası CM-nin 234.4.3-cü maddəsi ilə özünün təqsirli bilməsə də, onun həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, şəxsi axtarış aparılması, avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir. Buna görə məhkəmələr onun məhkəmə istintaqı zamanı avtomobilində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasına dair verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq və işin hallarını təhrif etməyə cəhd etmək məqsədi daşıyan ifadə kimi qiymətləndirərək, it tihamı təkzib edən sübut kimi nəzərə almamışdır.
23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum cəza təyin edilməsi ilə bağlı mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prose ssual cinayət-hüquqi normalarına uyğundur.
26. Belə ki, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
27. Məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin oluna n cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əməlindən səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin sanksiyaları həddində müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edib və həmin cəza ları qismən toplamaqla ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
28. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
29. Belə nəticələrə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların ın tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-341/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər t utaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-341/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.