Məhkəmə qərarları › İş №1(102)-1925/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1925/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1925/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçiləri Müdafiəçi3 Madər oğlunun və Mirzəyev Altay Soltanağa oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1942/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarix li qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 Madər oğlu və Mirzəyev Altay Soltanağa oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 24 noyabr 1978-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. 2. 17 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü m addəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 27 sentyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 207,285 qram olan külli miqdarda narkotik vasitə heroini və 50,229 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə etdikdən sonra heroinin 16,580 qramını üzərində, qalan hissəsini və psixotrop maddə metamfetamini idarə etdiyi “Ford” markalı, **RA-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamış, 18 apre l 2023-cü il tarixdə, saat 21:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra – “BNMİ”) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 2-ci mədən ərazisində saxlanılaraq ünvan 3 ünvanında yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş və həmin gün, saat 23:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 16,580 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edildikdən sonra 19 aprel 2023-cü il tarixdə, saat 00:30-da yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində nömrəsiz evin həyətində saxladığı “Ford” mar kalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sürücü oturacağının altından qara rəngli sellofan torbada olan qəhvəyi rəngli qutunun içərisindəki gümüşü kağıza bükülmüş sellofandan təmiz çəkisi 50,229 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, narıncı rəngli qutunun içərisindəki 1 (bir) ədəd sellofandan təmiz çəkisi 190,705 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-744/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəs ində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəzaçəkmə müddətinin əvvəlinin 18 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri Yusifbəyli Rəsul Rəbbil oğlu və Nəsibov Famil Hümbət oğlu ayrıayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1942/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı ilə apell yasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-744/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 Madər oğlu və Mirzəyev Altay Soltanağa oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilir ki, məhkum edilmiş şəxs Məhkum bədəni üzərində tutulduğu dövrə aid olunan xəsarətlər aşkar edilsə və bununla bağlı məhkəmə nəzarəti qaydasına qərar qəbul olunsa da, işə mahiyyəti üzrə baxan birinci instansiyası məhkəməsi bu faktı nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi qarşısında bu məsələ qaldırılsa da, apellyasiya şika yətinin əlaqəli dəlillərinə formal münasibət bildirilmişdir. Eyni ilə, Məhkum barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunvericiliyin müvafiq tələblərinin kobud pozuntusu ilə keçirildiyi məhkəmələrin nəzərinə çatdırılsa da, hər iki məhkəmə instansiyasında bu məsələyə aid mövqe açıqlanmamışdır. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutların da təhlil və tədqiqində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM” və ya “CPM”) normalarına riayət etməmişlər. Məsələn, Məhkum evi və avtomobilində axtarış-götürmə keçirilərkən qeydə alınmış videoyazıda görünən və tərtib edilmiş protokolda qeyd edilən narkotiklərin çəkisində kəskin fərq müşahidə edilir. Eləcə də məhkuma məxsus olması iddia edilən dəftərdə olan yazıların məhz onun i cra etdiyini təsdiqləyən ekspertiza keçirilməmiş, halbuki bu barədə vəsatətlər verilmişdir. Kassasiya şikayətində qeyd edilən bu və digər hallar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin məhkəmə aktlarının əsaslılığı və qanuniliyinə aid müddəalarına riayət edilmədiyinə dəlalət etdiyindən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1942/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqda qərar qəbul edilməsi xahiş edilir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respub likası CPMnin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdı rmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum müdafiəçiləri Müdafiəçi3 Madər oğlu və Mirzəyev Altay Soltanağa oğlu verdikləri kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini və məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyini iddia etməklə, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişlər.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1942/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yox layıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. İlk öncə kassasiya şikayətinin məhkum edilmiş şəxs Məhkum işgəncəyə məruz qalması ilə bağlı dəlilinə münasibətini bildirən məhkəmə kollegiyası nəzərə alır ki, cinayət işinin materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 3 iyun 2023-cü il tarixli qərarda istinad edilən Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsindən əldə edilmiş məlumatda Məhkum müayinədən keçirkən sol ayağının 5-ci barmaq nahiyəsində əzilmiş bənövşəyi rəngli qançır izinin, sağ baldır nahiyəsinin ön səthində kəsilmiş qərtməkli yara xəsarətlərinin aşkar olunması qeyd edilmişdir.

18. Həmin məlumata əsasən keçirilmiş məhkəmə-tibbi ekspertizasının 864 nömrəli, 15 may 2023-cü il tarixli rəyində göstərilmişdir ki, Məhkum 24 apre l 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində tibbi müayinədən keçirilən zaman ona “sağ baldırın ön səthində əzilmiş 2,0 sm ölçüdə qərtməkli yara, sol ayağında V barmağının əzilmiş bənövşəyi rəngli qançırı” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlərdən sağ baldırın ön səthinin qərtməkli yarasının rəngi və digər xarakterik xüsusiyyətləri təsvir olunmadığından onun əmələ gəlmə müddəti, aləti və sağlamlığa zərərvurma dərəcəsi barədə fikir söyləmək mümkün deyildir. Sol ayağın 5-ci barmağının bənövşəyi rəngli qançırı isə bərk küt əşyanın təsirindən onun Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində tibbi müayinə olunduğu 24 aprel 2023-cü il tarixdən 6-8 gün əvvəl əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur.

19. Məhkəmə-tibbi ekspertizasının gəldiyi nəticədən göründüyü kimi, Məhkum bədəni üzərində aşkar edilən xəsarətlərin bir hissəsinin əmələ gəlməsinin dəqiq müddəti barədə rəy verilməmiş, yəni bu xəsarətlərin ona tutularkən yetirilməsi istisna edilməmişdir, digər hissəsinin isə 24 aprel 2023-cü il tarixdən 6-8 gün əvvəl, yəni Məhkum tutulduğu 17 aprel 2023-cü il tarixin daxil olduğu zaman aralığında yaranması təsdiqlənmişdir.

20. Bununla belə, Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsindən alınan məlumat əsasında araşdırma aparan Binəqədi rayon prokurorluğunun müstəntiqi Məhkum və onu saxlayan polis əməkdaşlarının izahatlarını almaqla kifayətlənib və rəyə heç bir münasibət bildirməyib 3 iyun 2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəb ul etmişdir.

21. Müdafiə tərəfinin verdiyi şikayət üzrə qeyd edilən qərarın qanuniliyini məhkəmə nəzarəti qaydasında yoxlayan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-60/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı ilə Binəqədi rayon prokurorluğunun 3 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmiş, aparılan yeni istintaq zamanı şikayətdə göstərilən halların, eyni zamanda şikayətçi tərəfindən təqdim edilmiş və istintaq zamanı toplanmış sübutların, hərtərəfli, tam və obyektiv araşdırılması, o cümlədən, Məhkum saxlayan polis əməkdaşlarının və onun özünün olduğu yer üzrə antena məlumatlarının və təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınmış müvafiq görüntülərin əldə edilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçi rən prokurora tapşırılmışdır.

22. Məhkəmə qərarına əsasən aparılan əlavə araşdırma nəticəsində qəbul edilmiş Binəqədi rayon prokurorluğunun 15 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, müstəntiq əvvəlki araşdırma zamanı əldə edilmiş məlumatları təkrarlamaqla kifayətlənmiş, məhkəmə göstərişinin icrası istiqamətində etdiyi yeganə hərəkət “təqsirləndirilən şəxsin və onun saxlayan polis əməkdaşlarının istifadəsində olan telefon antena məlumatlarının əldə edilməsi, Məhkum saxlanıldığı ünvanda təhlükəsiz şəhər kamerası və ya digər kameraların olub-olması, müsbət halda qeydə alınmış müvafiq görüntülərin qeydə alınıb-alınmamasının müəyyənləşdirilməsinə dair göstərişlərin icra olunması məqsədilə müvafiq qaydada əməliyyat tapşırığı verilsə də, hazırki vaxtadək müsbət nəticə əldə edilməmişdir” ifadəsini əlavə etməsindən ibarət olmuşdur.

23. Göründüyü kimi, Məhkum tutularkən işgəncəyə məruz qalması barədə şikayətinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün məhkəmənin göstərişinin icrası qaydasında görülən tədbirlər, o cümlədən konkret hərəkətlərin məzmunu, əməliyyat tapşırıqlarının ünvanlandığı şəxslər, verilmə vaxtı və mahiyyəti Binəqədi rayon prokurorluğunun 15 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilməmişdir. Qərar, həmçinin, müvafiq məlumatlar əldə edilmədən və ya onların əldə edilməsinin mümkünsüzlüyü əsaslandırılmadan qəbul edilmişdir.

24. Əlavə olaraq məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum saxlayan polis əməkdaşlarının istifadəsində olan telefon antena məlumatlarının əldə edilməsi xahişi ilə müdafiə tərəfi birinci instansiya məhkəməsinə də müraciət etmiş, müvafiq vəsatət təmin edilməmiş və qəbul edilən qərarın əsaslandırılması verilməmişdir.

25. Baxmayaraq ki, Azərbaycan Respublikası CPM-nin 121.2-ci maddəsinə görə vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz.

26. Cinayət işinin yuxarıda təsviri verilən halları apellyasiya ş ikayətində ətraflı qeyd edilərək apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırılsa da, məhkəmə bu hallara və onlarla bağlı dəlillərə münasibətini bildirməmişdir.

27. Halbuki, Azərbaycan Respublikası CPM-nin 125.2 və 125.2.2-ci maddələrində göstərilən imperativ normaya görə zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi il əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.

28. Eyni Məcəllənin 125.3-cü maddəsində müəyyən edilən məcburi qaydaya görə isə Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.

29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyini də xatırladaraq qeyd edir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəra r qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il).

30. Məhkəmə kollegiyası işgəncələrin qadağan olunmasını bəyan edən “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – “Konvensiya”) 3-cü maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş sübutların cinayət prosesində istifadəsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun da nəzərdən keçirilməsini məqsədəmüvafiq sayı r.

31. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, Konvensiya ilə təmin edilən əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində əldə edilmiş sübutdan istifadə, hətta həmin sübut şəxsin məhkum edilməsində həlledici əhəmiyyət kəsb etməsə belə, həmişə icraatın ədalətliliyi ilə bağlı ciddi problemlər yaranmasına səbəb olur (Zliçiç Serbiyaya qarşı, № 73313/17, § 119, 26 yanvar 2021-ci il). Konvensiyanın 3-cü maddəsinin pozulması nəticəsində əldə edilmiş ifadələrin cinayət prosesində istifadə edilməsi – rəftarın işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi təsnifatından asılı olmayaraq – 6-cı maddəsinin pozulması ilə bütövlükdə icraatı avtomatik olaraq ədalətsiz edir (İbrahim və Digərləri Böyük Britaniyaya qarşı [BP], № 50541/08 ə s., § 254, 13 sentyabr 2016-cı il). Konvens iyanın 3-cü maddəsi ilə qaldırılan şikayətin hətta qəbuledilməz hesab edilməsi, məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlara riayət edilib-edilmədiyi məsələ üzrə qərar qəbul edərkən pis rəftara məruz qalmaya dair iddianın nəzərə alınmasını istisna etmir (Aydın Çetinkaya Türkiyəyə qarşı, № 2082/05, § 104, 2 fevral 2016-cı il). Əgər sübutun işgəncə və ya digər pis rəftar nəticəsində əldə olunduğu iddia edilirsə, bu iddianın araşdıran məhkəmədən, istintaq orqanının daha əvvəl araşdırdığı eyni fakt və hallara münasibət bildirməsi tələb oluna bilər. Lakin bu halda məhkəmənin vəzifəsi pis rəftarı icra edən şəxslərin fərdi cinayət məsuliyyətinə cəlb edilməsindən deyil, müvafiq sübutların mümkünlüyü və etibarlılığına tam, müstəqil və hərtərəfli yoxlama yolu ilə qiymət verməsindən ibarətdir. İfadənin məhz pis rəftara məruz qalaraq verilməsi haqda əsaslı iddianın qaldırılmasına baxmayaraq, onun sübut kimi qəbul edilməsi məhkəmə baxışının ədalətliliyinə dair ciddi şübhələrin yaranmasına səbəb olur (Belugin Rusiyaya qarşı, № 2991/06, § 74, 26 noyabr 2019-cu il).

32. Təsvir edilən ümumi prinsiplərə əsaslanaraq, Avropa Məhkəməsi Dursun Əliyev Azərbaycana qarşı iş üzrə qəbul etdiyi qərarında belə nəticəyə gəlmişdir ki, prokurorluğun qəbul etdiyi cinayət işinin başlanılmasından rədd qərarı yerli məhkəmələrə ərizəçinin təzyiq altında verdiyi iddia edilən özünün qismən etirafedici ilkin ifadələrinin sübut kimi istifadə edilməsinə qarşı etirazı üzrə araşdırma aparmaqdan imtina etmələrinə əsas vermirdi. Ərizəçinin pis rəftarla bağlı şikayətinə dair bu və ya digər formada tədqiqatın həyata keçirilməsi faktı özü-özlüyündə heç də həmin araşdırmanın həqiqətin müəyyən edilməsində səmərəli olduğunu təsdiqləmir. Bundan əlavə, iddia edilən pis rəftarda təqsirkarların müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üzrə hərəkətlərin icrası yerli məhkəmələrdən ərizəçiyə aid cinayət prosesi daxilində gözlənilməsə də, onlar (daxili məhkəmələr) ərizəçinin təqsirinin müəyyən edilməsi ilə bağlı sübutların mümkünlüyü və etibarlılığı üzrə tam, müstəqil və hərtərəfli araşdırma və qiymətləndirmə aparmaq vəzifəsini daşıyırdılar. Bu öhdəlik təqsirsizlik prezumpsiyası prinsipindən və təqsirləndirilən şəxsin ona qarşı hər hansı sübuta etiraz etmək hüququndan irəli gəlir (Dursun Əliyev Azərbaycana qarşı, № 20216/14, § 141, 27 aprel 2023-cü il).

33. Baxılan cinay ət işinin hallarından da görünür ki, Məhkum bədənində fiziki zorakılığa məruz qalmasını təsdiqləyən müxtəlif izlərin aşkar edilməsi ilə bağlı Binəqədi rayon prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 3 iyun 2023-cü və 15 may 2024-cü il tarixli qərarları qəbul edilsə də, məhkəmələr məhkumun müvafiq dəlillərinə kifayət qədər diqqətlə yanaşmamış, sübutların mümkünlüyü və etibarlılığı üzrə ətraflı tədqiq aparılması vəzifəsini yetərincə dolğun icra etməmişlər.

34. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin yuxarıda təsviri verilən mövqelərinə əsaslanaraq yeni apellyasiya baxışını aparacaq apellyasiya instansiya məhkəməsinin nəzərinə onu çatdırmağı önəmli hesab edir ki, Məhkum işgəncəyə, qeyri-insani və ya ləyaq əti alçaldan rəftara məruz qalmasını təsdiqləyən yekun dövlət aktı hələlik mövcud olmasa da, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-60/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı ilə Binəqədi rayon prokurorluğunun 3 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsi, faktiki olaraq Məhkum tutularkən qanunsuz təsirlə üzləşdiyinə, ona məxsus olması iddia edilən narkotik vasitə və maddənin mübahisəli şəraitdə aşkar edilərək götürüldüyünə dəlalət edir.

35. Kassasiya şikayətinin məhkum edilmiş şəxs Məhkum işgəncəyə məruz qalması haqda hissəsinə aid təfsiri ilə yekunlaşan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyəsini vurğulayaraq qeyd edir ki, bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, § 28).

36. Kassasiya şikayətinin Məhkum barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunvericiliyin müvafiq tələblərinin kobud pozuntusu ilə aparılmasına dair hissəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından m üəyyən edildiyi kimi, həmin tədbirlərin keçirilməsinin əsasını BNMİ-nin baş əməliyyat müvəkkilinin 18 aprel 2023-cü il tarixli raportu və eyni tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarı təşkil edir.

37. İş materiallarından həmçinin müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-929/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı ilə yuxarıda istinad edilən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni və əsaslı hesab edilmişdir.

38. Lakin cinayət işi üzrə birinci instansiya məhkəməsində baxış dövründə əldə edilən məlumat – BNMİ-nin 16 may 2024-cü il tarixli məktubundan aşkar edilmişdir ki, “Məhkum tərəfindən qısa müddətdə narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəz ərə alaraq daxil olmuş məlumat ilə əlaqədar həmin şəxsin cinayət əməllərinin ifşa olunması və narkotik vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11 və 12-ci maddələrinə əsasən təxirə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Bununla əlaqədar Məhkum barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır”.

39. Halbuki, «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin İİ hissəsinin 4-cü bəndinə və İİİ hissəsinin 3-cü bəndinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar və əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsasdır.

40. Həmin Qanunun 15-ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır.

41. Eyni Qanunun 16-cı maddəsinin İ hissəsinə əsasən isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

42. Göründüyü kimi, qanunverici əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən əməliyyat-qeydiyyat işinin başlanmasını imperativ şərt kimi müəyy ən etmiş, bu qaydadan istisnaya yol verən hər hansı halı nəzərdə tutmamışdır.

43. Azərbaycan Respublikası CPM-nin 125.2 və 125.2.7-ci maddələrində göstərilən imperativ normaya görə isə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.

44. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq Azərbayc an Respublikası CPMnin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı, 12 fevral 2015-ci il).

45. Cinayət işinin materiallarından isə müəyyən edilir ki, Məhkum barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarının qanuniliyinin və əsaslığının məhkəmə nəzarəti qaydasında yoxlanılmasının formal həyata keçirildiyi müdafiə tərəfindən cinayət işinə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası məhkəmələrinin nəzərinə çatdırılsa da, bu hala heç bir münasibət bildirilməmişdir.

46. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquq i mövqeyi ondan ibarətdir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunar aq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən Azərbaycan Respublikası CPM-nin 125, 144146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Qərarı, № 15, § 16, 24 dekabr 2021ci il).

47. Kassasiya şikayətinin münasibət bildirilən hissəsi ilə yekunlaşan məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində baxış dövründə 15 noyabr 2023-cü il tarixdə şahid qismində ifadə vermiş, 18 aprel 2023-cü il tarixli raportu tərtib və eyni tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarı qəbul edən BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, “əməliyyat məlumatı şəxsin saxlanıldığı gündən əvvəl daxil olmuşdu, dəqiq olmadığı üçün məlumat dəqiqləşdirildi və həmin gün tədbir keçirildi”.

48. Bu halla bağlı məhkəmə kollegiyası xatırladır ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu Qərarının eyni paraqraf ında Avropa Məhkəməsinin təcrübəsinə istinadla həmçinin qeyd edilmişdir, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir.

49. Hazırki halda isə Məhkum barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinə bilavasitə rəhbərlik etməklə onları həm də icra edən Şahid1 “əməliyyat məlumatı şəxsin saxlanıldığı gündən əvvəl daxil olmuşdu” barədə ifadəsi, həmin tədbirlərin ümumiyyətlə 18 aprel 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarda göstərildiyi kimi təxirəsalınmaz və məhz məhkəmə qərarını əldə etmədən keçirilməli olduğunu əsaslı şübhə altına salır.

50. Yuxarıda qeyd edilənlərlə müqayisədə kassasiya şikayətində göstərilən nisbətən daha yüngül pozuntulara – Məhkum evinə və avtomobilinə axtarış-götürmə aparılmasına aid videoyazıda olan xüsusiyyətlərə, həmin prosessual hərəkətin keçirilməsi zamanı aşkar edilməsi və məhkuma məxsus olması iddia edilən dəftərdə olan yazılara və sair bu kimi digər hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hallar ayrı-ayrılıqda və birlikdə götürülməklə bir daha məhkəməyədək aparılmış istintaqın keyfiyyətini və məhkəmələrin buna diqqətsiz yanaşmasını təsdiqləyirlər.

51. Belə ki, cinayət işinin materiallarında olan müvafiq videoyazıdan aşkar görünür ki, Məhkum avtomobilindən götürülmüş narkotik vasitə olan heroinin çəkisi 19,1 və psixotrop maddə olan metamfetaminin çəkisi 5,1 qramdır.

52. Məhkum məxsus olunması iddia edilən dəftərdə olan yazıların isə həqiqətən onun tərəfindən icra edilməsi, ona aid olduğunun təsdiqləndiyi halda, dəftərdə adı çəkilən şəxslərin müəyyən edilərək ifadələrinin alınması istiqamətində istintaq orqanı tərəfindən heç bir real hərəkət icra edilməmişdir.

53. Baxmayaraq ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin təchizatını təmin və ya alış-verişində iştirak edən potensial şəxslər barədə məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).

54. Digər hallarla yanaşı verilən ittihamın əsasını təşki l edən və Məhkum barəsində ittiham hökmünün çıxarılmasında həlledici sübut kimi istifadə edilmiş maddi sübutların narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin, eləcə də dəftərin mötəbərliyini ciddi şübhə altına qoyan yuxarıda qeyd edilən bütün bu və digər hallar məhkəmələrin nəzərinə çatdırılsa da, qaldırılan məsələlərlə bağlı qanuni və əsaslı cavablandırma verilməmişdir.

55. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit edilmiş tələbə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

56. Konstitusion normanın şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarında da qeyd edilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməlidir. Əsaslandırma qərarın ictimai qəbul olunmasında, onun məhz ədalətli kimi qavranılmasında mühüm rol oynayır, əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” qərarı, 12 may 2009-cu il).

57. Müvafiq əsaslandırma təmin edilmədən mühüm məsələ üzrə nəticənin verilməsi, Avropa Məhkəməsinin presedent hüququna da ziddir ona görə ki, məhkəmə və tribunallar qəbul etdiyi qərarların əsasında olan səbəbləri aydınlıqla göstərməlidirlər (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 35, 2 aprel 2020-ci il, Zayidov Azərbaycana qarşı (No. 2), № 5386/10, § 91, 24 mart 2022-ci il və Fətullayev Azərbaycana qarşı (No. 2), № 32734/11, § 83, 7 aprel 2022-ci il).

58. Yuxarıda qeyd edilərənləri yekunlaşdıraraq məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyinin əlaqəli normalarına istinad etməyi zəruri hesab edir və qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəl i şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

59. Həmin Məcəllənin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

60. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 145.1ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasə n qiymət verilməsini tələb edir.

61. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

62. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

63. Eləcə də məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

64. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.

65. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdi yi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.

66. Yenə də həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

67. Eyni Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hes ab edilə bilər.

68. Beləliklə, hazırki qərarda istinad edilmiş cinayət-prosessual qanunvericiliyinin tələblərinin, onların tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin, eləcə də Avropa Məhkəməsinin hüquqi mövqelərinin baxılan kassasiya şikayətində qaldırılan məsələlərə tətbiqi belə nəticəyə gəlməyə imkan verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi haqda qərarını qəbul edərkən, cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib, Azərbaycan Respublikası CPM-nin 144, 145 və 146-cı maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1. 2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermişdir.

69. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçiləri Müdafiəçi3 Madər oğlu və Mirzəyev Altay Soltanağa oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1942/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçiləri Müdafiəçi3 Madər oğlu və Mirzəyev Altay Soltanağa oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin e dilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1942/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar